Bölüm Dörd

Bölüm Dörd

Bülbül gülə, Qarğa zibilliyə aparar...

- Mövlanə

Bölüm Dörd:

Kollecə daxil olduqdan sonra həyatımın daha çətin mərhələsi başladı. Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif ailə tərbiyəsi almış gənclər bir araya gəlmişdi. Hər bölgənin öz psixologiyası, öz davranış normaları, öz doğruları vardı.

Məsələn, şəhərdə hansısa qız qısa geyinib rahatlıqla küçədə gəzir, buna fikir verən də olmur. Amma rayon yerlərində bu, əxlaqsızlıqla eyniləşdirilə bilər. Eyni davranış bir yerdə normal, digər yerdə günah sayıla bilərdi. Bu ziddiyyətlərin arasında kollecdə daim bir "doğru insan modeli" müəyyən etməyə çalışan dostlar vardı. "Yaxşı oğlan necə olmalıdır?", "Yaxşı qız nələri etməz?", "Oğlan dediyin necə davranmalıdır?" - kimi suallar bitib-tükənməz mövzuya çevrilmişdi.

Mənə görə bu cür qavrayışlar azad düşüncənin qarşısını alırdı. Çünki bir oğlanın qürurla etdiyi bir şeyi, əgər qız edərdisə, bu "ayıb", "qadağa", "əxlaqsızlıq" kimi damğalanırdı. Belə bir mühitdə olmaq istəmirdim. Nə onların qürur hesab etdiyi davranışlar, nə də qadağaya çevirdikləri seçimlər mənə uyğun deyildi.

Belə anlarda özümü qorumağın tək yolunu kitablarda tapdım. Yazmaq və oxumaq mənim sığınacaq yerimə çevrildi. Çünki mənim sorğuladığım suallar daha fundamental idi: "Biz kimik?", "Bu dünyaya niyə gəlmişik?", "Hara gedirik?" - Mənə görə həyat başqasını qınamaq üçün yox, özünü tanımaq üçündür.

O vaxtlar yazdıqlarımı mülahizə dəftərlərimin ortasına qeyd edirdim - ortadakı qoşa vərəqləri qoparmaq daha asan olurdu. Günü bu gün də o yazılara baxanda görürəm ki, düşüncələrimdə dərinlik var idi, amma ifadə formam zəif idi. Zəifliyim düşüncələrimin yanlış olmasından deyil, onları kifayət qədər güclü ifadə edə bilməməyimdən irəli gəlirdi.

Yazmaq artıq mənim üçün ehtiyaca çevrilmişdi. Müşahidə etdiyim hər anı, hər davranışı analiz edib qeyd etmək istəyirdim. Və hər yazıdan sonra özümə bir az daha yaxınlaşırdım.

Amma bütün bu daxili zənginlik, xarici mühitin sərtliyi qarşısında bəzən susurdu. Qrup yoldaşlarının qınayıcı baxışları, altdan-altdan deyilən sözlər, "daha ciddi şeylərlə məşğul ol" deyə iynəli ifadələr... Bəzən bir yazını yazmaqdan çox, onu gizlətmək daha çətin olurdu.

Amma mən öz yolumu seçmişdim. Bülbül güllərə doğru uçar, qarğa isə zibilliyə. Mən hələ gülə çata bilməmişdim, amma qarğanın arxasınca getmək niyyətində də deyildim.

Şərhlər (16)

  1. Fatimə.

    @Fatimə.

    12 yanvar 26, 15:41

    "Düşüncələrimdə dərinlik var idi, amma ifadə formam zəif idi. Zəifliyim düşüncələrimin yanlış olmasından deyil, onları kifayət qədər güclü ifadə edə bilməməmyimdən irəli gəlirdi" məndə də eynilə elədir. 

    Kitabın 4bömün oxuyuram ve bir məsləy toxunmaq istəyirəm  siz o muhitdə o dostlarla olmaq isdəməsəzdə (istəməyinizdə normal birşeydir. öyrəşməliydiz onlarla dostlarınla qaynayıb qarişmalisiz, bir deyim vardı tam yadimda deyil eynisini qeyd edim, belə deyilirdi mən fikir fərqliliyim bildirirəm ki, mənimlə bir düşuncədə olanlar, bir fikirdə olanlar tək olmadiğin bilsinlər )

  2. Qonaq Sevda

    @Qonaq Sevda

    01 dekabr 25, 20:46

    Uğurlarınız daimi bol olsun✨.Sizin kimi gözəl yazıçılar görəndə öz xalqımla fəxr edirəm🤍❤️

  3. Feride

    @Feride

    28 iyun 25, 20:45

    Sisdemə uymayanlar zirvələrə uçar ,uyanlar uçurumdan uçar 😑

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 01:04

    Tamda günümüzdəki məsələlərdi. Qız oğlan ayrı seçkiliyi məncə olmamalıdı niyə oğlannar daha üstün olmalıdıkı?? Niyə hər zaman qadınlar aşaqılanmalıdı?

  5. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:24

    Düşüncələrinizin səssizliyə qarşı dirənişi yazıda sığınacaq tapıb. Gülə çatmaq çətin olsa da, istiqamətiniz doğrudur.

    “Bəzən insan ən doğru yolda olduğunu, tək qaldığında anlayır."

  6. Rzalı Sona

    @Rzalı Sona

    26 may 25, 23:56

    Bəs heç düşündünüz o gülə çatanda nə olacaq? 

    Yazmağa davam edəcəksiz ? 

  7. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:39

    Kimlərinsə nə deyəcəyinə fikir verməyən insan hər zaman qabaqa gedəcək sizin kimi

  8. Rəna

    @Rəna

    26 may 25, 13:47

    Çox gözəl ✨insan düşüncədən ibarətdir. Əsas olan bizim nə istədiyimizdir. Ətraf hər zaman var və mənfi düşüncələr... Öz axarınızla irəliləməyə davam👏🏻

  9. Mikayıl Müşfiq

    @Mikayıl Müşfiq

    26 may 25, 13:06

    Uğurlarınız daim bol olsun.Belə yazıçıların,belə düşüncəli insanların olması çox sevindiricidir💪👏

  10. Sabina

    @Sabina

    25 may 25, 23:28

    Daha da bol bol uğurlar 

  11. Zeynəb

    @Zeynəb

    25 may 25, 21:43

    Əllərinizə sağlıq ölkəmizin hal hazırdakı vəziyətini izzah etmisiz . Həqiqətəndə bu cürdür . Əslində insanları mühakimə etmək əvəzinə özümüzü düzəltsək baxış açımızı düzəltsək daha gözəl olar dünya. Uğurlarınız daimi olsun😊

  12. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    25 may 25, 21:20

    Salam.. Mənə göre həyat başqasını qınamaq üçün yox,özünü tanımaq üçündür..🫠Çox gözel cümlə idi💜

  13. Mələk

    @Mələk

    25 may 25, 21:03

    Günümüzün reallığını izah etmisiniz👏🏻👏🏻

  14. Röyane

    @Röyane

    25 may 25, 20:27

    Necə doğru vurğulayırsız. 

  15. Fexriyye

    @Fexriyye

    25 may 25, 20:17

    🙏Ugurlarinizi gormek xosdur daimi olsun

  16. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 18:18

    Niyyətiniz hara mənziliniz ora inşAllah👏👏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol