Cavabı bilmədiyi üçün uşağı utandıran müəllim

Cavabı bilmədiyi üçün uşağı utandıran müəllim

Məktəbdə müəllimdən sual soruşanda “Bu sual imtahanda düşməyəcək, boş ver” deyən müəllimlə “Cavabını bilmirəm, sabah araşdırıb deyərəm” deyən müəllimin düşüncə tərzi eyni ola bilərmi?

Əlbəttə ki, yox. Çünki birincisi dərs prosesinə imtahanın cavab açarı kimi baxır, ikincisi isə bilik axtarışına açıqdır. Bu, o fərq kimidir ki, biri çayı stəkanın dibində qalan 2 qaşıq şəkərin hesabına şirinləşdirir, digəri isə çayı dəmləyənə “qardaş, bu dəfə bir az yaxşı dəmlə də, həyatın dadı gəlsin” deyir.

Müəllimin yanaşması, əslində, şagirdin gələcək düşüncə tərzini formalaşdırır. Məsələn, “imtahanda düşmür” deyən müəllim həyat boyunca insana belə bir mesaj verir: “Öyrənməyə ehtiyac yoxdur, əsas odur, sistem nə istəyir.” Bu yanaşma ilə böyüyən biri sabah işdə də deyəcək: “Mən bunu niyə edim? Rəhbər tapşırmayıb axı.” Hətta evdə belə: “Zibili niyə tullayım? Bu, imtahanda düşmür ki!”

Digər tərəfdən, “bilmirəm, araşdırıb deyərəm” deyən müəllim fərqli bir dünyanın qapısını açır. Bu müəllim həm də etiraf etməkdən qorxmur. Düşün ki, müəllim deyir: “Cavabı bilmirəm.” Bu, məktəbdə görülən nadir canlı kimidir. Elə bil zooparka gedib dinozavr görmüsən. Amma bu cür müəllimlər uşaqda araştırma sevgisi yaradır. Belə şagird sabah iş yerində də deyəcək: “Bunu bilmirəm, amma öyrənib taparam.” Hətta evdə belə: “Zibili niyə tulladım? Çünki öyrəndim ki, tullamayanda qoxu gəlir.”

Təhsil sistemində problem budur: Biliksizliyi gizlətmək ayıb sayılır, halbuki gizlətmək yox, araşdırmaq inkişaf gətirir. Bir müəllimin “bilmirəm” deməsi, bəzilərinin gözündə zəiflik kimi görünür. Əslində isə bu cümlə bir növ intellektin idman zalıdır: ustalıq səhvdən qaçmaqda deyil, səhvi görüb düzəltməkdədir.

Üstəlik, bir absurd vəziyyəti təsəvvür et: uşaq müəllimdən soruşur ki, “Yarpaq niyə yaşıl olur?” Müəllim isə cavab vermək əvəzinə deyir: “Gic-gic danışma, yarpaq yaşıl olmayacaq ki?” Belə bir cavabla utandırılan uşağın aqibəti sizcə necə olar? O uşaq soruşmaqdan çəkindiyi kimi, gələcəkdə düşünməkdən də qorxacaq. Bilik axtarmaq əvəzinə susmağı seçəcək. Halbuki bir müəllimin səhv yanaşması bəzən bir şagirdin bütün həyatına təsir edir.

Nəticə?

Bir müəllimin fərqi, şagirdin dünyaya baxışını ya qapadır, ya açır. Biri uşağı imtahanın dairəsinə salır, o biri isə sualların arxasında duran dünyaya baxmağa həvəsləndirir. Bir sözlə, biri beynini “saxlama rejiminə”, digəri “axtarış rejiminə” keçirir.

Əsas məsələ budur ki, sual sadəcə sual deyil. Bəzən uşağın gələcək düşüncə tərzinin ilk qığılcımıdır.

 

Şərhlər (33)

  1. Emine

    @Emine

    11 dekabr 25, 22:48

    Diger yorumum yarım qaldı üzürlü sayın bezi valideyinler bu fikre qeribe yanaşırlar ki men uşağımı senin yanına göndermişem sen öyret kimisinden ama bezen uşaqda özü nese cehd edib tapmalıdır bezi şeyleri bezen heves verir bezen de dünya qapısını açır

  2. Aysu

    @Aysu

    11 dekabr 25, 22:46

    Ətrafa nə qədər qulağ assan oq dəır geri gedəxəksən öz fikirlerinle otur dur yaxşı olacaq deyenler de az deyil çox təəssüf. Əlbət ki qırağa fikir vermek ve vermemek de lazımdır yaxşı məsləhət hər zaman qulağı, gözü açıq olmaq lazımdır pisi dinləyirmişim kimi edib beyninde qurduğun bunu etsəm yaxşı olar ya inu etsəm deye fikirleşmek lazımdır. Eynen de müəllimin uşağı saxlama rejimində və dünya görüşünü artırmaq rejimine keçirmək kimi. Həyat yenilikleri örgənrəək, yaxşı fikirlere qulağ asıb, yaxşı məsələhətlərlə qulağ asıb əməl etdikcə gözəllir. Dünya örgənməklə, yeniliklə, yaxşılıqla gözəllir. 😊

  3. Ebru Bayramova

    @Ebru Bayramova

    11 dekabr 25, 22:46

    Və “Bu sənə lazım olmayacaq”, “Gic-gic suallar vermə” kimi cümlələr uşaqlarda təəssüf ki, yaxşı hisslər doğurmur. Bir müddət sonra onlar birinə sual vermək istəyəndə düşünəcək ki, “Görəsən, bu sualı versəm mənə sus deməyəcək? ”, “Bu mə sualdı deməyəcək?” vəs. Uşaqlara bunları etdikdən sonra da düşünürlər ki, görəsən, bu uşaq niyə içinə qapanıq davranır? Elə uşaqların içinə qapanıq olmasının ən başlıca səbəbi budur ki, uşaqlar sual verəndə cavab verməyib, onları susdurmaq. 

  4. Şəbnəm

    @Şəbnəm

    11 dekabr 25, 22:46

    Bir müəllim olaraq düşüncələrinizlə tamamilə razıyam 💚

  5. Emine

    @Emine

    11 dekabr 25, 22:44

    Heiqeten her müellimin farklı bir yol verme şekli var bezi valideyinler bu fikre yeni ""

  6. ElcanUraqan

    @ElcanUraqan

    11 dekabr 25, 22:39

    Tamamilə doğrudur. Müəllimin suala yanaşması təkcə dərs prosesini deyil, uşağın düşüncə tərzini formalaşdırır. “İmtahanda düşmür” deyən müəllim öyrənməni məqsəd yox, prosedura çevirir. “Bilmirəm, sabah araşdırıb deyərəm” deyən müəllim isə həm dürüstlük, həm də öyrənməyə açıq olma nümunəsi göstərir. Bu cür yanaşma şagirdi passivlikdən deyil, araşdırmaqdan həzz alan bir insana çevirir.

    1. Uraqan

      @Uraqan

      11 dekabr 25, 22:41

      Təşəkkür edirəm 🙏

    2. İlqar

      @İlqar

      11 dekabr 25, 22:50

      Salam olsun. Fikrinizə tamamilə qatılıram. Çox yerində və əlaqədar şərh yazmısız 👏🏽🤌🏼

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol