13 yaşımda olanda bir hekayə duymuşdum. Deyilənə görə bir qızı öz həyatından çox sevən biri var imiş. Qız da onu sevirmiş amma oğlan kimi yox, keçici həvəs kimi. Bir gün o oğlanın qəlbini qıracaq sözlər deyir və oğlan bir müddətlik səssizliyə çəkilir, amma onu sevməyi əsla buraxmır. Qız səhv başa düşür, incisədə dinmir çünki o onu o qədər sevməmişdi. Oğlanı anlasa da sevmədiyi sən,münasibətlərini xilas etməyə çalışmır. Və oğlan bunu başa düşməyir, eşq acısına qərq olur...
Neyləsin bu zaman?
Küləklər uğuldayır, Göylər coşub,
Gəlir qara buludlar bizə sarı.
Yarpağı bezmiş budağa qarşı,
Neyləsin bu zaman? Neyləsin axı.
De mənə görüm, Sevda da bitərmi?
Gözümdən qoruduğum yarım gedərmi?
Bu qəlb bu gedişə dözərmi?
Söylə, neyləsin zaman?
Deyir, ver mənə müddət, düşünüm bir mən.
Zaman düzəldər, bəlkə düzələr?
Özünü aldadır, yalan danışır.
Neyləsin bu zaman? Neyləsin axı.
Qəlb bezmişəsə bu könüldən,
Soyuqluq olar, hiss edirəm mən.
Göz bezmişsə gördüyündən,
Ki, görürəm, əfsus ki mən,
Söylə, neyləsin zaman?
O ala gözlərində kiçik işıltılı,
Qəlbimi coşdurar, sevindirərdi.
Dodağına düşən hər bir təbəssüm,
Könlümü fəth eylər, məni yenərdi.
Gülüşünü gizlədir, yandırır məni!
Yar mən nə etdim? Nəydi günahım?!
Hissiz gözlərində ölürəm, canım,
Söylə, indi neyləsin zaman?!
Şərhlər (2)