Bölüm İyirmi Yeddi

Bölüm İyirmi Yeddi

Bölüm İyirmi Yeddi

Uzun zamandır içimdə bir xəyal var idi. Elə bir xəyal ki, hələ də beynimin bir küncündə – rəfdə gizlənib öz vaxtını gözləyir. O xəyalların içində ən doğmalarından biri – öz kitab kafe­mi açmaq arzusudur.

Fikri belə məni həyəcanlandırır: fərqli həyatları olan, müxtəlif düşüncələrlə yaşayan insanların eyni masa ətrafında sadəcə bir kitab sevgisinə görə bir araya gəlməsi. Çoxları düşünür ki, bookcafelərə kitab oxumaq üçün gedirlər. Amma əslində belə deyil. Ora gələn insanlar onsuz da kitab oxumağı sevənlərdir. Onların məqsədi oxumaqdan daha çox – özü kimi düşünən, oxuyan, anlayan insanların arasında olmaqdır. Ruh yoldaşlarını bu mühitdə tapa bilməkdir...

Mən isə yaxşı bilirdim – bir gün belə bir yerim olacaq. Sadəcə hər yuxu kimi bu da bir başlanğıc tələb edir. Hər uğurun altında bir “sıfırdan başlamaq” hekayəsi yatır.

----

Sıradan günlərin birində dostumun bir kafe-bar açdığını eşitdim. Elə həmin gün yollandım yanına. Məkana daxil olanda hiss etdim ki, burda nəsə fərqli bir hava var. Hər axşam gənc müğənnilər səhnəyə çıxır, səs, işıq və pivə qoxusu bir-birinə qarışırdı. Bu pivəxananın öz ritmi vardı. Mühit xoşuma gəldi.

Dostuma dedim: “İş axtarıram. Burda ofisiant kimi işləyə bilərəm?”
Gülümsəyib cavab verdi: “Yer olsa, sənlikdir.”
Axşam zəng gəldi: “Sabahdan gəl başla.”

İşə başlayanda içimdə qəribə bir hiss vardı. Hələ bir müddət əvvəl "Allahsızlar Şəhəri" kitabımla insanlara “içki içməyin, siqaret çəkməyin” deyən mən, indi həmin içkiləri, həmin siqaretləri öz əlimlə servis edirdim. Özümü Allahsızlar şəhəri kitabındakı Ağıl kimi hiss edirdim. Sanki Allahsızlar şəhəri kitabı ilə öz həyatımın xəritəsini çəkmişdim. Zamanla gah Ağıl olurdum, gah xəyanət. Gah Ölüm olub insanlara zərərli içkilər satırdım, gah da Vicdan olub özümü sorğu suala tuturdum.

Ən ironik olanı isə kitabımı barın düz qarşısında — hamının görə biləcəyi yerdə yerləşdirmişdim. Gələn müştərilər kitaba baxıb maraqla əl uzadanda, diqqətlə izləyir, bir az söhbətə çəkib sonra kitabı tərifləyirdim. Amma demirdim ki, müəllifi mənəm. Ən azından ilk başda demirdim...

Bir az maraq göstərən olanda özümü tanıdardım. Zaman keçdikcə pivəxananın daimi müştəriləri arasından kitabımla maraqlananlardan ibarət özümə kiçik bir komanda formalaşdırdım. Gələnləri bir-biri ilə tanış edir, qrup yaradırdım. İstirahət günlərində teatra, muzeylərə səfərlər təşkil edirdik. Həmin məkanda sadəcə bir ofisiant deyildim — oranın ruhu idim.

Digər işlərdən fərqli olaraq bu yer mənə liderlik qazandırmışdı. Futbol hakimi, yazıçı və indi də sosial mərkəzdə birləşdirici bir fiqur. O zamanlardan anlayırdım ki, bir gün bu yaşananlar bir kitaba çevriləcək.

Şərhlər (33)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:21

    Mənimdə ən böyük xəyalım elə bir yerin olmasıdı sadəcə kitab sevən insanarın olduqu səni başa düşəcək insanlardan ibarət bir yer super olardı. Ama sizin piyvə olar yerdə kitab olması qəribə gəldi 

  2. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 11:39

    Hər kəsin içində belə bir xəyali məkan var .Bəzən uzaqda, bəzən əlçatmaz görünən. Amma sizin yazdığınız kimi, bəzən o yerə yolunuz ən gözləmədiyiniz yollardan keçərək açılır.

    Siz bu bölümdə yalnızca iş və peşə təcrübəsindən danışmırsınız, həm də ruhunuzun içindəki ziddiyyətləri, özünüzlə olan mübarizəni göstərirsiniz. İçki dolu, səs-küylü bir məkanda kitablarınızla insanları bir araya gətirmək arzusunu hiss etmək, məhz bu yazıçı ruhunuzun ən dərin qatlarını göstərir.Bu hisslər mənə də tanışdır, çünki mən də içimdə öz kitab kafemi qurmağın xəyalını daşıyıram. Və sizin yaşadıqlarınız, bu arzunun təkcə məqsəd olmadığını, həm də davam edən bir yol olduğunu mənə xatırladır.

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyun 25, 08:59

    Həqiqətən də hər şey istək arzu və qarşına qoyduğun məqsəddə imiş.Hara getmiş olsanız hansı işlə məşğul olsanız belə yenə də yazarlıq,oxucu kütləniz hər zaman ağlınızda niyyətinizdə olub.

  4. Röya

    @Röya

    18 may 25, 00:30

    salam yaxşı bölüm idi ama məkan seçimi,kitabdakı ağıl və xəyanət kimi olmağınız şaşırtdı məni🙂)(qınaq deyil yanlış anlamayın...Əlbəttə həyatdı bilmək olmur insan sabah harda, hansı pillədə olacaq və ən əsası kim olacaq))😇

    Ama sonu çox yaxşı bitib oxucular komanda qazanmasınız inşəallah daha böyük uğurlara imza atarsız🙏)

  5. Dərya

    @Dərya

    17 may 25, 12:43

    Hər zaman ki, kimi möhtəşəm idi 🤍

  6. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    17 may 25, 11:31

    Bölüm olduqca maraqlıdır. Diqqətimi cəlb edən hissə pivə ilə kitabın bir arada olması və kitaba da maraq göstərmələri oldu.  Bəzən "Allahsızlar şəhəri"ndəki obrazlar kimi olmağınızı vurğulamaq çox səmimidir.

    "Hər uğurun altında bir “sıfırdan başlamaq” hekayəsi yatır". Bu cümlə... Bu cümlə sanki məni oxudu, əziyyətlər, yuxusuz gecələr, zəhmət çəkməyi xatırlatdı. Və yenə başlaya bilmədiyim işlərə sıfırdan başlamağa stimul verdi. Bu cümləni favori sözüm edirəmm.

    Təşəkkürlərr, Uraqan bəy !!!

    Hər zamannn yazınnn, heç buraxmayın bu sahəniii🤍

  7. Aytac Novruzova

    @Aytac Novruzova

    16 may 25, 16:48

    Hər bölümü oxuduğum kimi bu bölümdə çox marağlı idi. Yeni bölümləri maraq və səbirsizliklə gözləyirəm. Yeni Yeni işlərə imza atmağı arzu edirəm. Qələminiz heç zaman tükənməsin…❤️

  8. Hidayət

    @Hidayət

    16 may 25, 13:02

    Hər zamanki kimi əlasız belədə davam)

  9. Anonim

    @Anonim

    16 may 25, 08:37

    Salam. Bir sözlə MÖHTƏŞƏM

  10. Yeganə Həsənzadə

    @Yeganə Həsənzadə

    16 may 25, 08:02

    Cox xoşuma getdi. Muasir gənclər bunu mutləq oxumalıdırlar.Təşəkkurlər bunu sizə bir muəllimə olaraq yazıram..Gənclərin coxu o biz gözlədiymiz yolda deyillər bizlər onu həmən o yaxşı yola cəkməliyik.Təşəkkurlər imtahanımla əlaqəli mən cox da bu aralar kitablar oxumasamda bir bu bitəcək və mən burda ən cox fikir bildirənlər siyahısında olcam.Sizin kimi yazarın olduğu məni sevindirdi

  11. Cəfərli Nəzrin

    @Cəfərli Nəzrin

    16 may 25, 07:42

    Bir gün həqiqətən bookcafe açsanız ora sevə-sevə gələrəm. Çünki sizi kimi incə ruhlu birinin açacağı cafe mükəmməl olmaya bilməz .Həyatınızla yaxından tanış olmaq da gözəldir. Şəxsən oxucularınızı tanımasazda sanki neçə ilin dostu kimi hiss edirəm özümü. 

    Bilirəm sizin üçün əsas olan bölüm haqqında fikirlərdir.  Amma o qədər mükəmməl olur ki, hər bir bölüm tərifləməmək mümkün deyil.  

    "Hər uğurun altında bir 'sıfırdan başlamaq' hekayəsi yatır". 

    Sıfırdan başladığınız o hekayəni oxucuya o qədər maraqlı və gözəl bir şəkildə ötürürsünüz ki , bəzən başlamaq istəyibdə amma alınmaz deyə qorxduğum şeyləri bölümləri oxuduqca alına biləcəyinə inanıram və daha da inamla çalışıram. 

  12. Nigar

    @Nigar

    15 may 25, 22:32

    Salam. Bölüm çox qeşengdi. Hatta başda oxuyanda "book cafe"ler haqqında olan fikrim olsada gede bilsem idi.🤭Mende kitab seven ve oxuyanları ve onlarla söhbet etmeyi sevirem. Ve ele bir dostlada tanış olmuşam. Her bölüm ayrı ayrı qeşeng idi. Her defe oxuyanda maraqlı gelirdi ki, diğer bölüm de ne olacaq. Çox qeşeng. Ellerinize sağlıq🤍

  13. Ləman

    @Ləman

    15 may 25, 22:32

    Məncə avisant işləməsəz bele o kitabı çox oxuyacaqdılar yenə Belə isdedat bata bilməz ki axır əvvəl ortaya çıxacaqdı . Allah çəkilən əziyyəti,zəhməti yerdə qoymaz. 📚😍

  14. Xanım

    @Xanım

    15 may 25, 22:28

    27 bölüm de maraqlı idi. Burdan daxil olub  paralel həyatlar körpüsünu de oxudum həddindən artıq maraqlı idi. Yaşayaraq yazmısız. Her şeyi özümüz seçmişik her şeyi. Ama mən belə duşunmurdum . Elə bilirdim kimse bizi buna məcbur edib. Ama sən demə her şeyə özümüz qərar veririk. Belə gözəl kıtalar yazdiğiniz üçün təşəkkür edirəm. Allah sizi qorusun.💫💎

  15. Aygün Seyfullayeva

    @Aygün Seyfullayeva

    15 may 25, 22:26

    həmişəki kimi möhtəşəm əllərinizə sağlıq ✨

  16. Xanım

    @Xanım

    15 may 25, 22:25

    27 bölüm de maraqlı idi. Teşekkür edirəm. Burdan daxil olub paralel 

  17. Əminə

    @Əminə

    15 may 25, 22:19

    Salam. Gözəl bölüm idi təsirləndiyim hissə yazdığınız əsərdə həqiqi həyatla əlaqələndirməniz bəzən geçəkdəndə belədir müşahidə etdiklərimiz və nə nəticə çıxarmaq lazım olmalı

  18. Röyalə

    @Röyalə

    15 may 25, 22:01

    Bölümdə təsirləndiyim hissə öz kitabının  obrazlarına özünü bənzətmək və bunu nə olur olsun etiraf etməyiniz oldu. Pivə ilə kitabı heç bir arada təsəvvür edə bilmədim. Əməyinizə sağlıq 

  19. Fəxriyyə

    @Fəxriyyə

    15 may 25, 21:58

    Salam.

    Vicdan olub özümü, sorğu suala tuturdum 💜 Maraqlı bölüm idi.. Uğurlarınız bol olsun her zaman 🤲

  20. İlknur

    @İlknur

    15 may 25, 21:54

    Çox əla bir bölüm idi hər zamanki kimi super əla əməyinizə sağlıq bu bölümləri əziyyət çəkərək bəlkə günlər hətta həftələrcə yazmısınız mən bu bölümləri qısa sözlərə, 2 dəqiqəyə yazdığım sözlərə sığışdıra bilmərəm əməyinizə sağlıq Davamı gəldi. uğurlar 

  21. Ayan

    @Ayan

    15 may 25, 21:51

    Çox gözəl bir bölüm idi.Her dəfəsində maraqla oxuyuram yazdığınız bölümleri❤️Qeleminize sağlıq

  22. Ləman

    @Ləman

    15 may 25, 21:49

    Maraqla oxuduğum bir bölüm oldu. Sözlərlə ifadə edə bilmirəm, amma oxuyarkən yaşadıqlarınızı hiss etdirirsiniz . Ona görə çox  yada artığ bir şey yazmağ istəmirəm. Əlinizə, əməyinizə sağlıq. 🩵💫

  23. Ünsiyyə

    @Ünsiyyə

    15 may 25, 21:43

    Salamlar hər kəsə yenə çox gözəl bölüm idi Mən də kitab oxuyan dostları çox sevirəm bu qrupda da tapmışam Kitab oxuyanlarla əla vaxt keçirmək olar Tapmışam elə bir dost Əllərinizə sağlıq🤍

  24. Oxucu Şahbazlı

    @Oxucu Şahbazlı

    15 may 25, 21:34

    Gözəl, gözəl olduğu qədərdə dərin düşündürən bölümdür..  "Müəllifin mən olduğumu demirdim" sözü bir başka gözəl təsir etdi :) 

    Daha gözəl uğurlarınızla növbəti bölümləri səbirsizliklə gözləyirik.🙏🏻

  25. Xəyalpərəst

    @Xəyalpərəst

    15 may 25, 21:29

    Möhtəşəm bölüm idi əllərinizə sağlıq 🤍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol