Cavabı bilmədiyi üçün uşağı utandıran müəllim

Cavabı bilmədiyi üçün uşağı utandıran müəllim

Məktəbdə müəllimdən sual soruşanda “Bu sual imtahanda düşməyəcək, boş ver” deyən müəllimlə “Cavabını bilmirəm, sabah araşdırıb deyərəm” deyən müəllimin düşüncə tərzi eyni ola bilərmi?

Əlbəttə ki, yox. Çünki birincisi dərs prosesinə imtahanın cavab açarı kimi baxır, ikincisi isə bilik axtarışına açıqdır. Bu, o fərq kimidir ki, biri çayı stəkanın dibində qalan 2 qaşıq şəkərin hesabına şirinləşdirir, digəri isə çayı dəmləyənə “qardaş, bu dəfə bir az yaxşı dəmlə də, həyatın dadı gəlsin” deyir.

Müəllimin yanaşması, əslində, şagirdin gələcək düşüncə tərzini formalaşdırır. Məsələn, “imtahanda düşmür” deyən müəllim həyat boyunca insana belə bir mesaj verir: “Öyrənməyə ehtiyac yoxdur, əsas odur, sistem nə istəyir.” Bu yanaşma ilə böyüyən biri sabah işdə də deyəcək: “Mən bunu niyə edim? Rəhbər tapşırmayıb axı.” Hətta evdə belə: “Zibili niyə tullayım? Bu, imtahanda düşmür ki!”

Digər tərəfdən, “bilmirəm, araşdırıb deyərəm” deyən müəllim fərqli bir dünyanın qapısını açır. Bu müəllim həm də etiraf etməkdən qorxmur. Düşün ki, müəllim deyir: “Cavabı bilmirəm.” Bu, məktəbdə görülən nadir canlı kimidir. Elə bil zooparka gedib dinozavr görmüsən. Amma bu cür müəllimlər uşaqda araştırma sevgisi yaradır. Belə şagird sabah iş yerində də deyəcək: “Bunu bilmirəm, amma öyrənib taparam.” Hətta evdə belə: “Zibili niyə tulladım? Çünki öyrəndim ki, tullamayanda qoxu gəlir.”

Təhsil sistemində problem budur: Biliksizliyi gizlətmək ayıb sayılır, halbuki gizlətmək yox, araşdırmaq inkişaf gətirir. Bir müəllimin “bilmirəm” deməsi, bəzilərinin gözündə zəiflik kimi görünür. Əslində isə bu cümlə bir növ intellektin idman zalıdır: ustalıq səhvdən qaçmaqda deyil, səhvi görüb düzəltməkdədir.

Üstəlik, bir absurd vəziyyəti təsəvvür et: uşaq müəllimdən soruşur ki, “Yarpaq niyə yaşıl olur?” Müəllim isə cavab vermək əvəzinə deyir: “Gic-gic danışma, yarpaq yaşıl olmayacaq ki?” Belə bir cavabla utandırılan uşağın aqibəti sizcə necə olar? O uşaq soruşmaqdan çəkindiyi kimi, gələcəkdə düşünməkdən də qorxacaq. Bilik axtarmaq əvəzinə susmağı seçəcək. Halbuki bir müəllimin səhv yanaşması bəzən bir şagirdin bütün həyatına təsir edir.

Nəticə?

Bir müəllimin fərqi, şagirdin dünyaya baxışını ya qapadır, ya açır. Biri uşağı imtahanın dairəsinə salır, o biri isə sualların arxasında duran dünyaya baxmağa həvəsləndirir. Bir sözlə, biri beynini “saxlama rejiminə”, digəri “axtarış rejiminə” keçirir.

Əsas məsələ budur ki, sual sadəcə sual deyil. Bəzən uşağın gələcək düşüncə tərzinin ilk qığılcımıdır.

 

Şərhlər (33)

  1. Filiz

    @Filiz

    11 mart 26, 10:16

    Əla yöntəm👍🏻👏🏻

  2. SİMURQ

    @SİMURQ

    13 dekabr 25, 22:29

    Əslində bəhs edilən mövzunun pedaqoji ünsiyyətin rəhbərlik üslubu ilə dərin əlaqəsi var.Bu üslublar isə avtokratik,avtoritar,demokratik,laqeyd, qeyri-sabit olmaqla 5 yerə bölünür. Aralarından ən idealı demokratik olaraq qeyd olunsa da hər tip kimi onunda qüsurları var.Lakin sizin bildirdiyiniz müəllim üslubu avtokratikdir.Yəni qısaca şagirdlərin fikirlərinə əhəmiyyət vermir onlara qəti şəkildə imkan vermir.Bu yaxınlarda eyni mövzuda keçirilən təlim və mühazirələri xatırladım deyə öz baxış perspektivimdən fikirlərimi paylaşmaq istədim.Təşəkkürlər.

  3. Minaye

    @Minaye

    13 dekabr 25, 12:42

    Usaqlarin qelbinde iz qoyan müəllimə,sevgi qoyan müəllim arasinda coxferq var.Sevgi hissi yaradan müəllim istese bele unudulmur.Iz hec xatirlanmirda❤️

  4. Lamiyə

    @Lamiyə

    12 dekabr 25, 13:22

     Əhatəmizdə usaqları utandiran müellimlər var, ancaq gözəl ders deyen fərqli fornada əyləncəli dərs kecen müellimlərimiz de var,Mən məktəb oxuyan vaxtı UNİ yə qəbul olmaq üçün dərs kurslarına gedib hazirlasmaq isteyirdim,ancaq sən qizsan oxuyub neyneyeceksen demesi bir usagin həyatinı məhv edir😐

  5. Qonaq Sevda

    @Qonaq Sevda

    12 dekabr 25, 12:52

    Bu yanaşma arası da dünyalar boyda fərq 

    Bir müəlliməəgər məsuliyyətli və işini sevərsə şagirdi üçün hər şey edə bilər o deyil ki müəllimələr hər şeyi bilir.Coxu uşaqlar elə başa düşür ki müəllimə her şeyi bilməlidir ama elə deyil müəllimə adı bizim kimi insandır.Əgər bir müəllimə oxurtduğu şagirdin yaxşı nəticə göstərməyin istəyirsə o hər zaman araşdırar.

    Elə özümdən götürüm çox vaxt özümdə fərqinə varmadan beynimə qəribə suallar gelir.Əgər mən bunu müəllimədən soruşmasam mənim biliyim və söz bazam düşüncəm formalaşmayacaq.

  6. Na An❤️

    @Na An❤️

    12 dekabr 25, 12:47

    Çox gözəl məqalədir.

    Təşəkkür edirəm ki,bu cür mənalı məqaləni bizə təqdim etmisiz.Zənnimcə, müəllimələr şagirdin verdiyi suala cavab verməli,bilmirsə öyrənib deməlidir.Əziz müəllimələrim hər zaman dəyərlidir bizə təhsil verib elm sahibi edir və maarifləndirirlər.

    Bu cür peşəkar yazıçı və şairlərimiz sahəsində də mariflənirik.Çox təşəkkür edirəm🥰

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    12 dekabr 25, 12:32

    Bu yanaşma arasındakı fərq atla eşşək qədər fərqlidi.Bu düşüncə şagirddə fərq uçurumu yaradır.Biri öyrədir,digəri isə ötürür.

    Öz işini sevərək yanaşan hər bir müəllimə burdan sonsuz təşəkkürlər

  8. Se

    @Se

    12 dekabr 25, 12:08

    Çox doğru məsələyə toxunmusuz. Fikirinzlə tam razıyam. 🙏🏻

    Çox doğru məsələyə toxunmusuz. Fikirinzlə tam razıyam. 🙏🏻🥰

  9. Aytən Alıyeva

    @Aytən Alıyeva

    12 dekabr 25, 00:41

    Axşamınız xeyr,  fikirlərinizlə taaam razıyam.

  10. Nurcanizm

    @Nurcanizm

    12 dekabr 25, 00:22

    Axşamınız xeyir, çox aktual mövzuya toxunmusunuz, həqiqətəndə bəzən müəllimlər, valideynlər və ətrafımızda olan insanlar bizdən robotlaşaraq mükəmməlliyyətçi olmağı tələb edir. Amma halbuki insan düşüncəsinin sərhəddi yoxdur.. Ətrafımızda gördüyümüz hər şey bir gün gülünüb lağa qoyulmuş fikir olmuş olur və ya təsadüfən tapılan nəsnə. Buna görə də bizə sırf sistem üçün yox, öz dünyagörüşümüz üçünd müəyyən məlumatlar lazımdır.. 

    Yazınız isə, həmişə olduğu kimi həssaslıqla seçilib qurulmuş idi və dərin fəlsəfə qoxuyurdu.. Uğurlar🙏🏻

  11. Qonaq Xədicə

    @Qonaq Xədicə

    11 dekabr 25, 23:54

    Eynilə bir çox şagird tanıyıram ki bu sözü deyir " məllimə bu nece olur deyirəm oda o çoxda imtahana düşmür üsten keçerik besdi deyir +da uşaqların içinde oxumağa dair olan həvəs də ele olanda ölür. He eyniylə de bir çox müəllimlərdə dərsi yarım yamalaq keçir sonrada ne isə deyende deyirlər ki, şagird bunu məndən tələb etməlidir. Nece yeni siz dersi yarım keçin sonrada şagirdi günahlandırın ki oxumur zatən " ondan bir şey olan deyil". Bu söz hər hansı bir insana deseniz təbii ki o şəxs də gələcəyi fikirləşmədən yaşayacaq. Beynində " ele düz deyillər e məndən adam olmaz" sözü keçir. Hər kim olursuz olun ister müəllim ister valideyn uşaqlarınıza psixoloji basqı uyğulamayın.. sonu yaxşı olmur. 

  12. Nazan

    @Nazan

    11 dekabr 25, 23:26

    Salam,bəli çox doğru, Allah müvəffəq etsin 

    🕊️

  13. Nigar Piriyeva

    @Nigar Piriyeva

    11 dekabr 25, 23:19

    O insanlar " ver yeyim,ört yatım,gözlə canım çıxmasın" deyənlərdir, dünyagörüşünü artırmağın,araşdırmağın zövqünü bilmirlər,heç cəhd etməyiblər, əslində onları da bir tərəfdən qınamaq olmur,bizi əsarətə salmış qəlibləşmiş düşüncələrin fərqində olmaq balığın suda olduğunu dərk etməsi qədər çətindir 

  14. Məmmədova Tutu 💫

    @Məmmədova Tutu 💫

    11 dekabr 25, 23:16

    Hər kəsə əzizdir öz müəllimi.

    Unudulmaz xoş günlərin xatirəsi.

    Yada düşər müəllimin həzin səsi,

    Bu simada gözəlliyə, sənətə bax.

    Müəllim həyatında şagirdlərini dogruluqdan dürüst yoldan ayirmayan onlara düzgün əməl terbiye sağlam geleceye doğru yola yonelden bütün müəllimlər var olsun. 

  15. Göyüşzadə Nihad

    @Göyüşzadə Nihad

    11 dekabr 25, 23:15

    Sən ətrafdakılara fikir verme oz düşüncən ilə yasa  Qiraq insanlar sənin haqqında Ancaq qiybət edəcəm bundan artıq heçnə bacarmırlar. Yəni məsələdən biraz kenara çıxdım üzürlü sayin .Yəni sozumu lra gətirirəmki Mən ozum 11 ci sinifdə oxuyuram Məktəbdə təhsil o qədər də ürəkaçan deyil.muəllimdən soz soruşursan eşidir cavab vermir və yaxuda bir uşağı uşaqların içində pərt edirəm Buda uşağa qarşı yanaşma pisdir ya uşaq özünə qapanır psixoloji tranva alir buda uşaga qarşı zorbaliqdir .Yəni indi tədris müəllimləri çox eqaist yəbi söz soruşanda qarşılıqlıginda ssrt reaksiya aliriq yəni bu qədər.Emin bəy siz çox gözəl yazıçısınız.Kas ki bütün tədris müəllimləri sizin kimi olsaydı 🥰

  16. Salman

    @Salman

    11 dekabr 25, 23:08

    Necə Deyərlər Müəllim kimi Müəllim lazımdır gələcəyimizi parlada bilməsi üçün bizim gələcəklərmizin 

  17. Məmmədova Tutu 💫

    @Məmmədova Tutu 💫

    11 dekabr 25, 23:08

    Çox gözəl bir məsələyə toxunmusunuz. Imtahana düşmür deyib yeni bunlardan yan qaç demekle insanın üzərinə düşən məsuliyyətlerdende yan qacmaga çağırış kimidir fikrimcə . Bilmirəm deyib sabah tapıb deyeren müəllim olanda uşaqlar bu müəllim heçnə qanmir buna kim diplom verib, bunu hardan tapıb gətiriblər, guya indi muellimdir, qandigi birşeydə yoxdur sözlərini məktəb vaxtı çox eşitmişəm şahidi olmuşam . Ama çox yalnış düşüncədir. Hamı hərşeyi bilmelidir deyə bir qanun yoxdur. Hamı herseyide bilə bilməz. Bilmemek eyib deyil.

    Həqiqətənde elədir  müəllim sənə necə əvvəlindən məsuliyyətle yanaşırsa həyata qarsida işinə qarsida ele məsuliyyətli və istəkli olursan. 

    Çünki hər bir  şagird  müəllimin güzgüsüdür. 

  18. Muksu

    @Muksu

    11 dekabr 25, 23:02

    Məncə bu iki yanaşma arasında böyük fərq var. Bir müəllim dərsi yalnız imtahan üçündür deyə məhdudlaşdırır, digər isə bilik axtarışını təşviq edir. Şagirdin marağını öldürmək yox, onu araşdırmağa yönləndirmək daha dəyərlidir. Təhsilin məqsədi sadəcə cavabı bilmək deyil, öyrənməyi öyrənməkdir.

  19. Fatimə

    @Fatimə

    11 dekabr 25, 23:01

    Mənim ətrafımda olan müəllimlər hər zaman sual verəndə deyirdilər ki asan olsa belə çəkinməyin verin sabah birisi gün qarşınıza çıxsa heçnə edə bilməyəcəksiz. Yəni hər şey müəllimdən asılıdır bəziləri başından edir bəziləri isə uşağın hər bir sualına diqqət yetirir. Belə də olmaq lazımdır.

  20. Aygül

    @Aygül

    11 dekabr 25, 22:59

    Nə gözəl mövzuya toxunmusuz. Əvvəllər müəllimlər dərs keçirdilər məktəbdə izah edirdilər də. Amma kasıb, varlıya bölürdülər. O qədər savadlı amma kasıb uşaqlar müəllim ədalətsizliyinin qurbanı olub həyatları tam fərqli yönə dəyişdiki. Müəllimin ilk öncə vicdanı olmalıdır. Müəllim bir uşağı hər sahəyə yönəldə bilər.

    İndi isə müəllimlər məktəbdə vaxt keçirməyə gəlirlər.saxlayırlar hazırlığa. Düzdü təhsil sistemində də problem böyükdü. İmtahan mövzularını məktəb dərsliklərinə salmayıb əlavə vəsait hazırlayırlar ki, bu da əlavə gəlirdi onlar üçün. Müəllimlər isə 11 ildə öyrənə bilməyən uşaqları 3 ilə hazırlaşdırırlar. Ancaq imtahan suallarına uyğun ona görədə uşaqlarda nə bilik var nə yaddaş. Nə də uşaq kimi böyüyə bilirlər. Telefon verməyin deyib pdf ləri atırlar ki oxuyun. Çox heyif çox ağır vəziyyətdədir ölkə

    Mövzu böyükdür həmdə ağırdı. Belə bir mövzuya toxunduğunuz üçün sizə minnətdaram 🙏🏻

  21. Fəridə

    @Fəridə

    11 dekabr 25, 22:58

    “Bu məqaləni  oxuyanda bir daha aydın olur ki, təhsil sadəcə məlumat ötürmək deyil, düşüncə tərzi formalaşdırmaqdır. Müəllimin ‘bilmirəm, amma araşdıraram’ deməsi uşağa öyrənməyin dayanmadığını göstərən ən güclü nümunədir. Əsl müəllim cavabı əzbər bilən deyil, uşağa öyrənməyi sevdirən insandır. Sual verən uşağı susdurmaq yox, onun marağını böyütmək lazımdır. Əgər hər müəllim bu yanaşmanı seçsə, biz daha az əzbərçi, daha çox düşünən nəsil yetişdirərik. Bir müəllimimin də dediyi kimi "müəllimin vəzifəsi dərs öyrətmək deyil onun vəzifəsi öyrənməyi öyrətməkdi yəni niyə öyrənirik sualına cavab tapmaqdır" 

  22. Qonaq Günel

    @Qonaq Günel

    11 dekabr 25, 22:57

    Müəllimin uşağa dediyi hər bir söz, fikirlərinə göstərdiyi hər bir münasibət şagirdin həyatına müsbət, ya da mənfi yöndə təsir göstərir. Uşaq olarkən müəllimdən eşitdiyim bəzi sözlər, illər keçsə də xatirəmdən silinmir. Bəlkə də indi eşitsəm o qədər də təsir etməyəcək söz, illər əvvəl uşaq qəlbimə toxunmuşdu. Həmçinin, müəllimin dediyi adicə bir kəlmə mənə həyatda heç zaman qarşıma qoyduğum məqsəddən dönməməli olduğumu öyrədib. Ən sevimli, unutmadığım cümlə: "Həyat gözəldir?"

  23. Zenfira

    @Zenfira

    11 dekabr 25, 22:57

    Çox düzgün düşüncə tərzidi məndə uşağ olanda müəllimdə utanardım sual verməyə çünkü bizim müəllim çox sərt cacab verirdi uşağlara buda uşağda qorxu yaradır gələcək səfərdə sual verməyə 🙏🥲

  24. Qonaq Aytac

    @Qonaq Aytac

    11 dekabr 25, 22:55

    Qatılıram fikrinize bugün müəllim şagirdə bunu öyrətmirki imtahana düşmür gələcəkdə bu sual şagirdin qabağına cxanda qalır baxa baxa bilmir  axı nə yazsın özündən yaşca az qardaşı bacısı ya bir yaxını ondan sorucsa bu necə olur başa sala bilərsən şagirdde müəllimdən gördüyü kimi deyəcek sene lazım olmuyacaq ha neynirsen onu ama müəllim vaxtında özü araşdırıb biləndən sonra şagirdede başa salsaydı indi həmin şagirdde bilmədiyi bir sualı arasdirardi oyrenerdi ondan yaşca balaca olan tanisina da deyərdi gel araşdıraq məndə öyrənim sende oyren bu imtahana dusmuyecek başqa imtahana düşəcək bəlkə 4 il oxuyub sonra yene üni oxumaq isdiyir o şagird orda lazim olacaq belke muellimin öyretme üsulu olmalıdı sagirdi derse çəkməlidi belelikle şagirdde bilər ne oxuyur ne öyrənib şagirdə eqoist cavab verəndə sonra qorxub həmin müəllimə sual vermez axı gerey mehriban olasan səmimi cavab verəsən suallara şagirdde senden bilmədiyi bir sualı yenidən soruca bilsin 

    Belə bir şey başıma gəlib hazırlıq vaxtı riyaziyyat muellimemiz nəyisə başa salırdı axırda deyirdi başa dusmediyiniz Nese varsa deyin başa salım deyirdim bunu başa düşmədim o qədər uşağın içinde qışqırırdiki bayaqdan kimə danışıram mən heçnə deyə bilmirdim sabahı yenə deyirdi kim nəyi başa düşmədi desin başa dusmesemde demirdim ki bunu başa düşmədim hər dəfəsində eqoist cavab verirdi sırf bəzi şagirdlər bele eqoist müəllimlərə görə imtahandan kəsilir.

  25. Sahilə

    @Sahilə

    11 dekabr 25, 22:53

    Demək olar ki , təhsildə vəziyyət artıq bundanda pisdir.Öz müşahidəmdən götürürəm riyaziyyat fənnindən 10-cu sinifdə izahı yaxşı olan müəllimin yanına gedirdim.Səviyyəm qrupa görə aşağı idi və mənim verdiyim suallara şagirdlər deyirdi ki bu nə sualdı kim yazmıyıb bunu əhəmiyyət vermirdim.Bir neçə gün sonra artıq müəllimə başlayıb deyirdi ki bu nə sualdı yazmıyıbsan həmin vaxt səhv yerdə olduğumu anladım söhbət ordakı sualın sadə və ya mürəkkəb olmasından nədə mənim ona pul ödəməyimdən getmirdi əsas olan o idiki onun vəzifəsi öyrətməkdir çətində olsa asanda.Bu gün məktəbdə müəllimlər dərs keçmir ki uşaq yanıma gəlsin hazırlaşdırım .Amma anlamırlar ki bu gün onlar həmin dərsi məktəbdə tədris etsələr sabah özlərinində yaxşı yaşaya biləcəyi bir cəmiyyət formalaşacaq. Onların bu hərəkəti ilə artıq şagirdlərdə də bunu formalşırdırı mən niyə kiməsə əvəzsiz yardım etməliyəm?.Mən isə duşünurəm ki oxuduğum ixtisasda bir gün  əgər müəllim olaraq çalışsam  bu səhvlərə yol verməyəcəm.Bu gün qarşıma çıxan əsərləri və sizin qeyidlərinizi çox istərdim ki həmin müəllimlər oxusun.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol