Səncə, bəs niyə həyatını sonlandıran insanlar aciz gözü ilə baxır? Düşünürsən, heç son özü nə deməkdir? Təbii ki, absurd oldu, amma bəzən sonlar gəlməlidir ki, yeni bir şeylər yenidən başlasın. Bunun ən bariz nümunəsidir həyat. Bəs kimin həyatı? Bax, bu da düşündürücü bir məsələdir. Amma mən düşünürəm ki, ölüm bu həyatda çox vaxt deyil də təxmini olaraq 40% xoşbəxtliyi özündə cəmləşdirir. Bəs deyəcəksən ki, hanı o 60%? O zatən ölümdən sonra tamamlanır. Yadındadır, mən sənə bəzi söhbətlərimizdə “a, bəsdir pessimist falan olma” deyirdim. Yəni narahat olma, hələ də o düşüncədəyəm, özüm adından deyirəm ha. Səni də belə deyim, öz aramızda söhbətini apardığımız bütün insanlardan çox-çox sevirəm, çünki hardasa məni başa düşən və bir o qədər də öz bildiyini yeritməyə çalışmayan tək adamlardan biri də sənsən. Bəzən insan oturub düşünəndə ki, bax bu həyat, məntiq, zehin, nə bilim, çox dərinə getməyək, təfəkkür dərəcələri olsun. Buradan da müəllimə saygılar. Hə, yəni demək istədiyim odur ki, bunların həyatda bəzən bir dönəm gəlir ki, bir anlamı, nə bilim, dəyəri qalmır insan üçün. Çünki mən tam əminliklə deyə bilərəm ki, bu ən elementar bir şey — həqiqət. Mütləq həqiqət, nə bilim, kim nə ad deyir, desin. Onu axtarmağa o qədər başı qarışan boş-boş insanlar var ki, indi özünün harda olduğunu bilmir. İndi bu sözlərə kimisi “disclaimer” falan deyə bilər, bəlkə də, amma çox da bir önəmi yoxdur artıq, ya da bəlkə əvvəldən yox idi. Onu tapacağam deyə-deyə nəyin arxasınca qaçdığını bilməyən insanlarla doludur, istər bura olsun, istərsə də başqa yer. Məndən soruşsanız, “mütləq həqiqət birdir” anlayışı hardasa qulağa cazibədar səslənir. Amma sırf onu QQ deyib deyə. Lakin mənim fikrimcə, bu həqiqət əmi bir dənə deyil. Yəni bunu müzakirə mənbəyi kimi yazmıram ha. Soruşsanız ki, neçə dənədir və ya hansılardır? Sayca çoxdur və mənim bildiyim isə 2 ya 3 dənədir, deyə bilərəm. İlki zamandır ki, o mütləqdir. Daha sonra isə yaradıcıdır, hansı ki dini baxımdan deyil də birbaşa insani baxımdan. İnananın inandığı, inanmayanın da “canı cəhənnəmə” deyə səslənən yaradıcı. Baxın, onun “yaradıcının” səslənişi yox ha, ifadənin səslənişi. Və nəhayət, üçüncü həyatdır. Daha o mənasız şeylərlə dolu olan həyat yox. Baxın, bəzən bir insanın həyatı o qədər mənasız şeylərlə dolu olur ki, nəticədə buna “bax e, nə qədər boş insandır” deyilir. Amma məna etibarilə söhbət dolmaqdan da, daşmaqdan da gedir. Bundan sonrası varmı? Bəlkə də var. Amma burada belə “bəlkə” qəlibi yanımızdadır ki, heç zaman yanımızdan ayrılmayan şeylərdən biri. Biz niyə bəlkə deyirik? Yəni ifadənin mənasını bilməyən çox az adam olar məncə. Mənimsə demək istədiyim “niyə”dir? Ki axı, elə baxın, “axı”nın özü. Bu təbii ki, başqa bir mövzudur. Aha, tutaq ki, bu üç dənə Həqiqət müəllimini tapdıq, gətirdik, oturtdurduq masada. Bəs sonra?

İnanıram ki, ən qeyri-adi suallardan birini mən verərdim ki, “sən niyə itmişdin və ya hara getmişdin” kimisindən olar. O zaman o Həqiqəti axtaranda özünü itirənləri Həqiqət həqiqətən tapacaq? Yoxsa deyəcək ki, “əşşi, məni axtaran milyonlar var, bunun da canı cəhənnəmə”

Baxın, yenə cəhənnəm. Məhz bizim bütün həyatımız qavramlar üzərinə qurulub. Deyək ki, biri kiminsə adını kəşf etməzdi. Bilirəm, çox anormal oldu. Amma misal üçün, hə, o zaman Əli, nə bilim, Vəli, Şirəli kimisindən adlar. Çalışdığım qədər buradakılardan uzaq adları misal çəkdim ki, baxma, da insandır, hardasa nəyisə anlamaz və ya səhv başa düşə bilər. Nəsə. İndi onların adı yerinə nə ad qoyulacaqdı? Sözsüz ki, digər adları seçmə şansı olmadan. Və nəticədə mənasızlaşaydı və mənasız bir şey kimi ortada qalacaqdı. İndiki insanların təxmini 70%-i kimi. Onun üçün də həyat da mənalı olmaq üçün mənanı axtarmağa ehtiyac yoxdur. O mənanı özü yaratmalıdır insan. Qaldı ki, onun nə qədər mənalı olacağına, onu uje Zaman müəllim göstərər. Zaman elə bil televizordur, hər şeyi göstərir. Çox mənasız deyilmi? Nəsə, mən çox danışdım. Bu dəqiqə dinlədiyim musiqi 4-cü təkrardadır. Yəni bunu niyə deyirəm? Bu, bəlkə də sonuncudur, kim bilir. Özünüzü sevin, həyatı sevin. Özünüzdən muğayat olun.