Məktəblərdə Çin dilini tədris etmək istəyirlər.

Məktəblərdə Çin dilini tədris etmək istəyirlər.

Çin dilini tədris etmək istəyirlər.

Eləsinlər. Onsuz da bu təhsil sistemi elə bir yerə gəlib çıxıb ki, ora Çin dili deyil, istəsələr səssiz dua da dərs proqramına daxil edə bilərlər, təki “faydalı görünüş” versin. Onsuz da məktəblər artıq bilik deyil, görüntü yeri olub. Təki şəkil çıxsın, “layihə” olsun, bir az da lent kəsilsin.

Əslində, Çin dili pis dil deyil. Gələcəyin dillərindən biri sayılır. Amma burada söhbət hansı dilin öyrədilməsindən yox, nə üçün öyrədilmədiyindən gedir. Məsələn: niyə bizə məktəbdə süni intellekt öyrədilmir? Bəli, o möcüzəvi texnologiya ki, indi artıq xəbərləri yazır, şəkilləri çəkir, musiqini bəstələyir, həkim diaqnozu qoyur, hətta müəllimdən daha yaxşı izah edə bilir – məktəbdə adı belə çəkilmir.

Çünki qorxurlar. Əgər sən süni intellektlə işləməyi bacarsan, o zaman sistemdən azad olarsan. Öz ideyanı həyata keçirərsən, öz məhsulunu çıxararsan, iş tapa bilməyəndə ağlamazsan. Amma sistemin istədiyi – asılı insandır. Hər gün bir başqasından maaş gözləyən, aylıq borcu olan, qorxudan dəyişiklik istəməyən insan.

Yaxşı, bəs niyə bizə pul ilə necə davranmaq öyrədilmir? Niyə məktəblərdə “Büdcə qurmaq”, “İstehlakçı psixologiyası”, “Kredit tələsi”, “Maliyyə azadlığı” kimi dərslər YOXDUR? Çünki maddi azadlığa çıxan insan da təhlükəlidir. O, artıq televizorun dediyini etməz, kredit kartını silmək üçün beş il “kəmər sıxmaz”, öz sərhədlərini tanıyar.

Sonra da deyirik, niyə boşanma artıb, niyə münasibətlər dağılır? Ona görə ki, kişinin və qadının psixoloji ehtiyacları, empatiya, şəxsi sərhədlər, duyğusal manipulyasiya, toxunulmazlıq və hörmət anlayışı məktəbdə keçilmir. Uşaq 17 yaşında məktəbdən çıxır, “3 qitədə okean axınlarını” bilir, amma “qırılıb incimək” nə deməkdir – anlamır. Bu biliklər kitabda yox, həyatın içində gizlidir. Amma həyat dərsi keçilmir.

Çünki sistem ayıq insan istəmir. Sistemə lazımdır ki, sən səhər 9-dan axşam 6-ya kimi işləyəsən, 7-də yorğun düşüb telefona baxasan, 10-da seriala ilişib yatasan. Heç vaxt düşünməyəsən: “Mən niyə belə yaşayıram?” Çünki bu sual təhlükəlidir.

Və burada müəllimlərin, hətta nazirliyin belə çox da rolu yoxdur. Onlar da bu sistemin içindədir. Onlar da məmurdurlar. Deyilən proqramı keçməyə borcludurlar. “Niyə süni intellekti keçmirik?” deyə soruşmaq onların səlahiyyətində deyil. Onlara da lent kəsdirmək tapşırılıb, araşdırmaq yox.

Axı ucuz işçi qüvvəsi lazımdır. Sən süni intellektlə işləməyi bilməsən, amma yaxşı boyaq vura bilsən, sistem üçün idealsan. Hər işə razı, heç nəyə qarşı çıxmayan, sorğu-sual etməyən insan – bu günün qəhrəmanıdır.

Ona görə də Çin dilini öyrənin. Sabah Çində fəhlə işləyəndə heç olmasa rəhbərin dediyini başa düşərsiniz.

Bəs siz nə düşünürsünüz bu barədə? Fikirlərinizi şərhdə qeyd edin.

Şərhlər (38)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    26 iyun 25, 18:26

    Düzünü desəm, mənə lazımsız kimi gəlir. Düzdü əlavə bir dildi öyrənmək olar ona sözüm yoxdu. Amma heç Azərbaycan dilinə bu qədər önəm verilmir. Öz dilimiz qalıb kənarda, başqa dilləri ölkəmiz də inkişaf etdirirlər. Ümumən sadəcə bu çin dilindən getmir. Təhsili pis vəziyyətə salıblar...

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      26 iyun 25, 19:49

      Siz demiş,nə öz dilimiz normal keçirilmir. Bundan əlavə,xarici dil kimi ingilis dilini normal B2 səviyyəsində bilən müəllimlər də azdır

  2. Xəyalpərəst

    @Xəyalpərəst

    26 iyun 25, 18:26

    Təhsil sistemimiz çox "mükəmməldi" o ki qaldı Çin dili. Uşaqlar adi ingilis dilini öyrənə bilmir məktəbdə kimə soruşsan hazırlıqda öyrənmişəm deyir. Görünüş adı ilə uşaqlara "Layihə" elətdirirlər. Sosial mediaya qoyaq qoy görsünlər ki bizdə də belə şeylər var. Məktəbdə uşaqlara sadəcə dərs keçirlər ki gələcək də üzlərini ağartsınlar. Adları çıxsın ki "Mənim şagirdimdi". Ama uşağa incitməyi, qırıqlığı, sevgini heç birini öyrətmirlər. Gəlib öz ailə həyatlarından nə bilim "uşaq vaxtı bizə belə edirdilər sizə də gərək belə etsinlər" niyə nə səbəbə ki sənin ailən belə edibsə mənim niyə ailəm edir? 

    Dərsdən kənar çox şeyi danışırlar, sonra summativ də uşaq niyə 2-3 alır. Sonra da uşağa deyirlər ki sənin beynin yoxdu indidən beləsiz gələcəyiniz nə olacaq. 

    Əvvəlcə təhsil sistemini düzəltsinlər. Sonra Çin dili keçərlər. Və sizin dediyinizə də qatılıram öz sistemlərinə yaramayacaq deyə etmirlər.

  3. ramil

    @ramil

    26 iyun 25, 18:26

    İndiki məktəblilər öz dilimizi danışa,həmçinin başa düşə bilmirlər Çin dilini öyrənmək onlara nə verəcək ki,məqsəddə tam olaraq sizin vurğuladığınız kimidir.

    Sisdemnən azad olmuş insan həyatı sorğulayaraq ən azınnan bu həyata nə üçün gəldiyinə dair bir-iki səbəb tapar,tam dəqiq olmasa bele.

    Ancaq sistemdə olan o kəs,səhər iş,axşam yuxu,səhər iş, axşam yuxu.Və beləcə yaşamağına bele dəyməz)

    Çox sağolun uğurlar)

  4. Sunay Məmmədova

    @Sunay Məmmədova

    26 iyun 25, 18:25

    Üzr istəyirəm, lakin çin dilindən əvvəl öz dilimizi, öz fənlərimizi daha yaxşı öyrətsələr əla olar. Hələ öz təhsil səviyyəmizi irəlilədək, sonra keçək dil seçiminə. Təhsil səviyyəmiz bəzi yerlərdə yox kimidir. Bunun üçün çalışmalı, daha savadlı müəllim-müəllimələrlə çalışmalıdırlar. Dil seçimidə gözəldir, təbiiki çoxda lazımlıdır. Bunun da tərəfdarıyam, fərqi yoxdur hansı dil olur-olsun, əsas odur öyrədilsin, ikinci dil verilsin. Bu başqa məsələ, ancaqki əminəm ki, bu dili də tədris edənlər, elə bir çox məktəblərdəki rus-ingilis dili kimi yola verəcəklər. Bunun üzərinə daha çox düşülməli, ciddi rejim və savadlı ilə bərabər məsuliyyətli müəllimlər olmalıdır. 

  5. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    26 iyun 25, 18:19

    Dediklərinizə tamamilə qatılıram. Təhsil sistemini sanki əllərində oyuncaq ediblər. Ona görə də savadlı kadrların sayı gündən-günə azalır. Dünyanın digər ölkələri irəli gedir, biz isə geri. Bu isə çox məyus edici bir haldır.

  6. Arzu Ağayeva

    @Arzu Ağayeva

    26 iyun 25, 18:18

    Ən çox öz doğma dilimizə dəyər verilməməsi üzür. İş görüşmələrində ingilis, rus dili bilən insanların işə qəbulu daha asan olur. Gündəlik həyatımızda da öz dilimizdən çox, türk, rus, ingilis dilində sözlərdən istifadə edilir və kimsə o dildə olan sözü başa düşməyəndə təəccüblə baxırlar. İndi də Çin dili meydana çıxdı. Görəsən, biz nə vaxt öz dilimizə, mədəniyyətimizə yönələcəyik?

  7. Minay

    @Minay

    26 iyun 25, 18:14

    Əlaaa olar

    1. Ceyn

      @Ceyn

      26 iyun 25, 18:15

      Əla olar?? 🗿

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol