ANAMLA SÖHBƏT


Yuxuma girmişdin sevimli ana,

Dedin çox soyuqdur, üşüyürəm mən.

Döşəyim daş kimi, yorğanım ağır,

Yata bilmirəm, heç niyə bilməm.


Niyə belə oldu mənim taleyim,

Neçə arzularım qəlbimdə qaldı.

Hər yanda keçsə də boranlı bir qış,

Mənim ürəyimdə güllü bahardı.


Ana! Nizamidir sərlə danışan,

Yalvarıram aç, qara gözünü.

Eşit bircə kəlmə əziz oğlunun,

Sənə həsr etdiyi ürək sözünü.