Peşənizlə bağlı sizə ən çox ünvanlanan üç sual hansılardır?

Peşənizlə bağlı sizə ən çox ünvanlanan üç sual hansılardır?

Peşənizlə bağlı sizə ən çox ünvanlanan üç sual hansılardır?


Məndə:

1. Bu qədər şeyi necə çatdırırsan?

2 . Hansı janrda kitab yazırsız?

3. Hansı komandanın hakimisən?

Şərhlər (17)

  1. Salman

    @Salman

    17 noyabr 25, 10:24

    Salam mən Turizm və Otelçilik oxumuşam 

    Mənə ən çox verilən sual Turizm nədir?

    Bu ixtisasın gələcəkdə sənə nə faydaları olacaq?sən bu ixtisası bilərəkdən seçmisən?

    Bizim turlara nə kimi faydalar verə bilərsən kimi buna oxşar suallardır ...

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    12 oktyabr 25, 10:43

    Heç bir peşəyə sahib deyiləm.Orta təhsilliyəm.Amma bu o demək deyil ki, peşə sahibi olanlardan geri qalmışam.Məncə hər şey oxumaq və təhsil alıb nəyəsə yiyələnməkdi.Bir onu bilirəm ki,istər peşən olsun yaxud olmasın harda işləsən də yenə də neqativ insanlar mənasız suallarla səni yoracaq.Ona görə də nəyi harda necə doğru bilorsənsə elə də həyatına davam etmək daha məqsədə uyğundur.

    Karantin dövründə  insanlara məcbur zorla iynə vururdular.Onda mənə sual verdilər ki harda işləyirsiz? Evlər idarəsi rəisiyəm dedim.Əvvəlcə sual verən başa düşmədi.Sonra açıqlama verdim.🤭

    1. Aydan

      @Aydan

      15 oktyabr 25, 20:22

      1 ci qrup ixtisasları

  3. SİRİUS

    @SİRİUS

    11 oktyabr 25, 21:59

    Məndən soruşulan üç sual : saat neçəyə kimi işdəsiz? 

    Neçə ildir işləyirsiz? 

    Saçinizin rengi özünüzündür ? 

  4. ramil

    @ramil

    11 oktyabr 25, 20:58

    Özümə uyğun,bir-iki işlə məşqul olduğuma görə hal-hazırda dağınıq müllimlər otağı kimiyəm))

    —Bu zaman,mənə doğru şığıyan sualların sadəcə, üçünü sizlərlə paylaşacam:

    1)Dərslər+iş həqiqətən,yazmağa necə vaxt tapırsan?

    2)Düzünü de,Hansısa yazıçının yazdıqlarını öz adınnan paylaşmırsan?

    3)Bu qədər işin var,məşqinnəndə geri qalmırsan.Bu sahədən nə vaxdsa Pul qazana biləcəksən?

    Uğurlar ✨ 

  5. Müzayə

    @Müzayə

    11 oktyabr 25, 20:04

    Hal hazırda psixologiya tələbəsiyəm, Və ən çox aldığım suallar:

    1. İndi sən nə olacaqsan?

    2. Mənə terapiya edə bilərsən?( xüsusilədə psixoloq boşdu amma pulsuzdusa okeydi, düşüncəsində olan qohumlar)

    3. Boş-boş qiybət qırırsanda ancaq, guya, neyniyirsiz ki? 

  6. Dərya Qasımova

    @Dərya Qasımova

    11 oktyabr 25, 20:01

    İşim üzrə hələ ki, tam fəaliyyət göstərmirəm. Amma yenə də, müəllimə olaraq dərs keçdiyim uşaqlar var. Ən çox verilən sual "Sevmədiyin ixtisas da oxumaq yorucu deyil" sualdır. "Gələcək də dəyişmək fikriniz var?"  və ya "İstədiyin ixtisas da gələcək də oxuyacaqsan" sualıdı. Bu sual məni çox incidir. Çünki bir vaxtlar xəyalını qurduğum ixtisas mümkünsüz bir haldadır. Bəlkə də, mümkünsüz deyil, çalışsam olar. Amma bəzən insan sadəcə yorulur 

  7. SİMURQ

    @SİMURQ

    11 oktyabr 25, 19:37

    İxtisasım üzrə hal-hazırda işləməsəm belə praktika məqsədli qısa müddət də olsa həmin mühitdə olmuşdum. Hətta başqa sahələrdə də inkişaf üçün özümü sınamışdım. Fərqli - fərqli suallar verən olsa da sıxlıqla verilənlər: "Yorucu deyil?", " Allah səbr versin.Bu qədər sakit və uşaqlara qarşı səbrli olmaq çətin gəlmir?" "İkinci təhsil və ya ixtisas dəyişimi düşünmürsünüz? Məncə yazıçılıq və ya rəssamlığa yönəlsəniz daha çox uğur qazanarsınız" və s. 

  8. Gülsurə

    @Gülsurə

    11 oktyabr 25, 19:20

    Mənn kollec tələbəsiyəm hələ ki,amma fakültəmla bağlı bunlar sual olunur:

    1. Aytişniksən(İT) sən?

    2. Instagram hesab parolu qıra bilirsən?

    3. Telefonum sönüb-yanır bax gör neyləyə bilirsən? 

  9. Xanım

    @Xanım

    11 oktyabr 25, 19:05

    Hələ məktəb oxuyuram 

    Ən çox verilən suallar isə "necə həm dərsləri, həmdə kitab oxuyub bir şeylər yazmağı bacarırsan? "

  10. Emil

    @Emil

    11 oktyabr 25, 18:31

    Hal-hazırda sual verən yoxdur. Çünki işdən ayrılmışam.

  11. Həsənzadə Nəzrin

    @Həsənzadə Nəzrin

    11 oktyabr 25, 18:30

    İxtisasım Azərbaycan dili və ədəbiyyat müəllimliyidir. Ən çox verilən suallar: 

    1) Şeirləri necə yadında saxlıyırsan?

    2) Əsərləri oxumağa necə hövsələn çatır?

    3) Gün boyu dərs etməkdən yorulmursan?

  12. Məmmədova Tutu 💫

    @Məmmədova Tutu 💫

    11 oktyabr 25, 17:35

    Men kitabxanada işləyirəm  ən ünvanlanan suallar

    1) Indi sən ordakı kitabların hamısını oxumusan ?

    2) Indi kitab oxuyan var ki ? 

    3) Kitabxana işi kimi asand iş var ki ?

  13. Leyla nuriyeva

    @Leyla nuriyeva

    11 oktyabr 25, 15:39

    Mən onlayn satışla mesqulam ən çox verilən sual bu neciye dir sualidir🥰

    Bunu gətir

    Kartini at ödəniş edim

    Birdə buqeder malın qiymətini necə yadında saxlayırsan 

  14. Feride

    @Feride

    11 oktyabr 25, 14:44

    Hələ peşəmin oxuyuram qutarmadım , amma 

    1 iynə , sisdem vurmağı öyrənmisən ? 

    2 ya da qan , yara görüb iyrənmirsən ? 

    Mənə ən çox bu 2 sual ünvanlanır 😊 

  15. Venera Alıyeva

    @Venera Alıyeva

    11 oktyabr 25, 14:35

    Siz yorulmursunuz?

    Sizdəki öyrənmə həvəsi məndə olardı 

    Bu qədər nəaliyyəti neynirsən ki?

  16. Qonaq Nərmin

    @Qonaq Nərmin

    11 oktyabr 25, 14:32

    Mənə  ən cox iki  sual ünvanlanır.

    1.İki   uşaq  anası  ola -ola  nece  catdirib yazirsan?

    2.Yazdıqların  öz  təxəyulundur  yoxsa  real  hadisələrdir.?

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol