Etmədi

Etmədi

Məni saldı bəlaya, dərdimə dərman etmədi, 

Qəfəsdə qalan qəlbimə o yar fərman etmədi. 

Gözlərim qan-yaş töküb fəğan etdi gündüz-gecə, 

Dözüb yarın zülmünə könlüm bir üsyan etmədi. 

Cəhənnəm atəşində yandırdı qəlbimi o yar, 

Eşqindən yanan qəlbimi suya mehman etmədi. 

Könlünü verib əğyarə biçarə qoydu məni, 

Yalvarıb yaxarsam da o zalım aman etmədi. 

Şəbnəm, sən çox yazırsan vəfasız çıxan aşiqdən, 

Biçarə qaldığını o yar heç güman etmədi... 


Şərhlər (2)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    08 mart 26, 11:14

    Allah qəlbə salan sevgini heç zaman incitmələrinə imkan verməzdi kaş...

    1. Şəbnəm

      @Şəbnəm

      30 mart 26, 23:36

      Kaş ki...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol