Bölüm İyirmi altı

Bölüm İyirmi altı

Bölüm İyirmi altı

Mən satışda da işləmişəm, tikintidə də, toyxanalarda ofisiant kimi də çalışmışam. Amma bunların heç birini sadəcə pul qazanmaq üçün etməmişəm. Hər zaman içimdə bir hədəf olub: müşahidə etmək və analiz etmək.

İnsanları analiz etmək xüsusi bir duyğudur. Onların necə davrandıqlarına baxmaq və bu davranışları ya təkrarlamaq, ya da tam əksinə — heç vaxt təkrarlamamaq.

Satış sahəsində keçirdiyim beş ay mənim üçün bir məktəb oldu. Özümü artıq kifayət qədər hazır hiss edirdim. Hərdən kitab sərgilərinə qatılırdım. Digər yazıçılarla yanaşı durub öz kitablarımı təqdim edirdim. Amma məqsədim satış deyildi. Əsas niyyətim insanları heyrətləndirmək, onlarda bir iz buraxmaq idi. Elə bil bu təqdimatın sehrinə düşən insanlar kitabı almaq istəyirdilər — sadəcə maraqla, sadəcə bağlantı hiss etdikləri üçün.

Və mən bunu bilərək bir şeyi gizlədirdim: onlara kim olduğumu kitabı alana qədər demirdim.

Çünki adını eşidən kimi qərar verənlər də olurdu. “Əstağfürullah, Allahsız şəhər olar?”, “Bunu hansı kafir yazıb?” deyənlər çox olurdu. Bəzən məni güldürsə də, bu reaksiyalar mənə insan psixologiyasının necə işlədiyini daha aydın göstərirdi.

*Allahsızlar Şəhəri* kitabı satış texnikasını öyrəndikdən sonra artıq daha asan və uğurlu satılırdı. Amma içimdə başqa bir sual yaranırdı. Sanki hələ tam bişməmişdim. Sanki içimdəki qapılar hələ sonuna qədər açılmamışdı. Və başa düşdüm: mənə fərqli bir təcrübə lazımdır. Kənardan sıradan görünən, amma heç də sıradan olmayan bir peşə ilə tanış olmalıyam. Bu da — ofisiantlıq idi.
---
Ofisiant kimi işə başladığım ilk günüm, açığı, faciəvi keçmişdi. Boy-buxunuma baxıb “kişilər masası”nı birbaşa mənə vermişdilər. Təsəvvür edin, bir qadın evdə bir kişiyə yemək verib nazını çəkməkdə çətinlik çəkirsə, ofisiant eyni anda on iki kişiyə qulluq etməlidir.

Kişilər az olanda mağara adamından fərqlənmirlər. Hərəsinin bir xasiyyəti: biri çığırır, biri gülür, biri həyasızcasına çağırır, biri səssiz-səmirsiz... Vəziyyət o qədər qarışmışdı ki, başımı itirmişdim.

— Get, qatıq gətir — deyirdilər, mən smetan aparırdım.
— Get, limon gətir — deyirdilər, mən turşu ilə qayıdırdım.

Ən sonda isə bir müştəri dözməyib dedi:

— Administratoru çağır bura!

Administratora qayıdıb demişdilər ki:
— Bu xiyarı hardan tapmısınız?

Şərhlər (0)

Fikir Bildir