Kimin oyunu?

Fikirli-fikirli evdə get-gəl edirdi. Kimisə gözləyirdi. Hər dəqiqə də saatına baxırdı. Əvvəlcə gəlin sizə bu adam haqda az da olsa məlumat verim: Ziyad Dadanov. Böyük bir biznesi idarə edirdi. Bu işə 24 yaşından başlamışdı. İndi isə onun 41 yaşı var. İdarə etdiyi biznesi şərik işlədirdi. Demək olar ki, ona və şərikinə paxıllıq edənlər çox idi. Məqam axtarırdılar ki, biznesləri inflyasiyaya uğrasın. Amma onlar güclü bir o qədər də ağıllı adamlar idi. İndi isə çox narahat idi. Çünki biznesləri artıq çöküşə doğru gedirdi. Fikirləşirdi ki, necə etsin ki, şərikini bu işdən uzaqlaşdırıb, işin başında təkcə o dursun. Birazdan onlar görüşəcəkdilər. Şərikinin isə deyəsən bu gün son günü idi. Mütləq ki, işi onun əlindən qətl törətməklə almalı idi. Ona görə də ucqar bir yerdə ev tapmışdı. Evin sağ tərəfində uca dağlar, sol tərəfi isə quraqlıq idi. Görünür, uzun müddət burada yaşayış olmamışdı. Ziyad isə şərikini şüphələndirməmək üçün iki ən güclü və sadiq adamları ilə gəlmişdi. Şərikinə isə bu yerə guya iş barədə nəsə yenilikdən danışmaq istədiyini bildirmişdi.

***
— Alo, salam Qara, necəsən?
— Salam, Ziyad, sağ ol, yaxşı olasan.
— Qara, çox uzatmıram, özün bilirsən də, çöküşdəyik. Mənim bir fikrim var, istəyirəm onu danışaq.
— Lap əla, gəlirəm indi.
— Yox, bura yox.
— Hara, bəs?
— Burdan nəsə şübhələnirəm, elə bilirəm bizi dinləyirlər. Mən bir yer var ora gedəcəm və ordan sənə məkanı atacam gələrsən.
— Problem deyil, gələrəm.
— Oldu, Qara.
— Oldu.
— Hə, bir də üstəndə silahla gəlmə, haa.
— Niyə?
— Qara, vaxtım yoxdu, nə deyirəmsə onu elə.
— Oldu, onda yaxşı.

***
İki qara “Prado” uzaqdan gəlirdi. Bu yəqin ki, onun şəriki Qara idi.

— Gəlir çıxın, qalın qapıda, — deyə Ziyad adamlarına səsləndi.

“Prado” düz evin qabağında, biraz aralı dayandı. Qara maşından endi. Kostyumun pencəyini əlində tutmuşdu. Maşının arxa qapısının qabağına keçdi, ətrafı seyr etdi. “Nə ehtiyac var idi axı, Ziyad müəllim, bu qədər həngaməyə?” — sonra kostyumunun pencəyini əyninə keçirib irəlilədi. Yalnız o irəlilədikdən sonra Ziyadın adamları çölə çıxdılar. Ziyad isə pəncərədən baxırdı. Sanki ona nəsə şübhəli gəldi. “Şüşə niyə açıldı?” — sonra boş verib yerinə oturdu.

— Salam, müəllim, buyurun. Ziyad müəllim içəridədir.

— Uşaqlar, bizim maşınımızda nəsə nasazlıq yaranıb. O gün düzətdirmişdim, yenə pis günə qaldı. Buranın yolları nə pis gündədi əə. Ziyad müəllim başqa yer tapa bilmirdi? — Biraz susdu, sonra davam etdi: — Nəysə, köməklik edin bizim uşaqlara.

— Oldu, müəllim.

İçəri keçib, qaş-qabaqlı halda Ziyadla görüşdü.

— Ay Ziyad, bu nə hoqqadı verirsən axı? Oturub restoranda bunu danışardıq da.

— Yox, Qara, bizi izləyirlər.

— Kim izləyir?

— Nə bilim, kim izləyir — görmürsən nə təhər qabağa getmişiksə paxıllığından dayana bilmirlər. Ona görə ən güvənli yer buradı.

Qara biraz Ziyadın üzünə baxıb dedi:

— Ziyad, bizə — bizdən başqa heç kim zərər verə bilməz. Biz bir olsaq, əgər, qalan hər şey boş şeydi.

Ziyad isə narahat idi. Axı adamları içəri gəlməli idilər. Qaranın işi bitməli idi.

— Nə olub?

— Heç nə, fikirləşirəm də.

— Nə fikirləşirsən?

— Tək gəlmisən?

— Guya görmədin pəncərədən? Tək gəlmişəm, ya yox?

— Qara…

— Dayan əə, nə Qara — belindən silahı çıxarıb düz Ziyadın kəlləsinə tutdu.
— Neynəyirsən əəə? — Ziyad düz yerindən hoppandı.
— Belə olmur axı, Ziyad, sən bunu mənə deyə bilərdin — deyərdin ki, ay Qara, mən tək idarə etmək istəyirəm. Mən də özümə bir yer qurardım, işlədərdim də, lazım gəlsəydi, bir az borc alardım səndən, heç inciməzdim də. Amma bax gör, sən neyniyirsən. Mənim arxamdan iş çevirirsən, məni öldürmək istəyirsən. Xətrimə dəyir axı…
— Qara, onu sal aşağı, kişiliyin olsun silahsız adamın üstünə silah çəkmirlər.
— Puah! — qəh-qəhə çəkdi.
— Hardan bildin?
— Nəyi?
— Səni öldürəcəyimi?
— Ziyad, gör neçə ildi mənlə işləyirsən — hələ də bilmirsən ki, kiməm mən? Nələrə qadirəm, ayə telefonla danışandan sonra bir bax da gör, qoymusan ya yox. Ha-ha-ha-ha.

Ziyad donub qalmışdı.

***
— Qara, vaxtım yoxdu, nə deyirəmsə onu elə.
— Oldu, onda yaxşı.

Telefonu söndürmədən masanın üzərinə qoydu.

— Uşaqlar, bax, hazırlıqlı olun ha, bu tülküdü, bu içəriyə keçən kimi məsələ bitməlidi.
— Oldu, müəllim, baş üstə.

***
— Ha-ha-ha-ha-haa — əə, ayıb olsun sənə, mən elə bilirdim sən mənə güvənirsən.
— Nəyə gülürsən?
— Qara, gəl, silahı qoy yerə, adam kimi danışaq.
— Danış da, dinləyirəm səni.
— Qara, güllə var onda?

Qara biraz duruxdu, tapancanın darağını açdı. Güllə yox idi. Başını qaldırıb qəddarcasına Ziyada baxdı.

— Ayy, sənii…
— Qara, mən sənə dedim axı, silahsız gəl, sən niyə güvənmirsən axı mənə?
— Bu nə oyundu əə, necə eləmisən bunu?

***
— Bunu verərsən Qaraya, deyərsən ki, Ziyad müəllim verdi, digərini alarsan, — Ziyad bağlı paketdəki “Makarov”u adamına uzatdı.

Adam maşına əyləşib, gizli məkanların olduğu bir yerə gəldi.

— Salam, müəllim. Ziyad müəllimin sizə çatdırmaq istədiyi bir şey var — məkanı sizə göndərmişəm.
— Salam, yaxınam, gəlirəm.
— Silahınız üstündədir?
— Aha, nə olub ki?
— Yenisini verəcəm sizə.
— Nə yaxşı, gəlirəm.

Danışıqlardan sonra Qara dəqiqələr içərisində gəldi. Maşınından enib digər maşına keçdi.

— Bir daha salam, ver görək nədi belə, tələsirəm.
— Buyurun.

Paketi açdı — “Makarov”u görəndə gözləri işıqlandı.

— Ooo, əla! Çox sağ ol, deyərsən Ziyada.
— Müəllim, köhnə silahınızı verin, zəhmət olmasa.

Belindən silahını çıxarıb naməluma uzatdı. Sonra maşınına əyləşib yox oldu.

***
— Ayy, adam bir silahın darağına baxda —qəh-qəhə çəkdi.
— Sən necə şərəfsiz adamsan, əə, hə?
— Mən yaxşı adamam, Qara. Mən yaxşı adamam, amma sən mənə güvənmirsən. Sən Allah, sən o silahı necə gətirdin içəri? Maşından düşəndə belində yox idi axı.

***
Qara maşından endi. Kostyumun pencəyi əlində idi. Yalandan belə etmişdi ki, Ziyad tam əmin olsun ki, silah belində deyil. Maşının arxa qapısının qabağında dayandı. Şüşə aşağı endi. Kimsə silahı onun belinə keçirtdi. Kostyumun pencəyini əyninə keçirib irəlilədi.


***
Çöldə nəsə hadisə baş vermişdi. İkisi də çölə tərəf qaçdı. Polislər gəlmişdi. Ziyadın adamları öldürülmüşdü. Qaranın adamlarının əlinə isə qandallar vurulurdu. Qara isə həyəcandan silahı içəridə qoymağı unutmuşdu. Polis mayoru isə onunla üzbəüz idi. Hər şey Ziyadın istədiyi kimi olmuşdu. Qara isə başını çevirib Ziyada baxdı:

— Çox ağıllı adamsan, çoxx. Təbrik edirəm səni.
— Mənə güvənməliydin, Qara.

Mayor Qaranın qolundan çəkərək apardı. Artıq Ziyad tək başına hər şeyə hakim olacaqdı… Qara isə yəqin ki, bundan sonra heç kimlə şərik olmayacaqdı…


***
— Eşidirsən? Qaragil gələndə uzaqdan onları gördün, polisə zəng vur — tez məlumatı onlara bildir. Məkan yerini telefonda aç, onları özləri müəyyən edəcəklər.
— Baş üstə.
— Bağışlıyında məni.

Adamlar Ziyadın üzünə təəccüblü halda baxdılar.

— Nəyə görə, müəllim?
Ziyad biraz sarsılmış halda onlara baxdı. Qarşısındakı adamlar ona ən çox sadiq olanlardan idilər. Ziyad bilirdi ki, Qara onların fikrini yayındırmaq üçün nəsə tapacaq və öldürəcək.

— Heç, heç — dediyimi edərsən

10 dəqiqədən sonra Qara gəldi.
— Salam, 102 xidməti, buyurun.
— Xanım, təcili surətdə əməkdaşlarınızı olduğumuz yerə göndərin, məkanım telefonda açıqdır — ordan müəyyən edin. Silahlı şəxslər var burda öldürmək istəyirlər bizi…