Narahatlıqlarınızı yazın.

Narahatlıqlarınızı yazın.

Cəmiyyətimizdə məişətdə, insanlarla bağlı sizi nə narahat edir?


Misal üçün, mən hər səhər işə gedəndə avtobusa minən camaatın qapının ağzında durub arxaya keçməmələrinə narahat oluram.

Mən insanların məsuliyyətini başqalarının üstünə atmalarından narahat oluram.

Nəsə almağa gedəndə, pullu adam görəndə qiymətləri artırmalarından narahat oluram.


Davamını şərhlərə siz yazın.

Şərhlər (17)

  1. Sərdarova

    @Sərdarova

    17 noyabr 25, 10:42

    Mən insanlığın hazırki vəziyyətindən qorxuram. İnsanların ancaq öz mənafelərini güdməsi, bir-birinə qarşı mərhəmət göstərməməsi, güvənsizlikdən qorxuram. Gələcəyimizin daha da pis olmasından qorxuram. 

  2. Ulduz

    @Ulduz

    31 oktyabr 25, 09:30

    Görünüş olaraq bərbad görünməyimdən qorxuram, halbuki öz gözəlliyimin qeydinə qalmıram.

  3. Qonaq Zeynəb

    @Qonaq Zeynəb

    22 oktyabr 25, 20:17

    Mən insanlar arasında sevilməməkdən qorxuram.Qorxuram ki, məni sevməzlər.

  4. Xanım Ağayeva

    @Xanım Ağayeva

    18 oktyabr 25, 11:13

    Məni hər gün narahat edən insanlığın get gedə forma aldığı bu haldır. Kişilər qadınlaşır, qadınlar kişiləşir, kişilər çox gec olgunlaşır, qadınlar çox tez, kişilər qadınların etdiklərini edir, qadınlar kişi işlərini görür. Hər kəs mi belədir? Xeyr deyil, amma gözlə görəcək, insanı düşünməyə vadar edəcək qədər çoxdur. Normalda cinsiyyət ayrımı etmərəm amma fərq bariz şəkildə insanın gözünə çarpır.

    Bir tərəfdən də insanların düşünmədən çox rahat bir şəkildə yalan deyə bilməsi, qarşısındakı şəxslərə özünü olmadığı biri kimi tanıtması məni çox narahat edir, və insanlara olan inamımı itirməyə təşəbbüs edir. Mən yalan deyirəm mi? bəli hər insan yalan deyər ama bunun doğruluq payı, sənin orda əldə edəcəyin ya da itirməyəcəyin bir şey ola ki yalan deyəsən. Ağını çıxarmadan hər dəfə hər dəfə təkrarlamadan. Məncə insan bacardığı qədər elə az yalan deməlidir ki, dediyi yalanları unutmasın. Nə də olsa, yalançının yalanı yadından çıxar.

    Birdə məni narahat edən şey, insan oğlunun canlılara qarşı rəftarıdır. Sən insansan - ətrafında bir nəfər belə olsa, nə hiss elədiyini deyə bilər, özünü ifadə edə bilərsən, amma o heyvandır - onun dili yoxdur ki danışsın, səndən yemək, su istəsin. O danışa bilmir ki, sən onu vurma deyə yalvarsın. O heyvan sənin malına zərər vursa belə, o bunu bilmir ki, sənin malına zərər vurur. O mal da, təəssüf ki, sənin üçün çox dəyərlidir. Necə də acınacaqlıdır, insanlara olan əsəbini heyvanlardan çıxanlar. Hələ ən acınacaqlı olanlar isə bir səbəb olmadan onlara qarşı şiddət törədənlərdir. 

    Narahat olduğum daha çox şey var amma, daha hamısını yazmaq istəmirəm. Vaxtını ayırıb oxuyan hər kəsə təşəkkür edirəm.🙏☺️

  5. Sənubər

    @Sənubər

    17 oktyabr 25, 20:39

    Məni narahat edən insanların üzundəki yorğunluq, aqressiya, kütlə olaraq sosial şəbəkələrdən asılı vəziyyətə düşməyimizdi 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    17 oktyabr 25, 13:00

    Sözü ilə əməli bir olmayan insanlar.

    Həyatıma müdaxilə edən insanlar.

    Məni sevirmiş kimi davranıb ailə problemlərimi öyrənmək istəyənlər

    Susub qalan haqlar

    Böyük kiçiyi saymayan insanlar.Misal üçün parkda gedirsən həmin yerdə böyükdən kiçiyə hər kəs var.Amma iki mədəniyyətsiz elə hərəkət edir ki,o andaca bir valideyn olaraq ona sərt reaksiya verməyim gəlir.Mədəniyyət qalmayıb bəzilərində...

    Sevilmək üçün dəyişən insanlar.

    Həyatın keçib getməsi.Amma içində yaşanmsmış hislərin qalması...

    Və sair...

  7. Qonaq Xumar Emilqızı

    @Qonaq Xumar Emilqızı

    17 oktyabr 25, 11:04

    Məni bu gün ən çox narahat edən şey insanların bir birinə güvənsizliyidir, biri birilərinə yalan danışmasıdır.

  8. SİMURQ

    @SİMURQ

    17 oktyabr 25, 08:09

    Məni ən çox narahat edən insanların bir-birini dinləməməsidir. Hər kəs danışır, amma heç kim eşitmir. Hamı haqlı görünmək istəyir, amma anlayış göstərmək istəmir. Səmimiyyət “sadəlövhlük”, dürüstlük isə “zəiflik” kimi dəyərləndirilir. Elə bil hamı bir-birinə deyil, özünə danışır… və cəmiyyət də bu sükutun içində tədricən korlaşır. Bir də ictimai nəqliyyatda olan aşırı sıxlıq və insanların yad planetliymiş kimi baxışlarını üzərimizdən ayırmamasıdır. Bəziləri elə davranır ki, sanki insanlardan uzaq, ucsuz-bucaqsız bir meşəlikdə böyüyüblər və bu gün ilk dəfə cəmiyyətə çıxıblar.

  9. Müəllim

    @Müəllim

    17 oktyabr 25, 07:51

    Məni narahat edən Azərbaycandakı təhsil sistemi,şagirdlərin vəziyyətidir. Müəllim kimi şagirddən tələb etməliyəm oxusun,amma nəyi və niyə?

  10. Dərya Qasımova

    @Dərya Qasımova

    17 oktyabr 25, 07:24

    Məni bu günə qədər ən çox narahat edən şey həyatımdakı ən sevdiyim insanları itirmək qorxusu olub. İtirmək deyəndə, onların ölümünü görməkdən danışıram. Bu ağrını artıq bir dəfə yaşamışam. Qorxduğum başıma gəldi, narahat olduğum şey gerçək oldu. Elə buna görə də bu mövzu da çox danışmaq istəmirəm. Düzdü gün ərzində məni də  narahat edən nəsə olur. Amma artıq onu özüm üçün problem yaratmıram. 

  11. Nazilə

    @Nazilə

    16 oktyabr 25, 23:58

    Mənim narahatlığım əsasən gələcəklə bağlıdır. İmtahanlar, təqdimatlar və ya hər hansı bir məsuliyyətli vəziyyət məni çox həyəcanlandırır. Hətta kiçik bir hadisədə belə stres keçirirəm və bu, məni çox narahat edir. Düşünürəm ki, gələcəkdə iş həyatımda da bu cür həyəcan və stress mənə mane ola bilər.Məsələn, müəllim məndən nəsə soruşanda, cavabı bilsəm də, o qədər həyəcanlanıram ki, sanki beynim boşalır və sözləri unuduram. İngilis dilində də danışa bilirəm, amma o an elə gəlir ki, ürəyim sürətlə döyünür, nəfəsim çatmır, elə bil kiminsə qarşısında imtahan vermirəm, ölüm-qalım anı keçirirəm.Bəzən öz-özümə sual verirəm: Niyə bu qədər həyəcanlanıram? Nəyə lazımdır bu qədər böyük reaksiya?Amma cavabını tapmaq çətindir. Sadəcə, arzum odur ki, bu hissləri idarə etməyi öyrənim və daha sakit, özümə güvənən biri olum

  12. Xanım

    @Xanım

    16 oktyabr 25, 23:26

    Məni ən çox narahat edən şey məsuliyətlərimdir.. Məsuliyyətlər elə şeydir ki biz sanki onları etməyə borcluyuq və bunu edə bilmədikdə özümü çox pis hiss edirəm. Sanki bu dünyaya sadəcə bəzi tapşırıqları yerinə yetirmək üçün gəlmişəm və mən bunu edə bilmirəm.. Bu məni çox qorxudur və narahat edir.

  13. Sulh

    @Sulh

    16 oktyabr 25, 22:33

    Salam eynən məndə Marşurtda qapının ağzında durub içəri keçməyə imkan vermiyən insanlardan narahat oluram marşurtda və yaxud küçədə bazarda yanından keçəndə toxanc vurub keçən sonrada heçnə olmamış kimi yoluna davam edən insanlardan yalançı insanlardan məsəl üçün olmuyan şeyi şişirdib danışan ümiyyətcə bu mövzu mənim yaralı yerimdi çox şey yazmaq olar amma təəsüf nə yer qalmaz nə vaxt çatmaz düşünürəm ki hamıda düşüncə olsa heçkim də heçkimdən narazı qalmaz bir çox insanlarda düşüncə deyilən birşey. Yoxdu təbii ki hamıya aid deyil  

  14. Rzalı Sona

    @Rzalı Sona

    16 oktyabr 25, 22:28

    Çox vaxt insanların dürüst olmadığının şahidi oluram 

    Telefon bizim dəyərlərimizin itməsinə səbəb olur sevdiklərimizə zaman ayıra bilmirik 

    Gələcəyimin istədiyim kimi olmaması 

    Heyvanlara mərhəmət göstərməyən insanlar gördükdə 

    Sosial mediyaya çox ayırdığım zaman 

    Empatiyalar getdikcə azalır 

    Bu hadisələr məndə narahatçılıq yaradır...

  15. Məleykə

    @Məleykə

    16 oktyabr 25, 22:27

    Ümumiyyətlə cəmiyyətin özü məni narahat edir. "Düşünmək " anlayışı artıq mənasını itirir. İnsanlar keyfiyyətsiz musiqilər dinləməsi , anlamsız "təhqirli " şeirlər dinləməsi, sənətə və ədəbiyyata laqeyd yanaşması və insanlığın getdikcə ölməsi məni narahat edir. Ən əsası da bunlar normallaşdırılır. 

  16. Hevva

    @Hevva

    16 oktyabr 25, 22:19

    Aftobusda məndən daha canlı,daha sağlam xalaların yer verməyəndə  çəp -çəp baxıb söz atmasından narahat oluram.

    O qədər yer ola ola,gəlib qızların yanında oturan qoca kişilərdən narahat oluram.

    Yerə tüpürüb ,yolda yeriməyə iyrəndirən  insanlardan narahat oluram.

    Heyvanları qovan ,sataşan ,təpik vuran uşaq ,cavan ,qoca olmasından asılı olmayaraq hər birindən narahat oluram.

    Bir -birinə anlayış göstərməyib hər xırda şeydən dava yaratmaq istəyən insanlardan narahat oluram.

  17. Zarifa01

    @Zarifa01

    16 oktyabr 25, 22:13

    Kimsə heyvanlara əl vurduğumu görəndə onlar mundardı əl vurma deyənlər narahat edir məni. Halbuki, özlərinin necə mundar olduqlarından xəbərləri yoxdur. Meşələri, dənizi, küçələri zibilləyən heyvanlar yox həmin heyvanlara mundar deyən insanlardı

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol