Pula ehtiyacım var deyə iş görmək

Pula ehtiyacım var deyə iş görmək

Bir şeyi yaxşı başa düşün. "Pula ehtiyacım var” deyə aktyor olum, futbolçu olum, yazıçı olum və ya liderlik tələb edən başqa bir sahəyə yönəlim - bu düzgün deyil. Bu sahələr ehtiyac üçün deyil, potensial üçün seçilir. Əgər yalnız ehtiyac səni hərəkətə gətirirsə, bu riskli sahələrdə uğur qazanmaq şansın çox azdır. Çünki bu peşələrdə heç kim səni gözləmir, heç kim sənə yol açmır – burada yalnız ən dözümlülər, ən inadkarlar qalır.

Əgər bu yolu seçmisənsə, bilməlisən: sabitlik axtararaq bu sahələrdə irəliləmək mümkün deyil. "Bir az stabil olum, sonra başlayaram" deyə düşünmə. Bu yolun ilk mərhələsi ac qalmaqdır – həm məcazi, həm də real mənada. Yəni istirahətsiz işləməyə, boyunduruq altına girməməyə, rahatlıqdan imtina etməyə hazır olmalısan. Liderlik və azadlıq asan qazanılmır. Onu seçən adam birinci növbədə itirməyi, çətinliyi, qeyri-müəyyənliyi qəbul etməlidir.

Əgər məqsədin sabit maaş, rahatlıq və təminatdırsa, gedib kimsə üçün işləməlisən. Kiminsə boyunduruğu altında olmalı, qayda-qanunlarına tabe olmalı, verdiyi ilə kifayətlənməlisən. Bu da seçimdir, amma o başqa yoldur.

Amma əgər həqiqətən böyük olmaq, fərqli olmaq, irəlidə durmaq istəyirsənsə – o zaman ehtiyac səni qorxutmamalıdır. Ac qalmağa, qəbul olunmamağa, yıxılıb yenidən qalxmağa hazır olmalısan. Yalnız bu halda riskli sahələr sənin üçün uğura çevrilə bilər.

Məsələn, aktyor olmaq istəyirsənsə, bilməlisən ki, ilk illərdə heç kim səni tanımayacaq. Bəlkə onlarla seçməyə gedəcəksən, heç biri alınmayacaq. Çörək pulunu çıxarmaq üçün bəzən ofisiantlıq edəcəksən, bəzən küçədə broşür paylayacaqsan. Amma bu sənin yolundursa, dözəcəksən. Əvəzində sən heç kimə boyun əyməyəcəksən. Çünki sən öz yolunun arxasınca gedirsən.

Yaxud yazıçı olmaq istəyirsənsə, ilk illərdə yazdıqlarını heç kim oxumaya bilər. Redaksiyalar rədd edə bilər, dostların başa düşməyə bilər. Amma sən yenə yazmalısan. Çünki sən ehtiyacdan yox, içindən gələn bir gücdən hərəkət edirsən. Ac qalmaq bahasına yazırsansa, deməli, o sənindir.

İdmançı olmaq istəyirsənsə, gündə saatlarla məşq etməli, sosial həyatdan keçməli, bəzən zədələrə, bəzən imkansızlığa dözməli olacaqsan. Sponsoru, dəstəyi olmayan biri üçün bu yol cəhənnəm kimidir. Amma sən, "başqa yol yoxdur" deyib o cəhənnəmdən keçməyi seçmisənsə – bu artıq ehtiyac yox, iradədir.

Şərhlər (8)

  1. Çiçək

    @Çiçək

    09 iyul 25, 23:47

    Bəli

    Mən müəllimə olmaq istəyirəm deyəndə hər kəs mənə dediki neynirsən onu, pullu iş seç

    Mən o peşəni sevərək etmiyəcəmsə neynirəm pulu?

    Amma mən xoşbəxtliyi müəllimlikdə görürərmsə başqa peşə mənə nə xoşbəxtlik gətirəcəkki? Pul üçün peşə seçimi düz deyil. Bəzən elə olurki o pul sənə xoşbəxtlik gətirmir. Amma sən sevərək etdiyin peşədə yorulmazsan, pul az olsa belə xoşbəxt olarsan.

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    28 iyun 25, 15:22

    Əgər bir peşəni, sadəcə pula görə edirsənsə və ya sevməyib edirsənsə, ondan heç vaxt uğur qazana bilməzsən. Əsas onu bütün qəlbinlə sevərək etməkdir. 

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 02:10

    Pula görə bir işə başlamısansa o pulu əldə edəndən sora əl çəkəsən o işdən onçündə başlamasan daha gözəldi

    Bir işi sevərək gör pulu az da olsa əsas odu sev marağınla işlə

  4. SİMURQ

    @SİMURQ

    18 iyun 25, 15:42

    Ehtiyac insanı yola çıxarar, amma yalnız iradə onu sona çatdırar. Çətinliklərdən keçməyə hazır olmayan heç vaxt zirvəyə çata bilməz. Uğur  rahatlıqda deyil, dözümlə formalaşan bir yoldur.

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 22:44

    Əgər bir peşəyə yiyələnib onu pul üçün edirsənsə etməsən daha gözəl.Yaxud ehtiyyacım var deyib sevmədiyin bir işi görürsənsə bu daha betər.Amma bəzən ehtiyyaclar ucbatından istəmədiyin bir işi də etmək məcburiyyətində qalınca insan bax bu əsl fəlakət🥺

  6. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    16 iyun 25, 22:03

    Elə sənət seç ki, sevərək məşğul ol.. Bütün sənətlər çətindir amma sevdiyin sənətin çətinliyi sənə şirin gələcək 

  7. Aytac

    @Aytac

    14 iyun 25, 22:41

    Həyatımız ruhun labirintində olduğu kimi bizim seçimlərimiz əsasında başlanğıclara və sonluqlara yaxınlaşır.

  8. Feride

    @Feride

    11 iyun 25, 12:13

    Mativasiya edici bir məqalədir 👍☺️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol