Emili - Şahmalı Hasan

Emili - Şahmalı Hasan

İnsan öldükdən sonra nə olur? Nə baş verir? Hara gedir? Bu suallara yüz illərdir ki, bəşəriyyəti düşündürür, amma ki bir cavab tapılmır. Çoxlu müxtəlif elmi, dini, fəlsəfi fərziyyələr olsa da, həqiqəti bilən hələki yoxdur. Mən də bir Adəm övladı olaraq bu sual üzərində çox baş sındırmışam. Ancaq mənə bundan daha maraqlı olan başqa bir sual var: İnsan doğulmamışdan qabaq harada idi? Ölümdən sonra nələr baş verəcəyini hamımız biləcəyik. Öləndə! Amma haradan (və ya kimdən, nədən?) gəldiyimiz bəlkə də əbədi bir sirr pərdəsi arxasında gizlin qalacaq. İndiyə qədər bir çox araşdırmalar etmişəm. Ölüb yenidən doğulduğunu iddia edən bir çox insanların əhvalatını eşitmişəm. Amma bunlardan ən təsirli və reallığa daha yaxın olduğunu düşündüyüm bir əhvalat (bəlkə də fakt deməliyəm) danışacam. 

Cənab və Xanım Koldfildlər... Onlar İngiltərənin çox da ucqar sayılmayacaq bir ərazisində, nə çox varlı, nə də çox kasıb olan, ortabab bir malikanədə adi bir həyat yaşayırdılar. Bir neçə ay əvvəl evlənmiş cənab Koldfild ata mülkündə öz ata-baba sənətini maldarlığı icra edir, bunu həm sevərək, ürəkdən edir, həm də öz qazancını çıxarırdı. Xanim Koldfild da ona arxa-dayaq idi. Daha bir neçə ay sonra qoyun sürüsünü otaqdan qaytaran cənab Koldfild qaçaraq onun yanında gələn qulluqçusundan şad bir xəbər öyrəndi. Yaxın zamanda ata olacaqdı. Həmin gün malikanədə bayram abu-havası hökm sürdü. Hamı, hətta heyvanlar da sanki sevinc içində idi. Amma bəzən fələk çarxını tərsinə fırladır. Bir neçə ay sonra xanım Koldfild ağır xəstəlik keçirdi və nəticədə bətnindəki uşaq tələf oldu. Bu hadisə xanım üçün nə qədər ağır idisə, bir o qədər də cənab Koldfildin əli həyatdan soyumuşdu. Günlər ayları, aylar illəri, fəsillər fəsilləri qovaladı. Ailə öz əvvəlki həyat rejiminə geri dönürdü. Ancaq hər kəsin gülüşündə qəribə bir kədər çaları hiss olunurdu. Sanki yağan qar əvvəlki kimi bəmbəyaz deyildi, yazda ağaclar əvvəlki kimi parlaq yaşıla bürünmürdü, çiçəklər də solğun görünürdü. Qoyunlar da daha uca səslə mələşmir, daha ağırbaşlı hərəkət edirdilər. Bəlkə də, bunlar sadəcə xanım və cənab Koldfildlərin düşüncəsində belə idi. Müalicələr alıb sağalsa da, xanım Koldfild hamilə qala bilmirdi, səbəbi isə qeyri-müəyyən idi. Artıq yeddi-səkkiz il keçmişdi. Bir gün sanki tarix təkrar olunurmuş kimi cənab Koldfild yenə olaqdan qayıdarkən həmin qulluqçu gülərüzlə ona sarı qaçdı və xoş xəbəri verdi: xanım hamilə idi. Koldfildin bir gözü gülsə də, bir gözü şübhə və qorxu dolu hisslərlə baxırdı. Səksəkəli ötüb keçən doqquz ayın ardından sapasağlam bir oğul dünyaya gəldi. Adını Conatan qoydular, Conatan Koldfild. 

Altı-yeddi il daha keçmişdi. Bir gün otağa girən xanım Koldfild Co'nun oturub yerdə üzgün-üzgün oyuncaqlara baxdığını gördü. Gəlib yanında əyləşdi və başını sığalladı:

-Nə baş verib, əzizim? 

-Darıxıram, ana? 

-Niyə? Bu qədər oyuncağın var, niyə darıxırsan?

-Tək oynamaqdan bezmişəm...

-İstəyrsən, gəl mənimlə oynayaq...

-... Emili üçün darıxıram.

Anası duruxdu. Emili? Emili kimdir? deyə düşündü. Co'nun belə bir dostu yox idi, nə də ətraflarında, ümumiyyətlə, bu adda birisi yox idi. Birdən ağlına gəldi ki, yəqin Emili onun xəyali dostudur. Bu yaşdakı uşaqlarda olur bəzən belə. 

-Emili hara gedib bəs? 

-Heç yerə getməyib... O ordadı (qeyri-müəyyən yer) Mən gəlmişəm bura, o isə qalıb orda...

-Eee bbaşa düşmədim, oğlum, ne-neeccə yəni...

-Mən bura gəlməmişdən əvvəl həmişə Emili ilə birlikdə oynayırdım. Sizin oğlunuz olmamışdan əvvəl o var idi, o deyirdi ki, mənim böyük bacımdır. Bir gün mənə getməli olduğumu dedi. Mən də getmək istəmədim, onun da gəlməyini istədim. O isə dedi ki, bir dəfə getməyə cəhd edib, amma alınmayıb. İndi mənim sıramdır. Söz verdi ki, o da gələcək. Amma gəlir hələ... Darıxıram Emili üçün...

Xanım Koldfild oğlunun səsini eşitsə də, sözlər artıq beynində bir məna kəsb etmirdi. Sanki bütün bədəni qurumuşdu. Başında bircə kəlmə dolanırdı: Emili. İlk hamiləlikdə cənab Koldfild biləndə ki, qızları olacaq adını Emili qoymağı təklif etmişdi. Xanım Koldfild da bəyənmişdi bu adı. Ancaq sonralar bu ad hamının hafizəsindən silinmişdi. Ta ki Conatan bu adı çəkənə qədər... 


Bu hadisəni mənə açıq qapıdan şəxsən söhbətə şahid olmuş qulluqçu danışmışdı. Təəssüf ki, çox cəhd etsəm də, Koldfildlər ailəsi ilə görüşüm alınmamışdı. Onlar köçüb Amerikaya getmişdilər. Sonradan-sonraya aldığım xəbərə görə onların Conatandan sonra bir qızları dünyaya gəlmiş və adını Emili qoymuşdular.

Şərhlər (13)

  1. ramil

    @ramil

    30 avqust 25, 05:34

    Bu hekayəyə şərh yazanlar nə qədər düşündü ?

    Buna bir cavab deyə bilmərəm. Ancaq ki, hekayənin girişi mükəmməl dərəcədə fəlsəfi qatlı, daha sonrası isə tük ürpərdici məqamları mövcud idi.

    Məndə bununla bağlı araşdırmalarım olub, əslində istəyərəm ki, sizinlə paylaşım...

    İlk olaraq bir ateistlə bunu söhbət etmişəm. Onun dediyinə görə, kainatda ümumiyyətlə on yeddi min aləm mövcuddur: bakteriyalar, doğumdan öncə (yəni zərr aləmi), ölümdən sonra və s.

    Bu zərr aləmində insan ruhları Allahın hüzuruna gəlir və Peyğəmbərimiz (Məhəmməd s.ə.s) müqavilə bağlanır və həqiqətən də islamı yayacağına görə Allaha and verir. Yəni ola bilər ki, bunu mənə bir ateist izah verib, ancaq ki sadəcə mənim inancıma görə, yəni İslama uyğun şəkildə izah edib.Öz baxış bucağında izzah etsəydi yəqinki,biraz daha qarışıq olardı...

    Uğurlar 🌟 

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      30 avqust 25, 10:40

      Təşəkkürlər rəyiniz üçün 🙏 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    29 avqust 25, 08:51

    Salam Şahmalı Hasan bəy😊🥰Neçə müddətdi hekayə paylaşmağınızı səbirsizliklə gözləyirdim.Nə yaxşı paylaşım etdiniz.İlk öncə bunun üçün təşəkkür edim sizə.Var olasız😊🥰 Hekayəyə gəldikdə isə çox maraqlı və düşündürücü idi.Oxuduqca insanda həyacan yaranırdı.Bu hekayə mənə bəzən insan hansısa bir yerə gedir misal üçün ilk dəfədi getməyinə ramən bura necədə tanışdır deyirsən yaxud hər hansısa bir hadisə başına gəlir ilk dəfə yaşamağına baxmayaraq göz önünə gəlir ki,bu hadisəni görmüşəm...deyə  fikirləşirsən...

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      29 avqust 25, 10:31

      Salam, təşəkkürlər xoş sözləriniz üçün. Şad oldum. Ara-sıra durğunluq olur belə. Bəyəndiyinizə sevindim. 🙏

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        29 avqust 25, 13:24

        Olmasında 😊 saytın müəllifindən örnək götürün🥰😊 Yaxud Simurq xanım kimi aktiv olun.❤️🌹 Təbii ki qərar sizindi.Hörmətlə yanaşıram.Oxucu olaraq fikrimi yazdım sadəcə.İntizarda saxlamayın biz oxucuları yaxşımı🌟✨💫 Uğurlar arzu edirəm

        1. Şahmalı Hasan

          @Şahmalı Hasan

          29 avqust 25, 13:53

          İnşallah, əlimdən gələnin daha artığını edirəm. İntizarda qalmamaq üçün kitab ala bilərsiniz 🙂

          Çox sağ olun, fikirləriniz dəyərlidir.

          1. Aynur Yusifova

            @Aynur Yusifova

            30 avqust 25, 01:15

            Baş üstə.Onu da edərəm inşAllah.Təklifinizi dəyərləndirmək mənim üçün xoş olar🌟

  3. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    27 avqust 25, 19:59

    Maraqlı idi..

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      28 avqust 25, 11:55

      Təşəkkürlər 🙏 

  4. SİRİUS

    @SİRİUS

    27 avqust 25, 16:09

    Hekayə çox maraqlı idi. İnsanı düşündürən şey dünyaya gəlmədən öncə harda idi?  Həqiqətən bu meseleye bir aydınlıq gətirdiniz. Uğurlar. ✨

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      27 avqust 25, 19:57

      Təşəkkürlər xoş sözləriniz üçün.

       Həyatın əvvəli sirr, sonu sirr,

      Özü isə bir hədiyyədir 

  5. Nahid Muradov

    @Nahid Muradov

    27 avqust 25, 15:04

    Fərqli bir baxış bucağından dogulan fikirlər . Maraqlıdır 👏

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      27 avqust 25, 15:47

      Təşəkkürlər 🙏 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol