Elmi Təkəllüd - Uraqan

Elmi Təkəllüd - Uraqan

Elm dedikləri bir boş təkəllüd,

Öyrətməz insana nə həqq, nə sübüd.

Məktəb, mədrəsə – zahir bəzəyidir,

Həqiqət – könlün iç üzəyidir.


Həyat bir kitabdır – yazısı qandır,

Səhifə-səhifə sınaqla andır.

Öyrənmək istərsənsə sirri-cahanı,

Yaşa, yıxıl, dur – budur dərsin əyanı.


Dönə-dönə qəlbin sınar, dözərsən,

Qırıldıqca qəlbin kamalını süzərsən.

Yaşa ki, biləsən: yaşam nə imiş,

Öl ki, dərk eləyəsən: varlıq nəymiş.


Yıxılan öyrənir: torpaq nədir, izzət nədir,

Qalxan anlayar: iradə nədir, səbr nədir?

Mübarizə – odur ki, qalxırsan yenə,

Tökülmüş parçanı yığırsan sənə.


Hər kəsə cavabdır – susub izləmək,

Sənə gülənlərin gününə gülmək.

Səni saymayanların sayını saymaq.

Səni saymayanlar, axmaqdı, axmaq...

- Uraqan

Şərhlər (32)

  1. Sevda🤍

    @Sevda🤍

    28 iyun 25, 22:52

    Hekayələriniz qədər şeirləriniz də yaxşı alınır.Hər cümlə insanı düşündürür.Doğru olduğunu anlıyırsan.Sizə hər zaman uğurlar.Yazıb yaradın ,biz də oxuyaq ,zövq alaq🤍

  2. Feride

    @Feride

    27 iyun 25, 14:10

    Bunu oxuyanda bir şair ağlıma gəlir yadımdadır , ədəbiyyatsa satiraları ilə tanınan zamanının hökümdarlarına , ağalarına  kor köranə təriflər yazan şairlərinə uymamış öz sözünü , açıq yeri gələndə ironiyaynan , hiddətnən demişdir , ən çox sevdiyin şairlərdən biri Mirzə Ələkbər Sabir öz sözünü qorxmadan diyən , ən çox sevdiyim şairlərdən biridir

  3. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 23:32

    Həqiqət doludur hər misra🌟

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    19 iyun 25, 01:54

    Hər cümlə həyatı izzah edirdi həyatda yıxılacaqımızdan ama bir gün iradəylə qalxacaqımızdan çox gözəl bəhs edilib

  5. Asuela

    @Asuela

    19 iyun 25, 00:28

    düşüncelerin şeire çevrilmiş şekli☺️ bu qeder bilgi ve hissi bir araya getirmek her kesin işi deyil,bu cür şeirlere ehtiyac var.. davamı gelsin Emin bey❤️

  6. Çiçək

    @Çiçək

    19 iyun 25, 00:03

    Həyat bir kitabdır yazısı qandır

    Xoşuma gəldi bu cümlə

    Çünki həqiqəti deyir digər cümlələr kimi

    Həyat bir kitabdır, hər kəsin öz şəxsi kitabı və bəzi kitablar xoşbəxt sonluqlarla bitərkən bəziləri qanlı, bədbəxt sonluqlarla bitir

  7. Tərgül Quliyeva

    @Tərgül Quliyeva

    18 iyun 25, 19:19

    Dönə-dönə qəlbin sınar, dözərsən,

    Qırıldıqca qəlbin kamalını süzərsən

    Yaşa ki, biləsən: yaşam nə imiş,

    Çox gözəl yazılıb misraların hər biri düşündürücüdü.

  8. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    18 iyun 25, 14:47

    Qələminiz çox gözəldir. Əlinizə əməyinizə sağlıq. 

  9. Aytac

    @Aytac

    18 iyun 25, 11:34

    Sanki öz həyat hekayəniz əks olunub. Yazan əlləriniz qızıldır.

  10. Qonaq Cəfərli Nəzrin

    @Qonaq Cəfərli Nəzrin

    18 iyun 25, 10:47

    Diqqət yetirsək çox dərin mənalı şeirdir. Bir növ uşaqlığımda oxuduğum Mirzə Ələkbər Sabirin şeirlərini xatırlatdı. Şeirdə əsl dərsin məktəbdə, mədrəsədə deyil də, həyatda öyrənildiyi vurğulanmışdır. "Həyat bir kitabdır yazısı qandır. " keşke bu həyat kitabımızda bəzi səhifələri qanla yazılmasaydı. 

    "Öyrənmək istərsənsə sirri-cahanı,

    Yaşa, yıxıl, dur – budur dərsin əyanı."

    Həqiqətən belədir, əgər həyatı öyrənmək istəyirsənsə mütləq həyatın bir yerində yıxılmalısan. Yıxılmalısan, o əziyyəti, o etdiyin səhvi yaşamalısan ki daha yaxşı bir həyatın olsun. Amma təbii ki, yıxıldığın kimi də daha güclü bir şəkildə qalxmaq da önəmlidir.  

    "Hər kəsə cavabdır – susub izləmək,

    Sənə gülənlərin gününə gülmək."

    Susmaq həqiqət bəzən ən gözəl cavab olur . Sadəcə susub baxarsan çünki bilirsən ki, danışsanda qarşındakı insan səni heç vaxt başa düşməyəcək. 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      18 iyun 25, 14:04

      Bəli ,Mənə də Mirzə Ələkbərin üslubunu xatırlatdı

  11. MinayNadirova

    @MinayNadirova

    18 iyun 25, 10:23

    Çox dərin mənalıdı sizə təşşəkür edirəm🤗

  12. Fatima

    @Fatima

    18 iyun 25, 09:42

    Sizin bu şeiriniz həyatı və insanın mənəvi inkişafını fəlsəfi şəkildə əks etdirir. Siz formal elmi və məktəb təhsilini tənqid edərək, gerçək bilik və hikmətin həyat təcrübəsindən gəldiyini vurğulayırsınız. "Yaşa, yıxıl, dur" kimi misralar insanın çətinliklərdən keçərək kamala çatdığını göstərir. Şeir həm düşündürücü, həm də ruhlandırıcı bir çağırışdır – yaşa, öyrən, kamilləş.

  13. Mələk

    @Mələk

    18 iyun 25, 09:01

    Çox maraqlı şeirdir oxuyanda abituriyent vaxtlarım yadıma düşdü. Elmlə bağlı Sabirin şeirini xatırladım❤️✨

  14. NezrinM

    @NezrinM

    18 iyun 25, 08:17

    Böyük maraqla oxudum, qələminizə sağlıq!

  15. Xəyalpərəst

    @Xəyalpərəst

    18 iyun 25, 07:17

    Dərin mənalı gözəl şeirdir. Qələminizə sağlıq 🌷💗

  16. Sitarə

    @Sitarə

    18 iyun 25, 06:07

    Həyat həqiqətləri👏✍️

  17. ramil

    @ramil

    18 iyun 25, 02:03

    Yıxılan anlayır:torpaq nədir,İzzət nədir,

    Qalxan anlayır:iradə nədir,səbr nədir,

    Mübarizə-odur ki,qalxırsan,yenə

    Tökülən parçanı yığırsan sənə.

    Səhv etmək asandır,çətin olan isə etdiyin səhvdən dərs çıxarmaqdır  və bu dərsi gələcək həyatında birdə,o səhvləri  etməməmək üçün istifadə etmək gərəkir.Bəzən insan,keçmiş həyatında,etdiyi səhvlərə görə bele,xoşbəxt ola bilir).

  18. Musayeva Aydan

    @Musayeva Aydan

    18 iyun 25, 01:10

    Şeir çox sevirəm böyük maraqla oxudum təşəkkür edirəm 🙂

  19. Aygül

    @Aygül

    18 iyun 25, 00:35

    Dünya, insan əzəldən belə yaranıb eyni xislət eyni ədalətsizlik tək fərq indi açıq-aşkar olub hərşey insanlarda həya hissi azalıb. ona görə də bugün yaşam çətinləşib maraqsızlaşıb. Hərkəs deyir insanlar pisləşib amma heçkim özünü o siyahıya salmır. Hərçənd ki ilk özümüzdən başlamalıyıq özümüzü dəyişməliyik, təssüf ki bunu etmirik. Birgün hərşey yaxşı olacaq ümidiylə ümidiylə yaşayaq..

  20. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    18 iyun 25, 00:33

    Mənalı sözləri var idi uğurlar..

  21. Sunay Məmmədova

    @Sunay Məmmədova

    18 iyun 25, 00:27

    Əsas dərsi məktəbdən deyil, yaşayaraq həyatdan alırsan. Sınaqlardan keçmək, yıxıldıqda yenidən ayağa qalxmaq, səbr etmək, iradə göstərməkdir sənin gücün. 

  22. SİRİUS

    @SİRİUS

    18 iyun 25, 00:15

    Ümidləri arzuları itirmisən sə ,

    Yeniden bu dünyaya birde geləcəksen.

    O toxum ki qəlbində əkilib sənin ,

    Az qalıb bar verməyinide görəcəksən .

             🔥  Antorcha 🔥 

  23. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 23:59

    Bəzən bir neçə misra illərlə yaşanmış həqiqətləri xatırladır. Bu şeir də o cürdür. Kitabdan öyrədilməyən dərslərin, sınmağın və yenidən ayağa qalxmağın səsini daşıyır. Hər kəlməsi həyatın içindən gəlir .Nəyi harada axtarmağı bilməyə yönəldir. Elm, məktəb, diplom  bunlar yetmir. Həqiqəti öyrənmək üçün yaşamaq, itirmək və içindən keçmək lazımdır.

    Oxuyanda insan özüylə üz-üzə qalır. Elə bu da dərin yazmaq üçün  kifayətdir.

  24. Röya😇

    @Röya😇

    17 iyun 25, 23:57

    Çox mənalı şeirdir əllərinizə sağlıq😊

  25. Səma

    @Səma

    17 iyun 25, 23:57

    Hər cümləsi əsl həqiqəti əks elətdirən bir şeir...

    Dönə-dönə qəlbin sınar, dözərsən,

    Qırıldıqca qəlbin kamalını süzərsən.

    Mübarizə – odur ki, qalxırsan yenə,

    Tökülmüş parçanı yığırsan sənə.

    Bu cümlələri həqiqətən də çox bəyəndim. Bir sözlə möhtəşəm.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol