"Sən gedəndən" - Nərmin Əliyeva

"Sən gedəndən" - Nərmin Əliyeva
“Sən gedəndən”…
Sən gedən gündən vaxt durub, zaman durub.
Mən hələ qalmışam sən gedən vaxtda…
Getmisən,
Xatirələrin özün kimi silinməz qalıb…
Sən gedəndən…
Ruhum da məndən küsüb,inciyib.
İndi,
Səni mənə yazan taleyimdənmi,səndənmi inciyim?!
Bu get-gəllər yordu məni,
Sənsizlik yordu məni…
Səssizlik,tənhalıq,hüzn ən yaxın dostlarım…
Belə idim əzəldən?!
Yoxsa sən mi məni dəyişdin?!
Gəzdiyimiz parklar ,küçələr sənsiz,
Xatirələrimiz sənsiz…
Həyatımın rəngarəngliyi məndən qaçaq düşüb,
Rəngləri də özünlə birgə apardın…
Gecələr sirdaşım,sükutun isə mənə hədiyyədir…
Sükutun əbədi,yoxluğun əbədi,sənsizlik əbədi…
Mən ki səni belə bilməzdim.
Gəlişin sevinc oldu,gedişin isə dərd…
Mən səni sənsizliyinlə sevdim…
Bəlkə,
Bəlkə,gələrsən deyə gözlədim.
Sakitliklə,sənsizliklə danışdım.
Mən səni yoxluğunla sevdim…
Səssizliyinlə,
Sükutunla,
Unudulmaz gedişinlə
Sevdim.
Sadəcə sevdim…

Şərhlər (7)

  1. Maşallah tebriklər gözəl və mənalı

    @Maşallah tebriklər gözəl və mənalı

    26 noyabr 25, 17:54

    Maşallah tebriklər

  2. Xəyal İsazadə Elnur

    @Xəyal İsazadə Elnur

    25 noyabr 25, 19:32

    Uğurlar olsun, gözəldir, çox gözəl ✨

  3. Nigar Hacıyeva

    @Nigar Hacıyeva

    21 noyabr 25, 19:53

    Çox gözəl! 

  4. Aygün Məmmədova

    @Aygün Məmmədova

    09 noyabr 25, 17:57

    Çox gözəl ifadə edilib ayrılıq, mən heyran oldum 

  5. SİRİUS

    @SİRİUS

    03 noyabr 25, 12:57

    Salam hər vaxtınız xeyir olsun. Bu yazı bir ruhun həqiqətən də sevə bildiyinə sübutdur. Sondaki cümlə : sadəcə sevdim... Bu cümlə səssiz bir feryaddir. Qələminizə qüvvət 💫 uğurlar 💖

  6. Lalə

    @Lalə

    03 noyabr 25, 10:47

    Yazıçının düşüncələrinə heyran qalmaya bilmirsən.Xəyallar ailəminə gedirsən bir anlıq.Hər kəs sevgiyə ayrı bir gözlə baxır.Və hər kəsin sevgiyə münasibəti fərqlidir.Hər zaman sevib sevilmək diləyi ilə🙏🏻🙏🏻

  7. Feride

    @Feride

    03 noyabr 25, 10:00

    Çox yaxşı sətirlərdir , sevdiyinin gedişilə rənglər soldu , sevdiyiylə gəzdiyi yerlər əməhiyyətsiz oldu , ürəyinin bir yarısını götürdüdê getdi , elə bil ki bu sürətli , xaos içindê olan  dünyada onunla danışanda zaman durur , mərkəzində bircə o var idi , o andan sonra o sadəcə bir sevgili deyil sənin fikirlər içində boğuşanda fikirləri onunla bölüşdüyün nəfəsin💓 , ondan da fikir aldığın suyun kimi olub , sevilməl və sevmək təməl ehdiyacın olub 💫

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol