Bölüm İyirmi Yeddi

Bölüm İyirmi Yeddi

Bölüm İyirmi Yeddi

Uzun zamandır içimdə bir xəyal var idi. Elə bir xəyal ki, hələ də beynimin bir küncündə – rəfdə gizlənib öz vaxtını gözləyir. O xəyalların içində ən doğmalarından biri – öz kitab kafe­mi açmaq arzusudur.

Fikri belə məni həyəcanlandırır: fərqli həyatları olan, müxtəlif düşüncələrlə yaşayan insanların eyni masa ətrafında sadəcə bir kitab sevgisinə görə bir araya gəlməsi. Çoxları düşünür ki, bookcafelərə kitab oxumaq üçün gedirlər. Amma əslində belə deyil. Ora gələn insanlar onsuz da kitab oxumağı sevənlərdir. Onların məqsədi oxumaqdan daha çox – özü kimi düşünən, oxuyan, anlayan insanların arasında olmaqdır. Ruh yoldaşlarını bu mühitdə tapa bilməkdir...

Mən isə yaxşı bilirdim – bir gün belə bir yerim olacaq. Sadəcə hər yuxu kimi bu da bir başlanğıc tələb edir. Hər uğurun altında bir “sıfırdan başlamaq” hekayəsi yatır.

----

Sıradan günlərin birində dostumun bir kafe-bar açdığını eşitdim. Elə həmin gün yollandım yanına. Məkana daxil olanda hiss etdim ki, burda nəsə fərqli bir hava var. Hər axşam gənc müğənnilər səhnəyə çıxır, səs, işıq və pivə qoxusu bir-birinə qarışırdı. Bu pivəxananın öz ritmi vardı. Mühit xoşuma gəldi.

Dostuma dedim: “İş axtarıram. Burda ofisiant kimi işləyə bilərəm?”
Gülümsəyib cavab verdi: “Yer olsa, sənlikdir.”
Axşam zəng gəldi: “Sabahdan gəl başla.”

İşə başlayanda içimdə qəribə bir hiss vardı. Hələ bir müddət əvvəl "Allahsızlar Şəhəri" kitabımla insanlara “içki içməyin, siqaret çəkməyin” deyən mən, indi həmin içkiləri, həmin siqaretləri öz əlimlə servis edirdim. Özümü Allahsızlar şəhəri kitabındakı Ağıl kimi hiss edirdim. Sanki Allahsızlar şəhəri kitabı ilə öz həyatımın xəritəsini çəkmişdim. Zamanla gah Ağıl olurdum, gah xəyanət. Gah Ölüm olub insanlara zərərli içkilər satırdım, gah da Vicdan olub özümü sorğu suala tuturdum.

Ən ironik olanı isə kitabımı barın düz qarşısında — hamının görə biləcəyi yerdə yerləşdirmişdim. Gələn müştərilər kitaba baxıb maraqla əl uzadanda, diqqətlə izləyir, bir az söhbətə çəkib sonra kitabı tərifləyirdim. Amma demirdim ki, müəllifi mənəm. Ən azından ilk başda demirdim...

Bir az maraq göstərən olanda özümü tanıdardım. Zaman keçdikcə pivəxananın daimi müştəriləri arasından kitabımla maraqlananlardan ibarət özümə kiçik bir komanda formalaşdırdım. Gələnləri bir-biri ilə tanış edir, qrup yaradırdım. İstirahət günlərində teatra, muzeylərə səfərlər təşkil edirdik. Həmin məkanda sadəcə bir ofisiant deyildim — oranın ruhu idim.

Digər işlərdən fərqli olaraq bu yer mənə liderlik qazandırmışdı. Futbol hakimi, yazıçı və indi də sosial mərkəzdə birləşdirici bir fiqur. O zamanlardan anlayırdım ki, bir gün bu yaşananlar bir kitaba çevriləcək.

Şərhlər (33)

  1. Röyane

    @Röyane

    15 may 25, 21:29

    Her yazınızda sizin, ferqli düşüncelerinizi oxuyub, heretlenir, teeccüblenir alqışlayırıq. 

  2. Yasəmən Qasımzadə

    @Yasəmən Qasımzadə

    15 may 25, 21:28

    Maraqlı idi👍❤️🤩

  3. Sunay Məmmədova

    @Sunay Məmmədova

    15 may 25, 21:28

    Maraqlı bölüm idi. Hər gün getdikcə daha da maraqlı alınır, bir sonrakı bölümü gözləmək üçün daha da həvəs yaranır😊.

  4. ZB

    @ZB

    15 may 25, 21:25

    Hər bölüm kimi bu bölümdə çox gözəl idi növbəti bölümləri səbirsizliklə gözləyirəm 

  5. Simurq

    @Simurq

    15 may 25, 21:24

    Bəzən qələm doğru mürəkkəb axıdarkən, hekayənin baş obrazı fərqli səhifədə rol ala bilir. Bu  yalnış kimi düşünülsədə yeni kəşf və uğurlara doğru irəliləyişin göstəricisindən başqası deyildir. Əsl nailiyyət isə bir kitabdan öncə həyatınızda baş verənlərin lideri olmaqdır. Təsadüf və inanclar isə cümlə tərkibindəki durğu işarələri kimi kiçik görünsə də bir kitabın yəni həyatımızın tamamlayıcısıdır. 

  6. Gül

    @Gül

    15 may 25, 21:22

    Çox möhtəşəm bir bölümdür👏🏻👏🏻👏🏻

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    15 may 25, 21:21

    Zamanla gah Ağıl olurdum, gah xəyanət. Gah Ölüm olub insanlara zərərli içkilər satırdım, gah da Vicdan olub özümü sorğu suala tuturdum.  

    Ən çox məni məndən alan hissəsi bu oldu.Burda həm kədərləndim həm də sevindim.🥺😊

  8. Uraqan

    @Uraqan

    15 may 25, 21:21

    Şərh yazın.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol