Anbarın içi sükutla dolmuşdu. Beş nəfər vardı, biri-birinə yad, amma eyni boşluğu paylaşan beş nəfər. Adlarını bilmirdilər, keçmişlərini soruşmurdular. Hər biri içindəki qaranlıqla tək başına idi.

Hamısına eyni mesaj gəldi:

"Sonda azadlıq var. Amma azadlıq hər kəsə yaraşmaz."

Amma hər biri onu fərqli duydu:

Murad qorxu ilə baxdı; sükutu daha da dərinləşdirdi.Kənan qisas və soyuqluq üçün bir vasitə gördü.Səma enerjilər və texnologiya ilə ünsiyyət tapdı.Aydan ümid gördü.Lalə isə daxili boşluğu daha dərindən hiss etdi.

“Bizi kim idarə edir?” — Murad soruşdu.Sükut cavab verdi.Çünki bəzən cavabı bilmək, yaşamaqdan daha qorxuludur.Tapşırıqlar gəldi, biri-birinin ardınca. Hər çətinlik onları birləşdirdi; hər qəribə hadisə ürəklərdə şübhə, eyni zamanda bir bağlılıq yaratdı. Tapşırıqların məqsədi açıq deyildi; amma hər biri bir az daha həm özünü, həm də digərlərini tanıyırdı.

Murad açdı sözlərini:

— “Atam, anamı öldürəndə qorxu dilimi lal etmişdi; sanki sadəcə baxa bilirdim. Sonra dilim açılsa belə, vicdan əzabı onu susmağa vadar etdi. İnsanlarla danışmaq istəmədim, ehtiyac da olmadı. Səsim çıxdıqca içimdəki qaranlıq daha çox yer tutur. Hər gecə özümü sorğu-sual edirdim: niyə o an sadəcə baxırdım, niyə danışmırdım?”

Kənan yumruqlarını sıxdı:

— “Uşaqlığım dilənçiliklə keçdi. Mənə gülənləri, ələ salanları yadda saxladım. Böyüyəndə hamısını tapdım. Qisas məni azad etmədi — yalnız soyuq birinə çevirdi məni, həm içimdə, həm qarşımdakılarda. İnsanlara yaxınlaşmaq qorxudursa, demək, qisasın qiyməti bu imiş.”

Səma dərin nəfəs aldı:

— “Atamı ildırım vurduğu andan etibarən məndə yalnızca enerjilərlə ünsiyyət var. Hətta düşünürəm ki, insanların asosyal adlandırdıqları zəka səviyyəsi yüksək ruhlardır. Mən isə bu ruhu texnologiya ilə birləşdirməyə qərar verdim. Sükutum mənim dilim oldu, hər titrəmə içimdəki səsi oyadır.”

Aydan səsini alçaltdı:

— “Oxuduğum hər kitab məni sınadı. Səhifələr bir qapıya bənzəyirdi.Amma hər qapıdan çıxanda özümü tapdım — kiçik parçalarla da olsa, yaşamağa davam etdim. Ümid qorxularımın gizli küncündə gizlənib, sadəcə onu görmək lazımdır.”

Lalə başını qaldırmadan dedi:

— “Mən yemək yemirdim. Daxilimdəki sevgisizliyin yaratdığı boşluğu heç nə doldura bilmirdi. Qaçdım — evdən, insanlardan, hər şeydən. Amma öz içimdən qaça bilmədim. Sürətli addımlarımda özümü sınadım, amma dayanmadım. Boşluq hər zaman yanımda idi; amma indi daha az qorxulu görünür.”

Hər etirafdan sonra sükut ağırlaşırdı. Sanki tavan çökəcəkdi, hava boğucu idi. Onlar artıq bir-birlərini daha yaxşı anlamağa başlamışdılar; nifrət yox, ağrı və anlaşma vardı.Sonra o qəribə səs gəldi.Nə qadına, nə də kişiyə bənzəyirdi; dəyişkən, qorxulu, hər kəsi titrədən ton idi.

“Artıq seçim etmisiniz. Bu yol sizindir, yoxsa mənimkidi bilmək istəyirsinizsə nə durursunuz?”

Heç kim tərpənmədi. Sükut qorxudan yox, anlamdan doğdu. Hər kəs öz içindən bir qərar daşıyırdı — bəziləri bununla razılaşmış, bəziləri bunu qəbul etməmişdi. Bu uzun,heykələ bənzər səssizliyin nəticəsi olaraq tapşırıqlar sona çatdı. Hər biri öz qaranlığını qəbul etmişdi. Sükut bir bağ olmuşdu; nifrət yox, oxşar ağrı və anlaşma birləşmişdi.Səhər açılanda masada beş paslı açar vardı. Kağızda yalnız bir cümlə:

“Azadlıq, insanın ən gözəl aldanışıdır.”

O gündən sonra şəhərdə beş nəfər itkin sayıldı. Bəziləri söylədi ki, onları o səs apardı. Bəziləri dedilər ki, onlar azad oldular.Amma bəzən külək istiqamət dəyişəndə, o anbardan qəribə bir pıçıltı gəldi:

“Azadlıq üçün kimlər yox olmağa razı idi?” 

Bəs sizcə, hekayə seriyaya çevrilsin, yoxsa bu qədər macəra kifayətdir?

Hər addımın sonunda, həqiqi azadlıq mümkündürmü?