Qaranlıq adamı - Nurlanə Cərullaqızı

Qaranlıq adamı - Nurlanə Cərullaqızı

Əmrah arvadı Bahar və qızı Afətlə birlikdə Bakının Qala qəsəbəsində yaşayırdı. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gələn Əmrah anadangəlmə tam görmə məhdudiyyətli idi.

Vəziyyətinə görə körpə ikən doğma ailəsi onu soyuq bir qış günündə karton qutuya qoyaraq məscidin qarşısına atmışdılar. Həmin vaxt məsciddən namaz qılıb qayıdan Məhəmməd adlı bir kişi Əmrahın ağlama səsini eşidir. Körpənin səsi gələn tərəfə baxan Məhəmməd, karton qutunun içərisində əsgi­yə bükülmüş vəziyyətdə olan yeni doğulmuş bir körpəni görür. Bir neçə dəqiqə ətrafına baxan, lakin heç kimi görməyən Məhəmməd nəhayət körpəni götürüb o illərdə yaşadığı Cəhri kəndindəki evlərinə gətirir və arvadı Zəhra ilə birgə gözləri görməyən, buna görə də ailəsi tərəfindən istənilməyib atılan bu körpəni övladlığa götürüb adını Əmrah qoyurlar. Hər ikisi də ona doğma balaları kimi yanaşır, heç bir zaman qızları Həcər və Aynurdan ayırmırlar.Bahar da Əmraha onlar tərəfindən seçilmişdi. Bahar qaraçı tayfasına mənsub bir qız idi. Altı uşağın ən böyüyü olan Bahar atasını kiçik yaşda itirmiş, ögey ata əlində böyümüşdü. Onlar ailəlikcə mövsümi işlərdə işləyirdilər. Ancaq Bahar bu həyatdan razı deyildi. O, bir an əvvəl bu həyatdan canını qurtarmaq, ögey atasının ona zülmündən qurtulmaq istəyirdi. Buna görə də Əmrahla evlənməyi özü üçün yeganə çıxış yolu seçmişdi

Yaz günü idi. Yeni-yeni yaşıllaşmağa başlayan təbiət və çiçək açan ağacların xoş ətri yazın gəlişindən xəbər verirdi. Səhər saatları idi. Əmrah yuxudan təzəcə durmuş, kreslosunda oturub məlahətli səsi ilə “Gedək üzü küləyə” mahnısını oxuyurdu. Bahar isə mətbəxdə deyinə-deyinə səhər yeməyini hazırlayırdı:

— Səhərdən axşama kimi yu-yığışdır, sil-süpür... Sanki bu dünyaya çətinlik çəkməyə gəlmişəm! Evdə eşşək kimi işlədiyim bəs deyil, hələ üstəlik dərzi sexində də işləyirəm. Of, Allahım, of... Axı bu nə vaxta kimi belə davam edəcək? Yağışdan qaçdım, yağmura düşdüm...

Bu vaxt dərsə hazırlaşan Afət atasının yanına gəldi və mehriban səslə dedi:

— Mənim yaraşıqlı atam bu gün necə hiss edir özünü?

— Ooo, mənim ağıllı balam. Nə erkəndən qalxmısan? — deyə Əmrah gülümsəyərək dilləndi. — De görüm, dərsinin vaxtına nə qədər var?

— Bir saat.

— Onda gəl, yazdığın inşanı bir də nəzərdən keçirək.

— Yazdığımız, yoxsa? Axı birlikdə yazmışıq! — Afət gülümsədi.

— Yaxşı, mənim ağıllı balam, elə olsun, — deyə Əmrah razılıq əlaməti olaraq gülümsədi.

Bu vaxt Bahar əlində çay fincanı ilə otağa girdi. Çayından bir qurtum alıb qaşlarını çataraq soruşdu:

— Nə inşası?

— Ana, ümumrespublika üzrə inşa müsabiqəsi keçirilir. Bizim məktəb də bu inşa müsabiqəsinə qoşulub, — deyə Afət cavab verdi. — Əgər məktəbimiz birinci yeri tutsa, onda məktəbimizə yeni texnoloji avadanlıqlar veriləcək.

— Sənə nəsə verəcəklər? — Bahar baxışlarını Afətin üzündən çəkmədən növbəti sualını verdi.

— Yooox... — Afət başını tərpətdi.

— Onda bunun sənə nə xeyri var?

Bahar qızının məktəb üçün bu qədər canfəşanlıq göstərməsinə təəccübləndi. Afət susdu. Əmrah qızının çətin vəziyyətə düşdüyünü anlayıb sözə qarışdı:

— Bahar, niyə belə deyib qızı ruhdan salırsan? Məktəbə verilən o avadanlıqlardan Afət də istifadə edəcək. Axı o da həmin məktəbin şagirdidir. Bir də ki, məktəb insanın ikinci evi kimidir.

Bahar Əmraha tərəf çevrilib istehza ilə dilləndi:

— Sən də elə danışırsan ki, elə bil məktəb-zad oxumusan.

Əmrah təhsil almamışdı. Bakıda gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbi olsa da, Məhəmmədlə Zəhra onsuz da öz ailəsinin körpəykən tərk etdiyi bu uşağı “bizdən də uzaq qalmasın” deyə ora göndərməyə qıymamışdılar. Ancaq sonradan bunun peşmançılığını çəkmiş, Əmrahın iti zəkasının və gözəl səsinin olduğunu görüb bunları dəyərləndirməsinə imkan vermədikləri üçün ölənədək vicdan əzabı duymuşdular.

— Ana, bəsdir! — deyə Afət etiraz etdi.

— Yaxşı-yaxşı, özünüz bilərsiniz. Mən işə getməliyəm. Mənim sizin kimi boş-boş işlərə sərf edəcək vaxtım yoxdur, — deyib Bahar tez mətbəxə keçdi, əlindəki fincanı dəzgahın üstünə qoyduqdan sonra yataq otağına keçib üzünü dəyişdi və evdən çıxdı.

Atasının qanının qaraldığını görən Afət sakitcə onun başını sığallayıb dedi:

— Ata, sən anama fikir vermə. O, nə dediyini bilmir.

— Gəl, inşanı birlikdə nəzərdən keçirək.

Onlar birgə yazdıqları inşanı nəzərdən keçirdikdən sonra mətbəxdə yemək masasının arxasında əyləşdilər. Afət atasının doğum günündə hədiyyə etdiyi, üzərinə “Yaraşıqlı atama biricik qızından” sözləri yazılmış fincana çay süzdü. Əmrah əlinə uzadan kimi fincanı dərhal tanıdı və üzündə xoş bir təbəssüm yarandı. Sağ əlini yanında oturan qızının boynuna keçirib dedi:

— Mənim görən gözüm... Yaxşı ki, varsan. Mənim qaranlıq dünyama günəş kimi işıq saçırsan.

— Sən də yaxşı ki, varsan, mənim ağıllı, yaraşıqlı, mehriban atam, — deyib Afət də eyni səmimiyyətlə qollarını atasının boynuna doladı. — Sənin kimi atam olduğu üçün xoşbəxtəm.


Birlikdə səhər yeməyini yedikdən sonra Afət ayağa qalxdı:

— Mən buraları yığışdırıb dərsə gedirəm, ata.

— Get, qızım, get, — Əmrah başını tərpətdi.

— Elə həyəcanlıyam ki, ata... Bilirsən də, müsabiqə bu gün başlayır!

— Həyəcanlanma, qızım, — deyə Əmrah qızına ürək-dirək verdi. — İnşallah hər şey yaxşı olacaq. Bilirəm ki, qalib gələn sən olacaqsan.

— Mən yox, biz qalib olacağıq! — Afət səmimiyyətlə dilləndi. — Axı hər dərsimdə və inşalarımda olduğu kimi bu inşamda da sənin əməyin var.

Əmrah gülümsədi. Afət tələsik qabları yuyub yerinə yığdı.

— Afət, Həcər bibin necədir? — deyə Əmrah birdən soruşdu.

— Yaxşıdır, — Afət mülayim səslə cavab verdi.

Həcər Afətin bibisi, həm də müəlliməsi idi.

— Məndən ona salam deyərsən və bir də deyərsən ki, onun üçün çox darıxmışam, — deyə Əmrah əlavə etdi.

— Baş üstə, cənab yaraşıqlı! — deyib Afət mətbəxi səliqəyə saldıqdan sonra atası ilə sağollaşdı və evdən çıxdı

Baharın iş yeri evindən yarım saatlıq piyada məsafəsində idi. Qapının açıq olduğunu görüb tələsik içəri girən Bahar müdiri və rəfiqəsi Dilbəri gördü.

— Sabahın xeyir, Dilbər.

— Sabahın xeyir, — Dilbər də onu salamladı. — Deyəsən, səndən başqa hələ heç kim gəlməyib?

— Bəli, hələ gəlməyiblər, — Bahar ətrafına göz gəzdirib dedi.

— Xadimə indilərdə gələcək. O, bu gün bir az gecikəcəyini demişdi. Buyur, əyləş, nəfəsini dər. Evdə nə var, nə yox?

— Eh, evdir də... — Bahar yorğun səslə dilləndi. — Yaxşıdırlar. Ancaq mən özümü elə yorğun hiss edirəm ki, gəl burada işlə, get evdə işlə... Lap çaşıb qalmışam. Bilmirəm, neyniyim. Hansı işin arxasınca gedim? Bütün evin yükü mənim çiyinlərimdədir. Məndən başqa evə pul gətirən yoxdur. Əmrahın vəziyyətini də özün bilirsən.

— Hə, səni başa düşürəm, — deyə Dilbər başını tərpətdi. Bir az susduqdan sonra əlavə etdi: — Qulaq as, nə deyəcəyəm sənə! Ərimin iş yerinin yaxınlığındakı klinikaya bir həftəyə xaricdən bir göz həkimi — nə deyirdilər ona... hə, professor gələcəkmiş. Bəlkə Əmrahı onun yanına aparasan? Ən azından bir ümid... Bəlkə bir əlac edər?

Baharın gözləri parıldadı:

— Eh bacı, elə yaxşı olar ki, mənim də yüküm azalar.

— Amma əvvəlcə həkimin qəbuluna yazılmaq lazımdır. Mən sənə klinikanın telefon nömrəsini ərimdən alıb verərəm.

— Hə, çox sağ ol, bacı, — Bahar müşkül bir işdən qurtulmuş adam kimi rahat nəfəs alıb sözünə davam etdi. — Düzdür, Əmrah buna yanaşmayacaq. Özü bilər. Ya müalicə olunub sağalacaq, ya da...

— Ya da nə? — Dilbər duruxdu.

— Eh, heç nə... — Bahar başını yırğaladı.

İçəri xadimənin girməsi ilə söhbət yarımçıq qaldı və hər kəs öz işi ilə məşğul oldu.

Məktəbin uzun dəhlizinin başındakı böyük pəncərədən düşən işıq dəhlizi qismən də olsa işıqlandırırdı. Hər iki tərəfdə sonuna qədər açıq olan qapılar da elə bil bu işığa köməklik edirdi. Dərsə zəng vurulmadan öncə böyük və kiçik siniflərin uşaqları bir-birinə qarışmışdı. Kimiləri səs-küy salaraq qaçışır, kimiləri sinif qapısının önündə toplaşıb nəyisə müzakirə edirdi.

Bu vaxt tələsik addımlarla məktəbə gələn Afət qapının ağzında bu gün növbətçi müəllimə olan bibisi ilə qarşılaşdı.

— Sabahın xeyir, qızım!

— Sabahın xeyir, bibi. Gecikməmişəm ki?

— Yox, həmişəki kimi tam vaxtında gəlmisən, — deyə Həcərin mehriban səsinə gülümsəmə də əlavə olundu.

— Budur, yazdığımız inşamızı gətirmişəm, — deyib Afət əlindəki A4 vərəqini göstərdi.

— Necə yəni “yazdığımız”? — deyə Həcər ciddiləşdi.

— Ah, bibi, mən bu inşanı atamla birgə yazmışam axı, — Afət gülümsədi.

— Hə, indi başa düşdüm. Bu arada, de görüm, qardaşım necədir?

— Yaxşıdır, bibican. Sənin üçün darıxıb. Vaxt elə gəl, gör onu. Dərslərim çox olduğundan atamı sizə gətirə bilmirəm.

— Yaxşı, qızım, gələrəm. İndi de görək, inşan nə haqqındadır?

— Qırx dörd günlük Zəfər müharibəmiz haqqında!

— Nə gözəl! İnşanı ver, baxım... — bu vaxt Həcərin mobil telefonuna zəng gəldi. Zəng edən Əmrah idi. Əmrah düyməli mobil telefondan istifadə edirdi. Ona telefondan istifadə etməyi vaxtilə elə Həcərin özü öyrətmişdi.

3-cü çağırışdan sonra Həcər telefonu açdı:

– Alyo!

– Alyo! Salam, bacı. Necəsən?

– Çox sağ ol, qardaşım. Sən necəsən?

– Şükürlər olsun, yaxşıyam. Məktəbdəsən?

– Hə, məktəbdəyəm. Afət də yanımdadır.

– Bacı, Afətin bu gün inşa müsabiqəsi var. Hər zamanki kimi bu gün də ona köməklik edərsən.

– Əlbəttə, qardaşım, deməyinə belə ehtiyac yoxdur. Narahat olma. Müsabiqə bir azdan başlanılacaq. Məktəbimizdə bu inşa müsabiqəsinə qatılanların hər biri səhnəyə çıxıb yazdıqları inşanı bir-bir oxuyacaqlar. Sonra həmin inşalar arasından bir inşa seçiləcək və ümum-Azərbaycan üzrə inşa müsabiqəsinə göndəriləcək.

– Hər məktəbdən ancaq bir inşa seçiləcək? – Əmrah dəqiqləşdirmək istədi.

– Hə, – Həcər davam etdi. – Müsabiqənin qalibi də həftəyə açıqlanacaq.

– Afət necədir? – Əmrah indi də qızını xəbər aldı.

– Buyur, özündən soruş, – deyib Həcər telefonu qıza uzatdı.

– Alyo! Ata... – Afət mehribanlıqla dilləndi.

– Necəsən, qızım? – deyə Əmrah mülayim səslə soruşdu.

– Çox həyəcanlıyam, ata, – Afət titrək səslə dedi. – Əlim-ayağım bir-birinə dolaşır. Ürəyimin döyüntüsü qulağıma gəlir. Bir azdan inşaların təqdimatı başlanacaq. Səhnəyə çıxıb hər kəsin gözü qarşısında inşanı necə oxuyacam? Bilmirəm.

– Oxuyacaqsan, ağıllı balam, narahat olma, – deyə Əmrah qızını arxayın etdi. – Sadəcə çalış, həyəcanlanma, yaxşı?

– Dəstəyin üçün çox sağ ol, ata. Mənim üçün dua elə, – Afət dedi.

– Yaxşı, qızım. Hər şey ürəyincə olsun. Sənə uğurlar, – deyib Əmrah qızı ilə sağollaşdı.

Atası ilə telefon danışığından ruh yüksəkliyi yaşayan Afət bibisi Həcər ilə birlikdə inşaların təqdimatları olacaq zala tərəf yollandılar

Qızı ilə telefon danışığından sonra xəyallara dalan Əmrah sakitcə öz sevimli kreslosunda oturmuşdu. Qapının döyülməsi səsindən daldığı xəyallardan ayılan Əmrah yavaş addımlarla qapıya yaxınlaşıb gələnin kim olduğunu soruşdu.

– Aç, oğlum, mənəm!

Əmrah səsi tanıyıb qapını açdı. Gələn Baharın anası Zeynəb idi.

– Salam, oğlum, xoş gördük, – deyib Zeynəb əlini uzatdı.

– Salam, Zeynəb xala. Xoş gəlmisən, – Əmrah qaynanasını mehribanlıqla qarşıladı.

– Təksən?

– Hə. Bahar işdə, Afət də məktəbdədir. Buyur, gəl keç içəri. Çoxdandır ki, gəlmirsiniz. Oturaq, bir az söhbət edək.

– Yaxşı, oğlum. Sizə ətli qutab gətirmişəm. Tezə bişirmişdim, sizsiz boğazımdan keçmədi.

– Sağ ol, xala.

– Gəl, əyləş, qutab isti ikən ye.

– Yaxşı.

– Qutabı ye, sonra çayını da süzərəm.

– Sənə zəhmət olmasın, Zeynəb xala.

– Ah, oğlum, nə zəhməti? Ananın övladına qulluq etməyi nə vaxtdan zəhmət olub? – Zeynəb səmimiyyətlə dedi və əlavə etdi: – Özün bilirsən ki, mən səni övladlarımdan ayırmıram. Mənim üçün Bahar, Əzizə, Şahin, Aydın, Habil, Qabil nədirsə, sən də o san. Elə bilirəm ki, altı yox, yeddi övladım var.

– Mən də nə yaxşı ki, sizi tanıdım, Zeynəb xala, – Əmrah da eyni səmimiyyətlə dilləndi. – Atam ilə anam öləndən sonra, sən mənə ana, Əsgər əmi də ata əvəzi oldunuz.

– Sağ ol, oğlum, Əsgər də sənin xətrini çox istəyir.

– Zeynəb xala, Əsgər əmi ilə necə tanış olmuşdunuz?

– Ah, oğlum... – Zeynəb ağır-ağır danışmağa başladı. – Üzr istəyirəm, mən Bahara hamilə olduğumda onun atası avtoqəzada öldü. Tək qalmışdım. Lap başımı itirmişdim. Hara gedəcəyimi, neynəyəcəyimi, kimdən yardım istəyəcəyimi, doğulacaq körpəmi necə böyüdəcəyimi heç özüm də bilmirdim. Əsgər qonşumuzun oğlu idi. Mənə evlənmə təklif elədi. Onda Bahar tezəcə anadan olmuşdu. Əslində mən özümdən çox Baharı düşünürdüm. Axı bu körpənin nə günahı vardı? Niyə o atasız böyüməli idi? Ona görə də onun təklifini qəbul elədim. Əsgər də sağ olsun, Baharı öz övladlarından heç ayırmadı.

– Bəs nə üçün uşaqları oxutmamısınız?

– Oğlum, bilirsən, bizlərdə oxumağa o qədər də fikir verən yoxdu. Böyüklərimiz oxumağı görməyiblər, bizə də göstərmədilər, biz də uşaqlarımıza. Amma indi bilirəm ki, çox səhv eləmişik. Sən çox sağ ol ki, Bahar sənə ərə gələndən sonra təkidlə onu oxutdun. Valideynlərin də onu işə düzəltdilər. İndi də Afəti oxudursan.

– Bəs burda nə vaxtdan yaşayırsınız? – deyə Əmrah azacıq fasilədən sonra növbəti sualını ünvanladı.

Zeynəbin kürəkəninin bu sualına da cavabı belə oldu:

– Ah, oğlum, bax onu bilmirəm. Çünki mən burda doğulmuşam. Bilirsən də, biz qaraçılar dünyanın hər yerində varıq. Yaxşı, sən qutabını ye, mən də gedib çayını gətirim.Zeynəb Əmraha çay gətirmək üçün mətbəxə keçdi.

Məktəbdə inşanın təqdimatı qurtarmışdı. Hamı təqdimatı keçirilmiş zaldan ayrılmaqda idilər. Afət də inşanı digər iştirakçılar kimi təqdim etdikdən sonra, böyük bir həyəcanla bibisi Həcərlə birlikdə təqdimatın olduğu zaldan çıxdılar.

Necə idi? – deyə o, hələ də səsində açıq-aşkar hiss olunan həyəcanla bibisindən soruşdu.

– Yaxşı idi, qızım, – deyə Həcər qətiyyətlə dedi və əlavə etdi: – Heç kim ordumuzun hünərini, qırx dörd günlük müharibənin gedişatını və qazanılan zəfəri bu qədər gözəl izah edə bilməzdi.

– Doğrudan? – Afət sevindi.

– Nədi, mənə inanmırsan? – Həcər suala sualla cavab verdi.

– İnanıram, bibican, – Afət başını tərpətdi. – Atamın da əməyinin olduğu bir inşa başqa necə alına bilərdi ki?

Bu vaxt Həcərin qızı, eyni zamanda Afətin sinif yoldaşı olan Gülzar, onlara tərəf gəldi və üzündə xoş bir təbəssümlə:

– Ooo, məktəbimizin ulduzu Afət xanım! – dedi.

– Bəsdir, ay qız! – Afətin utandığından yanaqları qızardı.

– Nədir, düz deyirəm dəə, – Gülzar davam etdi. – İnanıram ki, nəinki məktəbimizdə, ümum-Azərbaycan üzrə birinci yer tutacaqsan.

– İnşallah, bacı, – Afət dilləndi. – Belə olmasını ən çox da atama görə istəyərdim. Çünki bu inşamda onun da zəhməti var.

– Yaxşı, qızlar, gəlin nəticəni gözləyək. İnşallah, nəticələr həftəyə açıqlanacaq, – deyə Həcər hər ikisinin qoluna girib siniflərinə doğru getdilər

Zeynəb Əmrahın yanından çıxıb üzü evlərinə tərəf gedirdi. Bu vaxt işdən evə qayıdan qızı Baharla qarşılaşdı.

– Salam, Bahar! Necəsən, qızım?

– Salam, – deyə Bahar soyuq bir tərzdə anasının salamını aldı və: – Tələsirəm, evə getməliyəm, – deyib iti addımlarla yoluna davam etdi.

Bahar nədənsə bu gün özünü yaxşı hiss etməmiş, buna görə də icazə alıb işindən tez çıxmışdı. Qızının belə soyuq münasibətinə bir məna verə bilməyən Zeynəb isə yolun ortasında onun arxasınca baxa-baxa qaldı.

Əslində Bahar həyatının belə uğursuz olmasından anasını günahlandırırdı. Düşünürdü ki, əgər anası Əsgərə ərə gedib yanına ögey ata gətirməsəydi, o da Əmraha ərə getməz, özünə layiq bilmədiyi bu həyatı yaşamaq məcburiyyətində qalmazdı. O, Əmrahı heç sevmir, əksinə qəlbində ona heç bir zərəri olmayan bu adama qarşı bitib-tükənmək bilməyən bir nifrət bəsləyirdi. Gözləri görməyən birisi ilə yaşamaq onun üçün sözün əsl mənasında dözülməz olmuşdu. Hər zaman gözü yüksəklərdə olan Bahara bu həyat istədiklərini heç vaxt verməyəcəkdi. Lakin o, indi yaşadığı həyatın yaşamaq istədiyi həyatdan daha gözəl olduğunun fərqində belə deyildi.

Əmrah qaynanası Zeynəbin gətirdiyi qutabı yeyib çayını içdikdən sonra, qutabın qalanını və çay fincanının olduğu sinini mətbəxə apardı. Bayaqdan fikri qızının yanında idi.

Görəsən, “görən gözüm” dediyi bircə balası indi məktəbdə nə edirdi?

O, bircə anlıq “Eh, kaş ki indi yanında olsaydım” deyə könlündən keçirdi. Sonra, “nə də olsa bacım yanındadır” deyə özünü təskinlədi və geri qayıdıb yenidən öz sevimli yerinə oturdu. Elə bu vaxt kimsə evin qapısını açarla açdı.

Səsi eşidən Əmrah:

– Kimdir? – deyə soruşdu.

İçəri girən Bahar idi.

– Mənəm, – deyərək Bahar əlindəki açarı hirslə stolun üstünə çırpdı.

– Bahar, gəlmisən? – deyə Əmrah yumşaq səslə dilləndi.

– Səsimi eşidirsənsə, deməli gəlmişəm, – Bahar açıq səs tonuyla dedi. Sonra isə ərinin üzünə baxmadan: – Afət hələ gəlməyib? – deyə soruşdu.

– Yox, gəlməyib, – Əmrah arvadının əsəbi olduğunu bilsə də, yenə bayaqkı tövrlə cavab verdi. – Anan bizə gəlmişdi. Bizim üçün ət qutabı gətirmişdi. Sənlə Afətin payı mətbəxdədir, – deyə danışmağa davam etdi.

– Hə, yolda gördüm, – Bahar divanda ərindən xeyli aralıda oturdu.

– Anangilə bir pambıq təsərrüfatından iş təklifi gəlib.

– Başa düşmədim, indi nə pambığı? – Bahar təəccübləndi.

– Yox, onlar indi pambığın alağını təmizləməyə gedəsidirlər.

– Nə vaxt gedəcəklər?

– Beş-on günə.

– Hamısı?

– Hə, hamısı.

– Hə, onlar onsuz da səfalət içində yaşamağa adət ediblər, – Bahar kinayə ilə dedi.

– Belə danışma, Bahar. Onlar sənin ailəndi, – deyə Əmrah sakit səslə arvadına xəbərdarlıq etdi. – Bir də ki, nə eləsinlər axı? Halal zəhmətləri ilə çörək qazanırlar. Bilirsən, dünyada insana qalan nədir? Onun təmiz adı.

– Təmiz ad qarın doyuzdurmur, – Bahar dediyindən dönmədi.

– Of, Bahar, of... – Əmrah narazı halda dilləndi.

– Nədir, düz demirəm? – Bahar səsini qaldırdı. – Əgər cib boş, qarın acdırsa, təmiz adın nə mənası var?

– Yaxşı, Bahar, yaxşı... – Əmrah get-gedə mənasızlaşan söhbəti dəyişmək istədi. – Deyəsən, həm işdə bir az yorulmusan, həm də əsəbisən. İstəyirsənsə, get bir hovur dincəl.

– Hə, işləyib yorulmuşam! Mənim yorğunluğum evdə oturmaqdan deyil, – deyə Bahar istehza ilə Əmraha baxdı.

Bunu Əmrah hiss etsə də, cavab vermədi. Bu vaxt qapı açıldı və Afət gülərüz halda içəri girdi. O, çantasını otağına qoyduqdan sonra tez atasının yanına gəldi və sevincək halda:

– Yaraşıqlım! Sənə şad xəbərim var! – dedi.

– Bilirəm, sənin inşan məktəbdə birinci yeri tutub, – Əmrah arxayınlıqla qızını qabaqladı.

– Həcər bibi dedi?

– Yox. Bunu təxmin etməyə nə var ki? Sən inşa yazasan və birinci yer tutmayasan, – deyə Əmrah gülümsədi.

– O inşanı birlikdə yazmışıq, ata, – deyə Afət minnətdarlıq ifadə edən bir səslə dilləndi. – Sənin köməyin olmasaydı, mən o yeri çətin ki qazanardım.

Bahar bu vaxt sözə qarışdı:

– Afət, bəs sən deməmişdin ki, məktəbinə nə isə verəcəklər?

– Ana, ona hələ bir həftə var. İlk etap olaraq hər məktəbdən bir inşa seçilir. İkinci etapda da bütün Azərbaycan üzrə seçilmiş inşaların içərisindən bir inşanı seçəcəklər.

– Ehh, nə isə... Mənə maraqlı deyil, – deyib Bahar mətbəxə keçdi.

Bir həftə keçdi...

Əmrah ilə Afət neçə gün idi ki, inşa yarışmasından xəbər gözləyirdilər.


***

atandır? – deyə Bahar istehza və qəzəb qarışıq səslə soruşdu. – De görüm, atan sənə bu günə qədər nə edib? Gəzməyə aparıb, yoxsa sənə istədiyin bir şeyi alıb? Əksinə, sən onu gəzdirmisən. Həm də rəfiqələrinlə oyun oynamalı olduğun bir yaşda.

Eşitdiyi bütün sözlərə rəğmən yenə də özünü itirməyən Əmrah aradakı gərginliyi azaltmaq məqsədi ilə Baharın səsinin gəldiyi tərəfə çevrilib:

– Bahar, sənə nə olub? Niyə özünü belə aparırsan? Bəlkə çox yorğunsan, ona görə belə edirsən? Bəlkə işdən bir az icazə alıb istirahət edəsən, yatasan? – dedi.

– Nə!? Yatmaq!? –

Bahar hiddətlə bağırdı:

– Onsuz da bu günə qədər yatmışdım. İndi oyanmışam. Bilirsən nə vaxt? Mən işə girəndə. İşdəki rəfiqələrimin həyatlarını gördükcə mən özümə gəldim. Məsələn, həm müdirəmiz, həm də rəfiqəm olan Dilbərə əri bahalı maşın hədiyyə edib. Onlar xarici ölkəyə istirahətə gedirlər. Bəs sən!? Sən mənə nə vaxt bir şey hədiyyə etmisən, ya da ki gəzməyə aparmısan? Əksinə, həmişə mən səni aparmışam, özü də ki, utana-utana. Çünki sən bu görkəmdə mənə yaraşmırsan. Səndən nə yaxşı ər, nə də ki yaxşı ata olub. Ümumiyyətcə sən heç nəyə yaramırsan. Hətta bu oturduğun ev belə sənin deyil. Səni məscidin həyətindən tapan valideynlərinin evidir.

Baharın ortalığı sükuta qərq edən bu son sözləri Əmrahın qulağında bir əks-səda verdi. Əvvəlcə arvadının “Səni məscidin həyətindən tapan valideynlərin” sözlərinə bir məna verə bilməyən Əmraha bir az vaxt keçdikdən sonra bu sözlərin hər biri bir güllə tək öz təsirini verməyə başladı. Birdən onun qulaqları uğuldamaya başladı və elə həmin an sanki Əmrah dünyadan qopdu. Çünki onu bu dünya ilə bağlı tutan, bu dünyaya enteqrə edən eşitmə hissi sözlərin təsirindən bir anlıq yox oldu.

Anasının bu sözlərinə bir məna verə bilməyən Afət də əvvəlcə deyilənlərə inanmadı, ancaq anasının üz ifadəsindən deyilənlərin sarsıdıcı bir həqiqət olduğunu gördü.

Əmrah çətinliklə də olsa özünü toparladıqdan sonra təəccüb və heyrət dolu bir səslə:

– Necə yəni məscidin həyətindən tapılan? Başa düşmədim?

– Elə isə qulaq as. –

Ərinin vəziyyətini zərrə qədər də vecinə almayan Bahar hər şeyi soyuq bir tərzdə danışmağa başladı:

– Bir dəfə təsadüfən valideynlərinin səni necə övladlığa götürdüklərinin söhbətinə şahid oldum. Daha sonra da onlar bu həqiqəti mənə danışmaq məcburiyyətində qaldılar və xahiş etdilər ki, bunu sənə deməyim.

– Daha kim bunu bilir? – Əmrah yenə sual verdi.

– Səndən başqa hamı. – Bahar dedi.

– Afət də!?

– Xeyir. Afət də elə indicə bunu öyrənmiş oldu.

– Necə olub ki, məni bu halımla övladlığa götürüblər? – deyə Əmrah maraqla soruşdu.

– Hər halda sənə yazıqları gəlib, – Bahar quru səslə davam etdi. – Soyuq bir qış günündə atan Məhəmməd məsciddən namaz qılmaqdan qayıdanda uşaq ağlaması səsini eşidir və o tərəfə yönəlir. Karton bir qutu içərisində təzəlikcə doğulmuş bir körpəni görür, yəni səni. Onu götürüb evə gətirir. O vaxt bacılarının – Həcərin on, Aynurun da səkkiz yaşı var imiş.

– Bəs sonra?

– Nə sonra? Halına acıyıb səni övladlığa götürüblər.

– Bəs mənim valideynlərimin kim olduğunu biliblər?

– Xeyir.

– Bəs, yaxşı, bunu indi, bu an niyə mənə deyirsən? – deyə Əmrah maraq dolu səslə soruşdu.

– Çünki indi səndən ayrılmaq istəyirəm, – deyə Bahar nəhayət əsl məqsədini açıqladı. – Hə, onsuz da bilirdim ki, sən həkimə gedəsi deyilsən. Getmədən əvvəl də istədim ki, bu illər ərzində sənin mənə verdiyin o cəfaların heyfini çıxıb gedim.

– Bu günə qədər elə bilirdim ki, xoşbəxt ailəyə sahibəm. Görünür ki, buna inanan sadəcə mən olmuşam, – Əmrah təəssüflə dilləndi.

– Ata! Ana! Nə danışırsınız? Necə yəni ayrılmaq!? Məni heç düşünmürsünüz!? – deyə Afət üzünü yalvarıcı bir tərzdə valideynlərinə tutdu. Yazıq qızın göz yaşları qeyri-ixtiyari yanaqlarından aşağı süzülməyə başladı.

– Sən də mənimlə gedəcəksən, – Bahar qızına tərəf çevirilib amiranə dilləndi.

– Yox, ana! Mən atamı qoyub gedə bilmərəm, – Afət etiraz etdi.

– Nə!? Sən nə danışırsan, qızım? Deyəsən dəli olmusan. Həyatını kor bir adamla keçirmək fikrindəsən? – Bahar rişxəndlə güldü.

– Həyatımı atamla keçirmək fikrindəyəm, – Afətin cavabı qəti oldu.

– Qızım, ağlını başına yığ, – Bahar təkid etdi. – Gəl, gedək mənimlə. Sənin üçün mənim yanımda daha yaxşıdır.

– Yox, ana! Qərarım qətidir, – Afət dediyindən dönmədi.

– Bahar, bəs sən nə edəcəksən, hara gedəcəksən? – deyə Əmrah çətinliklə də olsa kəlmələri bir araya gətirərək soruşdu.

– Mən bu günə qədər səninlə yaşaya bilmədiklərimi yaşamağa gedirəm, – Baharın cavabı qəti və sərt oldu.

Aralarında keçən acı bir dialoqdan sonra, Bahar qonaq otağından yataq otağına keçdi və tələsik halda əşyalarını yığışdırmağa başladı.


***

Qonaq otağında qalan Əmrah ilə Afət baş verənlərə tam olaraq bir məna verə bilmədikləri üçün hələ də olduqları yerdə donub qalmışdılar. Afət atasının yanaqlarına süzülən yaşları görcək özünü yataq otağına atdı:

Ana, sənə birdən-birə nə oldu? Niyə belə edirsən?

Çünki, artıq bezmişəm, qızım, – Bahar kəsin səslə dilləndi. – Mən də həyatımı yaşamaq istəyirəm. On beş ilimi itirmişəm, heç olmazsa bundan sonrakı illərimi doğru-düzgün yaşayım.

Anasının artıq hər şeyə qərar verdiyini görüb danışmağın mənasız olduğunu anlayan Afət incik və qəzəb dolu bir səslə:

Yaxşı ana! Get. Məni də unut! – deyib otaqdan çıxdı.

Əmrah isə məyus halda kreslosunda oturmuşdu. Yazıq kişi o qədər fikirli idi ki, kədərli gözlərlə üzünə baxan qızının otağa qayıdıb yanında oturduğundan və boynunu qucaqladığı zaman xəbəri oldu. Bu an yataq otağının qapısı açıldı. Arvadının evdən çıxmağa hazırlaşdığını yəqin edən Əmrah ürəyindən:

Bəlkə Baharla bir daha danışım, onu fikrindən daşındırmağa çalışım, – deyə keçirdi, lakin artıq bunun faydasız olacağına qənaət yetirdiyi üçün yerindən tərpənmədi.

Nəhayət, Bahar əlində əşyalarını yığdığı təkərli çamadanla evin çıxış qapısına yaxınlaşdı və geriyə çevrilmədən nifrət dolu bir səslə:

Əlvida, kor məxluq! – dedi.

Əmrah arvadının qəlbini nizə kimi dəlib keçən bu son sözləri qarşısında susub başını aşağı saldı.

Ana! Bəsdi! Gedirsən, get! Daha atamı niyə incidirsən?! – deyə Afət ucadan çığırdı.

Bahar daha bir söz demədi və addım-addım fəlakətə doğru getdiyini bilmədən hirslə qapını çırpıb evdən çıxdı

Həcərgilin evi məktəbə beş-on dəqiqəlik bir məsafədə yerləşirdi. Həcər bütün işlərini qurtardıqdan sonra, artıq onu bir saatdır ki, gözləyən qızı Gülzarla birlikdə məktəbdən çıxdı. Gülzar kimi Həcər də bu gün çox sevincli idi. Afətin yazdığı inşa Azərbaycan üzrə birinci yerə layiq görülmüşdü. Qardaşı qızına bu gözəl xəbəri şəxsən özü vermişdi. Sonra onlar birgə məktəbin direktorunun otağına getmişdilər. Direktor və otaqdakı müəllimlər də Afəti təbrik etmiş, onunla fəxr etdiklərini demişdilər. Afət də onlara təşəkkür etmiş və bu inşada atasının əməyinin olduğunu bir daha vurğulamışdı.Bəli, doğrudan da Afətin yazdığı inşanın birinciliyə layiq görülməsi məktəb üçün çox önəmli bir hadisə idi. Çünki Təhsil Nazirliyi tərəfindən məktəbə yeni texnoloji avadanlıqlar veriləcək, bu da məktəbin təhsil səviyyəsini daha da artıracaqdı.

Görəsən indi Afət neyniyir? – deyə Gülzar yanaşı addımladığı anasından soruşdu.

Nə bilim, qızım, yəqin ki, sevinir, – Həcər başını tərpətdi.

Kim bilir, xəbəri eşidəndə Əmrah dayım da nə qədər sevinib, – Gülzar davam etdi. – Bu inşada onun da əməyi var idi axı.

Hə, – Həcər qızının sözlərini başıyla təsdiq etdi.

Ana, deyirəm, bəlkə nahardan sonra Afətgilə gedək? – Gülzar bir an dayandı.

Gedərik, qızım, – Həcər razılaşdı.

Bir də, ana, mən daha dözə bilmirəm, Zəhraya mesaj yazacam ki, nəticələr bu gün açıqlanıb, – deyərək Gülzar çantasından telefonunu çıxarıb mesaj yazmağa başladı.

Həcərin əri Murad, oğlu Mehdi və qızı Zəhra evlərinin qonaq otağında oturub çay içirdilər. Həcərin bir oğlu Fikrət isə hərbi xidmətdə idi. 44 günlük müharibə zamanı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak edən Fikrət həmin döyüşlərdə göstərdiyi fəal xidmətdən dolayı ordenlərlə təltif olunmuşdu. Mehdi ilə Zəhra da Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyurdular.

Birdən Zəhranın mobil telefonunun bildiriş səsi eşidildi.

A-a-a! – deyə Zəhra qəfil yerindən sıçradı.

Nə oldu? – deyə Muradla Mehdi maraqla qızın üzünə baxdılar.

Afətim qatıldığı inşa müsabiqəsinin nəticəsi açıqlanıb! – Zəhra sevincək dedi.

Ver baxım, – Mehdi telefonu bacısından aldı. – Burada Gülzar sadəcə nəticələrin açıqlandığını yazıb, kimin qalib gəldiyini yazmayıb axı.

Yox, mən bilirəm. Mütləq Afət qalib gəlib, – Zəhra gülümsədi. – Əgər başqası qalib gəlsəydi, Gülzar bizə mesaj yazmazdı. Yəqin bizi həyəcanlandırmaq istəyir.

Mehdi ağzını açıb nəsə demək istəyirdi ki, evin qapısı açarla açıldı. Həcər ilə Gülzar qapıdan içəri girən kimi hər kəs onları müsabiqənin nəticəsi haqqında sorğu-suala tutmağa başladı.

Dayanın, səbirli olun, imkan verin bir nəfəsimizi dərək, – deyə Həcər gülümsündü.

Yaxşı, bizi bir az da intizarda saxlamaq istəyirlər, – deyə Mehdi cavab verdi.

Ana, bəlkə xəbəri Afətim özü desin, – Gülzar dedi.

Yox, belə eləməyin, deyin artıq, – deyə Zəhra guya yalvarırcasına dilləndi.

Yaxşı, yaxşı, deyirəm, – deyə Həcər keçib divanda oturdu və sevincli halda: – Afətimiz birinci oldu! – dedi. Hə, elə də bilirdim, – deyə bayaqdan susqun olan Murad nəhayət dilləndi və: – Gəlin bu axşam Afətgilə qonaq gedək. Onları təbrik edək. Bu azımsanacaq bir xəbər deyil, – deyə də əlavə etdi.

Hə, bayaq mən də bunu anama dedim, o da razılaşdı. Elə deyil, ana? – Gülzar söhbətə qoşuldu.

Hə! Nə olar, ana, gedək! – deyə Zəhra gülümsər halda anasına yaxınlaşdı.

Yaxşı, gedək, – Həcər başını tərpətdi. – Aynur xalanıza da xəbər verin, axşam Əmrahgildə olsunlar. Getməzdən əvvəl Afət üçün hədiyyə dalınca da getməliyik.

Yaxşı, – deyib hər kəs Həcərin bu fikri ilə razılaşdı və günorta yeməyindən sonra da hərə öz otağına çəkilib hazırlaşmağa başladı.

Əmrah ilə Afət evlərində Baharın gedişindən mütəəssir halda oturmuşdular. Əmrah bu günə qədər həyatında bir çox çətinliklərlə qarşılaşmış, hadisələrlə üzləşmişdi. Ancaq onların heç biri onu bu gün baş verənlər qədər sarsıtmamışdı. Yazıq kişi sözün həqiqi mənasında çaşıb qalmışdı. Bilmirdi, yenicə öyrəndiyi övladlıq olduğunamı üzülsün, yoxsa Baharın gedişinəmi.

Afətin bir neçə dəqiqə əvvəl gətirdiyi çaylar stolun üstündə soyuyub buza dönmüşdü. İndi ata ilə balanın nəinki yeyib-içməyə, hətta danışmağa belə istəkləri yox idi.

Birdən qapı döyüldü. Əmrah ürəyində: Bəlkə Bahar fikrini dəyişib geri qayıdıb, – deyə ümid edərək ayağa qalxıb qapıya tərəf getdi.


***

Dayıcan!

Gülizarın şaqraq səsi onu qurduğu bu xəyaldan sarsıdaraq ayıltdı.

– Əmrah, qardaşım...

Əmrahın çaşıb qaldığını görən Həcər ona səslənib əlini uzatdı.

– Axşamın xeyir, Əmrah. Bizi içəri dəvət etməyəcəksən? – dedi Murad.

Özünü nə qədər ələ almaq istəsə də, bunu bacarmayan Əmrah könülsüzcə dedi:

– Axşamınız xeyir. Buyurun, gəlin.

Əmrahın bu tövründən özlərini itirən qonaqlar sakitcə qonaq otağına tərəf yönəldilər.

– Əmrah, pis vaxta gəldik, qardaşım? – dedi Həcər, evdəki ağır havadan və qardaşının soyuq münasibətindən narahat olub.

– Əslində... nə isə, bu barədə sonra danışarıq, – Əmrah qeyri-müəyyən tərzdə dilləndi.

Qonaqlar keçib qonaq otağında əyləşdilər.

– Bura gəl görək, qalib qız! – Murad Afətə səsləndi.

– Xoş gəlmisiniz, Murad əmi, – Afət Muradın bu komplimentinə güclə də olsa gülümsədi.

– Afət, təbrik edirəm, ağıllı bacım. Uğurların bol olsun! – dedi Zəhra və Afətə sarıldı.

Mehdi gülümsəyərək dedi:

– Hamımız bilirdik ki, qalib sən olacaqsan.

– Təbriklərə görə çox sağ olun, – deyə hər nə qədər özünü şən göstərməyə çalışsa da, bacara bilməyən Afət kefsiz halda cavab verdi.

– Aynur bibinə də dedik, o da çox sevindi. Bir azdan onlar da gələcəklər, – dedi Həcər, qeyri-ixtiyari əlindəki mobil telefonun saatına baxaraq. Sonra Afətə çevrilib soruşdu:

– Qızım, bəs anan hanı? Bayaqdan onu görmürəm.

Afət bibisinin sualına cavab verə bilməyib başını aşağı saldı. Bunu hiss edən Əmrah sözə qarışdı:

– Həcər, bu barədə sonra danışarıq. Qoy Aynur da gəlsin.

– Nə olub, qardaşım? – deyə Həcər sual dolu bir səslə soruşdu.

Bu vaxt qapı döyüldü.

– Siz oturun, mən açaram. Yəqin Aynur xala gildir, – dedi Mehdi və qalxıb qapını açdı.

Gələnlər xalası Aynur, yeznəsi İlham və əkiz oğlanları Hilal ilə Bilal idilər.

– Xoş gəldiniz. Gəlin, keçin içəri, – Mehdi qonaqları salamladı.

– Xoş gördük, Mehdi. Gəlmisiniz? Ax, qabaqladınız bizi, – Aynur gülümsəyərək dedi.

Yeni qonaqlar da qonaq otağına keçdilər. Əmrah ayağa qalxaraq hamı ilə tək-tək görüşdü. Aynur ətrafa göz gəzdirib soruşdu:

– Bu günün səbəbkarı hardadır?

Afət mətbəxdən qonaq otağına gəlib yeni qonaqlarla tək-tək görüşüb salamlaşdı.

– Afət, səni təbrik edirəm, ağıllı balam. Gəl səni bir bağrıma basım, – dedi Aynur və Afəti qucaqlayıb yanağından öpdü.

– Biz də səni təbrik edirik, – dedi Bilal. Hər iki qardaş Afəti qucaqladılar.

Afət, Zəhra və Gülzar mətbəxə çay gətirməyə keçdilər.

– Əmrah qardaşım, bir az durğun görünürsən. Nəsə olub? Bahar nəsə gözümə dəymir. Atasıgildədirmi? – deyə Aynur soruşdu.

Əmrah kreslosunda bir az qurcalandıqdan sonra başını qaldıraraq kefsiz bir səs tonu ilə dedi:

– Sizlərlə bir məsələ haqqında danışmaq istəyirəm.

– Nə məsələ? – Aynurun marağı daha da artdı.

– Sözün düzü, mən də bilmirəm, – Həcər sözə qarışdı. – Bayaqdan sənin də gəlməyini gözlədi ki, nəyi isə açıqlasın.

– Əslində, mən yox, siz açıqlayacaqsınız, – Əmrah ciddi tonda dedi.

– Əmrah, bəlkə artıq mətləbə keçəsən, qardaşım, – Aynur səbirsizləşdi.

– Mən övladlığam?! – Əmrahın bu gözlənilməz sualı qarşısında özlərini itirən Həcər ilə Aynur nə deyəcəklərini bilməyib çaşqın halda bir-birinin üzünə baxdılar.

– Nə?! Bunu sənə kim deyib?! – Həcər handan-hana özünü toparlayıb, guya təəccüblənirmiş kimi soruşdu.

– Bacı, xahiş edirəm, mənə hər şeyi danışın, – dedi Əmrah yalvarıcı tonda. – Mən uşaq deyiləm. Əgər həqiqətdirsə, olduğu kimi qəbul edərəm. Nəyinki olduğu kimi qəbul etmək, hətta dünya görüşlü və ağlı başında bir adam kimi valideynlərimlə fəxr edərəm. Bəli, fəxr edərəm. Onlarla ona görə fəxr edərəm ki, mənim kimi birini övladlığa götürüblər. Sağlam birisini hər kəs övladlığa götürə bilər. Ancaq görmə məhdudiyyəti olan bir uşağı bilərəkdən övladlığa götürüb böyütmək və bu yaşıma qədər də heç nə hiss etdirməmək – bunu ancaq mələk kimi insanlar edə bilərlər. Kaş indi həyatda olsaydılar, ikisinin də əl-ayaqlarından öpüb minnətdarlığımı bildirə bilsəydim.

Bu an Əmrahın göz yaşları yanaqlarından süzülüb ağ köynəyinin üstünə düşdü.

***

– Gəl, qardaşım, indi sənə hər şeyi danışacam.

Əmrahın bu səmimi sözlərindən təsirlənən Həcər onu qucaqlayıb, sel kimi axan göz yaşlarının islatdığı yanaqlarından öpdü. Sonra isə hər şeyi olduğu kimi danışmağa başladı:

– Soyuq, şaxtalı bir qış günü idi. Həmin gün atam Babək məscidinə cümə namazına getmişdi. Aynurla mən isə xəstələndiyimiz üçün məktəbə getməmişdik. Anam da evdəydi. Birdən qapı açıldı və atam əlində karton bir qutu ilə içəri girdi. İkimiz də onun bizə hədiyyə aldığını düşündük və xəstəliyimizi unudaraq yatağımızdan qalxıb, kenquru kimi tullana-tullana qutuya tərəf getdik.

Qutunun ağzı açılanda isə heyrətdən yerimizdəcə donub qaldıq. Qutunun içində sən var idin. Köhnə ağ bir əsgiyə bükülmüşdün. Soyuqdan yanaqların qıpqırmızı olmuşdu. Heç birimiz nə olduğunu başa düşmədik. Anam da səni görəndə bizim kimi çaşıb qaldı. Sonra atam hər şeyi danışdı.

Sənin namaz qılmaqdan qayıdanda yol kənarından tapdığını dedi. Anam sənin yeni doğulduğunu dedi, çünki göbək bağın hələ də üstündə idi. Növbə ilə səni qucağımızda isitdik və yeni, tərtəmiz əsgilərlə bələdik.

Anam sənin görmə məhdudiyyətli olduğuna görə tərk edildiyini biləndə çox üzüldü və:

– Onu həkimlərə göstərərik. Əgər çarə taparlarsa nə yaxşı. Çarə tapmazlarsa da Allahın təqdiri ilə razılaşar, övladımız kimi bağrımıza basar, baxıb böyüdərik, – dedi.

Elə həmin gündə səni övladlığa götürməyə qərar verdilər və lazımlı sənədləşmələrlə bu qərarlarını rəsmiləşdirdilər.

– Hə, adını da mən qoydum, – deyə Aynur bu yerdə sözə qarışdı. – Əmrah mənim məktəbdə ibtidai sinif müəllimimin, mənə əlimdən tutub hərf yazmağı öyrədən müəllimimin adı idi.

– Hə, bir Allah şahiddi ki, – Həcər davam etdi, – atamla anam heç bir zaman səni bizdən ayırmadılar.

– Biz də səni öz qardaşımız kimi sevdik, Əmrah, – deyə Aynur bacısının sözünə qüvvət verdi.

– Bilirəm, – Əmrah kövrək halda bacılarının dediklərini təsdiqlədi.

– Sonrasını da özün bilirsən, – Həcər davam etdi. – Sənin 10 yaşın olanda atam gözlərini əməliyyat etdirmək üçün evimizi satıb səni bura, Bakıya gətirdi. Əməliyyatdan sonra da əlində qalan pulla bu evi aldı. Bu ev Zeynəb xalanın atasının evi olub, yəni Baharın babasının. Elə həmin vaxtdan da köçüb burada yaşamağa başladıq. Bax belə...

Həcər bununla da danışığını yekunlaşdırdı.

– Bəs sən bunu kimdən öyrəndin, Əmrah? – bacısının sözünü bitirdiyini görən Aynur maraqla soruşdu.

– Bahardan, – Əmrah qəmli halda cavab verdi.

– Bəs Baharın özü hanı?

– O, getdi.

– Necə yəni getdi? Bu gecə vaxtı hara gedib?

– Bilmirəm... – deyə Əmrah başını aşağı saldı. Yazıq kişinin boğazı düyümləndi və özündən ixtiyarsız göz yaşları yanaqlarından aşağı süzüldü.

Bu vaxt qapının yanında dinləməkdə olan Afət atasına yaxınlaşdı və günahkarlar kimi başını aşağı salaraq:

– Anam bizi tərk etdi... – dedi.

Qonaqların hamısı təəccüblə gah Afətə, gah da Əmraha baxdılar. Bu gözlənilməz xəbər qarşısında nə deyəcəklərini bilmədilər.

Dilbər qəsəbənin ən gözəl yerində yerləşən və villa deyiləcək qədər gözəgəlimli olan iki mərtəbəli evlərinin qonaq otağında qızı Könüllə birlikdə paltar ütüləyirdi. Birdən qapı döyüldü.

– Mən açaram, ana, – deyərək Könül iti addımlarla gedib qapını açdı.

Gələn Bahar idi.

– Salam, Könül, – Bahar qıza əlini uzatdı.

– Bahar xala! – anasının rəfiqəsi olan Baharı əlində təkərli çamadanla görüb əvvəlcə özünü itirən və nə deyəcəyini bilməyən Könül daha sonra qonağı salamlayıb içəri dəvət etdi.

– Könül, kimdi gələn? – Dilbər qızını səslədi.

– Mənəm, Dilbər, Bahar!

Dilbər Baharın səsini eşidən kimi əlindəki işini yarımçıq qoyub yeyin addımlarla dəhlizə çıxdı. Təkərli çamadanı ilə qapının içəri tərəfində dayanan Baharı görəndə o da qızı kimi çaşıb qaldı. Bir neçə saniyə olduğu yerdə dayanıb təəccüblə Baharın üzünə baxdı.

Bunu görən Bahar:

– Salam, Dilbər. Qonaq qəbul eləyirsən? – dedi.

– Salam, Bahar. Üzürlü hesab elə, səni camadanla görəndə bir az özümü itirdim. Gəl, keç içəri.

Bahar, Könül və Dilbər qonaq otağına tərəf yönəldilər. Bahar əvvəllər bir neçə dəfə Əmrahla birgə bu evə qonaq gəlmişdi. Ona görə də özünü burada rahat hiss edirdi. Könül tez stolun üstündəki ütülənmiş paltarları yığışdırıb apardı.

Bahar iri çamadanını otağın çöl tərəfinə qoyduqdan sonra keçib divanda oturdu.

– Nə məsələdir, Bahar? Yoxsa bu vaxtda istirahətə gedirsən? – deyə onunla yanaşı oturan Dilbər təəccübünü gizlətməyə çalışaraq zarafatyana soruşdu.

Bahar susub gözü ilə Könülü işarə etdi.

– Qızım, bizə çay gətir, – deyə Dilbər Könülə tərəf dönüb dedi və qız mətbəxə keçən kimi diqqətli baxışlarını Baharın üzünə zilləyib danışmasını gözlədi.

Bahar üzündə zərrə qədər də kədər ifadəsi olmadan soyuq bir tərzdə danışmağa başladı:

– Hər şey qurtardı, bacı.

– Nə qurtardı, bacı? Başa düşmədim... – Dilbər duruxdu.

– Mən Əmrahdan ayrıldım. Evi tərk etdim, – Bahar cavab verdi.

– Nə?! Nə danışırsan, Bahar?! – Dilbərin gözləri heyrətdən böyüdü. – Siz həkimə gedəsi deyildiniz? Bəs Afət necə oldu?

– Yox... – Bahar izah etməyə başladı. – Əmrah həkimə getməkdən imtina etdiyi üçün biz mübahisə etdik. Mən də ona qarşı bütün düşündüklərimi, bu günə qədər ona deyə bilmədiklərimin hamısını üzünə dedim. Yaxşı da elədim.

Mənim üçün dünyadakı ən dəyərsiz şeydən daha dəyərsiz olan o kor məxluqa dediklərim – məhv olan həyatımın, itib gedən gəncliyimin, əlimdən alınan gələcəyimin, yarıda qalan xəyallarımın, puç olan arzularımın yanında heç nə idi. Sonra da evi tərk etdim. Afət atası ilə qalacağını dedi.

– Bəs indi nə olacaq? – eşitdiyi bu xəbər qarşısında özünü itirən Dilbər çaşqın halda dedi.

– O olacaq ki, boşanacağıq, – Baharın cavabı qəti oldu.

– Bahar, gəl mənə qulaq as, əziz bacım. Nə qədər ki gec deyil, gəl evinə geri dön. Nahaq yerə yuvanı dağıtma, – Dilbər Baharı düşdüyü yanlış fikirdən döndərməyə çalışdı. – Həmişə çətinlik çəkməyəcəksən ki. Bir azdan Afət də işləyər, sənə dayaq olar. O vaxtacan mən də sənə əlimdən gələn qədər dəstək olmağa çalışaram. Hə, nə deyirsən?

– Yox, Dilbər, – Bahar dediyindən dönmədi. – Özün bilirsən ki, sənin xətrini çox istəyirəm. Sən mənə anamdan da, əzizlərimdən də daha yaxınsan, ən çətin günlərimdə yanımda olmusan. Amma, xahiş edirəm, bu mövzuda təkid eləmə. Mən ayrılmaq istəyirəm. Qərarım qətidir. Geri qayıtmaq istəmirəm. Həyatımda daha Əmraha yer yoxdur. Afət də hələ balacadır, həyatı tam dərk etmir. Atası nə ər olub ki, nə ata olsun? Onsuz da bir gün mənim yanıma gələcək.

Əslində işimdən də ayrılmaq istəyirəm. Çünki o işi də Əmrah düzüb-qoşmuşdu. İstəmirəm ki, Əmraha borclu qalım.

Dilbər daha bir söz demədi.

– Özümə Bakıda başqa iş axtaracağam, – Bahar davam etdi. – Bu gecəlik sizdə qalacağam. Səhər tezdən də Bakıya gedəcəyəm.

– Bəs Bakıda harada qalacaqsan? Axı sənin orada heç kimim yoxdur? – bütün eşitdiklərinə hələ də inanmaqda çətinlik çəkən Dilbər canıyananlıqla soruşdu.

– Hələ ki, gücüm çata biləcək bir kirayə ev tutaram. Sonra işimdən asılı olaraq daha münasib evə keçərəm, – Bahar dedi.

– Ev tapmısan?

– Hələ yox, – Bahar başını buladı.

– Hə, mən sənə ev tapmaqda kömək edərəm, – deyə Dilbər azacıq sükutdan sonra yenidən dilləndi. – Bakıda bizim tanış bir maklerimiz var. Axşam Sahib işdən gəlsin, deyərəm, əlaqə saxlayar.

– Sağ ol, Dilbər, – Bahar gülümsədi.

Bu vaxt Könül içində 2 fincan çay və şirniyyat olan sini ilə geri qayıtdı.

Bir neçə saat keçdi..


***

Əmirah həmişəki kimi öz sevimli kreslosunda oturmuşdu. Qonaqlardan isə sadəcə Aynur ilə Həcər qalmışdı. Həm Baharın evdən getməsi, həm də illərin həqiqətinin gün işığına çıxması evdə kədərli bir abu-hava yaratmışdı. Bu havanın ağırlığını aradan qaldırmaq üçün Aynur və Həcər əllərindən gələni edirdilər.
Afətin bu gün inşa yarışmasında birinciliyi qazanması münasibətilə hər ikisi ona hədiyyələr almışdılar. Nəhayət, bibilər evdəki kədərli atmosferi yumşaltmaq üçün aldıqları hədiyyələri verməyə qərar verdilər.
İlk hədiyyəni Həcər vermək istədi və:
– Afət, qızım, gəl bura. Gör, bibin sənə nə alıb, – deyə qardaşı qızını səslədi.
Bir neçə dəqiqə idi ki, öz otağında xısın-xısın göz yaşı tökən Afət bibisinin çağırışına reaksiya verərək gözlərini silib otağından çıxdı. Qızcığaz qəlbi qırıq bir şəkildə bibilərinin yanına gəldi və güclə eşidiləcək bir səs tonu ilə dedi:
– Buyur, bibi.
– Gəl, qızım, – Həcər Afəti lap yaxına çağırdı.
Afət bibisinin önündəki kiçik masanın üstündəki parlaq hədiyyə kağızına sarılmış böyük bir qutu gördü.
– Afət, mənim ağıllı balam. Bu sənin üçündür. Sənin bu günkü nailiyyətinin mükafatıdır, – Həcər gülümsəyərək dedi və Afətin hər şeyə könülsüz yanaşdığını görüb əlavə etdi: – Gəl, hədiyyəni birlikdə açaq.
Afət kiçik masaya yaxınlaşdı və dizləri üstə çöküb yavaş-yavaş hədiyyəsini açmağa başladı. Həcər də qıza köməklik göstərir, təbəssümlə onun üzünə baxırdı.
Aynur səbirsizlik göstərərək dedi:
– Afət! Bir az tez! Maraqdan öldüm axı. Həcər bibin nə alıb sənin üçün? Görmək istəyirəm.
– Səbirli ol, bacı, – Həcər gülümsədi.
Əvvəlcə qutunun büküldüyü hədiyyə kağızı səliqə ilə açıldı. Afət qutunu görsə də, hədiyyənin nə olduğunu bilə bilmədi. Üst tərəfindəki yapışqan lent qoparıldıqdan sonra nəhayət qutunun ağzı açıldı. Qutunun içərisindən bir notbuk çıxdı.
– Bibim, mənim! Çox sağ ol! – bir anlıq hər şeyi unudan Afət sevincli halda qışqırdı. – Ana! Mənim də notbukum var!.. – qızcığaz bu kəlmədən sonra bir az tutuldu. Onun gülən üzü yenə qəmgin bir hal aldı.
Həcərlə Aynur yaranmış vəziyyət qarşısında çaşıb qaldılar. Hər ikisi də bir neçə saniyə nə edəcəklərini, nə deyəcəklərini bilmədilər. Araya çökən sakitliyi Aynur pozdu:
– Həcər bibin səni bu qədər sevindirdi. Görək, mən də səni o qədər sevindirə biləcəyəm? – deyib əlindəki qırmızı parlaq hədiyyə kağızına bükülmüş bir qutunu Afətin əlinə verdi. – Buyur, bu da mənim hədiyyəm.
Afət əlindəki hədiyyədən aldığı həzdən bir az gülümsəyib parlaq hədiyyə kağızını ehmalca açdı. İçindən çıxan mobil telefonun qutusunu da açanda qızın üzündə kədərdən əsər-əlamət qalmadı:
– Çox sağ olun! Gəlin, hər ikinizə də sarılım! – deyərək o bibilərini qucaqladı.
– Əzizlərim, sizə çox minnətdaram. Bizə bu günkü kədəri bir anlıq da olsa unutdurdunuz. Bu çətin gündə yanımızda oldunuz, – qızının sevincini birə-bir hiss edən və bir anlıq da olsa Baharın evi tərk etməsinin verdiyi hüznü unudan Əmrah minnətdarlıq ifadə edən bir səslə bacılarına müraciət etdi.
– Bundan sonra da olacaq, – deyə Həcər qətiyyətli bir səslə dedi.
– Hə, bacı-qardaş bir-birinə belə günlərdə lazımdır, – Aynur bacısının sözünə qüvvət verdi.
– Deyirəm, bəlkə bu hədiyyələrin şərəfinə çay içək? – Afət gülümsəyərək dedi.
– Həm də yemək yeyək, yaman acmışam, – Əmrah utancaq halda dedi.
– Yaxşı, gəlin gedək mətbəxə, görək nə edə bilirik, – deyib Həcər ayağa qalxdı.
Hər üçü birlikdə yemək hazırlamaq üçün mətbəxə keçdilər.
Dilbər, Könül və Bahar qonaq otağında oturub söhbət edirdilər. Birdən qapı döyüldü.
– Mən açaram, yəqin atamdır, – deyərək Könül tez gedib qapını açdı.
Gələn doğrudan da Sahib idi.
– Necə də şanslıyam. Bircəm məni qapıda qarşılayır, – Sahib gülümsəyərək dedi və əlindəki ərzaq torbasını qızına uzatdı.
Könül, Dilbər və Sahibin yeganə övladı idi. Buna görə də atası ona hər zaman "bircəm" deyə müraciət edərdi. Könül atasının bu sözlərinə həmişə olduğu kimi gülümsədi.
– Anan evdədir? – deyə Sahib qızından soruşdu.
– Hə, – Könül başını tərpətdi.
Ata-bala birlikdə otağa keçdilər.
– Bahar, xoş gəlmisən, – deyə Sahib içəri girən kimi arvadı ilə yanaşı divanda oturan Baharı görüb onu salamladı.
– Salam, Sahib qardaş. Sağ olun, siz də xoş gördük, – Bahar dedi.
– Tək gəlmisən? Bəs Əmrahla Afət hanı? – deyə Sahib ətrafına göz gəzdirib maraqla soruşdu.
Bahar susub Dilbərə baxdı. Heç nə başa düşməyən Sahib isə əynini dəyişmək üçün yataq otağına keçdi. Dilbər də ərinin arxasınca yollandı və o saatda Sahib onu sual atəşinə tutdu:
– Nə olub, Dilbər? Baharın bu saatda burda nə işi var? Niyə tək gəlib? Dəhlizdəki çamadan onundur?
Dilbər hadisəni bütün təfərrüatı ilə danışdı və sonda da ondan tanışı olan makler vasitəsilə Bahara ev tapmaqda kömək etməsini xahiş etdi.
– Yaxşı, Dilbər, – Sahib razılaşdı. – Mən o maklerlə danışaram. Münasib bir qiymətə münasib bir yer tapar.
– Yaxşı, sən paltarını dəyiş. Mən də gedim süfrəni hazırlayım, – yataq otağından çıxıb mətbəxə keçən Dilbər oradan səsləndi:
– Bacı, gəl mətbəxə.
Qonaq otağında Könüllə birlikdə oturan Bahar mətbəxə girən kimi Dilbər danışmağa başladı:
– Bahar, Sahiblə danışdım. Ev məsələsini həll olmuş bil. Səhər getməyi planlaşdırırsan?
– Bəli, Dilbər, – Bahar kəskin şəkildə dedi və əlavə etdi: – İstəyirəm, bir an əvvəl burdan gedim. Yeni bir həyat qurum.
– Bahar, bəlkə bir daha düşünəsən? Hələ ki gec deyil. Bəlkə geri dönəsən? – Dilbər son bir ümid Baharı yola gətirmək istədi.
– Yox, bacı, fikrim qətidir, – Bahar qətiyyətlə dedi. – Çoxdan etməli idim bunu.
– Yaxşı, Bahar. Qərar sənindir. Haqqında xeyirlisi olsun. İnşallah, peşman olmazsan, – Dilbər bunu deyib tələsik süfrəni hazırlamağa başladı.
Az sonra hər kəs yeməyini yeyib yatmaq üçün otağına getdi. Bahar qonaq otağında divanda salınmış yerdə uzun zaman oyaq qaldı. Bir neçə saat əvvəl sırf görmə məhdudiyyəti var deyə ərini və 15 yaşlı qızını özü kimi müvəqqəti olan dünya zövqlərini yaşamaq uğruna tərk edən Bahar sevincindən heç cür yuxuya gedə bilmir, gələcək həyatını xəyalında canlandırırdı.
O, bir an əvvəl indiki həyatı ilə vidalaşmaq istəyir, səbirsizliklə çoxdan arzusunda olduğu, lakin özü üçün xeyirli olub-olmayacağını və bu yolda hansı çətinliklərlə üzləşəcəyini düşünmədiyi yeni həyatına başlayacağı günü gözləyirdi.
Səhər saatları idi. Afətlə Əmrah bir saat idi ki, yuxudan oyanmışdılar...
***

Afət necə yatıb, necə oyandığını heç başa düşmədi. Əvvəllər səhərlər yuxudan güclə qalxan Afət bu gün tezdən də tez qalxmış, səhər yeməyini hazırlamışdı. Bəli, indi evin bütün məsuliyyəti 15 yaşlı bu balaca qızcığazın üzərində idi. Birdən o, pəncərədən həyətdə gəzinməkdə olan atasına səsləndi:

– Ata, gəl. Yemək hazırdır.

Nə səhərin sərinliyini, nə də ki təmiz və xoş havasını duymayan Əmrah həyətdə rotasız bir gəmi tək gəzinməkdə idi. O, dünənki ayrılığı həzm edə bilmirdi. Ancaq Afətə bu mənfi emosiyaları yansıtmamağa çalışırdı. Qızının onu səhər yeməyinə səsləməsinə də gücdə olsa gülümsəyərək və xoş tonlu bir səslə:

– Gəlirəm, ağıllı balam, – dedi.

Az keçmiş əl-üzünü yuyub yavaş addımlarla mətbəxə keçdi. Önünə gələn çayın və yenicə kərə yağı ilə bişmiş omletin xoş ətirini içinə çəkən Əmrah iştahla yeməyə başladı. Afət əlini atasının çiyninə qoyaraq:

– Ata, sənə bir sürprizim var, – dedi.

Əmrah yeməyini udduqdan sonra gülümsəyərək soruşdu:

– Səhər-səhər nə sürprizdir belə, nazlı bəbə?

– İndi olmaz, ata. Qonaq otağına keçək sonra.

– Yaxşı, qızım. Salfeti ver.

Salfetlə əllərini silən Əmrah qonaq otağına keçdi. Afət də mətbəxi yığışdırdıqdan sonra atasının yanına gəldi. Bu gün həftənin şənbə günü idi, buna görə də Afət dərsə getməyəcəkdi.

– Qızım, bəlkə sürprizini açıqlayasan? – dedi Əmrah.

Əmrah qızının yavaşca yanına yaxınlaşdığını hiss etdi.

– Buyur, ata, – deyib Afət əlində olan əşyanı atasına uzatdı.

Atası uzatdığı əşyanın yerini təyin etsin deyə cırtma çalmağa başladı. Doğrudan da Əmrah əlini dəqiqliklə çırtma səsi gələn tərəfə uzadıb Afətin əlinə verdiyi əşyanı toxunaraq tanımağa başladı. Az keçmiş o, formasından anlayıb başa düşdü ki, bu sensorlu mobil telefondur. O saatda təəccüblə:

– Afət, bu ki sensorlu telefondur!

– Bəli, atacan, bu sensorlu mobil telefondur, – Afət gülümsəyərək cavab verdi. – Bu telefonu dünən mənə Aynur bibim hədiyyə etmişdi, bilirsən. Birlikdə yazdığımız inşada sənin əməyin də olduğu üçün hədiyyələrimi səninlə bölüşmək istədim. Noutbuku özümə götürdüm ki, bəzi dərslərimin araşdırmalarını və tapşırıqlarını onda edim. Telefonu isə səsli asistanla işlədiyi üçün onu sənə verdim. Mobil nömrəni də artıq telefonuna yerləşdirmişəm.

– Çox sağ ol, qızım, – Əmrah qızının boynunu qucaqladı. Sonra tərəddüdlə soruşdu: – Ancaq bunu necə işlədəcəyəm? Axı mən həmişə düyməli telefon işlətmişəm.

– Ata, sənə kömək edəcəyəm. Narahat olma. Səsli proqramla bunu idarə etmək çox asandır, – dedi Afət.

Afət mobil telefonu açıb onun idarəsini səsli olaraq necə ediləcəyini izah etməyə başladı.

Bahar yarıyuxulu bir şəkildə yerindən qalxdı və üzərini geyindi. Yola çıxmaq üçün hazırlaşmağa başladı. Dilbər də oyanmış, mətbəxdə səhər yeməyini hazırlayırdı:

– Sabahın xeyir, Bahar. Gözlərinin altı şişib, deyəsən yaxşı yata bilməmisən? Gəl, yola çıxmadan əvvəl bir şeylər ye. Yemək hazırdır.

– Sabahın xeyir. Hə, yuxumu ala bilməmişəm. Gecə neçədə yuxuya getdim, bilmirəm. Çox sağ ol.

– Yeməyi yeyək, tez çıxaq. Taksi bir azdan yola düşəcək.

Bu vaxt səhər yeməyinə Sahib də qoşuldu. O, taksiyə qədər maşını ilə Baharı aparacağını dedi. Hələ gecə ikən Sahib Bakıya gedən taksidə Bahar üçün yer ayırtmışdı. Yeməyi yeyən Sahib Baharın çamadanını maşına apardı.

– Hər şeyə görə çox sağ ol, Dilbər bacı, – deyə Bahar minnətdarlıqla Dilbəri qucaqladı. – Nə yaxşı ki, varsan. Sağ olsun Sahib qardaş da mənə çox köməyi dəydi. Mənə kirayə ev tapdı.

– Mən də sağ ol deyirəm, Bahar. Amma kaş ki belə olmasaydı... Gül kimi yuvanı dağıtmasaydın, – Dilbər məyyus halda dedi.

– Nə edək, olan olub artıq. Təkrar çox sağ ol.

Bahar Dilbərlə vidalaşıb Sahibin maşını ilə qəsəbədən Bakıya gedən taksinin durduğu yerə gəldilər. Sahib Bahara taksiyə keçməyə kömək etdikdən sonra onunla vidalaşıb öz işinə getdi.

Taksi Bahardan başqa digər üç müştərisini də götürüb Bakıya doğru hərəkət etdi. Bahar arxa tərəfdə oturmuşdu. Bir anlıq arxaya çevrilib uzaqlaşan Qala qəsəbəsinə baxan Bahar üzündə sevinc dolu bir ifadə ilə fikirləşdi:

– Əlvida, cəhənnəmə bənzəyən köhnə həyat. Xoş gəldin, yeni həyat

Əmrah ilə Afət yeməklərini yeyib qonaq otağında başları yeni mobil telefona qarışmış halda oturmuşdular. Afət atasına mobil telefonu səsli asistanla necə istifadə edə biləcəyini öyrədirdi. Afətin özü isə bunu internetdəki videolardan öyrənirdi.

Qapı döyülməsi səsi hər ikisini elə bil oyatdı. Əlindəki telefonu atasına verən Afət cəld gedib qapını açdı. Gələn dayısı Aydın idi.

– Aydın dayı, xoş gəlmisən! – Afət sevincək dedi.

– Xoş gördük, balam, – Aydın qızın əlini sıxdı. – Necəsən? Evdə kimlər var?

– Gəl, dayı, gəl içəri. Evdə atamla mənəm.

– Bahar işdədi?

Afət bir az duruxdu. Sonra özünü toparlayaraq dayısını qonaq otağına dəvət etdi.

– Salam, Əmrah. Necəsən, yeznə? Durma, mən gəlirəm ora, – dedi Aydın.

Əmrah qonağını ayaqda qarşıladı. Aydın onun əlini sıxaraq divanda oturdu.

– Necəsən, Aydın? Nə var, nə yox?

– Sağ ol, yeznə. Sən necəsən? Bizdə hər şey yaxşıdır. Mövsümi işə çıxmazdan əvvəl istədim ki, sizə baş çəkim. Birigünə yola çıxasıyıq.

– Mövsümi işə sizdən kimlər gedir?

– Əvvəlcə hamımız getmək istədik, sonra qərar dəyişdi. İndi mən, atam və qardaşlarım gedirik. Qalanlar evdə qalacaqlar.

– Allah xeyirlisindən etsin. Qazancınız bol olsun, – Əmrah ürəkdən dedi. – Hə, bəs Bahar hardadır? Səhv etmirəmsə bu gün şənbədir, işdə də olmaz.

Əmrah bir xeyli dayandı. Sonra ağır bir səslə:

– Bahar getdi... Bizi tərk etdi.

– Necə yəni getdi? Hara getdi? Tərk etmək nə deməkdir? – Aydın çaşqınlıqla soruşdu. – Yəqin ki, zarafat edirsən, yeznə...

– Yox, dayı. Zarafat deyil. Atam düz deyir. Ana bizi tərk etdi, – Afət kədər dolu bir səslə atasının yerinə cavab verdi.

Ortalığa ağır bir sükut çökdü. Aydın gah Afətə, gah da Əmrahın üzünə baxırdı. Onların ciddi olduğunu anlayanda sakitliyi özü pozdu:

– Afət, qızım, bizə çay gətir.

Afət atasının istəyi ilə mətbəxə keçdi.

(Aynurla İlhamın balkondakı dialoqu)

– Aynur, sənə nə olub? Niyə ağlayırsan? – İlham soruşdu.

– Yox, ağlamıram, – deyə Aynur üzünü yana çevirdi.

– Yox, ağlayırsan. Görürəm axı. Xahiş edirəm, de görüm nə olub?

– Əmraha görə çox üzülürəm, – Aynur ağlaya-ağlaya danışmağa başladı. – Yazıq, bəxtsiz qardaşım. Vəziyyətinə görə körpə ikən valideynləri, indi də 15 illik arvadı, uşağının anası tərəfindən tərk edildi. O, indi üzdə özünü güclü göstərməyə çalışır, amma içində kim bilir nə fırtınalar qopur. Düşünürəm ki, əgər görmə məhdudiyyətli olmasaydı, bütün bunlar onun başına gəlməzdi...

– Qulaq as, Aynur, – İlham asta səslə danışmağa başladı. – Birincisi, Əmrah nə yazıqdır, nə də bəxtsiz. Çünki onu doğma qardaşı kimi sevib ürəkdən yanan Həcər var, sənin kimi bacısı var, bir də onu hər şeydən çox sevən Afət kimi qızı var.

– Hə... – Aynur ərinin sözlərini təsdiqlədi.

– Əmrahın görmə məhdudiyyətinə gəlincə, Allah Qurani-Kərimin “Bəqərə” surəsinin 216-cı ayəsində buyurub: “Bəzən xoşunuza gəlməyən bir şey sizin üçün xeyir, bəzən də xoşunuza gələn bir şey sizin üçün şərdir”. Hətta Peyğəmbərimizin də bu haqda hədisi var. Bəlkə də bu gün səni kədərləndirən vəziyyət Əmrahı neçə günahlardan, fəlakətlərdən qoruyub. Bahara gəlincə, o, hələ həyatı dərk eləmir. Əgər dərk etsəydi, bu dünyanın qonaq yeri olduğunu, ömrün gəlib-keçici olduğunu və ən böyük xoşbəxtliyin gözəl bir ailəyə sahib olmaq olduğunu anlayardı. Bir də... gərək Əmrahı özü kimi görmə məhdudiyyətli biri ilə evləndirərdiniz. Çünki insanın halını ancaq özü kimi olan anlayar.

– Düz deyirsən, – deyə Aynur başını təəssüflə tərpətdi.

(Aydınla Əmrah söhbəti)

– Bəs indi o hardadır? – Aydın soruşdu.

– Bilmirəm, – Əmrah cavab verdi.

Bu arada Afət şirniyyatla çay gətirdi. Aydın çayını içib Əmrah və Afətlə sağollaşıb evlərinə getdi.

(Bahar Bakıya gəldikdə)

– Xanım, dediyiniz yerə çatmışıq. Bura “Kamsamolski kruqudur”, – taksist dedi.

– Zəhmət olmasa, baqajdakı çamadanımı da verərdiniz, – Bahar xahiş etdi.

Taksist çamadanı verdi. Bahar yol pulunu uzadıb təşəkkür etdi. Sonra telefonunu çıxarıb Sahibin verdiyi maklerin nömrəsinə zəng etdi:

– Alo! Salam. Makler Adəmə zəng vurmuşdum.

– Buyurun, mənəm.

– Mənə bu nömrəni Sahib vermişdi.

– Siz Bahar xanımsınız? Gəlib çatmısınız?

– Bəli. “Kamsamolski kruqu”ndayam.

– Elə isə on dəqiqəyə gəlirəm, – Adəm dedi.

On dəqiqə sonra Baharın telefonuna zəng gəldi:

– Bahar xanım, gəlmişəm. Qara “Opel”dəyəm.

– Gördüm sizi. Qara maşındır.

Bahar çamadanını çəkib maşına yaxınlaşdı:

– Salam, Adəm bəy.

– Salam. Xoş gördük. Buyurun, əyləşin. Çamadanınızı baqaja mən qoyaram, – deyib çamadanı götürdü.

Bahar maşına oturdu. Adəm sükan arxasında dedi:

– Dünən Sahib mənə zəng edib bir tanıdığının kirayə ev axtardığını dedi. Mənim də əlimdə sizə münasib bir bina evi var. Qiymətdə də razılaşarıq.

– Həyət evidir?

– Yox. “Zdaniya” və ya “novostroyka” evləri bir az bahadır. Ona görə bu evi münasib gördüm. Yaxşı yerdədir, tam əşyalıdır, kombisi var, interneti də.

Bahar maklerin dediyi sözləri tam anlamasa da başı ilə razılıq bildirdi.

Əsgərin evində sabahkı günün yol tədarükü görülürdü. Bu vaxt Aydın fikirli bir halda evlərinə gəldi.

– Aydın, harda idin, oğlum? Gec gəldin. Nə olub? Niyə belə fikirlisən? – Əsgər maraqla soruşdu.


***

Əmrah qaynanasıyla qayınatasını ayaqüsdə qarşıladı və əlini uzadaraq:

Xoş gəlmisiniz dedi. - əvvəlcə Əsgər sonra da Zeynəb Əmrahın əlini sıxdılar. Əmrah öz kreslosunda, Zeynəb ilə Əsgər də divanda əyləşdilər.

Necəsən Əmrah?

Əsgər birinci diləndi.

- Nə deyim Əsgər əmi?

- əmrah mənim səsə danışmağa başladı.

- Başımıza gələni hər halda Aydın sizə danışıb.

Hə, Aydın bizə hər şeyi danışdı – deyə gözləri yaşaran Zeynəb cavab verdi.

Afət qonaqlara çay hazırlamaq üçün mətbəxə keçdi.

- Bilmirəm sənə nə deyim. Bahar üzümüzü qara elədi. Sənin önündə də xəcalətimizdən başımızı qaldıra bilmirik.

- Yox, Zeynəb xala elə deməyin. Sizin nə günahınız var.

Əmrah oğlum, nə vaxtdan bəri aranız dəyib?

Deyə əsgər maraqla soruşdu:

- Bilirsiniz əslində Baharla bizim bu günə qədər heç bir problemlmiz olmayıb. Daha doğrusu mən elə bilirdim.

Əmrah bu yerdə qəhərləndi.

- Elə bilirdim ki, xoşbəxt bir ailəyə sahibəm. Ancaq bu heç də elə deyilmiş. Mən də sizin kimi bu işə, bu hadisəyə çaşıb qalmışam. Hər şey elə ani oldu ki, bir də özümə gələndə qızımla tək qaldığımızı gördüm.

- Nə deyim ki, Əmrah.

Əsgər cavab olaraq ağır ağır dilləndi.

- Mən evdə uşaqlara da dedim. İndi də burda sənin yanında deyirəm. Bir Allah şahiddi ki, səninlə evlənməyi Baharınözü istəmişdi. Nə mən, nə də, anası onu bu evliliyə məcbur etməmişdik.

- Hə düz deyir.

Zeynəb təsdiqlədi.

- Əgər Bahar səni istəmirdisə bəs onda niyə səninlə evləndi?

Əsgər davam etdi.

- səndən canını qurtarmaq üçün baba afət kəskin şəkildə dedi məndən əsgər heyrətləndi afət qaynatasının səsindən bunu hisedənəmrah sakit səslə qızını xəbərdar etdi yox ata afət davam etdi qoy babamda, nənəm də hər şeyi bilsinlər qoy hər şey aydınlaşsın.

- anam həmişə sənin onu oxutmadığını mövsümünük işlərdə işləməyə apardığını qısacası ona zülm etdiyini deyərdi atamnada zülmdən canını qurtarmaq üçün evlənib obunda nənəmi də günahlandırardı əgər o ərəgetməsəydi bütün bunları yaşamazdım deyərdi hə, anam onu da deyərdi ki, atası avtomobil qəzasında ölməyib onu nənəmlə evlənmək üçün sən öldürmüsən. Eşitdiyi sözlərdən dəhşətə gələn əsgər handam hana özünü cəmləyib danışmağa başladı.

- Birincisi bizdə oxumayan təkcə anan olmayıb. Uşaqların hamısı da oxumayıblar çünki bizdə oxumağa fikir verən yoxdur. İkincisi isə möhsimlik işlərə işləməyə gedəndə təkcə anan olmayıb ona da uşaqların hamısıgediblər. Mənim onun atasına öldürməyimə qaldıqda isə allaha and içirəm ki o qəzaya düşəndə mən heç burda yox idim.

- Hə.

Zeynəb təsdiqləyici şəkildə başını tərpətdi əsgər onda Yevlağa işləməyə getmişdi sözün doğrusu baharın mənim barəmdə olan düşüncələrini bu cür olduğunu bilmirdim.

Əsgər məyus halda davam etdi heyif deməli o məni heç vaxt ata kimi görməyib amma mən mən onu öz övladım kimi sevmişəm.

-Qanınızı qaraltmayın, Əsgər əimi. Hamımız sizin Bahara olan münasibətinizi də, adam öldürmək kimi böyük bir günahı işlətməyəcəyinizi də bilirik.

Əmrah bunları ürəkdən dedi.

Ortaya ağır bir süküt çökdü. Sonra bu sükutu Zeynəb pozduBəs Baharın indi harda olduğundan xəbəriniz var, oğlum входя?

- Xeyr Zeynəb xala. Əmrah dedi:

Aydın bir neçə dəfə zəng etməyə çalışdısa da əlaqə qura bilmədi. Bahar telefona cavab verməyib. Zeynəb davam etdi

Zeynəb xala, sizdən bir şeyi soruşmaq istəyirəm. Mən də yenicə öyrənmişəm, Baharın sayəsində. Əmrah nəhayət əsl məsələni açmaq istədi.

-Buyur soruş oğlum.

Mənim övladlıq olduğumu bilirdiniz?

Nə!? – deyə Əsgər təəccüblə soruşdu.

-Hə, Əmi. Əmrah davam etdi.

-Əslində məni böyüdənlər mənim doğma valideyinlərim deelimiş.

Zeynəp bir neçə saniyə fikirə getdikdən sonra ağır-ağırdanışmağa başladı.

- Biz də bu məsələni indi səndən eşidirik, oğlum. Sizin bura köçməyinuz mənim indiki kimi yadımdadır. Onda sənin on yaşın olardı. Qaraçı məhəlləsinə köçməyinizin səbəbini atan belə açıqlamışdı ki, sənin gözlərinin əməlyatı üçün Naxcvandakı mənzilini satıb və o pulnan burada səni əməlyat elətdirib. M Əlində qalan pul ilə də bu məhəllədə indiki evinizi aldılar. Aldığınız bu ev də mənim atamın evi idi. Yəni, mənim doğulub böyüdüyüm ev. Səni də ilk dəfə elə həmin vaxt yəni bu evə köçəndə gördüm. gözlərin sarıqlı idi.Qaldıki sənin övladlıq olmağın, o haqda heç kim heçnə bilmirdi.

Bəs Bahar bunu hardan, necə öyrənib? – deyə Əsgər soruşdu.

- Bahar bu məsələni təsadüfən valideyinlərimdən eşidərək öyrənib, Əsgər əmi.

Əmrah cavab verdi.

-Halal olsun sənin valideynlərinəƏmrah.

Əsgər səmimiyyətlə dedi:

-Sənin övladlıq olmağını bu günə kimi biz bilməmişik, valideyinlərin bunu nəyin ki, heç kimə, sənədə hiss elətdirməyiblər, oğlum. Səni doğma balalarından ayırmayıblar. Bir dediyini iki etməyiblər. Bir valideyin daha necə olsun ki!? Sənə əksiksiz öz sevgilərini veriblər.

Düz deyirsiniz Əsgər əmi. Mən çox xoşbəxtəmki elə valideyinlərim olub və hal hazırda da sizlər varsınız. İnşallah bundan sonra da olarsınız. MənBahara görə sizi itirmək istəmirəm. İstəyirəm ki, münasibətlərimiz yenə əvvəlki kimi olsun– bunu deyəndə Əmrahın gözləri yaşardı.

Oğlum, bu nə sözdü.

Zeynəp qolunu yanında oturduğu əmrahım boynuna saldı. - Əlbətdə ki bu elə olacaq. Səni övladlarımızdan ayırmamışıq. Belə olmasaydı biz indi burda olmazdıq.

- Çox sağ olun zeynəb xala allah hər ikinizdən də razı olsun.

Əəmra minnət dolu səslə dilləndi hə indi gələk ikinci məsələyə.

Deyə yaranan azacıq fasilədən istifadə edən Əsgər söhbətin səmitini dəyişdi.

-Afət gözəl balam dayım dedi ki, sən məktəbdə inşa müsabiqəsində birinci yeri tutmusan. Təbrik edirəm səni.

- Mən də, təbrik edirəm, qızım. Sənə uca Allahdan bol-bol uğurlar diləyirəm.

Deyərək Zeynəb oturduğu yerdən qalxıb nəvəsinin boynunu qucaqladı.

- Gərək sən bu kasıb babanla nənəni bağışlayasan, qızım. Sənə təbrik hədiyyəsi ala bilmədik.

Deyə Əsgər məyus halda dedi və

-Söz verirəm qayıdanda sənə yaxşı bir qonaqlıq verəcəm. Deyə o, əlavə etdi.

- Birincisi ikiniz də təbriklərə görə çox sağ olun.

Afət gülümsər halda sözə başladı.

- İkincisi lap hədiyyə alsaydınız belə mən onu qəbul etməzdim. Çünki, sizin gəlişiniz hədiyyədən daha dəyərlidir.

- Üçüncüsü isəbiz bu inşanı atamna birlikdə yazmışıq yəni bu təbrikdən ona da pay düşür.

- Allah səndən razı olsun oğlum.

Əsgər sağ əlini Əmrahın çiyninə qoyub dilləndi.

- Mən vaxtilə uşaqlarımı oxutmadım amma sənin sayəndə indi nəvələrin məktəbə gedir.

-Siz söhbətinizi edin, mən də gedim çay gətirim. Afət dedi: və birdən babası ilə nənəsinə tərəf dönüb

- Heç yadıma düşmür, yemək yemisiniz? Deyə soruşdu:

- Siz yemisiniz?

Zeynəb nəvəsinin sualına sualla cavab verdi.

-Yemişik.

Afət başını tərpətdi.

-Amm, çay içməmişik.

Əmrah gülümsədi.

-İndi içəcəyik.

Deyib Afət mətbəxə tərəf yönəldi.

- Qoy, mən də, gəlim sənə kömək edim.

Zeynəb də ayağa qalxdı və hər ikisi çay hazırlamaq üçün mətbəxə keçdi

* * * Altı ay keçdi...

* * *

Gözəl bir Oktyabr sabahı idi. İki gün ard-arda yağan payız yağışından sonra havalar nəhayətsərinləşmişdi. Avqust ayının quraq keçməsindən və bütün qızmar havasındantəngə gələn insanlar indi rahat nəfəs alırdılar.

Üç gün idi ki, məktəblər başlamışdı. Sabahın erkən saatına qurulu olan telefonun səsinə oyanan Həcər cəld bir şəkildə yerindən qalxıb, əynini geyinib yarı yuxulu olaraq duşa tərəf yönəldi və qızı Gülzara səsləndi:Qızım Gülzar, oyan! Gecikəcəyik yoxsa.

- Ana nə olar beş dəqiqə də yatım.

Güllisar gözləri qapalı halda dedi.

Ay səni tənbəl – deyib Həcər gülümsündü – Dərslər artıq üç gündür ki başlayıb. Sən isə hələ də tətil abu havasındasan. Atan Zəhra və Mehdi ilə birgə bizdən əvvəl oyanıb, səhər yeməyini də yeməmiş gediblər.

-Hə axırki, Mehti ilə Zəhra nın da dərsləri başlayıb.

Gülizar dedi: düzdür bir az gec oldu, amma yenədə.

- Eh, qızım.

Həcər dərdli-dərdli ah çəkdi .

- Bu pandemiya sözün əsl mənasında hər şeyi alt-üst etdi. Məktəblər gecikməli olaraq açıldı. Tətilin on beş gün daha uzanmış oldu.

Söhbət 2019-cu ilin sonlarında başlayan koronavirus pandemiyasından gedir. İlk dəfə Çində aşkarlanan bu virus qısa müddət ərzində bütün dünyaya yayıldı. Milyonlarla insanın həyatına son qoyan virus 2min 20 -ci ilin əvvəllərində ümm dünya səhiyyə təşkilatı tərəfindən pandemiya eran edildi elə həmin vaxtdan da bütün dünyada olduğu kimi Azərbaycanda da sərt və müddətsiz karantin rejimi tətbiq olundu

Yaxşı ana, qalxıram.

Həcər duşdan sonra səhər yeməyini hazırlamaq üçün mətbəxə keçdi. Gülzar da əyin-başını geyinə vəsaçlarını səliqəyə salaraq mətbəxə gəldi. Ana-bala birlikdə səhər yeməyini yedikdən sonra məktəbə getmək üçün evdən çıxdılar.

* * *

Əmrah mətbəxdə səhər yeməyini hazırlayıb qurtardı. Bu gün qızı dərsə gecikməsin deyə səhər yeməyini özü hazırlamışdı. O, illərdir gedib gəldi üçün yolunu əzbər bildiyi yaxınlıqdakı marketdən aldığı isti çörəyi və soyuducudan çıxardığı yağla pendiri səliqə ilə doğramış, bişirdiyi dörd yumurtanıda soyub boşqablara yığmışdı. Son olaraq çayı da dəmləyən Əmrah yavaş addımlarla afəti oyandırmağa getdi.

Afət dərin bir yuxuda idi. 6 ay idi ki anasını görməyən qızcığaz artıq bu aylar ərzində artıq onun yoxluğu ilə barışmış nə qədər çətin olsada onun yerini atası və bibiləri ilə doldurmağa çalışırdı. Birdən atası otağının qapısını döyüb ona səsləndi.

- Afət, qızım, dur ayağa, məktəbə gecikərsən.

- Gəldim, ata.

Əmrahın səsinə oyanan Afət cəld yerindən qalxıb məktəb paltarlarını geyinib yerini yığışdırdı və əl-üzünü yuyub mətbəxə keçdi.

Əmrah qarşısında çay qızını gözləyirdi.

-O! Yaraşıqlım, hər şeyi hazırlamısan ki.

Afətin sevincdən gözləri paruldadı.

- Hə, bu da mənim sənə axşam söz verdiyim sülprizim.

Əmrah üzündə təbəssüm dilləndi.

-Çox sağol.

Afət atasının üzündən öpdü.

Ata-qız birlikdə səhər yeməyinə başladılar. Afət iştahası olmasa da bir neçə loxma yeyib ayağa qalxdı:

-Ata, mən gecikirəm. Sən yeməyinə davam elə. Yaxşı qızım, sən narahat olma get. Mən yığışdıraram – Əmrah yeməyinə ara verib dedi: sonra əlavə etdi - qızım, yaxşısan? Son günlərdə səsin nə isə zəif, yorğun gəlir.

Yox ata. Yaxşıyam. Narahat olma yaxşıyam. Qızmar havalardan sonra birdən sərinlik düşdü. Ola bilsinki havanın belə sərt dəyişimi mənə təsir edib.

Afət atasına arxayın etdi.

Yaxşı qızım get, məktəbə gecikmə.

Deyib Əmrah özünə yenəçay süzdü

Afət atası ilə vidalaşıb evdən çıxdı.

* * *

Məktəbdə dərsin başlandığını bildirən zəngin səsi eşidildi. Həcər ilə Gülzar cəld addımlarla məktəbin həyətinə daxil oldular. G iriş qapısında məktəbin direktoru Səhər xanım dayanmışdı.

- Salam. Sabahınız xeyir Səhər xanım. Bağışlayın, bu gün bir az gecikdim.

Direktoru qarşısında görüb özünü itirən, amma bunu büruzə verməməyə çalışan Həcər özlüyündə onu qabaqladı.

- Həcər xanım. Mənimlə otağıma gələ bilərsiniz?

Səhər xanım ciddi səslə dilləndi.

- Əlbətdə Səhər xanım – deyən Həcər öz-özünə fikirləşdi “Deyəsən gecikdiyimə görə məni danlayacaq”.

Səhər xanım otağına girib kreslosuna əyləşdi. Və azacıq sükutdan sonra Ciddi bir səs tonu ilə sözə başladı:

Həcər xanım, dünən Afətin riyaziyyat müəlliməsi Gülər xanım otağıma gəlmişdi.

Bunu eşidən Həcər xanım nə düşünəcəyini bilmədi. Əslində direktor onu otağına çağırıb geciktiyinə görə töhmət verəcəyini gözləmişdi. Ancaq Afətin müəllinəsinin adını eşidəndə təəccübləndi.

- Səhər xanım Həcərin çaş-baş düşdüyünü görəndə daha da ciddiləşdi:

Həcər xanım sizə nə oldu? Deməkki sizin də bu işdən xəbəriniz var və qardaşınız Əmrahı müdafiə etməyə başlayacaqsınız?

Həcər qardaşının adını eşidəndə təəccübünü saxlaya bilmədi və

- Başa düşmədim, hansı məsələ? Ümumiyyətcə söhbət nədən gedir?

Deyə direktordan soruşdu:

- Söhbət, qardaşınızın zorakılığından gedir.

-Nə! Nə danışırsınız?

Həcər duruqdu

Nə zorakılığı? Qardaşım kimə qarşı zorakılıq edib!?

- öz qızına qarşı!

Səhər xanımkəskin səslə cavab verdi.

-Qızına qarşı!?

Həcərin gözləri heyrətdən böyüdü.

- Siz nə dediyinizi başa düşürsünüz, səhər xanım? Qardaşım!? AfətəmiƏlbətdə, mən sizi başa düşürəm.

Direktor Həcərin sözünü kəsdi.

- Gülər xanım da mənə elə belə demişdi. Demişdi ki siz qardaşınızı müdafiə edəcəksiniz. Elə ona görə də mən bu işi Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinə həvalə etdim. Çünki mən bu məsələni düzgün bir şəkildə araşdıra bilməyəcəyəm. Əgər həqiqətən də Afət zorakılığa məruz qalıbsa bunu ancaq bu qurum müəyyənləşdirə bilər.

- -Başa düşmədim, Səhər xanım, yəni siz məni heç tanımadınız?

Həcər əsəbləşdi.

- Neçə ilin müəliməsiyəm bu məktəbdə. Ən azından mənimlə də bir məsləhətləşməli idiniz. Mən qardaşımı müdafiyə etmirəm. Sadəcə

- Həcər xanım, əsəbləşməyinizə ehtiyac yoxdur.

- burda söhbət sizin qardaşınız qızından gedir.

- səhər xanım səsinin ahəngini bir qədər yumşaltdı.

- - qulaq asın. Biz bilirik ki, qardaşınız görmə məhdudiyyətlidir. Bu vəziyyətdə yoldaşının onu tərk edib getməsi ola bilsin ki, onda psixoloji problemlərə gətirib çıxarıb. Bir də ki, siz mənə deyin görüm qardaşınızı ən son nə vaxt görmüsünüz?Həcər bir anlıq fikrə getdi və

- Hm... . Təqribi iki ay əvvəl. Dedi.

- Elə mən də belə fikirləşirdim.

- direktor başını buladı və bir neçə saniyə sonra növbəti sualını verdi Bəs bu iki ay ərzində harda idiniz?

Bacım gillə birlikdə Nabrana istirahətə getmişdik.

Həcər buna da cavab verdi.

- Bəlkə bu görmədiyiniz ərəfədə qardaşınızda aqressiya yaranıb?

- direktor nəhayət bayaqdan demək istədiyini dilinə gətirdi yAxı mən onlarla telefonda daimi olaraq görüntülü danışıram. Nə isə olsaydı mütləq hiss edərdim.

Həcər əminliklə dedi:

Elə bu vaxt qapı açıldı və riyaziyyat müəlliməsi Gülər ilə birgə Afət otağa daxil oldular. Havalar sərinləşdiyi üçün Afətin əynində jaget və qısaqollu ağ kofta var idi. Səhər xanım Afətə xitabən :

Qızım, əynindəki jageti soyuna bilərsən? Dedi:

Afət direktorunun dediyinə təəccüblənsə də heç nə demədən jagetini soyundu. Elə həmin an Afətin qollarındakı sözü gedən ləkələri həcərdə gördü. O saat qadının rəngi qaçdı. Qızın qollarında demək olar ki göyərməyən bir yer belə qalmamışdı.

Həcərin heyrətləndiyini görən Səhər xanım qalibanə bir səslə

-Gördünüz, Həcər xanım, baxın bunu deyirdim dedi.

Məsələdən xəbərsiz olan Afət üzünü bibisinə çevirib asta səslə soruşdu?

Nə olub bibi nə məsələdir?

- Afət qızım, bunlar nədir? Qollarına nə olub?

- Həcər suala sualla cavab verdi.

Səhər xanım oturduğu yerdən qalxıb Afətə yaxınlaşdı və qolundan yavaşca tutaraq

- Afət, düzünü de, bunu sənə atan edib?

Deyə soruşdu:

- Atan səni anan getməmişdən əvvəl də belə döyürdü, qızım?

Bu sualı isə mülayimləşdirilmiş səs tonu ilə Gülər müəllimə verdi

Afət gözləmədiyi bu suallardan özünü itirdi. Yazıq qızın bircə anda gözləri yaşardı və elə bu haldaca ətrafdakıların üzünə baxaraq soruşdu:

Nə danışırsınız? Deyirsiniz atam məni döyüb hə? Onda qulaq asın. Atam bu günə qədər məni nəyinki döymək heç acıqlanmayıbda. Siz necə belə bir şeyi fikirləşə bilərsiniz?Afətin belə içdən danışması Səhəri tərəddüdə saldı:

Bəs bu qollarında olan göyərmələri necə açıqlayacaqsan?

- Müəllimə, inanınonların nə olduğunu mən də bilmirəm. Bir aydır ki bu ləkələr məndə peyda olub.

- afət utancaq halda dedi:

Bu vaxt sözə Gülər qarışdı:

Hmm. Deməli atası Afətə bir aydır ki zorakılıq tətbiq edir.

- Müəllimə, axı niyə siz mənə qulaq asmırsınız? Sizə deyirəm ki, belə bir şey olmayıb. Atam mənə nə bu 15 il ərzində, nə də, son bir ayda əl qaldırmayıb.

- afət hirsli bir səs tonu ilə təkrar etdi..

- birincisi qışqırma. Müəllimə ilə belə danışmaq olmaz.

-Səhər dedi: İkincisi isə nəyin olub – olmadığının qərarını biz verməyəcəyik. Bunun qərarını ... .

Səhər hələ sözünü bitirməmiş qapı döyüldü. A çılan qapıdan iki kişi və bir qadın içəri daxil oldular. Gələnləri görən Səhər xanım onlara tərəf yönəldi:

Xoş gəlmisiniz. Elə tam vaxtında gəlmisiniz. Ola bilsin ki, zorakılığa məruz qalmış Afət qızımız da budur. Niyə ola bilsinki deyirəm? Çünki zorakılığın olub-olmadığını siz müəyyənləşdirəcəksiniz.

Bunu eşidən Afət bibisinə tərəf sığındı.

-Bunlar :

kimdir?

Diyə Həəcər Səhərə xitabən soruşdu:

- Bu gələn qonaqlarımız Uşaq Hüquqlarının Müdafiyəsi Komitəsinin əməkdaşlarıdır.

- deyə Səhər gələnləri təqdim etdi.

Salam qızım. Mən Ləman xanım. Səhər xanımın təqdim etdiyi komitədən gəlmişik.

Deyərək Ləman əlini Afətə uzatdı. Afət, qızım, səni müdafiə edəcəyik, qorxma yaxşı?

Bunu da digər əməkdaş dedi:

-Bibi səndə bir söz de. Mənə niyə kimsə qulaq asmır? Deep afət yenidən vəbu dəfə daha ucadan ağlamağa başladı. Sonra da yaşarmış gözlərini gələnlərə çevirdi

- Mən sizin müdafiənizi istəmirəm. Mən evimizə, atamın yanına getmək istəyirəm.

- Bu artıq mümkün deyil, qızım.

Deyə söhbətə qoşulan üçüncü əməkdaşın cavabı qəti oldu.

- Biz indi səni evinizdən, atanın yanından daha güvənli bir yerə aparacayıq. Sən müəyyən müddətədək orada qalacaqsan. Həmin müddət ərzində də iddia olunan məsələni araşdıracayıq.

Həcər buna etiraz etmək istəsə də onsuz da bunun bir faydasının olmayacağını anlayıb fikrindən daşındı. O, Afətin boynunu qucaqladı. Onun bayaqdan yanaqları boyu bulaq kimi süzülən göz yaşlarını sildi və sakit bir səslə danışmağa başladı:

Afət qızım, qorxma. Mənə qulaq as. . Sən indi gələnlərlə birgə get. Mən tezliklə atanın bu məsələdə günahsız olduğunu üzə çıxardacağam. İnan mənə. Ağlama. Narahat olma. Yaxşı?

- Yaxşı.

- afət çarəsiz halda razılaşdı və

-Atamı tək qoymayın. Deyərək gələnlərə qoşulub ağır addımlarla otaqdan çıxdı.

* * *

Bahar artıq 5a idi kirayə qaldığı evin pəncərəsini silirdi. Birdən onun masanın üstündəki mobil telefonuna zəng gəldi. Cəld əlindəki rəngi solmuş əsgini vedrəyə atan Bahardüyməli mobil telefonunun ekranına baxmadan açıb qulağına qoydu:

Alyo.

Salam Bahar xanım.

- Buyurun. Yəqin, ev təmizliyi üçün zəng vurmusunuz. Təəsüf ki, mən bu gün məşğulam. Amma, İstəsəniz sabah gələ bilərəm.

Bu an Bahar telefonunda bir gülüş səsi eşitdi:

Bahar, mənəm Dilbər.

Bahar bu səsdən bir az pərt oldu. Sonra özünü toplayaraq cavab verdi:A, Dilbər, bağışla. Mən də elə bildim ki, elan saytından mənə zəng gəlib.

-Nə saytı, ay qız nə danışırsan?

Dilbər təəccübləndi və verdiyi suala cavab gözləmədən özü danışmağa başladı.

- Neçə aydır səndən xəbər ala bilmirəm. Köhnə nömrənə neçə dəfə zəng etdim. Ancaq hər zaman bağlı idi. Daha sonra Sahibə dedim o da Elmandan yəni sənin ev sahibindən nömrəni alıb mənə verdi. De görəy neynirsən? Haralardasan? Heç özündə zəng zad eləmirsən.

Ax Dilbər bacı.

Bahar dərindən köksünü ötürüb başına gələnləri az qala bir nəfəsə danışmağa başladı.

- Artıq6 aydırki Bakıdayam. Fərri iş tapa bilmədim. Əvvəl qızıllarımı lombarda qoydum ki, o pul ilə həm kirayəmi ödəyim həm də dolanışığımı təmin edim. Ancaq elə oldu ki, iş tapa bilmədim qızıllarımı da lombarddan geri ala bilmədim. Mobil telefonumu da itirdim. Bütün telefon nömrələrim də itirmiş oldum. Bu mobil telefonu da sağ olsun ev sahibi mənə verdi.

Bəs elan saytı nə məsələdir?Hə o mu? Makler Adəmi tanıyırsanda? Sahibin tanışı.

Bəli Sahibdən eşitmişəm onun adını.

Həmin Adəmin köməyi ilə elan saytına elanımı yerləşdirdim və yeni mobil nömrəmi ora yazdım. Həmin elanımdan mənə gündəlik ev təmizliyi üçün müraciət edirlər. Mən də gedirəm. Gələn zənglər az olduğuna görə qazancım da azdır. İki aylıq kirayə pulumu hələ də verə bilməmişəm. Bilirsən də Bakıdı bahaçılıqdır. Yemək, geyim, yol.

Bahar, deyirəm bəlkə qayıdasan?

Dilbər yalvarıcı səslə dilləndi.

-Axı niyə bu qədər əziyyət çəkirsən hə? Yəni, heç özünə, cavan canına yazığın gəlmir?

- Ax Dilbər.

- bahar ağır ağır danışmağa başladı.

- - Bilirsən ki səninlə səmimiyəm. İnan çox peşmanam. İstəyirəm evimə, ailəmin yanına qayıdım. Ama onlar məni qəbul edərmi bilmirəm. Çünki mən onlara qarşı böyük bir səhv eləmişəm. Yox yerə əlimin də qızımın da qəlbini qırmışam. Səndən bir şey xahiş edəcəm əziz bacım. Deyirəm bəlkə bizə gedəsən. Bizimkilərə mənim geri qayıtmaq istədiyimi deyib və onların geri qayıtmağın barədə fikirlərini öyrənəsən.

- - qulaq as bahar səninlə açıq danışacam.

Deyə Əslində hadisənin belə bir dönüşü olacağını gözləməyən və Baharın sözləri qarşısında bir neçə saniyə çaşıb qalan Dilbər nəhayət tərəddüdlü səslə danışmağa başladı:

- Mən deməyinə deyərəm. İstəyərəm ki ailəniz yenidən bərpa olsun. Amma, bilirsən? Nə yalan deyim işinizə qarışmağa bir az qorxuram. Sonra yenə söz-söhbət olar. Daha doğrusu qorxuram ki, səhvini bir də təkrarlayarsan.

Yox Dilbər. Afətin canına and içirəm ki, bu aylar ərzindəmən çox düşündüm və öz səhvimi başa düşdü.

Bahar rəfiqəsini arxayın etməyə çalışdı.


***

Yaxşı, bəsniyə bunu ailəndən yox məndən istəyirsən?

Dilbər maraqla soruşdu:

- Çünki, ailəmdən heç kimlə əlaqəm yoxdur.

- bahar məyus halda cavab verdi.

- Düzü, Bakıya gəldiyim ilk günlərdə onlardan zəng edənlər oldu. Ancaq mən açmadım.

- Hə, bir dəfə qardaşın Aydın bizə gəlib səni soruşdu. Mən də, Bakıda olduğunu, amma harada yaşadığını bilmədiyimi dedim.

Dilbər dedi:

- Hə, amma sonralar zəng edən olmadı.

- bahar davam etdi.

- - Həm də mobil nömrəm də dəyişdiyi üçün istəsələrdə zəng edə bilməzdilər. Mən də onların mobil nömrələrini əzbərə bilmədiyim üçün onlarla əlaqə saxlaya bilmədim. Yaxşıki sən zəng vurdun.

Yaxşı Bahar.

Dilbər razılaşdı.

- Mən bir gün sizə gedib mövzunu Əmrahgilə açaram. Görək nə deyirlər.

- Çox sağ ol, Dilbər bacı, Allah səndən razı olsun.

Bahar sevincək dedi:

-Amin hamımızdan. Hər ikisi də sağollaşıb telefonu söndürdülər.

* * *Həcər bu gün məktəbdə yaşadığı stresi və qorxunu daha əvvəl heç bir yerdə yaşamamışdı. Afəti gözləri qarşısında Uşaq Hüquqlarının Müdafiəsi Komitəsi aparmış,dı. Həcər isə işlərin daha da çətinləşəcəyini bildiyi üçün buna etiraz edə bilməmişdi. Afəti də sakitləşdirib özü yola salmışdı.

İndi bu xəbəri qardaşına o, çatdırmalı idi. Yazıq qadın bayaqdan özünün belə çaşıb qaldığı bu hadisəni Əmraha necə deyəcəyinin stresini yaşayırdı. Elə bu fikirlərlə də Həcər gəlibö Əmrahgilin həyət qapısının önündə dayandı. Oradabir az toxdadıqdan sonra yavaşca qapını araladı.

- Kimdi? Afət sənsən, qızım?

Həyətdə gəzinməkdə olan Əmrah qapının cırıltısını eşidib dayandı.

- Əmrah, mənəm, qardaşım.

Həcərin siması yenidən bulud təki tutuldu.

- Oo! Bacıcan!

Əmracərin səsini eşidib sevincək haldaqapıya tərəf yeridi.

Xəzər içəri keçdi və bacı qardaş illər ayrısı kimi bir-birlərini qucaqladılar.

- Salam qardaşım. Necəsən? İki aydırki səni görmürdüm. Sizin çox darıxmışdım. Həcər səmimiyyətlə dedi:

Xoş gəlmisən bacı. Yaxşıyam sağol, sən necəsən? Hə neçə gündürki gəlişinizi gözləyirdim. Çünki, mən də, sizin üçün darıxmışdım. Yox, darıxmamışdım. Lap acmışdım.

Əmrah bunu deyib ucadan güldü.

- Hə qardaşm, bu axşam hamımız sizə gələsi idik.

Bu anlarda ürəyindən qarakan axan Həcər yalnız cavab vermək xatirinə dilləndi

Gəl bacı, gəl keçək içəri. Afət də indilərdə gələcək.

Əmrah bacısını evə dəvət etdi.

Qardaşının bu sözündən Həcərin ağarmış rəngi daha da ağardı. Yazıq qadın özündən aslı olmayaraq həyəcanlanmağa,ürəyi bərkdən də bərk çırpınmağa, Əlləri əsməyə başladı. Qardaşının his edə biləcəyindən qorxaraq üzünü yana çevirib Gözündən süzülən yaşları sildi. Boğazındakı qəhəri birtəhər udqunup geri qaytardı

Əmrah öndə o, arxada qonaq otağına keçdilər. Əmrah öz kreslosunda, Həcər isə stul çəkib onun yanındaoturdu və həyəcanını səsini aydınca eşitdiyi ürəyində boğaraqsözə başladı:

-Əmrah, səndən bir şey soruşacağam. Amma xayış edirəmMənə düzünü de.

-Buyur bacıcan soruş. Əmrah dedi.

İki aydırki sizi görmürdüm. Bu vaxt ərzində Afətlə aranda nə isə narazılıq olub?

Yox bacı – Əmrah bu sualdan özünü bir təhər hiss etdi – niyə sorüşursan? Nə isə olub?

-Sən Afətə heç əl qaldırmısan?

Həcər növbəti sualını verdi.

- Bacı, nə demək istəiyirsən?

Afətə nə olub?

Əmrah səbirsizləşməyə başladı:

- Sən mənim sualıma cavab ver.

Həcər təkid etdi.

Sən Nə danışırsan bacı? Mən? Heç Afətimi vuraram? Niyə belə mənasız suallar verirsən?

Əmrah dözə bilməyib səsini qaldırdı.

BəsAfətin qolları niyə bu gündədir?

Xəzər yenə sual verdi.

- Bacı, mənim başa deşəcəyim dildə danışasan bəlkə? Afəti bu gün görmüsən? Nə olub ona? Qollarına nə olub?

Artıq əsəbləri tarma çəkilən əmrahın sualına suala cavab verdi:

- Bağışla, qardaşım. Bağışla məni.

Qardaşının ciddiləşmiş üzündən verdiyi sualların yersiz olduğunu, Əmrahın Afətdəki göyərmələrdən ümumiyyətcə xəbərinin olmadığını anlayan Həcər həm verdiyi suallardan, həm də ona etdiyi şübhədən peşman oldu.

- Həcər nə məsələdir? Nə olub axı? Xayış edirəm, danış artıq.

- Həcər bu gün sabah olanların bir qismini Əmraha danışdı. Əmrahın həyacandan ağzı qurudu.

-Bacı mənə su gətirərsən?

Həcər cəld gedib mətbəxdən su gətirdi. Əmrah suyu içib bir az özünü toxdayıb soruşdu:

- Bəs indi Afət hanı? Niyə səninlə gəlməyib.

- Əmrah özünü ələ al. Ortada bir anlaşılmamazlıq var. Uşaq Hüquqlarının Müdafiyəsi Komitəsi bu məsələni araşdırana qədər Afəti bir sığınacağa yerləşdirəcəklər.

Həcər dedi:

Bəs sən buna necə yol verə bildin, bacı?

Əmrah ağlamsındı.

- Neyləyə bilərdim axı, Əmrah?

- həcər də kövrəldi.

Komitənin əməkdaşları nəyinki mənə heç Afətin dediklərinə belə qulaq asmadılar.

-Mən qızımı görmək istəyirəm! Apar məni onun yanına!

Əmrah bunu deyib ayağa qalxdı.

- Əmrah, xayışedirəm bir az səbirli ol.

Həcər qardaşını sakitləşdirməyə çalışdı.

Gəl Mehdi və Zəhrayla bu haqda danışaq. Bilirsən ki, onlar hüquqda oxuyurlar.

Bilirəm bacı.

Əmrah təsdiqlədi və

-Onda onda heç olmasa Afətə zəng edim, bir halını soruşum. Dedi:

- məncə hələ ki bu da mümkün deyil qardaşım. İnanmıram ki, bizi Afətlə görüşdürsünlər.

Həcər ümidsiz halda dedi və

- Ancaq yenə də çalışaram.

Deyə əlavə etdi:

Əmrah bir söz deməyib başını aşağı saldı:

- Nəysə mən gedim sənə yemək hazırlayım həcər bunu deyib yemək hazırlamaq üçün mətbəxə tərəf yönəldi.

Bir neçə saat keçdi. Afət qaldığı otaqdapəncərə önünə qoyulmuş bir nəfərlik yataqda oturub bayır seyr edirdi. ArtıqBayırda qaranlıq çökmüşdü. Otağın işığını da yandırmamışdılar. Afət bu yalnızlıqdan qorxmağa başladı. Yaşadığı 15 il ərzində bir gün belə olsun evindən, atasından ayrılmayan qızcığazın gözləri ağlamaqdan şişib qızarmışdı. Onu maşınla məktəbindən düz bura gətirmişdilər. O, günorta və axşam yeməklərini yeməmiş, bunun üçün də lap taqətdən düşmüşdü. Özünü halsız hiss edir, tez-tez də başı hərlənirdi.

Bu vaxt qapı döyüldü.

- Gəlin.

Afət gözlərini pəncərədən ayrıb çətinliklə dilləndi. Qapı asdaca açıldı. Gələn xadimə idi. O, içəri girib əlindəki yemək dolu sinini stolun üstünə qoydu, sonrada otağın işığını yandırdı və dayandığı yerdən üzünü Afətə tutub danışmağa başladı:

- Salam Afət sənin üçün yemək gətirmişəm qızım. Axşam yeməyində sığınacağımızda qalan uşaqlarla bir yerdə yeməyə gəlmədiyini gördük. Ona görə də yeməyini otağına gətirdim.

Afət otağa daxil olmuş bu mehriban görünüşlü , məlahətli səsli xanımı görəndə biraz toxdadı və yavaş bir səs tonu ilə ona cavab verdi:

Salam... . Mən ac deyiləm.

Qızım yeməyini ye ki, bir az özünə gələsən. Rəngin-ruhun qaçıb sənin.

Qadın canı yananlıqla de:

- Xala mən hardayam?

Afət kövrəldi.

- Qızım sən Zabratdakı Əmək və Əhalinin Sosyal Müdafiəsi Nazirliyinin tabeliyindəki on səqqiz yaşadək uşaqlar üçün olan sığınacaqdasan. Mən də burda yeməkxanada işləyirəm.

Deyə xadimə mülayim tonda cavab verdi.

- Xala mən yemək istəmirəm. Mən burdan evimizə, atamın yanına getmək istəyirəm. – Afət bu yerdəözünü saxlaya bilmədi. Göz yaşları ixtiyarsızcayanaqlarından aşağıya süzülməyə başladı.

Xadimə qızın ağladığını görüb yanına yaxınlaşdı qolunu bir ana mehribanlığı ilə onun çininə saldı və

- Afət ağlama qızım, sil gözlərini. Qulaq as. Özünü üzmə. Burda sənin kimi başqa qızlarda var. Onlarla tanış olanda görəcəksənki tək deyilsən. Bura sənin üçün ən eytibarlı yerdir.

- Heç nədən qorxma. İndi sənə gətirdiyim yeməyini yeki bir az özünə gələsən. Dedi:

- Xala mən yemək istəmirəm. Ac deyiləm. Sadəcə olaraq özümü çox yorğun hiss edirəm.

Afət yorğun səslə dedi:

- Yaxşı qızım. Sən yat dincəl.

Deyən xadimə özü ilə gətirdiyi yeməyi də götürüb otaqdan çıxdı. O, gedən kimi də Afət arxası üstə yatağına uzandı və o saatda atasını fikirləşməyə başladı. “görəsən atam indi nə edir? Hər-halda bibim ona hər şeyi danışmış olar. Heç olmasa Atama bir şey olmasın . Anam yanımızda olsaydı bunların heç biri olmazdı”. Yazıq qızcığaz bunları fikirləşib yenidən və səssizcə ağlamağa başladı.

* * *

3 saat əvvəl getdiyi işdən yorğun şəkildə evinə qayıdan Bahar qapını açmaq üçün açarlarını axtarıb çantasından çıxartdı. O, qapının kilidini açıb evə və iti addımlarla yemək hazırlamaq üçün mətbəxinə girdi. əvvəlcə çay üçün çaydanı doldurub qaz pilətəsinin üstünə qoydu. Sonra qızartmaq üçün tələsik halda kartof soymağa başladı. Bu vaxt evin qapısı döyüldü. “Axşam vaxdı görəsən kimdir gələn?” deyə Fikirləşən Bahar Yorğun addımlarla qapıya yaxınlaşıb gələnin kim olduğunu öyrənmək üçün “kimdir?” deyə səsləndi.

- Mənəm, Bahar xanım. Elman.

- qapı arxasından ev sahibinin gur səsi eşidildi. Bahar könülsüz bir şəkildə qapını açdı. İki ay idi ki, evin kirayəsini gecikdirən Baharı . Ev sahibinin bu vaxt gəlməsi əməlli başlı narahat etdi:

- Axşamınız xeyir Bahar xanım. Necəsiniz? Olar içəri keçim.

- elman birinci dilləndi.

- Axşamınız xeyir, Elman bəy, əlbət də, buyurun.

Deyərək Bahar qapıdan çəkilib ev sahibinə yol verdi. Hər ikisi nəmişlik qoxuyan otağa keçdilər. Evin giriş qapısı açıq olaraq qaldı.

- O o! Görürəm həmişə olduğu kimi bu gün də burda əməlli-başlı təmizlik işi aparımısınız. Əsil ev xanımı kimi Səliqə- -səhman yaradmısınız. Bəzi şeylərin də yerini dəyişmisiniz.Mətbəx stolunu dəhlizə gətirmisiniz. Buna görə sizə təşəkkür düşür. Otağa ani bir nəzər salan elman gözlərində heyləgər təbəssüm dilləndi.- Çox sağolun, Elman bəy. Hə bir az dəyişiklik etmək istədim.

Bahar dedi:

- Hə, Bahar xanım gəlişimin səbəbini yəqinki bilirsiniz?

Deyə Elman bir neçə saniyədən sonra nəhayət mətləbə keçdi.

- Bəli, bilirəm – deyib Bahar günahkar adamlar kimi başını aşağı saldı.

Onda deyin görək fikriniz nədir? İki aydırki kirayə pulumu vermirsiniz.

Ev sahibi narazılıq etdi.

Elman bəy...

Bahar məyus halda dilləndi.

- Bilirəm... Kirayə pulunuzu geciktirirəm. Məni səhv başa düşməyin. Verməmək kimi bir fikrim yoxdur. Sadəcə xahiş edirəm mənə bir az da möhlət verin.

-Möhlət? N eçə ay? Ev sahibi məzəmmətlə soruşdu:

- Sizdən bir ayda möhlət istəyirəm. Bahar Elmanı razı salmağa çalışdı.

- Verdiyim təmizlik elanıma görə hələ təzə-təzə zənglər gəlməyə başlayıb. Sizə söz verirəm ki pullarımı aldıqca, Kirayə haqqınızı mütləq ödəyəcəyəm.

Bunu eşidən Elman göz ucu Baharı süzdü vəgözlərini qıyaraq bir az fikrə getdikdən sonra nəhayət danışmağa başladı:

-Bahar xanım, deyirəm bəlkə razılaşaq?

- Başa düşmədim, Elman bəy.

Bahar sınayıcı nəzərlər ilə ev sahibinə baxdı.

- Burda nə var ki başa düşülməyəcək?

Elman şit-şit hırıldadı:

- Gözəl xanımsınız, təksiniz. Köməyə ehtiyacınız var. İstəməzsiniz ki sizə arxa-dayaq duran olsun? Axı siz həm də, ağıllı xanımsınız hər halda başa düşürsünüz nə demək istəyirəm?

- Elman bəy həddinizi aşmayın. Məni deyəsən kimlərnənsə səhv salırsınız? Ev sahibinin gözlənilməz təklifi qarşısında heyrətlənən Bahar əsəbi bir tonla dedi:

-Bahar xanım məni səhv başa düşməyin.

Elman geri çəkilmək istəmədi.

-Mənim sizdən xoşum gəlir. Bunda da bir əyib görmürəm.

Elman bəy evimdən çıxın!

Baharın cavabı sərt oldu.

- evinizdən?

- elman qəh-qəhə çəkib gülməyə başladı.

- Ev mənimdir, Bahar xanımdım. İstəsəm elə indicə sizi evimdən qova bilərəm. Ancaq bunu özümə sığışdırmıram ki, sizin kimi gözəl və şib- şirin bir xanım çöllərdə qalsın. Hə, bir də əgər istəsəniz gələcəkdə nəyinki, bu ev hətda, bundan daha gözəl neçə- neçə evlər sizin ola bilər yetər ki, siz mənə hə deyin. Yəqin nəyə hə deməli olduğunuzu başa düşdünüz?

- – Elman bunu deyib yavaş-yavaş Bahara yaxınlaşmağa başladı.

- Elman bəy, xahiş edirəm gedin, xahiş edirəm. Dəhlizdəki mətbəx stoluna qısılan Bahar çarəsiz halda yalvarmağa başladı.

- Özünü naza qoyma, ay qız.

Elman Bahardan gözlərini çəkmədən birdən birə sizdən sənə keçdi.

- bir azdan orada o əli ilə yataq otağını göstərdi səninlə keçirəcəyimiz möhtəşəm anları məhəbbət buludunda quş təki süzəcəyimiz səadət gölündə balıq təki üzəcəyimiz dəqiqələri düşün həə?

Bahar sözün həqiqi mənasında çıxılmaz bir vəziyyətdə qaldı. O, Elmandan necə xilas olacağını düşünürdü ki, Elman üzündə iyrənc bir təbəssüm gəlib yanına çatdı və "Hazırsan, nazlı ceyranım? Gedək sevgi yuvamıza? Dedi:

Bahar bir anlıq qışqırmaq istədi. Bu vaxt Elman cəld bir hərəkətlə onun ağzını əli ilə bağladı və onu sevgi yuvamız dediyi yan otaqdakı çarpayıya aparmaq isdədi. Bahar nə qədər Elmanın əlindən xilas olmaq istəsə də gücü çatmadı. Bu vaxt onun gözü bayaq mətbəx stolunun üstünə qoyduğu iri bıçağa sataşdı. Var gücü ilə özünü bıçağa yetirdi və heç düşünmədən əlini hərlədi.


***

hər ikisi dayandı. Elman Baharı özündən yana tərəf itələdi. Bahar əlində qanlı bıçaqla birlikdə yerə yıxıldı. Nə Elman, nə də ki Bahar əvvəlcə nə baş verdiyini tam olaraq anlamadılar. Arxası üstə yıxılan Bahar Elmana tərəf baxdıqda onun əynindəki ağ köynəyinin sol aşağı tərəfində böyük qan ləkəsini gördü. Elman hələ ağrını hiss etmirdi. Bu vaxt Baharın ona bərəlmiş gözlərlə baxdığını gördü və o da nəzərini həmin yerə, özünün sol aşağı tərəfinə yönəltdi. Böyük qan ləkəsini görən Elman bıçaqlandığını anladı və elə o an yaranın verdiyi dəhşətliağrıdan sol tərəfə əyilərək yerə yıxıldı. Bunu görən bahar əlində qanlı bıçaqla özündən asılı olmayaraq cəld yerdən qalxıb evdən çölə doğru qaçmağa başladı. O, təlaşla evin qapısından çıxanda kiməsə dəydi.

Gündüzün istisindən təngə gələn qonşular axşamın sərinliyində qapı önünə çıxıb bir-biriləri ilə söhbət edirdilər. Bu an Elmanın evindən bir neçə aydır ki kirayənişin olan Bahar əlində bıçaqla ayaq yalın qaçaraq onların önündən keçdi. Elə bu vaxtda Elman evin içindən var güçü ilə qışqırdı:

Qonşular qoymayın onu qaçsın! O məni bıçaqlayıb!

Bunu eşidən qonşulardan bir neçəsi Baharın arxasınca qaçdılar. Bir az əvvəl Baharla toqquşan həmin adam da açıq qapıdan Elmanı görürdü. O, Cəld bir şəkildə 102 polis xidmətinə zəng vurdu. Az bir vaxt keçməyinə baxmayaraq nəyinki o küçənin sakinləri digər küçənin sakinlər və həmin yerdən keçənlər belə hadisə yerinə toplaşmışdılar. Qaçmağa çalışan və şok keçirən Baharı qonşuları polis gələnə qədər tutub saxlamışdılar. Polis və təcili yardım maşını da qısa zaman içərisində hadisə yerinə gəlib çatdı. Polislər Baharın əllərini qandallayıb maşına mindirdilər. Bahar ağlayaraq günahsız olduğunu bildirsə də hələlik ona qulaq asan olmadı. Polislər qonşuların köməyi ilə Bahar qaçarkən əlindən saldığı bıçağı da sübut kimi götürərək hadisə yerindən uzaqlaşdılar. Polis maşının arxasınca hadisə yerindən təcili yardım maşını da gözdən itdi.

Atatın qaldığı sığınacaqda tam sakitli çökün sürürdü uşaqların hamısı çoxdan otağına çəkilmiş, dəhlizdə təkcə eşitmə və danışma məhdudiyyətli bir qız qalmışdı. O nəzarətçinin müşayiəti ilə sabahkı dərslərini hazırlayırdı. Sumaya adlı 15 yaşlı bu qız vəziyyətinə görə valideynlərinin fiziki zorakılığına məruz qaldığı üçün evdən qaçmış, iki gün sonra isə küçədə acc-susuz halda və soyuqdan donmaq üzərə ikən polislər tərəfindən tapılıb bura gətirilmişdi. Həmin vaxtdan valideynləri nəinki bura ona baş çəkməyə gəlmir, ümumiyyətlə onun harda olduğu ilə belə maraqlanmırdılar. İndi onun evi bir ay idi ki qaldığıbu sığınacaq, valideynlərim sığınacağın işçiləri və oxuduğu məktəbin müəllimləri bacı-qardaşi isə sığınacaqdakı sakinlər və məktəbindəki özü kimi eşitmə məhdudiyyətli olan sinif yoldaşları idi. Bakıdakı eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi internat məktəbində təhsil alan qızcığaz səhər sığınacaq üçün ayrılmış mikro avtobusla məktəbə gedir, dərs bitəndən sonra isə yenidən sığınacaqa qayıdırdı. Tibb bacısı onları başı ilə salamlayıb yanlarından ötərək asta addımlarla Afətin qaldığı otağın qapısına yaxınlaşdı vəqapını döyüb içəri daxil oldu. Afət yatağında arxası üsdə uzanmışdı.

- qızım.

- tibb bacısı yumşaq tonda onu səslədi:

- - Salam necəsən? Adın Afət oldu hə? - Xala özümü yaxşı hiss eləmirəm – Afət güclə eşidilir bir səslə dilləndi. Bunu görən tibb bacısı Afətin yanına yaxınlaşıb əli ilə qızdırmanın olub-olmadığını yoxladı. Afətin qızdırması yox idi.

Afət qızım, sən yemək yemisən? Tibb bacısı mehribanlıqla soruşdu:

- Xeyr, bu gün sadəcə səhər yemişəm. Dia afət taqətsiz halda başını tərpətdi:

Bəs günorta və axşam yeməklərini niyə yeməmisən?

- Valla, iştahım yoxdur. Yemək yemək istəmirəm. Özümü çox yorğun hiss edirəm.

- afət yorğun səslə cavab verdi:

Yaxşı qızım. Onda gəl tib otağına gedək. Həm qızdırmanı dəqiqləşdirək, həm də təzyiqini yoxlayaq. Sonra nə edəcəyimizə qərar verərik. Lazım olsa həkimi də çağıtdırarıq.

Deyərək tibb bacısı Afətin yerindən qalxmağınakömək etdi. Hər ikisi otaqdan çıxıb tibb otağına tərəf yavaş adımlarla yeriməyə başladılar. Bir az məsafəni getmişdilər ki, Afət qəflətən huşunu itirib yerə yıxıldı. Bunu görən tibb bacısı tez onu yerə uzadıb təcili tibbi yardıma zəng etdi.

Çox keçmədi ki, təcili yardım briqadası hadisə yerinə gəldi və qızı xərəkdə maşına qoyub Sabunçurayon üç saylı şəhər klinik xəstəxanasına apardılar.

Həcərin telefon zəngindən bu gün olanlardan xəbər tutan Aynur 2 saat idi kioğlu Bilal ilə birlikdə Əmrahın evinə gəlmişdi. Onlar mətbəxdə masa arxasında oturub axşam yeməyindən sonra çay içirdilər.:

- Mehtigillə danışdın, bacı? Nə dedilər?

- deyə Əmrah Həcərə xitabən soruşdu

Hə danışdım.

Həcər çayını içib qurtardıqdan sonra sakit səslə sözə başladı:

- Dedilər ki, əgər alınsa sabah Zabratdakı sığınacağa gedib Afətlə görüşəcəklər və görüşdən sonra prosesin necə olacağına qərar verəcəklər.

- Mən də ora getmək istəyirəm.

Əmrah yenidən dilləndi.

Yox Əmrah.

Həcər dedi və Mehdi dediki proses bitənə qədər sən evdə qalsan daha yaxşı olar. Sən narahat olma. Ortada bir anlaşılmazlıq var. Tez bir vaxtda ortaya çıxacaq.

Deyə də əlavə etdi.

F- Həcər, sabah Mehdi ora gedəndə mümkün olsa onun telefonu ilə qızla-ata bir-biri ilə görüntülü danışarlar. Nə deyirsən?

Deyə Aynur soruşdu:

- Yox bacı, bunu etməsək daha yaxşı olar.

- Həcər yumşaq tonda fikrini bildirdi.

Bu vaxt qapı döyüldü.

***

- Mən açaram, deyərək Bilal ayağa qalxıb qapını açdı. .. Gələnlər Dilbər və onun əri Sahib idi. Bilal qonaqları salamladı və içəri dəvət etdi. - Salam xoşgəlmisiniz. buyurun keçin. Xoş gördük Bilal. Necəsən? – deyə Sahib əlne uzatdı. - Şükür yaxşıyam, əmi. Billal başını tərpətdi. - Bilal, kimdi gələn? Aynur içəridən səsləndi: - Sahib əmi ilə Dilbər xaladır. Bilalın cavabından sonra Aynurla Həcər çaşqın haldabir-birinin üzünə baxdılar sonra ayağa qalxıb içəri girən Sahibgili qarşıladılar. - Axşamınız xeyir. Sahib birincu diilləndi: Axşamınız xeyir. Xoş gəlmisiniz.Aynur ilə Həcər Dilbər ilə əl verib görüşdülər və hər ikisinə də əyləşmələri üçün yer göstərdilər. Dilbər ilə Sahib divanda, Həcər ilə Aynur da onların qarşısında stulda əyləşdilər. Sahib üzünü Əmraha tərəf çevirib soruşdu: Necəsən Əmrah, nə var nə yox? Çoxdandır ki görüşə bilmirik. İşimdən vaxt edib kənara çıxa bilmirəm. - Sağol Sahib. Yaxşıyıq. Əmrah istəksiz bir şəkildə cavab verdi: Siz necəsiniz? Şükür biz də yaxşıyıq. -Mən gedim sizə çay gətirim. Aynur ayağa qalxdı. - Yox Aynur xanım. Biz çox qalmayacayıq. Sadəcə Əmrahı görməyə gəlmişik. Sahib etiraz etdi: - Olsun Sahib qardaş. Siz söhbət edin mən də, sizə çay gətirim. Aynur bunu deyib mətbəxə tərəf yönəldi və tez də əlində sini geri qayıtdı. Sahib sanki “söhbətə başla” demək istəyirmiş kimi Dilbərin üzünə baxırdı. Ərinin baxışlarından nə demək istədiyini anlayan Dilbər sakit səsləsözə başlayır: Əmrah qardaş səninlə bir məsələ haqqında danışmaq istəyirik. Yaxşıki elə bacıların da burdadır.Bu günkü məsələlərdən dolayı onsuzda gərgin olan Əmrah Dilbərin bu sözlərindən daha da gərginləşib sərt bir şəkildə soruşdu: Nə olub? Nə məsələdir Dilbər bacı?

Dilbər Əmrahın bu ani rəaksiyasından özünü itirdi: Sahib bunu görüb sözə qarışdı: - Əmrah, təlaşlanma səni həyacanlandırmaq istəmədik. Bağışlayın. Əmrah üzr istədi. – Dilbər Əmrahın sakitləşdiyini görüb sözə davam etdi: - Neçə vaxt idiki Bahardan xəbərim yox idi. Səbəbdə ki, Baharın telefonunun itməsi idi. Yeni nömrəsini bilmədiyim üçün onunla əlaqə qura bilməmişdim. Sonra Sahib onun nömrəsini tapa bildi. Mən də Bahara zəng edə bildim. Bilirsən Əmrah, Bahar çox peşmandır. Evinə qayıtmaq istəyir. Ancaq bunu sənə zəng edib deməyə üzü yoxdu.Əmrah gözləmədiyi bu təklif qarşısında bir az fikrə gedib sonra dilləndi: Dilbər bacı, əslində başımızda başqa bir bəla var. Mən elə bildim ki siz də bu hadisədən xəbər tutmusunuz və buradaona görə gəlmisiniz ki bizə dəstək olasınız. Ancaq görünür ki, sizin heçnədən xəbəriniz yoxdur. Əmrahın bu sözlərini eşidən Sahib Dilbərə sonra da Aynur və Həcərə baxdı: - Nə olub ki, nə məsələdir?Əmrah sanki Sahibin sualını eşitməyib sözünə davam etdi: Bahar məsələsinə gəldikdə isəmən onu evdən govmamışam. O getmək istəyib, gedib. İndidə deyirsiniz ki, peşmandır? Qoy Afətlə bağlı məsələni aydınlaşdıraq. Sonra bu məsələni evimizdə müzakirə edib sizə bir xəbər deyərik. - Afətə nə olub? Sahib duruxdu: - Bizim edə biləcəyimiz bir şey var? - Yox, çox sağolun. Biz həll edəcəyik. Sağolun ki, əziyyət çəkib gəlmisiniz. Elə isə icazənizlə biz gedək. Hələ gedəsi yerimiz var. Deyib Sahib bununla da söhbəti yekunlaşdırdı və qonaqlar çaylarını içdikdən sonra hamı iləvidalaşıb evdən çıxdılar. Sahibgil gedəndən sonra hamı sakitcə oturmuşdu. Heç kim sakitliyi pozmağa cürət etmirdi. Əmrahın mobil telefonuna gələn zəngin səsi hamını elə bil ki dərin yuxudan oyatdı. Mobil telefonun səsli asistanı zəngin gəldiyi mobil nömrəni səsləndirsədə. Əmrah nömrəni tanımadı və ani bir tərəddüddən sonra telefonu açdı: -Alyo... Salam. Əmrah bəylə danışıram? Telefonda yad qadın səsi eşidildi: Əmrah bu vaxtsız vaxtda gələn zəngdən özünü narahat hiss etdi: Bəli danışan Əmrahdır. Siz kimsiniz? - Üzr istəyirəm sizi bu gec vaxtda narahat edirəm. Mən Ləman xanım. Uşaq Hüquqlarının Müdafiyə Komitəsinin işçisiyəm. Xahiş edirəm üç saylı şəhər xəstəxanasına gəlin . * * * Afət arxası üstə uzandığı xəstəxana palatasında gözlərini açıb halsız bir şəkildə yavaşcadan başını sağa-sola çevirərək ətrafına baxdı. Qızcığaz bu otaqın sığınacaqdakı otağa bənzəmədiyini,. sığınacaqdakı tibb bacısını bir az aralıda dayandığını gördü və çətinliklə də olsa baxışlarını ona çevirərək: Mən hardayam? Deyə yorğun səslə soruşdu: Tibb bacısı yavaş addımlarlaona yaxınlaşdı və Afət qızım sakit ol. Bura xəstəxanadır.Sən də yaxşısan. Narahat olma. Həkim gəlib səni müayinə etdi indi də analizinin cavablarını gözləyir deyə mehriban səslə cavab verdi. Elə bu vaxt palatanın qapısı açıldı və növbətci həkim girdi. Həkim üzünü Afətə tutaraq yumşaq tonda - Hə, demək qızımız oyanıb. Salam qızım, necəsən? Eetiraz etmirsənsə tibb bacısıyla biraz söhbətim olacaq dedi: - Salam həkim. Özümü çox halsız hiss edirəm. Afət güclə eşidiləcək bir səslə dilləndi. - Yaxşı qızım sən indi istirahət elə. Mən birazdan yenə gələcəyəm. Həkim bunu deyib tibb bacısıyla birlikdə otaqdan çıxdı və elə dəhlizdəcə -Bu qız nə vaxtdan sizdədir? Deyə söhbətə başladı. - Bu gün gəlib. Tibb bacısı asta xəstə cavab verdi: Pasiyentimizin analiz nəticələrindən məlum oldu ki o leykoz xəstəsidir həkim Afətin qan analizinin nəticələrinin olduğu kağızı tibb bacısına uzatdı. - Leykoz xəstəsidir? Tibb bacısı duruxdu. - Bəli. Həkim davam etdi. - Onun halsız olmasının da, bədənindəki göyərmələrində səbəbi elə budur. - Yazıq qız. Tibb bacısı təəssüflə başını buladı. - Mənə sığınacaqda demişdilər ki, o, bu gün ərzində heç nə yeməyib. İşdahasızlıq da bu xəstəliyin simptomudur axı. - Qız sığınacaqdan gəlib? Həkim soruşdu: -Bəli. Tibb bacısı başını tərpətdi. - Kim gətirib? - Mənə dedilər ki uşaq hüquqlarının müdafiəsi komitəsindən gətiriblər. - Niyə? - -Deyilənə görə atasının zorakılığına məruz qalıb. Tibb bacısı cavabında dedi: Bədənindəki göyərmələri görən direktor elə zənnd edib ki, bu zorakılığın səbəbidir. - Hə, görünür ortada ciddi bir anlaşılmamazlıq var. Həkim bir neçə saniyə fikirə gedib yenidən dilləndi. - Elə isə sığınacağazəng edib hadisələrdən xəbərdar edin. Eyni zamanda komitəyə də xəbər etsinlər təcili hamı bura gəlsin. -Oldu həkim. İndi zəng edərəm həkimlə danışıqdan sonra sığınacağa zəng edib yeni hadisələrdən xəbərdar edən və komitəyə də xəbər verilməli olduğunu bildirən tibb bacısı telefon danışığını bitirdikdən sonra Afətin yanına qayıtdı. Bir neçə saat keçdi. Sosial sığınacağın və uşaq hüquqlarının müdafiəsi komitəsinin əməkdaşları həkimin çağırışı üzərinə Afətim yatdığı xəstəxanaya gəldilər. Sığınacaqdan afətlə birlikdə xəstəxanaya gələn tibb bacısı onları bir baş həkimin otağına apardı. Buyrun gəlin. Deyə həkim əməkdaşları içəri dəvət etdi. - Salam həkim.Mən komitənin əməkdaşı Ləman xanım. Ləman xanım sözə başladı. - görünür məsələ artıq həllini tapıb. Ortada bir

anlaşılmamazlıq var. Afətim diaqnozunu birdə sizdən eşitmək istəyirik. Salam ləman xanım buyurun bu da pasiyentimizin qan analizinin cavabları. Həkim əməkdaşları nəticələrlə tanış etdi. Afət neçə vaxtdır ki leykoz xəstəliyindən əziyyət çəkirmiş sadəcə olaraq ailəsinin bundan xəbəri yox imiş onun bədənindəki göyərmələr, halsızlıq, yorğunluq, işdahasızlıq kimi halların hamısı bu xəstəliyin simptomlarıdır. - Elə isə biz bu xəbəri həm bizə şikayət edən məktəbin direktoruna, həm də afətin ailəsinə çatdırmalı, təcili olaraq onlardan bura gəlmələrini xahiş etməliyik. Komitənin digər əməkdaşı dilləndi. Həkimlə olan bu söhbətdən sonra məktəbin direktoruna və afətin atasına zəng edən Ləman xanım təcili olaraq onları xəstəxanaya çağırdı. Gecə yarıya yaxınlaşırdı. Nəm qoxulu otağın dəmir barmaqlı pəncərəsinin önündəki masanın arxasında müstəntiq Həmidov əyləşmişdi. O, bir az əvvəl növbətçi polisə bıçaqlama hadisəsində təqsirli bilinən baharın otağına gətirilməsini tapşırmışdı. Birdən otağın qapısı döyüldü. - Gəl, keçin içəri. Müstəntiq həmidov yüksək səslə dedi: Qapı açıldı. Bahar polis əməkdaşıyla birgə əlləri qandallı olaraq otağa daxil oldu. Müstəntiq diqqətlə bahara baxdı. Baharın ayağında rezin çəkələk əynində elmanın qanınablaşmış və rəngi solmuş nim daş bir don bar idi. Qadının saçları dağılmış, əlləri işləməkdən kobudlaşmışdı. Müstəntiq ilk baxışda zəhmətkeş bir insanı xatırladan, qorxu və həyəcandan ayaq üstə titrəyən, üz-gözündən yorğunluq kədər yağan bu yazıq görkəmli qadının sonu ölümlə nəticələnə biləcək bu cinayəti niyə və necə törətdiyinə bir məna verə bilmirdi. - Salam Bahar xanım. Mən müstəntiq Nusa Həmidov. Müstəntiq gur səslə özünü təqdim etdi. - Salam cənab müstəntiq. Bahar qorxu dolu bir səslə dinləndi. - Buyrun əyləşin. Deyib müstəntiq əli iləBahara yer göstərdi. Sonra da üzünü onu gətirən növbətçi polis əməkdaşına çevirib - Xanımın qollarını aç dedi: Polis əməkdaşı Baharın qollarındakı qandalı açdıqdan sonra müstəntiqin işarəsi ilə otaqdan çıxdı. Bahar bu günə qədər nə polis idarəsində olmuş, nə də müstəntiq görmüşdü. O, bir neçə saniyə idi ki, .

Müstəntiqin qarşısında başını aşağı salıb oturmuşdu. Müstəntiq göz ucu ilə ona baxıb dedi: Bahar xanım indi sizin ifadənizi alacağam. Siz Elman Əhədov Əhməd oğlunu bıçaqlamaqda təqsirli bilinirsiniz! Bu barədə nə deyə bilərsiniz? Müstəntiqin sualından sonra ortalığa sükut çökdü. Sakitliyi Baharın qəfildən hönkürtü ilə ağlaması pozdu. Yeni həyata başlamaq arzusu ilə bir neçə ay əvvəl evini tərk edən, ancaq istədiyinə nail ola bilməyən, əksinə həyatı daha da dözülməz olan Baharın aylardır ki, içinə axıtdığı göz yaşları indi heç tanımadığı müstəntiq qarşısında sel olub axdı. Sözlər onun boğazında düyünləndi. Bircə anlıq müstəntiqin sualını necə cavablandıracağını bilmədi. Baharın belə içdən ağlaması daim bu hallarla qarşılaşdığı üçün müstəntiqə elədə təsir etmədi və o, sanki heç bir şey olmamış kimi sözə davam etdi: - Bahar xanım, özünüzü ələ alın və mənim suallarıma cavab verin! Deyin görək Elmanı hardan tanıyırsınız? Bahar ağladıqdan sonra özünü az da olsa rahatlanmış hiss etdi. Sonra, Elmanı makler Adəm sayəsində tanıdığını, iki aydır ki xadimə işləsə də kirayə pulunu verə bilmədiyini, bundan istifadə edən Elman tərəfindən ona əxlaqsız təklif edildiyini. İmtina etdikdə isə Elman tərəfindən zorakılığa məruz qaldığını və bunun nəticəsində də özünü müdafiyə etmək üçün özündən asılı olmayaraq, istəmədən bıçağa əl atdığını müstəntiqə bir-bir danışdı.

Müstəntiq Bahardan ifadəsini alıb qurtardıqdan sonra ifadənin yazıldığı kağızla qələmi ona tərəf uzadıb imzalanmasını istədi. Bahar da ifadəsini imzası ilə təstiqlədi. Müstəntiq bir az əvvəl Baharı gətirən polis əməkdaşını yenidən çağıraraq onu nəzarət kamerasına aparmasını istədi. Baharın əllərini yenidən qandallayan polis onu müstəntiqin otağından apardı.* * * Qala qəsəbəsinin məktəb direktoru və riyaziyyat müəlliməsi Afətin yatdığı palatanın dəhlizində dayanmışdılar. Onları bu dəhlizə növbətçi tibb bacısı gətirmişdi. Hər ikisidə Afətlə əlaqədar çağırıldıqlarını bilsələrdə hələlik əsil məsələnin nə yerdə olduğunu bilmirdilər. Elə bu vaxt dəhlizin qapısı açıldı. Önlərində növbətçi tibb bacısı ilə birgə əvvəl Aynur ilə Murad ardıncada Əmrah ilə Həcər dəhlizə daxil oldular. Əmrah qolundan yapışdığı Həcəri arxada qoyub sanki gözləri görən birisi kimi sürətli addımlarla dəhlizdə ilərləməyə və təlaşlı bir səslə qışqırmağa başladı: Qızımı görmək istəyirəm. Afət hanı? Həcər onlara deki məni tez qızımın yanına aparsınlar! Həcər Əmrahın qolundan tutub yavaşca özünə tərəf çəkərək: - Əmrah, sakitol. Özünü ələ al. Burda başqa xəstələr də var. Onları narahat edirsən. Dedi: Əmrah qolunu Həcərin əlindən çəkdi və artıq taqətsiz qaldığını hiss etdiyi . dizlərinin üstə çöküb hıçqıra-hıçqıra ağlamağa başladı. Bu səhnəni görən məktəbin direktoru və riyaziyyat müəlliməsi özlərinin nə qədər səhv etdiklərini başa düşdülər. Bu vaxt dəhlizə girən Növbətçi həkimlə birgə komitənin əməkdaşı Ləman xanım Əmraha yaxınlaşdılar. Kişinin çarəsiz halda dizi üstə çöküb ağladığını görən Ləman xanım onu əllərindən tutub yerdən qaldırdı: - Salam Əmrah bəy. Xahiş edirəm sakitləşin. Xahiş edirəm bizi düzgün başa düşin. Hal-hazırda burda məktəbinizin derektoru, Afətin riyaziyyat müəlliməsi, Afəti yerləşdirdiyimiz sığınacağın əməkdaşları və xəstəxananın həkimi var. Bağışlayın bəs siz kimsiniz? Mən Uşaq Hüquqlarının Müdafiyəsi Komitəsinin əməkdaşı Ləman xanımam. Bizə gələn şikayət əsasında biz Afəti araşdırma bitənə qədər sığınacağa yerləşdirmişdik. Sığınacağa yerləşdirdiyiniz qızımın bəs xəstəxanada nə işi var? – Əmrahın qaşları çatıldı. Bu sualı eşidən və bəyaqdan Ləman xanımın yanında dayanan növbətçi həkim sözə qarışdı: Yaxşı olar ki bu barədə söhbəti mənim otağımda davam edək. Biz burda pasiyentləri narahat edirik. Növbətçi həkim Əmrahın əlindən ttub öz otağına tərəf irəllədi. Dəhlizdə olan digərləri də onların arxasınca getdilər. Həkim otağına girib, Əmrahı otağındakı stullardan birinə əyləşdirdi. Sonra da öz yerinə keçdi. Onların arxasınca da digərləri otağa girdilər.


***

və həyəcanlı halda həkimin nə deyəcəyini gözləməyə başladılar. Həkim otağındakilərə Afətin bədənindəki göyərmələrin səbəbini heç də zorakılıqdan olmadığını, onun Leykoz adındakı qan xəstəliyindən belə olduğunu açıqladı və sonra da əlavə etdi ki, tez bir zamanda mütləq müalicə olunmalıdır. Müalicəsinin də ilik köçürməsi olduğunu açıqladı.

Həkimin bu sözlərini eşidən məktəb direktoru əvvəlcə qəzəblə riyaziyyat müəlliməsinə, sonra da xəcalət hissi ilə Həcərin üzünə baxdı və Əmraha yaxınlaşdı. Əvvəlcə bir şey deyə bilmədi. Sonra özünü toparladı və sözə başladı:

Əmrah bəy sizə nə deyəcəyimi, sizdən necə üzr istəyəcəyimi bilmirəm. Elədiyim səhvə görə çox peşmanam. Sizə də üzr borcum var Həcər xanım. Gərək ən başdan sizə və Afətə inanardım.

Direktorun bu sözlərindən sonra Həcər əsəbləşdi o, “sizə demişdim Səhər xanım, mənim qardaşım heç vaxt belə iş görməz! O, qızını canından da çox sevir. Qızı onun həyatındakı tək təsəlli yeri dir. Siz mənə inanmadınız” deyəsərt bir şəkildə deməyə hazırlaşırdı ki, bu an Əmrah ayağa qalxaraq Səhər xanım, əslində mən sizə təşəkkür etmək istəyirəm. Dedi: – Bu sözləri eşidən məktəbin direktoru və orada olan hər kəs təəccüb hissi keçirdilər – təşəkkürümü həm öz adımdan, həm də digər valideyinlərin adından etmək istəyirəm, çünki siz məktəbimizdə oxuyan və sizə əmanət etdiyimiz uşaqlara qarşı bu qədər diqqətlisiniz – sonra Əmrah Həcərdən soruşdu – Həcər riyaziyyat müəlliməsi də burdadır? – riyaziyyat müəlliməsi çəkindiyi və qorxduğu üçün əvvəlcə səsini çıxartmağa tərəddüt etdi. Bunun fərqinə varan Səhər xanım dedi:

Bəli o da yanımdadır.

Buyurun Əmrah bəy – deyə riyaziyyat müəlliməsi həyəcanlı bir səslə dilləndi.

Sizə də bir təşəkkür borcum var.Qardaşının bu sözlərindən sonra bəyaqdan hirsini boğan Həcər əsəblə dedi:

Qardaş, sən nə danışırsan? Başına bu boyda iş açıblar sən isə onlara təşəkkür edirsən?

Əmrah elə bilki bacısının bu sözlərini heç eşitmədi:

Əgər siz bu qədər diqqətli olmasaydınız və Afətin qolundakı o göyərmələri vaxtında görüb direktora xəbər verməsəydiniz, o da öz növbəsində məsələyə bu qədər ciddi yanaşmasaydı Afətin xəstəliyi daha da ilərləmiş olardı.

Bu sözləri eşidən Həcər və digərləri əslində Əmrahın təşəkküründə nə qədər haqlı olduğuna haq verdilər. Səhər xanım da fikrindən keçirdi ki, “Bəli, məktəbimizə birinciliyi gətirən sevimli Afətimizin azacıq yaşında qazandığı bütün uğurlarınınsirri belə dünya görüşlü bir atasının olmasında imiş. Həqiqətən bu adamın görməsində məhdudiyyət olsa da kor deyil”. Sonra Səhər xanım, riyaziyyat müəlliməsi, komitənin və sosyal sığınacağın əməkdaşları bir tərəfə çəkilib araşdırmanın necə sonlandığı və davamında nə edə biləcəkləri haqqda öz aralarında müzakirə etməyə başladılar.

Bu arada Həcər Əmraha yaxınlaşıb asta səslə dedi:

Qardaş...

Bəli bacı can.

Bu olanlarda mənim də günahım var. Hər kəsdən əvvəl Afətdəki o göyərmələri mən görməli idim. Səndən üzr istəyirəm qardaş. Bağışla məni.

- Bilirsən nə düşünürəm, bacı?

- əmrah azacıq sükutdan sonra dinləndi:

- Afətin anası yanında olsaydı bunların heç birisi başımıza gəlməzdi. Qız anasız qalmamalıdır. Bunun üçün də biz sırf Baharın geri qayıtmasına Afətə görə razı olmalıyıq.

- Əmrah növbətçi həkimin icazəsi ilə Həcər və Aynurla Afətin palatasının önünə gəldilər. Onları tibb bacısı gətirmişdi.

Afət palatasında sakitcə yatmışdı. Bu yaşında düçar olduğu amansız xəstəlik və başına gələn son hadisələr yazıq qızı əməlli başlı taqətdən salmışdı. Qapı açıldı. Səsə oyanan Afət güclə də olsa yastıqdan başını qaldırıb qapıya tərəf baxdı. Palatasına ilk olaraq tibb bacısı, sonra atası və ardınca da bibiləri Həcər ilə Aynur girdilər. Tibb bacısı Əmrahı Afətin yatdığı çarpayıya yaxın gətirdi və , mülayim bir səslə

- Xahiş edirəm xəstəmizi çox yormayın. On dəqiqə vaxtınız var – deyib otaqdan çıxdı. O gedən kimi də Afət əllərini atasına tərəf uzatdı. Əmrah illərdir ayrılıq yaşamış insanlar tək qızını qucaqlayıb Üz-gözündən öpdü:

Qızım necəsən?

Afət ağlı kəsəndən bu günə qədər bir dəfə də olsa atasına yalan danışmamışdı. Ancaqbu dəfə onu üzməmək üçün yalan deməli oldu.və güclə eşidiləcək bir səslə

-Yaxşıyam ata. Dedi: Narahat olma. Əmrah qızın səsindən Afətin nə qədər yorğun və taqətsiz olduğunu hiss etdi. Bir zamanlar yeriyib-yürüyən, şən-şaqraq olan qızını indi yataqda belə taqətsiz olması onu kövrəltdi. Bu vaxt Aynur ilə Həcər də Afətin yanına yaxınlaşdılar. Həcər Afətin əlindən tutub ona ürək-dirək verdi:

Afət, mənim ağıllı balam. Qorxma hər şey yaxşı olacaq. Biz bu gün gedirik. Sabah yenə gələcəyik. Sən dincəl. Heç bir şeyin fikrini də çəkmə.

Bunu eşidən Əmrah qızının yanında qalmaq istədiyini desədə Həcər buna etiraz etdi və dedi:

Aynur burda qalsın, biz gedək. Sabah yenə gələcəyik - bunu deyib hər üçü palatadan çıxdılar. Sonra həkimin icazəsi ilə Aynur Afətin yanında qaldı. Aynur bu günkü hadisələrin hamısını Afətə danışdı. Afət başqa vaxtda başqa yerdə olsaydı xəstəliyinə üzülərdi. Ancaq indi xəstə olduğuna sevindi və sonra mənəvi bir rahatlıq içərisində yatıb yuxuya getdi.

* * *

on gün keçdi.

* * *

Müstəntiq iş otağını işıqlandıran pəncərənin önündə ayaq üstə dayanmışdı. Əlində olan Baharın iş qovluğuna baxırdı. Baharın Elmanı bıçaqlama hadisəsinin üstündən on gün keçsə də müstəntiq üçün bu hadisə sanki dünən olmuşdu. Elə bu vaxt qapı döyüldü. Müstəntiqin “girin!” əmrindən sonra qapı açıldı və əvvəlcə Bahar ardınca da polis əməkdaşı içəri girdilər. Bahar keçən bu on gün ərzində zəifləmiş, üzü qırışmış, dağınıq saçlarında dəm görsənməkdə idi. Baharın bu otağa ilk gəldiyi gündən sanki on il keçmişdi. Bahar gözlərini müstəntiqin üzündə gəzdirdi. O müstəntiqin sərt üzündə bir imdad axtarışında idi. Baharın ağlından polis əməkdaşı onu nəzarət otağından çıxarıb, müstəntiqin otağına gətirənə qədər bir çox qara-qara fikirlər keçirmişdi. Bahar düşünürdü ki, bıçaqladığı adam artıq ölmüş olar və onu da məhkəmənin nə vaxt olacağnı bildirmək üçün çağırırlar.

Polis əməkdaşı müstəntiqin işarəti ilə Baharın biləklərindəki qandalları açıb otaqdan çıxdı. Müstəntiq əlindəki iş qovluğunu masanın üzərinə qoyub, yerinə əyləşdi və üzünü Bahara tutub dedi:

Salam Bahar xanım.

Bahar həyəcanlı bir səslə cavab verdi:Salam cənab müstəntiq.

Yəqin ki, sizi bura çağırmağımızın səbəbini öyrənmək istəyirsiniz? – Bahar müstəntiqin dediyini başının hərəkəti ilə təstiqlədi - Əvvəlcə onu deyim ki, bıçaqladığınız şəxs yaşayır. Vəziyyəti də yaxşıdır.

Bunu eşidən Baharın gözləri sevinc yaşları ilə doldu. Dərindən nəfəs alıb verərək . Bir anlıq rahatlama hissi keçirdi, sonra yenə gərginləşdi:

İşiniz artıq yekunlaşıb. Mənə neçə il verəcəklər? Deyə Bahar tələsik halda soruşdu:

Bir dəqiqə Bahar xanım. Bu on gün ərzində biz bu məsələni tam araşdırıb və yekunlaşdırdıq. Əməkdaşımız sizin kirayə qaldığınız məhəlləyə getdi və orda qonşularınızın dindirməsi zamanı elman bəyin sizətəcavüzə cəhd etdiyini görən birşahid tapdı. Sonra xəstəxanada Elmanın ifadəsi alındı. Elman əvvəlcə təcavüz hadisəsini boynuna almaq istəmədi. Ancaq örgəndikdə ki, hadisə şahidi var, nəinki şikayət etməkdən imtina etdi, hətda sizin ona olan kirayə borcunuzdan və ona vurulmuş digər ziyanların ödənilməsindən də imtina etdi və məsələnin sizin tərəfinizdən bir şikayəti olmazsa bağlanılmasını xahiş etdi.

Bahar eşitdiklərinə bir məna verə bilmədi. Çünkü o hadisələrin tamamilə fərqli olacağını düşünmüşdü. Buna görə də müstəntiqə nə deyəcəyinə çaşıb qaldı.

Bahar xanım. Elmandan sizin bir şikayətiniz var?Xeyir, xeyir... .

Elə isə mən sənədləşmələri bitirdikdən sonra sizi buraxacayıq.

Necə yəni? Mən azadam!? – Bahar gözlərini qırpmadan müstəntiqin üzünə baxdı.

Bəli siz azadsınız. Barənizdə heç bir şikayət yoxdu. Bu vaxt qapı açıldı. Otağa polis əməkdaşı girdi.

Məmmədov! Bahar xanıma aid əşyası varsa qaytarın və çıxışı verib yola salın – sonra Bahara tərəf dönərək soruşdu – siz bura gətiriləndə üstünüzdə pulunuz var idi?

Bahar bir az duruxdu sonra cavab verdi:

Xeyr cənab müstəntiq.Az bir vaxt sonra Bahar müstəntiqin əmri ilə çağırılmış polis bölməsinin önünə gəlmiş olanTaksinin içərisində oturmuşdu. O, Əvvəlcə nə edəcəyini, nə düşünəcəyini bilmədi. Elə bil ki çox pis yuxudan ayılmışdı. Taksist Baharın nəyi isə deyəcəyini gözləmədən hərəkət etdi. Müstəntiqin əmri ilə taksi sifarişveriləndə Baharın kirayədə qaldığı evin ünvanı verilmişdi.

Taksi evin yerləşdiyi dar küçəyə girib dayandı. Taksist Baharın ona sual dolu baxışlarla baxdığını görəndə onun nə demək istədiyini başa düşdü:

Xanım narahat olmayın sizin pulunuzu onlayn yəni kart ilə ödəyiblər.

Sağolun – deyib Bahar taksidən düşdü. Kirayə qaldığı evinə tərəf getdi. Qapıya əl atdı. Qapı açıq idi. Cəld içəri keçdi və evindən nələri isə oğurlayıb-oğurlanmadıqlarına baxmağa başladı. Hər şey yerbə yerində idi. Hətda yerdəki qan ləkəsi belə.Bahar tələsik bir şəkildə paltarlarını camadanına yığmağa başladı. Artıq bir an belə burda qala bilməzdi. Mobil telefonunu axtarıb tapdı. Mobil telefonu sönmüşdü. Tez onu cərəyana qoşdu. Mobil telefonu açılan kimi tələsik Dilbərin mobil nömrəsini tapıb ona zəng etdi. Telefonda Dilbərin səsi gəldi:

Bəli.

Salam Dilbər. Mənəm Bahar.

Salam Bahar. Necəsən? On gün olar ki sənə zəng vururam. Telefonun niyə bağlıdır. Elə bildim ki, yenə mobil nömrəni dəyişmisən.Ah Dilbər bacı bilsən başıma nələr gəlib – Baharın boğazı düyümləndi – Sən hardasan indi?

Dilbər qayğıkeşliklə soruşdu:

Mən? evimdəyəm.

Bahar yorğun halda divana çökdüSənə nə olub? Harda idin sən heç bilirsən buvaxtacan nələr olub?

-Nə olub Dilbər?

Bahar dərhal maraqlandı.

Sənə zəng çatmadığı gündən bəri çox hadisələr olub. Hansından başlayacağımı bilmirəm. Amma yaxşısı budur ki ən vacib olandan başlayım. Afət bu gün Türkiyəyə müalicəyə gedir.Bahar bu sözləri eşidəndə özünü, öz problemlərini tamamilə unutdu:

Nə danışırsan Dilbər? Afətə nəsə olub? Nə müalicəsi?

Dilbər bu on gün ərzində olan bütün hadisələri qısa bir şəkildə danışdı. Afətin sığınacağa necə düşdüyünü, sonra Leykoz xəstəsi olduğu necə ortaya çıxdığını, ilik köçürməli olduqlarını, Əmrahın iliyinin Afətə uyduğunu, Əmrahın Heydər Əliyev Fonduna UHMK (Uşaq Hüquqlarının Müdafiyəsi Komitəsi) ilə birgə müraciətinin edilməsini, Heydər Əliyev Fondunun da müalicənin öz üzərinə götürməsini və sonunda da bu gün Əmrahın və Aynurun Afətlə birgə Türkiyəyə İstambula uçacaqlarını danışdı.

Bunları eşidən Bahar əvvəlcə yerində donub qaldı. Sonra özünü ələ alıb Dilbərdən soruşduAfət indi hardadır?

Onları yarım saat əvvəl yola saldıq. İstəsən onlara çata bilərsən.

Ah Dilbər bacı. Axı bu olanlardan sonra mənonların qarşısına necə çıxacağam?

Bahar dərindən köksünü ötürdü.

Hə, sənə deməyi unutdum.

Dilbər birdən nə isə xatırlayırmış kimi dilləndi. Əmrah mənə dedi ki, sənin geri qayıtmağına razıdırlar. Elə isə özünü vaxt itirmədən ayraporta çatdır. Əslində Afət də heç kimə deməsədə səni gözləri ilə axtarırdı. Yaxşı Dilbər. Yenə mənə bacılığını elədin. Sənə necə təşəkkür edəcəyimi bilmirəm. Sən haqlı çıxdın. Kaş vaxtındasənə qulaq assaydım. Bu hadisələrin də heç birisi başıma gəlməzdi.

Baharın gözləri doğdu.

- Yaxşı Bahar sən vaxt itirmə. başına gələnləri də mənə sonra danışarsan. Tələs, bəlkə gedib çatarsan onlara.

Dilbər bunları bir nəfəsə deyib telefonu söndürdü.

Bahar əlində telefonla bir anlıq hərəkətsiz olaraq qaldı. Sonra üzərindəki çirkli paltarlarını dəyişib, özünü səliqəyə saldı və tələsik halda əşyalarını camatanına yığıb evdən çıxdı. Qapı qonşusu olan qonşunun evinin qapısını döydü. Qapını orta yaşlı bir qadın açdı:

-Buyurun.

-Salam. Mən sizin qapı qonşunuzam. Bu evimin açarlarıdır. Ev sahibi ilə mən görüşə bilməyəcəyəm. Sizdən xahiş edirəm evin açarlarını ona çatdırarsınız – bunu deyib Bahar əlindəki açarlarını ona mat-mat baxan qadına uzatdı. Qadın da açarları aldı və bir neçə saniyəqapı ağzında durub təkərli camadanını arxasınca çəkərək uzaqlaşan Bahara baxdı.

Bahar mobil telefonundan taksini çağırdı. Beş dəqiqə keçməmiş taksi gəldi. Taksist Baharın çantasını baqaja yerləşdirdi. Bahar taksistə təcili ayraporta çatmalı olduğunu söylədi. Taksi Bahar üçün uğursuz olan bu yerdən sürətlə uzaqlaşdı.

* * *Muradın maşınında Həcər, Aynur, Əmrah və Afət ayraporta doğru gedirdilər. Xəstəxanada bu on gündə aldığı müalicələrdən sonra Afətin halı nisbətən yaxşılaşmışdı. Onları ayraporta yola salmaq üçün Baharın ata, anası, bacı qardaşları , həmçinin Dilbər əri sahib və qızı könüldə gəlmişdilərMurad maşınını ayrapordakı dayanacaqda saxladı və hamı birlikdə “Heydər Əliyev ayraportu”na girdilər. Hər kəs yoxlamadan keçdi. Sonra gözləmə zalına keçdilər. Anonsdan sonra təyyarəyə minik başladı. Murad ilə Həcər Əmrah, Aynur və Afətlə vidalaşıb evlərinə getdilər.

Afət ayraporta girdiyi andan etibarən özündən asılı olmayaraq ətrafına boylanırdı. Gözləri hər yanda kimisə axtarırdı. Afət gözləmə zalından çıxanda son bir dəfə anasını görmək ümidi ilə ətrafına boylandı.

* * *Baharın əyləşdiyi taksi az keçmədən “ayraport yolu”na çıxdılar. Bahar sürücüdən sürəti bir az daha artırılmasını xahiş etdi. Təyyarəyə çatmalı olduğunu bildirdi. Sürücü taksinin sürətini artırmaq üçün yolun ən sol zolağına keçdi. Vaxt daraldıqca həyəcanı bir az daha artan Bahar bir yandan ağlayır, bir yandan da dua edirdi ki, həm öz səhvi ucbatından aylardır görmədiyi qızını görsün, həm də düçar olduğu bu xəstəlikdən qızı sağalsın.

Taksi sürücüsü onündəki maşını keçmək üçün taksinin sürətini artırdı. Sağ zolağa keçmək üçün sükanı sağa çevirdi. Sükan sağa çevrilsə də maşın sağ şəridə keçmədi və düz gedərək önündəki maşına çırpıldı. Maşının sükan ilə ön təkərləri arasındakı bağlılıq qopmuşdu. Həm sükanın xarab olduğunu, həm də taksisinin önündəki maşının arxasına çırpıldığını görən taksist təşvişə düşdü və sərt bir şəkildə əyləcə basdı. Yüksək sürət zolağında olan taksistin anidən belə əyləcə basması arxasınca gələn maşının sürücüsünə heç əyləcə basmağa imkan vermədi. arxasından aldığı zərbənin nəticəsində yerdən üzülən Taksi əvvəl havada sonra da yerdə bir neçə dəfə çevrildi. Qəza keçirən Taksinin yolun sağına doğru getməsi və başqa maşınlara dəyməməsi qəzanın genişlənməsinin qarşısını aldı.

Taksi qəza zamanı bir neçə dəfə çevrildiyindən yan şüşələr qırılmışdı. Bahar da bu şüşəsiz qalmış qapının həmin boş yerindən böyük bir surətlə bayıra savruldu.

Çox keçmədən hadisə yerinə təcili yardım və polis maşınları gəlib çatdı. Taksistin cəsədini fövqəladə halların işçiləri xüsusi texniki avadanlıqlarla sıxışdığı yerdən çıxarıb təcili yardım maşını ilə morqa apardılar.Bahar hərəkətsiz və huşsız bir vəziyyətdə qəza keçirmiş taksidən metrələrlə uzaqda yerdə yatmışdı. Aldığı güclü zərbənin təsirindən Onun Başının arxa hissəsi qanamışdı. Təcili yardım briqadası tez bir şəkildə üz başı qan içində olanBaharı xərəkdə təcili yardım maşınına qoyub xəstəxanaya apardılar. Qəza keçirmiş taksini də evakuatr vasitəsi ilə hadisə yerindən uzaqlaşdırdırlar.

* * *

* bir neçə gün keçdi...

* * *Ayraportun çıxışında Əmrahı, Aynuru və müalicəsini qurtarıb Azərbaycana qayıdan Afəti bibisi Həcər və onun əri Murad sevinc içərisində qarşıladılar. Afət gözlərini onları qarşılamağa gələnlərin içərisində bir anlığa gəzdirdi. sonra axtardığını, yəni anasını görə bilməyibda məyusluq keçirdi.

Afətin Türkiyədən müalicədən dönüşünü qeyd etmək üçün Aynurla Həcərin ailəsi, , Afətin ana qohumları Əmrahgilin evində toplaşmışdılar. Dilbər ilə əri Sahib də orada idilər.

Əmrahgilin həyətində olan hər kəs Muradın maşınının gəlişini görüb açıq olan darvazaya tərəf yüyürdülər. Hilal ilə Bilal anaları Aynuru görmək üçün bir-biriləri ilə yarışırdılar. Aynur maşından düşən kimi əkizləri tez qaçıb onu qucaqladılar. Bundan sonra maşının yanına toplaşan hər kəs Əmrahı, Aynuru və əsasəndə Afəti qarşıladılar. Hər kəs sevinc içərisində idi. Afət onu qarşılamağa gələnlərin içərisində yenə də kimisə axtardı.

Qarşılama mərasimindən sonra hər kəs evə keçdi. Bu vaxt qonaqların arasında olan Dilbərin mobil telefonuna tanımadığı bir ev nömrəsindən zəng gəldi. Dilbər evdə olan səs-küydən uzaqlaşıb telefonla danışmaq üçün həyətə çıxdı. Az sonra üzündə təlaşlı bir ifadə ilə geri qayıdıb əri Sahibdən həyətə çıxmasını xahiş etdi. Dilbərin üz ifadəsini görən Sahib nə isə baş verdiyini başa düşüb cəld həyətə çıxdı və bir az dan eşitdikləri qarşısında donub qaldı. Sonra özünü ələ alıb Dilbər, gəl sakit bir şəkildə içəri keçək sən Zeynəb xalanı mən də Əsgər əmini həyətə çıxaraq. Ancaq bunu elə edək ki, heç kim duyuq düşməsin. Dedi:


Final

Bir az sonra Dilbər Zeynəb ilə Sahib də Əsgər ilə darvazanın önünə çıxdılar.

Zeynəb Sahibin yanında Əsgəri də görəndə təşvişə düşdü və üzünü Dilbərə tutub soruşdu:

Dilbər nə olub? Nə məsələdir?

Bu an sözə Sahib qarışdı:

Zeynəb xala, Əsgər əmi özünüzü ələ alın və sakit olun. İndi sizə hər şeyi danışacam. Amma elə edin ki, bizdən başqa burdakıların heç birinin xəbəri olmasın.

Bu sözlərdən sonra Zeynəb ilə Əsgər daha da təlaşlansalar da özlərini ələ alıb razılıq əlaməti olaraq başlarını tərpətdilər.

Sahib Dilbərin telefonuna xəstəxanadan zəng gəldiyini yəni, Baharın qəza keçirdiyini, sonra xəstəxanaya gətirildiyini, uzun müddətdir ki komada qaldığını və nəhayət bu gün ayıldığını bildirdi.Eşitdikləri qarşısında Əsgər özünü ələ alsa da Zeynəb ağlamağa başladı. Sahib cəld olaraq maşını onların yanına sürdü və hamısı birgə Baharın yatdığı xəstəxanaya doğru yola düşdülər.

Xəstəxanaya çatan Sahib, Dilbər, Zeynəb və Əsgər qeydiyyat bölümünə yaxınlaşdılar. Sahib qeydiyyatdan Baharın həkiminin otağını öyrəndi və birlikdə Baharın həkimin otağına getdilər.

Sahib həkimin qapısını döydü və həkimin icazəsi ilə hamı birlikdə otağa daxil oldular. Həkimlə salamlaşdılar. Həkim gələnlərin kim olduqlarını öyrəndikdən sonra, Bahar haqqında bütün məlumatları verdi. Məlum oldu ki, Bahar keçirdiyi qəza nəticəsində başından aldığı ağır travmaya görə həkimlər onu süni komaya saldılar. Baharın onurğasında, sağ ayağın mil sümüyündə çatlaqlar və sol ayağın qamış sümüyünün sınığı aşkar olunmuşdu. Baharın şəxsiyyətini yalnız bu gün onu komadan ayıltdıqdan sonra müəyyən etmək mümkün olub. Əlaqə saxlamaq üçün də Dilbərin nömrəsini Bahardan alıblar. Həkim məlumat verərkən bir az dayandı və sonra davam etdi:

Bir də bir məsələ var. Biz bunu pasiyentimizi ayıltdıqdan sonra bilmişik.Zeynəb həkimin danışdıqlarından elə başa düşdüki qızın yeriməsində bir problemi olacaq. Göz yaşını axıdaraq həkimdən soruşdu:

Həkim, qızım yeriyə bilməyəcək?

Xeyir. problem onun yeriməsində deyil də görməsindədir.

Əsgər həyəcanla dedi:Necə yəni görməsində? Qızım görməyəcək?

Qəza zamanı pasiyentimizin başının ənsə nahiyyəsindən aldığı zərbə onun başındakı görmə mərkəzini zədələyib. Bunun nəticəsində o görmə qabiliyyətini itirib. Ancaq ümid var ki, iləridə beyin öz-özünü bərpa edərsə görməsi də bərpa olunsun.

Həkimin bu sözlərini eşidən Zeynəb ağlamağa başladı. Əsgər həkimə Baharı görmək istədiklərini bildirdi. Həkim Baharın vəziyyətinin qənaətbəxş olduğunu, görə biləcəklərini və müayinələri bitdikdən sonra evə apara biləcəklərini bildirdi. Sonra həkimlə birlikdə Baharın palatasına yollandılar.

Baharın müayinələri təzəlikcə bitmiş, palatasında əynində xəstəxana paltarı, yatağında uzanmışdı. O, bayaqdan Sağına və soluna baxsa da qaranlıqdan başqa heçnə görmürdü. Birdən O, yanındakı tibb bacısından həkimin gəlib-gəlmədiyini və niyə görmədiyinin səbəbini soruşdu. Elə bu vaxt palatanın qapısından həkim arxasınca da digərləri içəri girdilər. Zeynəb cəld olaraq özünü qızına yetirdi. Qadın , Baharı görəndə gözlərinə inanmadı. Əvvəlki Bahardan əsər əlamət qalmamışdı. O, Aylardır ki, görmədiyi qızını qucaqlayıbüz-gözündən öpdü:

-Bahar, qızım necəsən?

Ana gəlmisən? – deyə səsi tanıyan Bahar kövrək səslə dilləndi.

- Hə qızım gəlmişik. Atan da burdadır. Dilbər ilə Sahib də burdadırlar.

Zeynəp gözləri yaşlı halda cavab verdi

Əsgər gəlib qızının əllərindən tutaraq kövrək səslə soruşdu:Qızım bu nədir başına gələn? Necə hiss edirsən özünü?

-Yaxşıyam, ata heç bir ağrım yoxdu.

Bahar asta səslə cavab verdi. Ancaq heçnə görmürəm. Komadan ayılanda hər yer qaranlıq idi. Elə bildim ki, gecə oyanmışam. Ancaq sonradan bildim ki, mən görmürəm. Həkimlər də bir söz deməyiblər.

Bu vaxt otağa gələn tibb bacısı həkimə Baharın müayinələrin cavablarının olduğu qovluğu verdi. Həkim də həmin müayinə cavablarına baxıb dedi:

Salam Bahar xanım. Mən sizin həkiminiz Rəsulov. Müayinələrinizin cavablarını gözdən keçirdim və belə qənaətə gəldim ki, hər şey qaydasındadır. Çatlaqlarınız və sınığınız sağalmaq üzərədir. Belə bir neçə günə sizi evə buraxacayıq. nBahar həyacanlı bir səslə həkimdən soruşdu:

Həkim bəs mənim görməyim düzələcək?

Bahar xanım, qəza zamanı başınızdan aldığınız travma nəticəsində beyninizin görmə mərkəzi zədələnib. Buna görə də görmə qabiliyyətinizi itirmisiniz. Ancaq güman varki beyin öz-özünü tam bərpa etsə görməniz düzələcək.

-Yoox!

Bahar bu sözləri eşidib hönkürtü ilə ağlamağa başladı. Tibb bacısı həkimin işarəsi ilə Bahara sakitləşdirici iynə vurdu. Həkim palatada olan ziyarətçiləri otaqdan çıxartdı və

-Narahat olmayın. Sakitləşdirici vermişik. Siz indi evinizə gedə bilərsiniz. Üç dörd gün sonra xəstəxanadan apara bilərsiniz. Dedi:

Əsgər ilə Zeynəb bilmirdilər ki, olanlara sevinsinlər ya kədərlənsinlər. Qızı çox böyük qəzadan həyatda qalmışdı. Lakin onun gözləri görmürdü. Onlar xəstəxanadan çıxıb Sahibin maşını ilə öz evlərinə getdilər. Hər ikisi də bir xeyli fikirləşdikdən sonraƏmrah gilə gedib müalicədən təzəlikcə qayıdan Afəti həyəcanlandırmaq istəmədilərvə əvvəl hər şeyi götür-qoy edib sonra hamıya açıqlamağa qərar verdilər. Sahib ilə Dilbər də öz evlərinə qayıtdılar.

* * Əmrah öz sevimli kreslosunda oturub xəyala dalmışdı. Afət də öz notbukunda internetdə sörfinq etməkdə idi. Bütün qonaqlar evlərinə dağılışmışdılar. Əmrah Afətin səsi gələn tərəfə dönüb soruşdu:Qızım, gedənlər arasında baban yox idi. O nə vaxt getmişdi?

Afət bir anlıq nəzərini notbukun ekranından ayırıb, bir az fikirləşdi və dedi:

Mən heç nənəmin getdiyini də görə bilmədim.

Maraqlıdır, niyə belə etdilər? Qızım bir çar verə bilərsən?İndi gətirərəm ata.

Afət çayı isitdi sonra iki çay fincanını şirniyatla birgə siniyə qoyub qonaq otağına gətirdi:

Qızım bir şey soruşum səndən. Əmrah qəfil dilləndi.

Afət elə bildi ki, atası dərsləri barəsində nə isə soruşacaq:Ata, əgər dərslərim barəsində deyirsənsə mən həm müəllimlərimdən, həm də məktəbin təşkil etdiyi hazırlıq kursundan köməklik alacağam. Sən narahat olma atacan. Məktəbimizın nəzdnində yaradılan həmin hazırlıq kursunda məni pulsuz qeydiyyata alıblar.

Yox qızım onu demirəm... Mən anan haqqında soruşacaqdım. Əmrah davam etdi.

Afət bir anlıq duruxubnə deyəcəyini bilmədi, sonra soruşdu:

Nə soruşacaqdın ata?Əslində çoxdandır bu məsələ haqqında düşünürəm. Dilbər xanım Baharın qayıtmaq istədiyi haqqında mənə nələrsə demişdi. Ancaq o arada başımıza elə işlər gəldiki bunu bir az təxirə salmalı olduq.

Nə deyim ki, ata? – Afət üzgün halda atasına baxdı – biz ona get deməmişik ki, gəlmə də deyək. Yaxşı həyat yaşamaq uğrunda o özü evini, səni, məni tərk edib gedib. İndi də deyirsəngeri qayıtmaq istəyir. Qərar sənindir. Amma bunu bil ki anam geri qayıtsada, qayıt masada mənim üçün heç nə dəyişməyəcək. Sən mənim atamsan və hər zaman da elə qalacaqsan. Mən sənin yanındayam. Bundan sonra da olacağam.

Deyib qız atasını qucaqladı.

* * *

3 gün keçdi. Gün orta saatları idi. Əmrah həyətdə gəzinməkdə idi. Hava əvvəlki gülnarə nisbətən bu güntutqun və soyuq idi. Türkiyədən gəldiklərinin artıq üçüncü gün idi. Əmrah Afətin məktəbdən qayıtmasını gözləyirdi. Bu vaxt darvazanın kiçik qapısı açıldı. Afətin səsi gəldi:Ata mən gəldim. Qonaqlarımız var. Baba və nənəmlə yolda rastlaşdım.

Salam Əmrah. Necəsən? – deyə Əsgər Əmrahın uzatmış olduğu soyuq əlini sıxıb dedi – Hava yaman soyuqdur. Deyəsən qar yağacaq.

Xoş gəldiniz. Bəli Əsgər əmi düz deyirsiz. Havada qar qoxusu var.

Əmrah gülümsədi.

- Gəlin keçin evə.

Hamı birlikdə evə keçdi. Evin içərisi isti idi. Zeynəb dedi:Evinizin döşəməsinin isti olması nə gözəl bir şeydi. Lap yalın ayaq gəlməyim gəldi – hamı gülümsədi.

Qonaq otağına keçdilər. Afət də əynini dəyişib tez mətbəxə keçdi. Zeynəb artıq çayı qazın üstünə qoymuşdu. Əmrah Əsgərdən soruşdu:

Əsgər əmi keçən gün siz nə vaxt getdiniz? İnanın başım elə qarışıq idıki heç bilmədim nə vaxt getdiniz.

Əsgər bir az fikirləşdi və

- Əslində bu gün elə ona gəlmişik. Dedi:

Başa düşmədim necə yəni?

Əmrah duruxdu.

Bu vaxt Afət də nənəsi ilə çay və şirniyat gətirib onların yanında oturdular. Əsgər Zeynəbin sonra da Afətin üzünə baxıb davam etdi:

Keçən gün səni və Afəti təlaşlandırmaq istəmədik. Dedik ki, qoy bir nəfəslərini dərsinlər sonra deyərik – Afət söhbətin nədən getdiyini bilmədiyi üçün gah nənəsinin gah da babasının üzünə baxırdı. Əmrah səssizcə oturub söhbətin hara varacağını gözlədi. Əsgər üç gün öncə olmuş hadisəni təfərrüatıyla onların hər ikisinə danışdı.

- yazığ anam bəs indi o hardadır?

Afət gözləri yaşlı halda soruşdu:

-Xəstəxanada qızım bugün çıxacaq.

Deyə Zeynəb cavab verdi Əsgər Əmraha dönüb " indi nə edək? Deyə soruşmaq istəyirdi ki, ”. Əmrah onu qabaqladı və

- Dur Əsgər əmi elə indicə gedək Baharı evinə gətirək! Dedi:

Bunu eşidən Əsgər də Zeynəb də rahat bir nəfəs aldılar. Afət sevincək yataq otağına keçib atası üçün geyiləcək paltar hazırla dı. Sonra atasına yaxınlaşıb asta səslə soruşdu:

Ata mən də gələ bilərəm?

Əlbətdə qızım.

Əmrahın cavabı qəti oldu.Əsgər Murada zəng etdi ki, maşını ilə gəlsin. Əsgər Muradgili də hadisələrdən xəbərdar etmişdi. Xəstəxanaya Muradın maşını ilə Əsgər, Əmrah və Afət getdilər. Zeynəb Həcərlə birgə evdə qaldılar. Həcər Murad ilə gəlmişdi.

* * *

Bahar gözlərini qaranlığa açdığı gündən yeni mübarizəyə girmişdi. Yeni həyat tərzi sadəcə toxunma və eşitmə hissləri ilə məhdutlaşmış, görmə qabiliyyətini tamamiləitirmişdi. Ancaq həkimin dediyinə görə ümüd işığı var idi. Onun az da olsaTəkrar görmə ehtimalı var idi. Əvvəlki qədər sağlam bir şəkildə olmasa da ən azından özünü idarə edə bilər.

Baharın ürəyi bilinməyən bir səbəbdən bərk-bərk döyünür, . Hər an nə isə olacaq hissini yaşayırdı. Xəstəxanadan çıxacağı anı gözləyirdi. O, yeni bir həyat tərzinə uyğunlaşmağa çalışırdı. Özünü dəfələrlə “Görəsən Əmrah bunu necə edirdi” deyə düşünnür, düşündükcədə ona qarşı etdiyi haqsızlıqlar qor olub ürəyini yandırır, aylar əvvəl evdən çıxarkən ünvanına işlətdiyi nalayiq sözlər şillə kimi bir-bir üzünə çırpılırdı. Oİllər boyu ürəyində, nifrət bəslədiyi Əmraha əslində nə qədər ehtiyac duyduğunu və onu bütün qəlbi ilə sevdiyini yalnız indi anlayırdı. “Əmrah məni bu vəziyyətimdə qəbul edər? Afətim məndən üz döndərməz? Anam ilə atamın xəstəxanadan getdiyindən gör neçə gün keçib. Yəqin ki, məndən imtina ediblər.” Bu fikirlərdən Baharın ürəyi sıxılırdı. Baharın qaldığı palata da özündən başqa iki xəstə daha vardı. Onların yanına gələn-gedənlər çox idi. Bunların hamısını o, ancaqeşitməsiylə müşahidə edirdi. Üç gün idi ki, onun yanına heç kim gəlməmişdi. Bu gün onu xəstəxanadan validyinləri gəlib aparası idilər. Hər yerdən ümidü üzülən bahar indiSakitcə yerində uzanıb səssizcə göz yaşlarını axıdırdı.

* * *

Muradın maşını xəstəxananın həyətinə girdi. Hamı maşından düşdü. Əsgər ilə Murad önə keçdilər. Afət də atasının qolundan tutaraq onların arxasınca gedirdilər. Səssizcə həkimin otağına yönəldilər. Həkim otağında idi. Həkim onları görəndə gülümsədi və dedi:

Buyurun gəlin.Salam həkim. Necəsiniz – deyə Əsgər sözə başladı – Qızımı aparmağa gəlmişəm.

Sənədləşmələri tamamlayın sonra qızınızı apara bilərsiniz.

Əsgər təəccüblə soruşdu:

Hansı sənədləşmə? Sizi başa düşmədim.

Həkim gülümsəyib, xoş bir səs tonu ilə dedi:

Bilirsiniz ki, biz artıq sığorta sisteminə keçmişik. Qəbula yaxınlaşarsınız. Onlar sizə köməklik edəcəklər.

Bu an sözə Murad qarışdı:

Əsgər əmi biz gedək sənədləşmə işini həll edək, Afət ilə Əmrah da həkimlə getsinlər palataya. Sənədləşməni bitirib sonra biz də palataya gedərik.Həkim razılıq əlaməti olaraq başını tərpətdi.Hamı həkimin otağından çıxdı. Afət atası ilə birgə həkimin arxasınca palataya tərəf getdi.

Palatanın qapısı açıq idi. Həkim qapıdan içəri keçib Baharın yanına getdi. Afət palataya girib atası ilə birgə dayandı. Gözlərini anasından çəkə bilmirdi.

Bahar yaxınlaşan həkimi yerişindən tanıdı:

Salam Bahar xanım. Necəsiniz?Sağolun həkim. Yaxşıyam. Ağrılarım yoxdu. Valideyinlərim məni bu gün aparası idi.lərGəlməyiblər hələ? – Bahar diqqətlə həkimin nə deyəcəyinə qulaq verdi:

Bahar xanım, bəli bu gün sizi xəstəxanadan buraxırıq sizi aparmaq üçün gəliblər. Sənədləşməni həll etdikdən sonra gedə bilərsiniz – həkim bunu deyib səssizcə yaxınlaşan gözləri yaşla islanmış olan Afətə yer verdi.

Bahar qaranlığın içərisindən onun üçün çox əziz olan səsi eşitdi:

Ana! – Afət sadəcə bunu deyə bildi və elə buan o anasının boş baxışlı gözlərini gördü. Afətin boğazı düyümləndi. Yazıq qız bir neçə dəfə Udqunmağa çalışdı. Göz yaşları yanaqlarındanaşağı süzülməyə başladı. Əlinin üstü ilə göz yaşlarını silib islaq əli ilə anasının əllərindən tutdu. Bahar əllərinin içərisindəki əllərin yaş olduğunu hiss etdi:

Afət!? Qızım sən gəldin? Kiminlə gəlmisən?

Afət qırılğan səsi ilə cavab verdi:

Hə ana mənəm. Tək deyiləm. Mən... .

Afət sağ əlini uzadıb onlara səssizcə yaxınlaşmış atasının əlini sol əlindəki anasının əli ilə qovuşdurdu. Bahar Əmrahın əlini tanıdı. O, hələ Bu günə qədər Əmrahın əlindəki o istisinə və yümşaqlığına heç fikir verməmişdi. Bahar “Necə də xoş əli var imiş” deyə düşündü.

Necəsən Bahar? Ağrın var?

Yox Əmrah. Yox... – araya səssizlik çökdü. Bilmədilər ki, daha nədən danışsınlar. Sonra Bahar hönkürtü ilə ağlamağa başladı və – Əmrah bağışla məni... Dedi.

.

Daha sonra Murad ilə Əsgər də gəldilər. Baharı ehmalca xəstəxanadan çıxardıb maşının arxa oturacağına oturtdular. Sağına Əmrah, soluna da Afət oturdu. Əmrah ilə Afət növbəylə bir macəra kimi Afətin sığınacağa düşdüyü vaxtdan Türkiyədən gəldikləri vaxta kimi dayanmadan danışdılar. Bahar bir-birinin sözünü kəsərək anlatan Əmrah və Afətə maraqla qulaq asırdı. Hər şeyi bir anlıq unutmuşdular. Elə bilki bütün yaşadıqları bir yuxu idi.Axşam gəlib evlərinə çatdılar. Afət atası ilə anasının aralarına keçərək hər ikisini əllərindən tutaraq evin qapısına qədər gətirdi. Zeynəb və Həcər onları qarşıladılar.

Hər kəs qonaq otağına keçdi. Həcər ilə Zeynəb hazırlıq görmüşdü, Stolu açmışdılar. Yeməkdən sonra Əmrah öz sevimli kreslosuna əyləşdi. Hamı diqqətlə Baharın danışdıqlarına qulaq asırdı. Bahar evindən getdiyi gündən bu günə kimi nələri-necə yaşadığını nəql edirdi. Söhbətin sonunda ətrafındakı səssizliyi qulaq asdıqdan sonra Bahar dedi:

Bilirəm çox böyük səhv etdim. Ətrafımdakı hər kəsi əsasən də qızımı və can yoldaşımı çox incitdim. Onların qəlblərini bu qədər sındırmağıma baxmayaraq məni heçnə olmamış kimi yenidən qəbul etdilər – deyib oBaşını aşağı saldı. Gözlərindəki yaşı sol əlin şəhadət və baş barmaqları ilə silibəlavə etdi – hər birinizdən üzr istəyirəm. Səndən də Əsgər əmi. İllər boyu sənə qarşım qəlbimdə bitmək bilməyən bir nifrət bəsləyir, haqqında pis pis şeylər düşünürdüm. Yanıldığımı çox gec anladım. Xahiş edirəm bağışla məni. Haqqını halal elə.

- Halal olsun, qızım.

Deyərək Əsgər Baharı qucaqlayıb üz gözündən öpdü..

* * * bir ay keçdi.

* * *

Gündüz saatları idi. Bahar evinin həyətində keçən gecə yağmış qarın üstündə dayanmışdı. Bu il bərəkətli bir qış olmuşdu. Artıq bir neçə dəfə qar yağmışdı.

Bahar ayağının altında qarın necə xışıldadığını hiss edirdi. Qar hər tərəfi örtmüşdü. Bahar qarın yansımasını bir duman kimi görürdü. Arxasından Əmrahın səsi gəldi:Bahar burdasan?

Bəli Əmrah düz qabağındayam 12 yönündə.

Artıq yönləri düz ifadə edirsən – deyə Əmrah gülünsündü – Normal görənlərə bu yad bir şeydi. Orduda bu saat yöntəmdən hədəfi tez tapmaqda istifadə edirlər. Məsələn indi mən sənin üç yönündəyəm, yəni tam sağındayam. Qarın üstündə bir az gəzinək?

Bəli gəzinək. Qarın xışıltısı xoşuma gəlir. Həyatımda ilk dəfədirki qarı tam mənasıylə hess edirəm. Bu vaxta qədər qara sadəcə baxmışam. Ancaq gözəlliyi hiss etmək tamamilə başqa bir şey imiş.Onlar əl-ələ tutub qarın üzərində gəzərək qarın xışıltısından zövq almağa başladılar.

Əgər sən olmasaydın mən bu vəziyyətimə belə tez öyrəşə bilməzdim Əmrah.

Bahar kövrək halda sözə başladı. Mən əvvəllər səni başa düşdüyümü zənn edirdim. Ancaq heç də elə deyilmiş. Zənn etmək heç də başa düşmək deyilmiş. Sən demə mən təsəvvür etməyi başa düşmək kimi anlayırmışam. Bütün bu olanlardan sonra mənhələ bu vəziyyətdə məni qəbul etməyəcəyinizdən qorxmuşdum. Ancaq sən də Afət də elə bil heçnə olmayıbmış kimi məni xəstəxanadan bir başa evimizə gətirtdiniz.

Bahar niyə axı indi bunları danışırsan. Gəl Gözəl qarın zövqünü yaşayaq. O bu gün var sabah yoxdu. Əmrah söhbəti dəyişmək isdədi.

Bilirsən Əmrah,

Bahar davam etdi.

-Keçmişdə etdiyim səhvləri özümə bağışlaya bilmirəm. Çox peşmanam. Bundan əminəm ki neçə illər keçsə də Qəlbimi çulğayan bu peşmançılıq hissi məni ömrümün hər anında kölgə kimi izləyəcək.

-Keçmişdə etdiyin o səhvlər nəticəsində indi məni başa düşəbilirsən. Buna üzülürsən? Əmrah əlini arvadının çininə qoydu.

Yox!sadəcə...

Bahar yenə nəsə demək istəyirdi ki Əmrah onu dayandırdı.

Qulaq as, Bahar sən heç nəyə görə üzülmə. Biz yanındayk. Şükür allahaGörmən də hər keçən gün düzəlməyə doğru gedir. Həkimin dediyi kimi beynin özünü bərpa etdikcə görmən düzələcək. Biz də bunun üçün əlimizdən gələni edirik. Vaxtında müayinələrinə gedirik, düzgün qidalanmağına diqqət edirik. Amma bu baş verməsə də yəni, sən heç görmə səndə mənim üçün heç nə dəyişməyəcək. Sən yenə də mənim qəlbimin sahibi, evimin xanımı, övladımın anası Baharım olacaqsan. Mən də, Afət də hər zaman yanında olacağıq.

Canım mənim.

Bahar ərinin bu sözlərindən daha dakövrəldi.

- Vaxtiylə mən səni kor hesab edirdim. Ancaq həqiqətdə kor olan mən imişəm. Necə olub ki, bu günədək sənin kimi bir insanın insanlığını görməmişəm? Sənin görməyində məhdudiyyətin var idi, ancaq mən kor idim. İndi başa düşürəm mən bunların hamısını. Gözəl ailəyə sahibəm, məni başa düşən və hər zaman dəstəkləyən ərim, Gül kimi qızım var. Daha Allahdan nə istəyimki!? sənə qarşı çox haqsızlıq etdim, sən isə əvəzində məni bağışlamaqla insanlıqdan da böyük bir addım atdın. Çox sağ ol.

- -Yaxşı, Bahar. Daha bu barədə danışma.

- əmrah arvadının sözünü kəsdi.

- Çünki artıq bunlar keçmişdə qaldı. Əsas odur ki, mən indisəninlə xoşbəxtəm.

-Mən də xoşbəxtəm.

Bahar bunu ürəkdən dedi:

Rəbbim sən xoşbəxtliyimizi daim eylə.

Deyib Əmrah əllərini Allaha açdı.

- Amin.

Deyə Bahar ərinin duasına qoşuldu.

.

SON.

Belə əziz oxucular. Reabilitasiya mərkəzində müəllimim Adil Əliyevlə birlikdə yazdığımız QaranlıqAdamı əsərinin sonuna gəldik . Əsərin sonunda yenə başda olduğu kimi bir daha Adil müəllimə dərin təşəkkürümü bildirir, siz oxuculardan isə olan qüsurlara görə dönə-dönə üzr istəyirəm.

Şərhlər (3)

  1. XeYka

    @XeYka

    22 sentyabr 25, 00:55

    Hekayə çox maraqlı idi. Düzünü desəm bu qədər marağlı olacağını gözləməzdim.   Qələminizə Sağlıq. UĞURLAR!

  2. SİRİUS

    @SİRİUS

    17 sentyabr 25, 22:52

    Hekayəde bir qadının istəksiz yaşadiği ,lakin istədiyi həyatı yaşaya bilmədiyi bir çox məqamlar var. Bir cümlə marağimi çəkdi : Yaşadiği həyatın yaşamaq istədiyi həyatdan gözəl idi. Cümləsi mənə biz insanlarin istekleri heç vaxt bitmeyecek , lakin arzulanan gün daha özəldir ,ama yaşanan günlerde elə məhz arzulanan günlerdir. Sadəcə fərqində deyilik. Uğurlar ✨ 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    11 sentyabr 25, 23:35

    Hekayəniz çox amma çox maraqlı idi.İnşada nələr yazıldığını,qalib olacağını,Əmrahın həkimlə görüşəcəyini,Baharın ailə ilə sonrakı davranışını...hər birini sonrakı bölümlərdə səbirsizliklə gözləyirəm...💫✨🌟

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol