Elxan Elatlı - Kimdir?

Elxan Elatlı - Kimdir?

Həyatı

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıda yerləşən Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.[1]

1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlərdən hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.



Əsərləri

  • "Ağrıyır ürəyim, ağrıyır yaman" (şeirlər)
  • "Səhv edirik biz" (şeirlər və qəzəllər)
  • "Axtar məni" (şeirlər və qəzəllər)
  • "Seçilmiş şeirləri" (şeirlər, poemalar)
  • "Düşün bir az" (məntiqi riyaziyyat məsələləri)
  • "Maraqlı məntiq məsələləri"
  • "Yeddinci mərtəbədə qətl" (Nemət Sabirli&Qanbay Qasımlı, detektiv povest və hekayələr)
  • "İtmiş qızın axtarışı" (detektiv povest və hekayələr)
  • "Pəncərədə görünən kölgə"(Qanbay Qasımlı)
  • "Xəyanət" (Qanbay Qasımlı)
  • "Qan ləkəsi" (Ələmdar Məlikov & Allahverdi Əbilov)
  • "Bakıdan gələn xəfiyyə" (Qanbay Qasımlı)
  • "Dilənçi qadının sirri" (Qanbay Qasımlı)
  • "Cəhənnəmdən gələn səs" (Ələmdar Məlikov — həmçinin rus dilində "Голос из ада")
  • "Görünməyən izlər"(Qanbay Qasımlı)
  • "Qisas gecəsi" (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
  • "Arxalı canavar" (Qanbay Qasımlı & Ələmdar Məlikov)
  • "Ələkeçməz yaquar" (Ayxan Asayev & Melissa Kazakova)
  • "Ən yaxın planet" (Ələmdar Məlikov, Gültən Dəmirli)
  • "Seçilmiş cəza"(Qanbay Qasımlı)
  • "Adsız tablo" (Qanbay Qasımlı)
  • "Mərtəbələr" (psixoloji roman)
  • "Niyə susursan, polkovnik?"(Qanbay Qasımlı)
  • "Qanunsuz əməliyyat" (Ələmdar Məlikov & Gültən Dəmirli)
  • "Xəstə ruhlar" (tarixi-detektiv roman, Qanbay Qasımlı)
  • "Məhəbbətin gizli kodu" (Qanbay Qasımlı)
  • "14-cü Adam" (Pisxoloji roman, Firdovsi&Qanbay Qasımlı)
  • "Ölüm ağacının kölgəsində" (Məhhəbət romanı&Dedektif, Ələmdar Məlikov & Gültən Dəmirli)
  • "Eksperiment" (Karyera romanı)
  • "Qanbay Qasımlının xəfiyyələri" (detektiv — Seldan Ayazlı və Elmar Bayarlı)
  • "Armed Mişel" (Tarixi roman)
  • "Uğursuz gecə" (Qanbay Qasımlı)
  • "Alternativ əməliyyat" (Ələmdar Məlikov, Gültən Dəmirli, Ayxan Asayev)
  • "Susan qadın" (Qanbay Qasımlı)
  • "Qazinin ölümü"
  • "Belçika ovçarkası"(Qanbay Qasımlı & Ələmdar Məlikov)
  • "Şantaj" (psixoloji roman)
  • Ölümsüz qətl (Qanbay Qasımlı)

Şərhlər (0)

Fikir Bildir

[logged]
[/logged]