Şeir: Tənhalıq
Gecənin sükutu dindirir məni.
Kölgəm qucaqlayır, gizləyir səni.
Bir vaxt gülüş dolu bu ürək indi,
Darıxmaq içində tapır dincini.
Küçələr yatıbdı, şəhər yuxuda ,
Yel əsir, səslər də itib havada.
Bir sükut, bir qaranlıq, bir də mən var,
Ümidim ilişib ay işığında.
Yenə də içimdə bir inam yanar,
Ümidim sönməz, gülüşüm qalar.
Dünya düzəlməz, amma kim bilir-
Bəlkə bir gülüş də möcüzə salar.
Şərhlər (0)