Aparır... - Şahmalı Hasan

Aparır... - Şahmalı Hasan

Hər kim ki bağ içrə girər, gülləri seyr eləyərmiş.

Mən qəribin bilməm niyə fikrini yarpaq aparır.


Baxır Adəm balası, göy üzünə, ləzzət alır.

Dikilmiş gözlərim yerə, məni topaq aparır.


Kimi xəstələnir, kimisi qocalıqdan ölür.

Nə müəmmadır, görəsən, məni sapsağ aparır?!


Dünyada olsun gərək üzün üzlərdən də qalın,

Nədir? Görüb əcəl məni üzüyumşaq, aparır?


Ancaq qəribə bir rahatlıq var içimdə mənim

Deyirəm, bəlkə, Allah ruhumu qonaq aparır.


Şərhlər (2)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    18 oktyabr 25, 23:12

    Çox dərin düşuncəli bir şeirdi.Sonda deyilən Allah ruhumu qonaq aparır...Bir anlıq bu dünyada qonaq olduğumuzu yadıma saldı...

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      18 oktyabr 25, 23:24

      Diqqətinizə və fikirlərinizi bölüşdüyünüzə görə çox sağ olun 🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol