Elmi Təkəllüd - Uraqan

Elmi Təkəllüd - Uraqan

Elm dedikləri bir boş təkəllüd,

Öyrətməz insana nə həqq, nə sübüd.

Məktəb, mədrəsə – zahir bəzəyidir,

Həqiqət – könlün iç üzəyidir.


Həyat bir kitabdır – yazısı qandır,

Səhifə-səhifə sınaqla andır.

Öyrənmək istərsənsə sirri-cahanı,

Yaşa, yıxıl, dur – budur dərsin əyanı.


Dönə-dönə qəlbin sınar, dözərsən,

Qırıldıqca qəlbin kamalını süzərsən.

Yaşa ki, biləsən: yaşam nə imiş,

Öl ki, dərk eləyəsən: varlıq nəymiş.


Yıxılan öyrənir: torpaq nədir, izzət nədir,

Qalxan anlayar: iradə nədir, səbr nədir?

Mübarizə – odur ki, qalxırsan yenə,

Tökülmüş parçanı yığırsan sənə.


Hər kəsə cavabdır – susub izləmək,

Sənə gülənlərin gününə gülmək.

Səni saymayanların sayını saymaq.

Səni saymayanlar, axmaqdı, axmaq...

- Uraqan

Şərhlər (32)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 23:56

    Yaşa ki bilsən yaşam nə imiş.İnsan yaşamasa bilməz həqiqətən yaşamın nə olduğunu.Yaşıyarıq görərik kimi

    Öl ki dərk edəsən varlığ nə imiş.İnsanın dəyəri varlığı öləndən sonra daha əziz olur çox heyf ki bu çox vaxtı belədi.

    Şeirdə ən çox xoşum gələn yerləri özüm anladığım gürə təhlil etmək istədim✨💫

  2. Selcan

    @Selcan

    17 iyun 25, 23:53

    Həqiqət-könlün iç üzəyidir.....

     Bu cümlə çox doğrudur. Sanki bütün yazını əhatə etdi.👏

  3. Aişə Abdullayeva

    @Aişə Abdullayeva

    17 iyun 25, 23:52

    İlahi adalet kimi bir növ . Şeiri hər oxuyanda yeni bir məna vurğulanır ... 

  4. Aytac Quluzadə

    @Aytac Quluzadə

    17 iyun 25, 23:51

    Mənası dərindir)) uğurlar ✨

  5. Xədicə Həmid

    @Xədicə Həmid

    17 iyun 25, 23:48

    Həm məna həm də quruluş cəhətdən gözəl alınıb

  6. Fatimə Bayramova

    @Fatimə Bayramova

    17 iyun 25, 23:47

    İnsan nə qədər də təhsilli olsa belə ,kökündə nədirsə odur. Bu şeir də bunu çox gözəl vurğulayır,əslində

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol