Bir payız səhəri…Tökülən sarımtıl,açıq-qırmızı yarpaqlar,yağışdan sonra yaranan gölməçələr şəhərə xüsusi gözəllik qatmışdı.Fərid küçə ilə gedir,ətrafı seyr edir,yenə düşücələrə dalırdı.İçində bir narahatlıq,təlaş,özünün də anlamadığı bir boşluq var idi.Düşünür,keçmişi vərəqləyirdi.Təxminən 10-15 gün əvvəl atası Fəriddən narazlıq etmiş,onu özünə layiq övlad hesab etməmişdi .Ta uşaqlıqdan atası onu bəyənməmiş,hər zaman onda bir qüsur axtarıb tapır və sərt şəkildə üzünə vururmuş.Balaca vaxtlarından əlindən gələni etmiş,çox çalışmış ki,atası ondan razı qalsın.Fəqət atası ona tərif ,xoş söz demir,əksinə daha çox üstünə gedirdi.Universitetə qəbul olunan zaman öz istədiyi ixtisası deyil,atasını məmnun edəcək ixtisası “Kompüter mühəndisliyi”ni seçmişdi.Ancaq heç bir şey ürəyincə deyildi.Onun çox yaxşı rəsm qabiliyyəti var idi,otağını özünün çəkdiyi rəsmlərlə doldurmuşdu,hamısı da göz oxşayır,insanın ruhuna toxunurdu.Atası yenə onun bu qabiliyyətinə qarşı çıxmış,rəsm çəkməyi qadağan etmişdi.İndi
təhsil aldığı ixtisasa qarşı nifrəti,kini var idi.Dərslərinə düzgün ,həvəslə çalışmır,digər uşaqlardan geri qalırdı.Dumanlı fikirləri,yorulmuş ruhu ,yaralı könlü ilə addımlayır,bir az gəzdikdən sonra skamyada əyləşir.Getməyə qərar verdikdə yanında birinin əyləşdiyini görür.Qızın əlində kitab
və qırmızımtıl yarpaqları ilə özündə payız ab-havasını əks etdirirdi.Yalnız beş dəqiqə sonra qız Fəridə diqqət yetirir:
-Salam!
-Salam!
Qız gülümsəyərək:
-Üzrlü sayın ,indi diqqət yetirərəm ki,buradasınız.
Qızın həyatdolu təbəssümü ,ışıl-ışıl gözləri Fəridə xoş təəssürat bəxş etdi,istəmsizcə üzünə təbəssüm qondu:
-Problem deyil,mən gedirdim,sizə xoş mütaliələr diləyirəm!
-Təşəkkür edirəm!Bəs siz mütaliə edirsinizmi?
Bu sual Fərid üçün gözlənilməz oldu,incəsənətə,mütaliə etməyə maraqlı idi.
-Əlbəttə,mütaliəyə çox həvəsliyəm,incəsənətə vurğunam,özüm də rəsm çəkməyi çox sevirəm,yəni sevirdim.
-Bəs indi sevmirsinizmi?
-Sevirəm,amma artıq rəsm çəkmirəm.
-Heyif,kaş davam etdirərdiniz,bəlkə də,gələcəyin məşhur,gözəl sənət əsərləri olan bir rəssamı olacaqdınız,mən həmişə deyirəm:”Həyatın bizlərə nə gətirəcəyi,hansı hədiyyələr verəcəyi bəlli deyil”.
-Düz deyirsiniz, çox gözəl fikirləşirsiniz,bəlkə,bir gün rəsm çəkməyə davam edərəm.
İncəsənətdən,ədəbiyyatdan ,fəlsəfədən söhbət etməyə başladılar.söhbət söhbəti açır,maraqlı söhbət edirlər.Bir müddət söhbət etdikdən sonra sıra ayrılmağa gəldi.Fərid:
-Artıq vidalaşmaq vaxtıdır.mənim üçün xoş bir söhbət oldu,amma adınızı öyrənə bilmədim,bu arada mənim adım Fəriddir.
-Mənim üçün də maraqlı bir söhbət oldu,yaxşı söhbətdaş ,dinləyicisiniz,mənim də adım Nurdur,yaxşı adınız var,adınızın mənasını bilirsinizmi?
-Düzünü desəm,xeyr,heç araşdırmamışam.
-Adınızın mənası “nadir,misilsiz,yeganə” deməkdir
-Sizin sayənizdə adımın mənasını da öyrəndim,sizin adınızın mənasını deməyə gərək yoxdur,adınızın mənasını özünüzdə cəmləndirmisiniz,gözlərinizdəki ışıltı hər şeyi deyir…
-Təşəkkür edirəm!
-Mən təşəkkür edirəm, bu maraqlı söhbət üçün,sağ olun,özünüzə yaxşı baxın!
Sağollaşdıqdan sonra Fəridin əhvali-ruhiyyəsi dəyişilmiş,özünü daha yaxşı hiss edirdi.
Bu görüşdən 3 həftə keçmişdi,nədənsə Fəridin qəlbində Nuru görmək istəyi var idi.Bir gün yenə Fərid həmin parkda,həmin skamyada əyləşmişdi.Özünü tənha hiss edirdi.Tənhalıq ruhuna hakim kəsilmiş,onu tərk etmirdi.Gözləri onu axtarırdı.Yaxınlığında tanış səs eşitdi:
-Salam,Fərid,necəsən?
Fərid başını qaldırıb baxdıqda Nuru gördü,sevincini bəlli etməməyə çalışırdı:
—Ooo,salam,Nur,mən yaxşıyam ,sən necəsən?
-Mən də yaxşıyam,səni yenə burada gördüyümə sevindim!Eyni məkan,eyni yer!
Onlar yenə birlikdə söhbət etdilər,lakin bu söhbət birdəfəlik yox,davamlı olmağa başladı.Yaxın dostluq münasibəti qurdular,birlikdə müxtəlif yerlərə,kitabxanalara gedir,yaxşı vaxt keçirirdilər.Fərid artıq özünü yalnız hiss etmirdi,içindəki narahatlıq yox olmuşdu.Nur sayəsində dərslərinə həvəslə,maraqla yanaşmağa başladı.Dumanlı düşüncələri yox olmuşdu.Bu payız onun üçün fərqli duyğular hədiyyə etdi.Çünki artıq O var idi…Müəyyən vaxt keçdikdən bir-birilərini yaxşı tanıdıqdan sonra onların dostluğu sevgiyə çevrildi.Bu sevgidən ikisi də xoşbəxt idi.Daha çox vaxt keçirirdilər,bəzən universitet dərslərini də birgə hazırlayırdılar.Bu arada Nur Ədəbiyyat sahəsində təhsil alırdı,arada şeirlər,hekayələr yazırdı,yazdıqlarının ilk oxucu isə Fərid olurdu.Fərid isə rəsm çəkməyə geri qayıtmışdı.Çəkdiyi rəsmlərin ilk müşahidəçisi Nur idi.Hətta bir dəfə Nurun portretini belə çəkmiş və Nura hədiyyə etmişdi.Aylar,illər keçdi,zaman su kimi axıb keçdi.Fəridlə Nur hər ikisi universiteti fərqlənmə diplomu ilə bitirdilər.Amma zaman onların sevgiləri arasına ayrılıq toxumları səpdi…
Günlərin bir günü Fərid Nura onların ilk görüş yeri ,onları bir araya gətirən həmin parka dəvət etdi.Bu dəfə Fərid Nuru görərkən üzündə təbəssüm əvəzinə,onun yerinə kədər,qəm əvəz etmişdi.Nur bunu sezdi ,bunun səbəbini soruşdu:
-Nə baş verib?Sənə nə olub?Gözümə qəribə görünürsən,həmişə gördüyüm Fərid deyilsən.
—Heç nə olmayıb,sadəcə sənə bir sözüm var,onu düşünürəm
-Buyur,söylə,eşitməyə hazıram.
-Artıq universiteti bitirdim,dərslərinə qarşı həvəssiz olan,oxumayan,çalışmayan məni dəyişdirdin,solğun həyatıma yeni rənglər gətirdin,ancaq mən hərbi xidmətə yollanıram…
Bu cümlələri eşidəndə Nurun gözlərindən iki damla yaş düşdü:
-Mən səni dəyişdirmədim,sən özün dəyişmək istəyirdin və dəyişdin!Mən səni anlayıram,hərbi xidmətə getməli,vətəninə xidmət etməli,vətəndaşlıq borcunu ödəməlisən.Bundan gözəl heç nə ola bilməz!Ayrılacağımızdan,səni unudacağımdan ehtiyat edirsənsə,belə şeyləri düşünmə,mən səni hər zaman gözləyəcəyəm,sən özün yanımda olmasan da,sənin sevgin ürəyimdə olacaqdır,sənə söz verirəm hər gün buraya gələcəyəm,sən yanımda olmayacaqsan,amma səninlə birgə keçirdiyimiz xoş anlar,xatirələr mənə səni xatırladacaq,unutmağa icazə verməyəcək.Sadəcə bizi birləşdirən payızın birini sənsiz keçirəcəyəm…
-Birini mənsiz keçirəcəksən,amma biz neçə payız,qış,yaz qarşılayacağıq.Aramızda bir payız qədər ayrılıq olacaqdır.Xatırlayırsan,mən sənə sənin portretini çəkib hədiyyə etmişdim.
-Əlbəttə,xatırlayıram,necə unuda bilərəm?Ənn gözəl hədiyyə idi mənim üçün!
-Mən həmin portreti çəkərkən bir balaca kağızda özüm üçün də çəkmişdim,xidmətə yollandıqda onu da özümlə aparacağam,səndən balaca bir nişanə…
Bu görüşdən sonra onlar 1-2 dəfə də görüşdülər,artıq Fərid hərbi xidmətə yollandı.Fərid gedəndən sonra Nur hər gün fasiləsiz olaraq həmin parka gəlir,sanki xatirələrlə danışır,öz ruhunu,qəlbini sakitləşdirirdi.
Aylar dolandı,il keçdi,Fəridin hərbi xidməti bitdi,öz evinə ,aid olduğu yerlərə geri döndü.Nuru görmək üçün səbirsizlənirdi.İlk dəfə idi ki,bu qədər uzun müddət ərzində görüşmürdülər.Gəldiyini Nura xəbər verməmiş,ona sürpriz etmək istəmişdi.Bir payız səhərində həmin parka gəldi, Nurla ilk qarşılaşdıqlarında an yaşadığı duyğuları yenidən hiss etdi .Keçmiş xatirələr gözünün önündə canlandı.Ətrafa göz gəzdirdi,parkda heç kim yox idi,amma onun gözləri Nuru axtarırdı,axı Nur ona söz vermişdi…
Bitkin halda skamyada əyləşdi,bütün ümidləri ,xəyalları puç olmuşdu.Bu zaman qulağına tanış səs dəydi:
“Səni payızda tanıdım,payızda sevdim,bu payız heç bitməsin!”
Fərid gözləri qarşısında Nuru gördükdə həm təəccübləndi,həm də çox sevindi.
-Hər gün buraya gəlirdim,sanki səninlə olan xatirələrimlə birgə vaxt keçirir,səni yanımda hiss edirdim,1-2 gün buraya gəlməyə fasilə verdim,amma bu gün hiss etmişdim ki,sən burada məni gözləyirsən.Bizim aramızda sadəcə bir payız ömrü qədər ayrılıq oldu.Bizi əvvəlcə birləşdirən payız,yenə bizi bir araya gətirdi.
Beləcə,payız həm onların sevgilərin başlanğıcı,həm də sevgilərinin vədəsi oldu.