Anacan -XIII

Anacan -XIII

Mən böyüdüm anacan,
Burax mənim artıq əllərimi.
Dizlərim çökdü,əllərim qan,
Boş ver anacan,boş ver,sağalacaq.
Ağlama anacan,sil gözlərini..

Pis sözlərimi çox da xatırlama,
Mən çox dəyişdim anacan,
Nə desən haqlısan sonacan,
İstəyirsən bağışla,istəyirsən bağışlama,
Mənim ruhum çirklənib anacan,
Gözlərim mənasız baxacaq,
Hardasa ruhum dərinlərdə donacaq..

Solacaq gözlərim,qəlbim ağrıyacaq,
Hardasa içimdəki şeytan bir gün həqiqəti bağıracaq:
Sən yenədə məni böyütdüyün kimi sev anacan.
Cəmiyyət simasını yaradıb,içimdəki məni öldürdüyün kimi sev anacan.
Gördüyün kimi sev,cəmiyyətə qurban verdiyin kimi sev,
Məni onların əlinə təslim etdiyin kimi sev,
Həqiqəti içimdə basdırıb susdurmağı öyrətdiyin kimi sev,
Sən məndə gələcək görmüşdün,
Görmüşdün ailəyə dayaq olacaq bir ev..

Bağışla Anacan!Mən istədiyin kimi ola bilmədim!
Mən bunların heç biri ola bilmədim!
Mən ola bilmədim layiqli övlad,
Mən ola bilmədim gülərüz,ola bilmədim şad
Sala bilmədim tüstü dolu qədəhlərə maraq,
Ola bilmədim sənin Tanrına ola biləcək dayaq.
Ola bilmədim nə mömin,beş vaxt namaz qılan,
Ola bilmədim Tanrının hüzuruna boyun əyən,
Ola bilmədim hər şeydə mənasız gülüş axtaran,
Ola bilmədim tanrının hüzuruna səcdəyə gedən,
Ola bilmədim müqəddəs, mən oldum sorğu-sual edən şeytan..

P.S Bu əslində şeir deyildi."1984" adlı albomda yazdığım bir mahnının sözləri idi. Sadəcə olaraq şərait imkan vermədiyi üçün mahnıları hazırlayıb albomu təqdim edə bilmədim və şeir kimi paylaşdım. Amma bir gün mütləq bu albom çıxacaq.

Şərhlər (9)

  1. Şahmalı Hasan

    @Şahmalı Hasan

    14 iyul 25, 10:22

    Mahnı kimi dinləmək ümidi ilə... Təşəkkürlər 

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 02:03

    Bağışla anacan... çox gözəl sözlər idi..əsasəbdə sənin övladın olduqum üçün sev hissəsi insana hüzün gətirirdi .

    1. XIII

      @XIII

      14 iyul 25, 08:26

      Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər..

  3. XeYka

    @XeYka

    12 iyul 25, 03:07

    Bu Musiqi Çox Əladı. Uğurlar işlərində...🖤🫡

    1. XIII

      @XIII

      12 iyul 25, 12:25

      Təşəkkür edirəmm

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    11 iyul 25, 17:04

    Mənim anama deyə biləcəyim sözlər...😔

    Övladlarımın mənə deyəcəyi sözlər...😥

    Son günlərdə ehtiyyac duya biləcəyim və hələ də zamana buraxdığımı sözlər kəlmələr hamsı bir arada.

    Təşəkkurlər💫✨

    1. XIII

      @XIII

      11 iyul 25, 17:11

      Fikir bildirdiyiniz üçün sizə təşəkkür.

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    11 iyul 25, 16:41

    "Sən yenə də məni böyütdüyün kimi sev, anacan.." Xüsusən, sevdiyim hissə oldu. Sanki qırılmış körpünü düzəltməyə çalışır. İnşallah albomunuzu çıxararasınız bir gün. Uğurlar

    1. XIII

      @XIII

      11 iyul 25, 17:10

      Fikir bildirdiyiniz üçün təşəkkürlər.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol