Varmı Allah görəsən - Nicat Məmmədov

Varmı Allah görəsən - Nicat Məmmədov

Varmı Allah görəsən? Varsa da görmək gərək deyilmi? Yəni hardasa bir şey var və o şey hər nədirsə, görə bilməsək də həqiqətən var. Amma bu məsələ çox mənasız yerlərə gedib çıxır.

Bax, deyirlər ki, Allah nədir də bu Allah. Kimdir? Nədir? Nəçidir?

Yox əgər zatən varsa da, yoxsa da, artıq onun mənim üçün bir mənası qalmır, qalmayıb. Düzdü, saxta müsəlman olmaqdansa heç olmamaq daha yaxşıdır mənə görə. Nəysə.

Bax, bu qədər insan niyə var? Bu sualın cavabını bilmədiyim ya da cavabını öyrənmək üçün vermədim. Bəzi suallar olur ki, cavabını almasan da sualdır. Bilirəm, bəlkə biraz mənasız oldu, amma heç nə olmaz.

Bax, oturmuşam daşın üstündə, evə getmək üçün avtobus gözləyirəm.

Niyə ətrafa baxırsan? Nə düşünürsən baxıb? Bax dost, sən bəlkə də xəstə deyilsən. Özün dediyin üçün xəstəymiş kimi hiss edirsən.

Bəs onda qarşıma çıxan şeylər, başıma gələn hadisələr? Hə, onları da sizin Allahınız edir? Bəlkə də. Niyə edir bəs? Bax, gözəl bir söz var: mən doğulanda mənə seçim haqqı verməyən Allah, əgər varsa, məni sorğulaya bilməz. Nə də ki, məndən qeyri-ixtiyari şəkildə həyatıma müdaxilə edə bilməz. Bəlkə səhv deyirəm?

Xoşbəxt ikən bir insanı bədbəxt edən Allah necə mərhəmətli ola bilir? Elədi ki, özü özünü səhv çıxarmış olur. Bəzi axmaq insanlar da elə bilir ki, mən onun yerini doldurmaq istəyirəm, ya dərdim təki biri məni sevsindi falan-filan. Xeyr. Məsələ burasındadır ki, mən xoşbəxt olduğum zamanda məni bədbəxt edən Allah ki, inanmıram artıq ona və ehtiyacım da yoxdur. Başıma nə gətirir-gətirsin. Əgər hər şeyi idarə edə biləcək gücdədirsə, niyə mənim ona inanmamağımın qarşısını almır? Hə, bu çünki başı-başına yalandan ibarətdir. İndi kim inanır, inansın.

Hə, bir də mən o bəzi axmaqlar kimi “bu olmadısa daha gözəli olacaq” kimi fikirlərə qapılmağı sevmirəm. Olurdusa, elə bu olardı da. İndi başlayacaq bəzi müsəlmanlar ki, Allah’a baş qaldırırsan, nə bilim nə. Yəni hələ tam varlığı bəlli olmayan deyə inanır özləri. Məni də yargılayırlar. Məni mənim əlimdəki ilə sınadısa o, əgər belədirsə. Mən də onu özüylə baş-başa buraxıram. Ki, demirlər, onun bizə ehtiyacı yoxdur falan. Olmasın onun ehtiyacı. Başıma pis bir şeymi gətirəcək? İnan mənə, bunlardan sonra gülməli olardı hər şey. Lap bir çox şey. Çünki aciz insan ondan kömək istəyir. Və mənsə acizliyin zincirini qırmışam artıq. Kiminə görə həyatın sonu olan ölüm belə gəlsə başıma ki, bir gün gələcək. O zaman belə heyifsilənmədən öləcəm.

Və bəli, həyat davam edir. Müəyyən bir müddətlik düşüncələrin qarışması olur və sonra geri gəlir. Və düşünürəm ki, bu olmalıdır. Bu olmasa, biz niyə insan olaq ki? Elə deyilmi? Ancaq bu fikirlərin sonuna qədər arxasındayam. İnancsız biri olmaq xoşbəxt edir insanı. Heç bir tələbi olmadan, kiminsə qarşısında öhdəliyi olmadan yaşamaq. Bəli, həyatı sevin, özünüzü sevin.

Şərhlər (7)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    26 dekabr 25, 15:48

    Yazılan yazı kənarda qaldı.Diqqətimi gənclərin rəyləri çəkdi.Varsa da yaxsa da bir gərçək var ki,sonumuz ölümdü.İnsanoğlu hər şeyi edə bilsə də bir tək ölümün qarşısını almağı mümkünsüzdü...

  2. ramil

    @ramil

    27 noyabr 25, 19:42

    Sualınız:"Allah varmı?"

    Cavabım: Bəli Allah var.Heç düşünmədən bu cavabı verirəm.Hər şeyi bir kənara qoyaq,sonra olüm günümüzü düşünək,bəs biz bu dünyaya ölməyə gəlmişik?

    Bu dünyaya ölüb,məhv olmağa gəlmək,mənə görə dahabməntiqsizdir.Düzdür cəmiyyətimizin müsəlmançılıq anlayışı daha düşük səviyyədədir,buna qatılıram.Ən azından saxda müsəlman deyilsiz.Amma bu Allahın yoxluğunun isbatı deyil.yoxlugunun sübutunu edə bilməyəcəyimiz bir varlığın,varlığına inkar edə bilmərik.

    Yəni yoxluğunu sübut edə bilmiriksə,varlığında inkar etməyək.

    Gözəl yazıdır uğurlar ✨ 

    1. Nicat

      @Nicat

      27 noyabr 25, 20:02

      Düzdü mən demirəm ki var və ya eyni zamanda da demirəm ki yoxdur )

      Bu iki cavabdan birini vermək mənim inancıma uyğun gəlmir indi deyə bilərsiniz ki inancın nədir bu da açıqlamağa gərək duymuram düzü. Ancaq baxın biri var inkar etmək biri var inanmamaq ve biri də var ki onların hərəsi öz yerində varsa da yoxsa da ayrı məsələ amma seçimini o variantlardan yana istifadə etməmək )

  3. Yusif

    @Yusif

    27 noyabr 25, 19:29

    Sualınız:Varmı Allah?

    Cavabım: Beli,bizi yaradan,idare etmek üçün şüur veren,tebietin ahengini quran o ilahi Qüvve var. Heç ne sebebsiz deyil,bizim yaradılışımızın sebebsiz olmadığı kimi.Bezileri düşünür ki, Allah yoxdur,ya da bunların yaradılışı tesadüfidir. Amma xeyr, heç kim özünü aldatmasın. Şüurlu şekilde düşünerek özünüze sual verin

    *Bu qeder varlıq, dünyanın yaradılışı, tebietin ahengdarlığı nece tesadüfi ola biler?* 

    Bir az realist olun, özünüzü yalan düşünceler ile aldatmayın.

    1. Nicat

      @Nicat

      27 noyabr 25, 20:07

      Haqlısınız. Lakin özünüzə görə. Təbii ki yazı yazanda ümumiyyətlə bir iş tutanda tənqidə açıq olmaq ən gözəl şeydi. Sadəcə sonuncu cümləyə belə aydınlıq gətirim ki. Sizcə yalan nədir ? Bu özü başlı başına böyük bir debat mövzusudur. Sadəcə onu tövsiyə edərdim ki insan özünü aldadan varlıqdır bəli. Amma o aldatmaq insanın özündən asılıdır. Düşünürəm ki siz də bunun fərqinə vararsınız. Xoş sözləriniz üçün təşəkkür edirəm minnətdaram 

      1. Yusif

        @Yusif

        27 noyabr 25, 20:47

        Allahın varlığı tekce dini menbelerle deyil, elmi ve felsefi baxışlarla da sübut olunub. En sade hüceyrenin içinde  bele milyonlarla mürekkeb proses bir anda baş  verir. Bunu heç bir insan eyni şekilde tekrar yarada bilmir. Bes nece  ola biler ki, bu qeder mükemmel nizam tesadüfen meydana gelsin? Eger sade  bir saat bele dizaynersiz olmursa, onda bu nizamlı kainat nece dizaynersiz ola biler? Bele ki, bu debat mövzusu deyil, çünki  Allahın varlığı yalnız inanc meselesi yox hem de elmi ve felsefi arqumentlerle sübut olunmuş bir heqiqetdir. *Bildirdiyiniz rey üçün teşekkürler*

        1. Nicat

          @Nicat

          28 noyabr 25, 10:29

          Haqlısınız gözəl insan. Siz öz bildiyinizlə davam edin zəhmət olmasa)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol