Məktəblərdə Çin dilini tədris etmək istəyirlər.

Məktəblərdə Çin dilini tədris etmək istəyirlər.

Çin dilini tədris etmək istəyirlər.

Eləsinlər. Onsuz da bu təhsil sistemi elə bir yerə gəlib çıxıb ki, ora Çin dili deyil, istəsələr səssiz dua da dərs proqramına daxil edə bilərlər, təki “faydalı görünüş” versin. Onsuz da məktəblər artıq bilik deyil, görüntü yeri olub. Təki şəkil çıxsın, “layihə” olsun, bir az da lent kəsilsin.

Əslində, Çin dili pis dil deyil. Gələcəyin dillərindən biri sayılır. Amma burada söhbət hansı dilin öyrədilməsindən yox, nə üçün öyrədilmədiyindən gedir. Məsələn: niyə bizə məktəbdə süni intellekt öyrədilmir? Bəli, o möcüzəvi texnologiya ki, indi artıq xəbərləri yazır, şəkilləri çəkir, musiqini bəstələyir, həkim diaqnozu qoyur, hətta müəllimdən daha yaxşı izah edə bilir – məktəbdə adı belə çəkilmir.

Çünki qorxurlar. Əgər sən süni intellektlə işləməyi bacarsan, o zaman sistemdən azad olarsan. Öz ideyanı həyata keçirərsən, öz məhsulunu çıxararsan, iş tapa bilməyəndə ağlamazsan. Amma sistemin istədiyi – asılı insandır. Hər gün bir başqasından maaş gözləyən, aylıq borcu olan, qorxudan dəyişiklik istəməyən insan.

Yaxşı, bəs niyə bizə pul ilə necə davranmaq öyrədilmir? Niyə məktəblərdə “Büdcə qurmaq”, “İstehlakçı psixologiyası”, “Kredit tələsi”, “Maliyyə azadlığı” kimi dərslər YOXDUR? Çünki maddi azadlığa çıxan insan da təhlükəlidir. O, artıq televizorun dediyini etməz, kredit kartını silmək üçün beş il “kəmər sıxmaz”, öz sərhədlərini tanıyar.

Sonra da deyirik, niyə boşanma artıb, niyə münasibətlər dağılır? Ona görə ki, kişinin və qadının psixoloji ehtiyacları, empatiya, şəxsi sərhədlər, duyğusal manipulyasiya, toxunulmazlıq və hörmət anlayışı məktəbdə keçilmir. Uşaq 17 yaşında məktəbdən çıxır, “3 qitədə okean axınlarını” bilir, amma “qırılıb incimək” nə deməkdir – anlamır. Bu biliklər kitabda yox, həyatın içində gizlidir. Amma həyat dərsi keçilmir.

Çünki sistem ayıq insan istəmir. Sistemə lazımdır ki, sən səhər 9-dan axşam 6-ya kimi işləyəsən, 7-də yorğun düşüb telefona baxasan, 10-da seriala ilişib yatasan. Heç vaxt düşünməyəsən: “Mən niyə belə yaşayıram?” Çünki bu sual təhlükəlidir.

Və burada müəllimlərin, hətta nazirliyin belə çox da rolu yoxdur. Onlar da bu sistemin içindədir. Onlar da məmurdurlar. Deyilən proqramı keçməyə borcludurlar. “Niyə süni intellekti keçmirik?” deyə soruşmaq onların səlahiyyətində deyil. Onlara da lent kəsdirmək tapşırılıb, araşdırmaq yox.

Axı ucuz işçi qüvvəsi lazımdır. Sən süni intellektlə işləməyi bilməsən, amma yaxşı boyaq vura bilsən, sistem üçün idealsan. Hər işə razı, heç nəyə qarşı çıxmayan, sorğu-sual etməyən insan – bu günün qəhrəmanıdır.

Ona görə də Çin dilini öyrənin. Sabah Çində fəhlə işləyəndə heç olmasa rəhbərin dediyini başa düşərsiniz.

Bəs siz nə düşünürsünüz bu barədə? Fikirlərinizi şərhdə qeyd edin.

Şərhlər (38)

  1. Sevda🤍

    @Sevda🤍

    28 iyun 25, 22:48

    Fikirlərinizə qatılıram.Təhsil sistemi ən azından bir az normallaşsa yaxşı olar.Prablemlərdən danışsaq bitməz.

  2. Altunay Nuri

    @Altunay Nuri

    28 iyun 25, 22:07

    Onlara deyen lazimdir ki, evvelce mekteblerdeki dersleri normal kecsinler qaldı Çin dili. Heç ingilis dili normal kecilmir. Düzgün emmeli tehsil sistemi  qurulsun, sonra elave dil kecerler

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    27 iyun 25, 23:55

    Mövzunu da oxudum rəyləri də.Müxtəlif fikirlər var.

    Çin dilini tədris etmək istəyirlər sözünü ilk əvvəl oxuyanda ağlıma gələn ilk söz bu oldu.Çin dilini örgətməkdənsə mədəniyyətini örgətsinlər.Onların hər tərəfli mədəniyyətləri mənim fikrimcə çox qəşəydi.

    Qaldıkı dilə vallah yetərincə ürəyimdən keçənləri oxucular mükəmməl şəkildə yazıb

  4. Xədicə Həmid

    @Xədicə Həmid

    27 iyun 25, 16:36

    Çin dili bizim mədəniyyətimizdə heç zaman olmayıb. Dərs proqramına daxil etsələr də, bu dili mənimsəmə səviyyəsi çox aşağı olacaq. Belə ki, qeyd edim ki, çinlilərin özü belə dillərinin bir çox iyeroqliflərini unudurlar. Ən savadlı çinli ən azı 8.000 qədər onları bilməli, sadə danışıq üçün isə 3.500 bilməlidir

  5. Ağca Muradova

    @Ağca Muradova

    27 iyun 25, 14:46

    Mən Çin dilinin tədrisinə o zaman müsbət baxaram ki, şagird üçün xeyirli olsun,amma şagirdə heç tədris olunan xarici dilləri düzgün bildi qaldı Çin. Öz dilimizi bilməməsi böyük problem. Kitablar şagirdə kifayət qədər bilik vermir, ona görə də repititorluq artır. Birinci öz dilimizi düzəldək sonra Çinə keçərik

  6. AytenCelilova

    @AytenCelilova

    27 iyun 25, 14:01

    Çox gözəl qeyd etdiniz.Amma bunu anlayan,inkişaf etmək üçün irəli gedib yenilik yaratma marağı göstərən bir ağıllı insan yoxdur.Ancaq keçmişdə bizdə belə idi,elə idi desinlər.Hazırda belədir gələcək üçün belə bir yenilik yaratmaq olar deyən yoxdur çox təəssüfki.Gəncləri köhnə dövr qanunları ilə ömürlərini çürüdüb sonrada niyə gənclərimiz  xarici ölkərə gedirlər axı deməyi də utanmadan başarırlar.Azərbaycan gənclərinin təhsili yüksək,lazımlı şəkildə olsa hərşey ən səviyyəli şəkildə olar.Oxuduğu dərsliklərdə bir maraq həvəs yaranmadan axırıki oxuyum bir diplom ala bilim düşüncəsi ilə böyüyən gəclər nə başarırlarsa çox böyük birşeydir bu.

  7. Feride

    @Feride

    27 iyun 25, 13:42

    Kapitalizm , isdiyir ki sən bircə işləyən soğulamayasan , hamı kimi bir məhşur geyindi deyə şalvara 300 manat verəsən ya da " gözəl " , " yaraşıqlı " olmaq üçün bunları mütləq almalısan diyir , biz elê bil öz dəyərinizi bilmirik , biz onlar üçün yanlız sərmayəyik kimin nə düşündüyünün önəmi yoxdu   , tarix boyu da qrulmuş sisdemə uymayan , zamanın irəlisində olan adamlar cəmiyyêtdən təcrid olunub , ama təsadüfə bax ki indi  o sisdemə uyan insanlar yox , o sisdemə uymayan zamanın irêlisindê olan adamlar tanınır , gələcəkdêdê elə olacaq , insanın çatışmamazlığı bu du sisdem güclüdü , hamı ordan gedir deməli düz yolda burdadı ama fərqindê deyillər ki , o sisdem sêni uçuruma aparır ☠️

  8. Amir Timur

    @Amir Timur

    27 iyun 25, 12:32

    Bir abituriyent olaraq deyirəm ki, bizim təhsil sistemimiz çox ağırdır. 11 ci sinifi bitirən biri olaraq deyirəm ki, bu son iki ildə öyrədilən dərsləri əvvəlki illərdə öyrənməmişəm, insanları hazırlıqlara yönəldirlər. Repetitorluq artıb. Üstünə üstəlik təhsili biznesə çeviriblər. Əvvəl bir dəfə imtahan verirdin, onu da il sonu verirdin. İndi elə deyil. Üç dəfə imtahan verirsən. Fevraldan iyul ayına kimi imtahan veririk. Bezdirirlər adamı, bori qurtarır 1-2 ay sonra digərini verirsən. Hələ iyul ayında olana da girmək üçün 50 man verirsən. Guya öz balından razı olmadın II cəhd verirlər sənə 🙄 ən azı 100 min uşaq imtahan verir. 5 milyon pul deməkdir. Meləykə onların hamısını özündə saxlayır. Məktəblərdə guya indi dil öyrədirlər. Azərbaycan dilini bilməyən uşaqlar var. Birinci ana dillərini öyrətməy səy göstər sonra digər dillərə keç 😒

    1. Feride

      @Feride

      27 iyun 25, 13:49

      Yaxşı dedin , millət türk dilindê danışır , uşaqlar türk dilini öz dilindən yaxşı bilirlər bunu dilləri pisləmək üçün demirəm xarici dil öyrənmêk özünü inkişaf üçün vê dünya ya âçılmaq üçün çox vacibdir ama insan hardan başladığını bilməsə limanını bilməyən gəmi kimi olar , dənizi hey gəzərsən ama sən özün xaric hər şey tapırsan , heç olmaya bir çizgi film kanallarını artırsınlar hamı tərəfindən bilinir televizora , YouTube a çox baxır hamı orda öz dilimizdə daha çox şey görsək dövlêt buna dəsdêk versə daha yaxşı olar , yoxsa gözəl dilimizê əvvəlki vaxtlarda olduğu  kimi bizə aid olmayan sözlər qatıb ahəngini pozarıq

    2. Aynur Yusifova

      @Aynur Yusifova

      27 iyun 25, 23:59

      Allah zəhmətinizi itirməsin.Kaş ki bunu təhsil nazirliyindən kimsə oxuyardı və bu mükəmməl sözləri onlara çatdırardılar.

      Sizdə səbirli olun.Yaxşı olar inşAllah

  9. Qonaq Aytac

    @Qonaq Aytac

    27 iyun 25, 10:26

    Məncə yaxşı fikirdi təhsilə çox fikir verilməlidir hər dili bilmək lazımdı amma ən çox inglis dilin mükəmməl bilinməlidir səlis rahat bilməlidilər yenədə hər dil bilmək faydalıdır 

  10. Musayeva Aydan

    @Musayeva Aydan

    27 iyun 25, 00:21

    Dil bilmək cox gözəl bir şeydi amma ən çox istifadə olunan dil İngilis dilidir. Onu hələ səlist, qramatika ilə öyrensinlər)

  11. O.N

    @O.N

    26 iyun 25, 22:37

    Öz dilimizi bir əməli məktəbdə keçsinlər qalsın çincə.Yazıq uşaqlar dərsdən sonra o qapı mənim bu qapı sənin deyib müəlim dalınca gedirlər bu təhsil şöbəsindəkilər başı xarabdılar.Dərsi qəliz ediblər  yazığım uşaqlara gəlir indədə çin dilini salıblar ortalıqa heç çinlilər azərbaycan dilində öz uşaqlarına keçmirlər.  Səy adamdılar uşağın bir az beyni var bunlarda onu yükləyib pozacaqlar 😡 

  12. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    26 iyun 25, 22:35

    Rus dilini hələ yaxşı məniməsyə bilmirik. Səbəb odur ki sözləri öyrədmədən cümlə qur mətinin suallarına cavab ver kimi tapşırıqlar qoyurlar. 1ci sinifdən ingilis dili keçirik normalda uzağı 2 3 ilə öyrədilən dili 11 ilə öyrənə bilmirik və bir də hazırlıqlara gedirik. Yeni dil əlavə edilməsi yerinə ilk öncə təhsili gücləndirsinlər. Olanlar mükəmməl olsun qalsın Çin dili. 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      27 iyun 25, 00:10

      Təhsil sistemimiz nə gündədir ki,ingilis və rus dili qalsın,uşaqlar öz ana dillərini mənimsəməkdə çətinlik çəkirlər 🙍🏻‍♀️

  13. Fatima

    @Fatima

    26 iyun 25, 21:26

    İlk öncə öz dilimizi yaxşı öyrənmək lazımdır. Birindən söz soruşanda bilmədiyini bildirir. Dil öyrənmək gözəldi. Hara getsək dil soruşurlar. Dil bilməsək işə götürmürlər. 

    1. O.N

      @O.N

      26 iyun 25, 22:46

      O da bizim millətin səyliyifi heç ingilislər vəya başqa millətlər azərbaycan dilini bilməyini demirlər götürürlər

  14. İslam

    @İslam

    26 iyun 25, 20:42

    Əlavə xarici dil tədris etmək əvəzinə öz sinif kitablarında olan ana dilini tədris etsəydilər hər şey yaxşı olardı. Hobbi kimi bir dili öyrənmək gözəldir, amma ağlına gələndə ki mən bundan summativ yazacam və bu mənim balıma təsir edəcək, məncə işlər dəyişir. Hələ ingilis dili düzgün keçilmir,o ki qaldı Çin dili. 11 ci sinifdə kitabı açıb baxırdım qaydadan demək olar əlamət yox idi. Daha sonra test kitabını açırdım, görürdüm burda artıq dastan var. Məcbur olub başqa vəsaitlərə əl atırsan. Onlar da təbii ki göydən düşmür. Süni intellektə gəldikdə o gün bir video çıxdı qabağıma reklam kimi. Robotexnika üzrə dərs keçirlər. Özüm elektrik sahəsi üzrə oxuyuram deyə maraqlı gəldi. Baxdım ki 1 ci sinif üçün illik 8000 manatdır. Daha sonra təbii ki artır.

    Bundan əlavə bəlkə də eləsi olacaq ki biri gedəcək müəllimin yanına ki mənim qiymətimi düzəldin. Fənn sayı çox olduğu üçün qiyməti də çox deyəcək). 

  15. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 20:21

    Dil öyrənmək faydalı və lazımdı əsasəndə çin dili gələcəydə tələbat olacaq. Ama insana ağır gələn oduki bizim dilimizi saymırlar da biz niyə saymırıq 

  16. Röyane

    @Röyane

    26 iyun 25, 20:20

    Problemler Çox helli yox, işsizlik, aşağı maşş, bu gün verilen emek haqqı normal yaşayış şertlerini ödemir. İş tapmaq çetindi öz ölkesinde normal iş tapmaq isteyenden ingilis, rus dili bilmeyi teleb olunur,yeqin birazdan Çin dili teleb olunacaq. Sisteme ayıq insan lazım deyil, ayılan da her terefden sıxışdırıldığını, hüquqlarının olmadığını anladığı üçün ölkeni terk edir. 

  17. SİRİUS

    @SİRİUS

    26 iyun 25, 20:05

    Əslində dil öyrənmək çox gözəldir. Ən çox da xarici dildə danişa bilən insanlara heyranlıqla baxıram başa duşməsəm de . Çox doğru bir nöqtəyə toxundunuz. Bəli insana məktəbde incitməmək qirmamaği oyretmirler. Ama məktəb sadəcə məktəb deyil . Ora milyonlarla uşagin gənclik dövrünə catdiği yerdir. Ama orda insanı duyğulara önəm vermək lazım olduğunu,yerdəki qarişqani belə incitmək olmazı,qəlb qirmağin ən böyük günah olduğunu,insanların hissləri ilə oynayıb onları ümidləndirib sonrada yarı yolda buraxmaq olmazı oyretmirler. İnsan ömrü boyu nə qədər dil oyrense nə fərqi qəlbə gedən yolu tuta bilmiyibsə. Min bir dilde danişsa nə qazanar? Bir insanı susqunluğundan anlamadıq dan sonra.

  18. Ayten

    @Ayten

    26 iyun 25, 19:59

    Mən heç bir şey deyə bilmərəm çünki Çin dili gələcəkdə təlabat yaranacaq dillərdən sayılır. Amma təhsildə o qədər haqsızlıqlar edu ki... 🥲

  19. Mehin

    @Mehin

    26 iyun 25, 19:59

    Dil oyrenmek faydalidi.Çin dili asan dillerden biridi ancaq esas onu nece tedris edecekleridi

  20. Fatimə Bayramova

    @Fatimə Bayramova

    26 iyun 25, 19:48

    Onsuz da ,təhsil sahəsində nə dərslər,nə də öz dilimiz normal şəkildə tədris olunmur qaldı ki, Çin dilini eləsələr,nə gündə qalar. Bundan başqa onsuz,dünyada ən lazımlı dillərdən biri ingilis dilidir,amma ölkədə onun təhsili inkişaf əvəzinə tənəzzül edir. Nə müəllimlərə normal maaş verilir,nə normal məktəblər vəsaitlərlə təmin edilir,nə də valideynlər uşaqlarına doğru-düzgün nəzarət edir 

  21. Nəzrin

    @Nəzrin

    26 iyun 25, 19:41

    Hər şeyi qoyaq bir yana, məktəblərdə öz dilimizi normal bir şəkildə keçmirler, hər hansısa bir müəllimin yanna gedirsən ders başa salsın o deyqe hazırlıq keçirəm gəl səndə orda öyrən deyilir. Qaldıki her hansısa xarici dil, əlbətdə yaxşı olar yeni dil öyrənmək, ammaki biz xarici dili öyrəniriksə xarici ölkələre niyə bizim dilimizi öyrənmir? 

  22. SİMURQ

    @SİMURQ

    26 iyun 25, 19:09

    Yeni dil əlavə edilməsi söz bazamızı və dünya görüşümüzü inkişaf etdirmək üçün çox gözəl bir şəraitdir. Amma öz dilimiz və təhsil sistemimiz bu halda ikən öncəliyi xarici dillərə

    Xarici dillərə öncəlik vermək düzü nə qədər məntiqlidi o sual işarəsi altındadır. 

  23. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    26 iyun 25, 19:08

    Belə dil örgənmək yaxşıdır..Azda olsa məkumatları olsun..Məncə maraqlı olar..İndiden tesevvur edirem məktəblerde çin dili keçilsə nə olar..Hamı zarafat edəcek😊😊

  24. Emil qızı Xumar

    @Emil qızı Xumar

    26 iyun 25, 19:01

    Öyrənmək yaxşı olar

  25. Aygül

    @Aygül

    26 iyun 25, 18:51

    Bizim seçim etməyə nə ixtiyarımız var? Bizdən nəyi soruşub edirlər? Fikirlərimiz nə zaman qeydə alınır? Onun üçün də susuram nə istəyirlər etsinlər

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol