Ümid-Nilufər Quliyeva
Ümid-Nilufər Quliyeva
Səhərin yelində açılır günüm,
Ümidlər içimdə boy atır yenə.
Yoluma səpilən izlərdən keçir,
Bir səs deyir: dayan, yorulma hələ.
Səhərin işığı süzülür yenə,
Bir ümid toxunur sakit könlümə.
Yolların üstündə izlərim qalır,
Hər biri çağırır gələcək günə.
Səssiz axşam üstə çökür bir yel,
Könlümə dolanlar danışır hələ.
Yolların sonunda gizlənmiş ümid,
Gecənin qoynunda dirənir hələ.
Küləklər üzümə söz açır sakit,
Hər səsində gizli nəğmələr yatır.
Uzaqda titrəyən o solğun xallar,
Sanki yolum üstdə işıqlar saçır.
Axşamın rəngləri udulur yavaş,
Hər rəng bir duyğunun kölgəsi olur.
Bir az köhnə xatirə boylanır gizli,
Bir az da gələcək qapını çalır.
Gecənin qoynunda ulduzlar yanır,
Sükut da o atəş içində qızır.
Hər biri sıraya düzülmüş kimi,
Göydə yol çəkərək qəlbimə sızır.
Qaranlıq çöksə də susmur ümidim,
İşıqlar içimdə yanmağa durur.
Hər insan özündə alov gəzdirir,
O alov yolunu yenidən qurur.
TEC Yazarlar klubu" loading="lazy">
Şərhlər (2)