Öyrənmək. Heç zaman gec olmayan öyrənmək - Nicat Məmmədov

Öyrənmək. Heç zaman gec olmayan öyrənmək - Nicat Məmmədov

Bilirsiniz, bu söz var ki, deyirlər insan hər gün yeni bir şey öyrənir. Amma mən bunu öz dünyama dəyişdirsəm, yəni məndə bir az tərsinəlik olduğundan, deyərdim ki, hər gün yeni şey yox, eyni bir şeyi fərqli zamanlarda və başqa günlərdə öyrənir. Bunlar özü-özlüyündə təzad təşkil edir, düzdür. Amma bir-birini də tamamlayır. Mən bu günüm üçün öyrəndiyim eyni şeyi deyim ki, hər zaman içimdə olan, bir an belə unudulmayan, yadımdan çıxmayan şeydir. Nədir o?

Bəlkə də bilmirəm. Ya da bəlkə də sən bilmirsən.

Sadəcə onu deyə bilərəm ki, beynindən silib atmadığın hər şey yenə də o beyninin içində bir küncdə gizlənir. Çünki səndən qorxduğu üçün. Amma o da sənin ondan qorxduğunu bilmədən gizlənir. Gələk o hər gün öyrəndiyimiz o dəyişməyən şeyə ki, nə qədər də ondan qaçsaq, o beynimizin içində olur.

O qaça bilmədiyimiz şey "Düşüncə"dir. Qorxaq düşüncə, aciz düşüncə, zəif düşüncə. Ancaq insanlar da özünün zəif olduğunun fərqinə varmadan, bir çoxu: “Mən çox güclüyəm” – deyib ortalıqda gəzir. Kiminin gücü pulu, evi, maşını, maddiyyatı, kiminin də gücü mənəviyyatıdır. Sanılan ən böyük güc "İnsan"dır. Ancaq sanılanın əksinə, elə ən zəif olan da insandır. İnsan güclü yanını o insanla görür, ya o insanda tapır. Ta ki, o gücü əlindən gedənə qədər. Ondan sonra necə də zəif, gücsüz bir varlıq olduğunun fərqinə varır insan. Bu zaman nə baş verir?

Qorxular yerini qorxan birinə verir. O qorxular ki, bizim zəif olduğumuzu bizə göstərən. Amma insan neynir? Gedib gic kimi: “Mən ölümdən qorxmuram” – deyir, ya gedib özünü atıb intihar edir, ya da: “Məni başa düşənim yoxdur” – deyib bir boşluğa buraxır ki, oradan da çıxış yoxdur. Bunu mən deyirəm sizlərə, o boşluqda boğulmaqda olan biri kimi.

Nə motivasiya verəcəyəm, nə də başqa bir nəsihət tipli şeylər. Özünüz-özünüz də sadəcə düşünün. Ancaq qədərindən çox düşünmək sizin qədərinizi dəyişir və ya müəyyən edir.

Öz adıma çox sevinirəm. İndi bəlkə də özümü aldadıram sevinməklə. Ancaq illərlə özümdə olan qorxumu artıq gülə-gülə qəbul etdim. Kiçik bir şeydir əslində, ancaq məni tanıyanlar bilir ki, mən ondan necə qorxurdum. Ancaq indi isə heç nə olmamış kimi davranıram. Yenə olsa, eyni reaksiyanı verərdimmi bilmirəm, amma ilk dəfə idi ki, anidən atılmadım. İnsanlar, bilirsiniz, niyə əsəb halını bəyənmir? Çünki qarşısındakı əsəbi olanda insan yorulur və səbri çatmır, yola verir, qırmağa çalışır. Bunun üçün də ən sakit insanların indi ən əsəbi olması onlara gülməli gəlir. Çünki o insanları başa düşmədikləri üçün o hala gəldikləri vecinə deyil. Bunun da bir çıxış yolu var – həyatınızla insanlar arasında məsafə qoymaq. Yəni həyatınız dediyim sizin tam da özünüzsünüz. Ki, özünüzü unudub başqalarını xatırlamağa çalışmayın. Xatırlamaq dedikdə bunun bir çox mənaları var, bu da qalsın başqa hekayənin mövzusuna. İnanın mənə, əbədi bildiyiniz hər şeyin bir sonu var. İnsan həyatı belə əbədi deyilsə, heç nə və heç kim əbədi deyil. Yaşayın və xoşbəxt olmağa baxın. Kimsə üçün və ya özünüz üçün kimisə xoşbəxt etməyə çalışmayın. Yəni özünüz üçün nə edirsinizsə, bunu həm də başqaları üçün etmiş olursunuz. Bu da bu fikrin tərs mənasıdır ki, siz kimə nə edirsinizsə, onu özünüz üçün edirsiniz fikrinin əksidir. Özünüzə yaxşı baxın. Çünki heç kim sizə sizin gözünüzdən baxmayacaq. Nə qədər gözünüz görür, özünüzə yaxşı baxın. Həm də çox yaxşı baxın.

Şərhlər (5)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    10 sentyabr 25, 22:43

    Bəli, düz deyirsiniz.. Həyat eyni dərsi bizə hər dəfə başqa cür göstərir ki, yaxşı yadda qalsın. Qorxunun bir gün gülüşə çevrilməsi isə ən böyük qalibiyyətdir. İnsanın gücü də, zəifliyi də elə özündə gizlidir. Ona görə də məsafəni qorumaq, amma özündən uzaq düşməmək lazımdır. Qələminizə, qüvvət 🤍 

  2. SİRİUS

    @SİRİUS

    10 sentyabr 25, 16:08

    Bəli heç kim bizə bizim gözümüzdən baxa bilmez. Bu an ehtiyacım olan bir motavasiya oldu. Təşəkkür edirəm. Uğurlar ✨

    1. Nicat Məmmədov

      @Nicat Məmmədov

      10 sentyabr 25, 16:46

      Minnətdaram həqiqətən də. Sizə də tövsiyəm və böyük təkidlə demək istərdim ki heç zaman motivasiyanızı itirməyin nə olursa olsun həyatda. Yetər ki o üzünüzdə ki gülüş solmasın )

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    10 sentyabr 25, 14:38

    Yazınızın sonu mükəmməl idi.Həqiqətəndə elədir

    İnsan özünü sevməli ,dəyər verməli,yaşamalı həyatın dadını çıxartmalı.Amma bu halları bəzən xatırlayırıq.Onda da bir çox şeylər gecişmiş olur.Yenə də hər şeyə ramən yaşamaq gözəl🥰Təşəkkurlər sevgi dolu yazınız üçün.Minnətdaram🌹

    1. Nicat Məmmədov

      @Nicat Məmmədov

      10 sentyabr 25, 16:47

      Sizin də xoş sözləriniz üçün təşəkkür edirəm həqiqətən minnətdaram. Bəli əslində həyat gözəldir sadəcə ona hardan, necə və kimin gözündən baxdığımızdır əsas məsələ..

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol