ÜRƏYİMƏ KÖÇƏRSƏN?
Sənə Günəşim desəm,
Dünyama nur saçarsan?
Arzum, diləyim desəm,
Könlümə yol açarsan?
Ətirli gülüm desəm,
Süsən, sünbülüm desəm,
Şaqraq bülbülüm desəm,
Eşq bağımda uçarsan?
Düşsəm dumana, çənə,
Əl uzadarsan mənə?
Bilsən aşiqəm sənə,
Ürəyimə köçərsən?
Arzu Tahirqızı
Şərhlər (2)