Zəhərli Sarmaşıq - Simurq

Zəhərli Sarmaşıq - Simurq

Hər insan bir toxum olaraq dünyaya gəlib, həyat adlı torpağa düşür. Torpaq bəzən yumşaq, bəzən sərt olur, amma toxum buradan böyüyür, köklərini dərinə salır. Zaman onu böyütmək üçün can suyu verir, möhkəmləndirmək üçün təbiətin çətinlikləri ilə tanış edir. Bəziləri o sınaqlara gücü çatmayıb həlak olur, bəziləri isə gövdəsini möhkəmləndirir, budaqlarını göyə uzadır.Amma bundan da qəliz sınaqlar var. Hər yeni gün, dəyişən hava şəraiti toxumu sınayır: qovurucu günəş, sərt yağış, qar, soyuq küləklər, fırtınalı havalar, həşaratların zərbələri… Bunlar əslində xəbərdarlıqdır,  onun rəngini yoxlayır, gücünü ölçür. Hər çətinlik bir dərs, hər sınaq bir xəbərdarlıqdır.

İlk ədalətsizlik baş verən kimi bütün güllər hərəsinin öz gözəl qoxusuna baxmayaraq tikan çıxartmağa başladı. Bu tikanlar yalnız müdafiə deyil, qarşılaşdıqları sınağın göstəricisi idi. Hər gülün öz fərqli qoxusu var .Amma ,onlar sadəcə faciəvi sonluqdan qorunmaq üçün kəskinliklərini önə çıxarır,sərhədlərini müdafiə edirdi.

Solğun çiçək yarpaqlarını sarmış sarmaşığa doğru açdı, səsi titrəyirdi:

– Niyə məni sıxırsan? Niyə rənglərimi alırsan?

Sarmaşıq bir anlıq susdu. Səsi titrəyə-titrəyə çıxdı:

– Bu torpaq hər kəs üçün azdır… Mən də yaşamaq üçün varam. Bəzən başqalarının yoluna daş oluruq, bəzən isə sadəcə özümüzü qorumağa çalışırıq.

Çiçək başını qaldırdı, səsi titrədi:

– Bəs siz mənim ailəm idiniz? Mən sizi sevdim, etibar etdim… Niyə məni zəhərləyirsiniz?

Sarmaşıq yenə susdu, amma içində bir az vicdan, görünməz sarsıntı vardı. Çiçək bir anlıq susdu, yarpaqları qurumağa doğru yellənirdi. Amma içində bir ümid parıltısı qalırdı. Düşündü:

– Hər tikan, sərt hava, yağış, həşaratın zərbəsi mənim gücümü yoxlayır, amma məni qırmayacaq. Mən yenə də çiçəklənəcəyəm… rəngim, ətrimi heç kimə verməyəcəyəm.

Beləliklə, bütün güllər gözəl qoxularına baxmayaraq ,tikan çıxartmağa məcbur qalırlar. Onlara toxunanlar, incidənlər uğurunda qan tökməyə hazır olmalıdır. Acısız xoşbəxtlik olmadığı kimi, sərhədsiz hörmət də olmaz. Yoxsa həm ədalətsizliyin qurbanı, həm də günahkarı olarsınız. Sonda isə rəngsiz ədalətsizlik damğası ilə cəzalandırılan solğun çiçəyə çevrilərsiniz.

Bəlkə də buna görə, sevdiyini itirən zaman insan soruşur:

– Bir bağa daxil olsam, ilk hansı gülü dərərəm?

Cavab isə : “ən gözəli” olur. Çünki hər gülün öz fərqliliyi, öz gözəlliyi var. Amma gözəllikləri qətl etməyə meyilli çoxluq hələ də böyüməyə davam edir.Səbəbkarlar etdikləri ilə fəxr edib davam edirlər… və yenə, yenə, yenə. Amma ümid heç də düşünüldüyü kimi tamamilə itmir. Toxumlar hələ də dərinlikdə gizlidir. Köklərini torpağa salır, yarpaqlarını göy üzünə uzadır, bir gün yenidən çiçəklənməyə hazırdır. Hər sınaq onu daha da gücləndirir. Çətinlik,  zorlanma onu yalnız daha möhkəm və özünə sadiq edir. Acı çəkdikləri qədər güc qazanırlar və hər bir damla təcrübə onların ətrini daha da parlaq edir.

"Bəs sən öz bağında hansı gülü qorumağa hazırsan?"

Şərhlər (3)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    26 noyabr 25, 14:02

    Uzun zamandır hekayələrinizi oxumurdum.Bu o demək deyil ki sevdiyim hörmət etdiyim gülü yaddan çıxartmışam.Əsla hər zaman siz və hakayələriniz qəlbimdəsiz.Hekayədə qeyd etiyiniz ki, bəzən insanların sıxıntıları ,kökmuşlüyü ,kimi hisslər yaşayırsan...Çox maraqlı bir hekayə idi.İnsani xususiyyətləri başına gələ biləcək hadisələri təbiət hadisələri ilə necə gözəl əlaqələndirmisiz.Sualınıza gəldikdə isə belə cavab verərdim.


    Açığı, hərənin həyatda dəyər verdiyi, qorumaq istədiyi bir şey olur. Bəziləri üçün bu dostluqdur, bəziləri üçün ailə, bəziləri üçün isə sevdiyi bir insandır. Mənim üçün də əgər bir gülü bağımda qoruyuramsa, o gül sadəcə gözəl olduğu üçün yox, mənim üçün nəsə ifadə etdiyi üçün, ruhuma toxunduğu üçün dəyərli olar. Çünki hər gülə baxmaq olmur, bəziləri var ki, baxanda özünü rahat, tamam hiss edirsən. O gülü qorumaq  ona dəyər vermək, diqqət göstərmək, incitməmək  mənim üçün həm də özümə hörmət deməkdir. Həqiqətən içimdən gələn bir gülü qorumağa hazıram, amma o gül də solmasın deyə qarşılıqlı qayğıya ehtiyac var...İnşallah ki qoruduğum güllər sarımaşıq olub da məni məhf etməzlər bundan sonrakı həyatımı...

    Çox sağ olun var olun.Əlləriniz dərd görməsin. 

    1. SİMURQ

      @SİMURQ

      26 noyabr 25, 18:40

      Öncəliklə ,bu səmimi sözləriniz üçün dərin təşəkkür edirəm.Hekayələrimi uzun fasilədən sonra belə eyni sevgi ilə qarşılamanız mənim üçün böyük dəyərdir.Gül haqqında yazdıqlarınız isə çox təsirli idi. Hər kəsin qorumaq istədiyi bir dəyəri var, amma sizin “gül” metaforanız onun nə qədər incə, mənalı olduğunu göstərir. Əslində biz nəyə dəyər verib onu qoruyuruqsa, içimizdə də elə həmin dəyərin izini daşıyırıq.İnşallah sizin bağınızdakı güllər heç vaxt sarmaşığa çevrilməz .Əksinə, ruhunuza güc, həyatınıza rəng qatar.Var olun, gözəl sözləriniz üçün təşəkkür edirəm.Sizə daim işıqlı yollar diləyirəm.

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        27 noyabr 25, 13:01

        Mən təşəkkür edirəm ki,anlayışla qarşılayırsız hər oxucunu😘

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol