Ləman gəncliyinin çağında, atasına verdiyi sözü tutub yenicə universitetə qəbul olmuş, kənddən şəhərə oxumaq üçün gələn saf təbiiətli və yaşadığı həyatın mənasını axtaran bir qız idi. O, hər gün kənddən şəhərə gedən qatar ilə universitetə gəlirdi. Qatarda fərqli simalar ilə rastlaşan Ləman hər bir insanın üzündən, baxışlarından nə isə anlamağa çalışardı. Uşaq vaxtından belə idi, atası onu gəzməyə aparanda yolda gördüyü hər insan haqqında fikirlər deyərdi atası isə balaca, şıltaq qızını bəzən xoş təbəssümlə qarşılayar bəzən isə insanların kənardan göründüyü kimi olmadığını vurğulayardı. Artıq indi nə atasından, nə də uşaqlığından əsər əlamət qalmamışdı, amma hələ də nə qədər fikirlərinə hakim olmağa çalışsa da xasiyyəti üstündə idi… Hər gün yol yoldaşı olduğu insanlara son günlərdə yenisi əlavə olmuşdu. Bir kişi var idi təxminən 45-50 yaşlarında olardı. Kənardan baxıldıqda sakit, düşüncəli bir o qədərdə kədərli görünürdü. Ləman o kişidə kimisə görürdü yada heç özüdə bilmədən kiməsə oxşadırdı. Söhbət etmək imkanı olsa edərdi mi, bilmirdi. Çünki, Arif kişi çox qəribə idi. O, həmişə hamıdan sonda, son dayanacaqda enərdi. Ləman da o dayanacaqda enirdi, lakin burdakı qəribəlik kişinin kənddən olmaması idi. Dahar kəndi balaca idi, burada hamı hamını tanıyardı, lakin Arif kişini kənddən heç kim tanımırdı. Son dayanacaqda endikdə heç vaxt bir başa evinə getməz sükut içində bir qədər gözləyərdi.Onun gözlədiyi nə idi, kim idi Ləman bilmirdi, amma bu ona çox maraqlı gəlirdi. Axı bu kişinin məqsədi nə ola bilərdi ki?
   Yenə payız səssizliyini axşama bürümüşdü. Hava sanki köhnə xatirələrin rənginə boyanmışdı. Qatarın pəncərələrinə düşən yağış, sanki keçmişin qaranlıq kölgəsini üzə çıxarmaq istərmiş kimi şiddətlə yağırdı. Qatarın səsi kəsilir, hər kəs dayanacaqda endi. Yalnız iki nəfər qalır– Ləman və Arif kişi. İşin tərsliyindən isə bu dəfə onlar paralel oturmuşdu. Ləman çoxdandı danışmaq istədiyi üçün marağına hakim ola bilmir. Güclə cəsarətini toplayıb gülümsəyərək deyir:
-Yağış dayanmaq bilmir. Elə bil Allahın qəzəbi tutub…
Arif kişi təbəssümlə:
-Haqlısan qızım, amma belə olmağı daha yaxşıdır insanı daha da etdikləri barədə düşündürür. Hər damla bir keçmiş kimidir.
Ləman biraz dayandı sonra çoxdandı vermək istədiyi sualı soruşdu:
-Siz bura adamına oxşamırsınız. Bura tez-tez gəlirsiniz?
-Hər dəfə eyni vaxtda, eyni yerə gəlirəm. Deyirlər, bəzi dayanacaqlar insanı aparmaq üçün yox, gözlətmək üçündür.
-Bəs kimi gözləyirsiz?
   Kişi bir anlıq susdu. Sadəcə pəncərəyə aramla vuran yağış səsləri eşidilirdi, sonunda sükutu pozdu və dedi:
-Gəncliyimin çağında tərk etdiyim birini. O, bu dayanacaqda qalacağını demişdi… Mən isə getdim.
Ləman nə deyəcəyini bilmirdi, amma kimi gözləyirdisə heç vaxt gəlmədiyinə çox şahid olmuşdu.
-Bəlkə artıq sizi gözləmir. Bəlkə də çoxdan gedib.
   Kişi kədərli gözlərlə qıza baxıb cavab verdi:
-Ola bilər, amma bəzən insan gedəni yox, görə bilmədiyini gözləyir.
   Ləman bunu eşitdikdə çox təsirləndi çünki o da müharibədə əsir düşmüş, bir qəbri belə olmayan atasını hər həftə sonu atasının onu apardığı parkda yelləncəkə oturub gözləyərdi. Heç kim gəlib onun yelləncəyini sallamazdı, atası gəlib onla oynamayacaqdı, amma Ləmanın atasını gedib yad edəcəyi bir qəbri belə yox idi. O,indi anlayırdı Arif kişini. Ləman bir qədər düşündükdən sonra asta səslə dedi:
-Məndə atamı gözləyirəm. Bilirəm ki, heç gəlməyəcək… Amma ürəyim hələ də onu axtarır. Hər gün, hər an…
Arif kişi sakitcə deyir:
-Bəzən insanın gözləməsi, gəlməyənin əvəzinə bir işıq olur.
   Ləman gülümsəyir, amma gözlərində hələ də kədər görünürdü:
-Bəli… Bu işıq mənim içimdə heç vaxt sönmür.
Qatar səsi uzaqlarda itib gedirdi, amma o iki nəfərin gözləməsi, elə orada, o son dayanacaqda qaldı...