Bölüm Beş

Bölüm Beş

Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər.
Vaşinqton İrvinq

Bölüm Beş

Özümə uyğun insanları ətrafıma toplamaq üçün əvvəlcə onları tapmalı idim. Harada axtaracağımı bilmirdim, amma bir gün yazıçı olmaq arzumu gerçəyə çevirmək qərarına gəldim. Bu məqsədlə yazarlıq qabiliyyətimi inkişaf etdirmək üçün kurslar araşdırmağa başladım. Elə bu vaxt, sanki həyat mənə bir qapı araladı - həvəskar yazarlardan ibarət "Renesans" adlı bir klubla tanış oldum.

Klubun lideri Səfər adında gənc bir yazar idi. Onun enerjisi və yönəltmə qabiliyyəti məni dərhal cəlb etdi. Beləliklə, mən də bu yazısevərlərin görüşlərinə qoşuldum. Hər həftə sonu kitab kafelərindən birində bir araya gəlir, bir stəkan çay içə-içə öz yazılarımızı paylaşır, bir-birimizə fikir bildirirdik. Səfər bizə ev tapşırıqları verirdi - hekayələr, esse, ya da sadəcə fikir parçaları yazmalı olurduq. Həmin tapşırıqlar mənim daxilimdəki yaradıcı aləmin qapılarını açdı. Hər yazıda özümü daha yaxşı tanıyır, hər müzakirədə yeni bir şey öyrənirdim.

Qrupdakıların əksəriyyəti məndən yaşca böyük idi - 20-24 yaşlarında gənclərin arasında 16 yaşlı bir yeniyetmə kimi dayanmaq həm qürurverici, həm də bir az həyəcanlı idi. Amma özümü heç vaxt kənar hiss etmədim. Əksinə, onların içində yazıçı ola biləcəyimə inananlar çox idi. Səfər bir dəfə belə demişdi: "Sən bir gün böyük yazıçı olacaqsan."

Zaman keçdi, həyat öz axarını tapdı. Klubdakı bir çox insan fərqli yollarla davam etdi - bəziləri ailə qurdu, bəziləri iş həyatına baş vurdu, kimiləri isə yazarlıqdan uzaqlaşdı. Mən isə hələ çox gənc idim və qarşıda uzun bir yol vardı.

Bir gün Səfər universiteti bitirib əsgərliyə yollandı. Getməzdən əvvəl isə hamını təəccübləndirən bir qərar verdi - "Renesans" klubunun liderliyini mənə tapşırdı. Sözün düzü, rəhbərlik etmək istəmirdim. Mən sadəcə yazmaq və öyrənmək istəyirdim. Amma Səfər məndəki potensialı görmüşdü və mənə güvənirdi.

Düşünün, 16 yaşında bir gənc olaraq özündən 4-8 yaş böyük insanları bir araya gətirib, yönləndirməlisən. Bunu necə bacaracaqdım? Məncə, bacarmadım. Bütün səyimə baxmayaraq, o xüsusi enerji, insanları birləşdirən o sehr məndə yox idi. Görüşlər get-gedə seyrəldi və nəhayət, "Renesans" dağıldı. Bu, mənim üçün böyük bir məyusluq idi.

Bir il sonra Səfər əsgərlikdən qayıtdı. Onunla görüşəndə utanc içindəydim. Qrupun dağılmasından danışmaq istəmirdim. Amma o, heç bu barədə sual da vermədi. Əvəzində mən soruşdum:
- Əsgərlikdə yazmağa icazə verirdilərmi?

O gülə-gülə cavab verdi:
- Yazıçı olduğunu bilsələr, bəlkə icazə verərlər. Amma ağzına gələni yazsan, o kağızları sənə yedizdirərlər!

Sonra izah etdi ki, əsgərlikdə gündəlik yazmaq qadağandır. Yazılanlar yanlış əllərə keçərsə, hərbi hissə üçün təhlükə yarada bilərmiş.

Bu sözlər məni düşündürdü. Təhlükə? Bəlkə də mən təhlükələri sevən biriyəm. Dərhal bir fikir doğdu: yazdıqlarımı toplayıb kiçik bir kitab halına salmalıyam. Kollecdə yazdığım hekayə, şeir və esseləri bir araya gətirdim. Səhifəsi bir qəpikdən çap edən ucuz bir mətbəə tapdım və orada cəmi 15 nüsxəlik kitab çap etdirdim.

Kitabı əlimə alanda öz-özümə dedim: "Əgər bir gün yazdıqlarıma görə məni sorğulayan olsa, bu kitabı göstərəcəyəm və deyəcəyəm - mən yazıçıyam, bax, kitabım da var!"

Bu kitab kağız vərəqlərindən ibarət deyildi - o, mənim arzularımın, inadıma çevrilmiş məqsədimin ilk nişanəsi idi.


Şərhlər (15)

  1. Fatimə.

    @Fatimə.

    12 yanvar 26, 15:50

    Və  ilk kitabınizda "Uraqan"  deyə adıniz qeyd edilmişdi..

  2. Qonaq Sevda

    @Qonaq Sevda

    02 dekabr 25, 05:34

    Bi bölüm məncə inamı olan insanlara görə vurğulanıb inancınızı itirməyin.

  3. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 22:10

    Siz cəsarətlisiz)) kaş .. 

  4. NazQanbarzade

    @NazQanbarzade

    16 iyul 25, 11:02

    Məndə yazıram ama çap etmək böyük güc tələb edir

  5. Feride

    @Feride

    28 iyun 25, 20:50

    Hə bax bu  cəsur bir addım idi 🌪️

  6. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 01:06

    Bəli qarşımıza məqsəd qoymalı ona uyğun hərəkət etməliyik bu bölümdən  gözəl bir dərs çıxardım..oturub gözləməklə deyilki gərək  nəsə çabalıyasanki qarşılıql olada

  7. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:25

    Bu bölümdə bir arzunun inadla necə gerçəyə çevrildiyini oxuduq. Rəhbərlik etməyə meyilli olmadan belə, etimadı daşımaq böyük ürək istəyir. Və siz o yükü şərəflə daşımısınız.

    “Bəzən dağılan yollar, bizi içimizdəki məqsədə aparar.”

  8. Aytac

    @Aytac

    16 iyun 25, 21:32

    Keçdiyiniz yollar və seçimləriniz sayəsində bu gün biz oxucuların qəlbini fəth etmisiz❤️.

  9. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:37

    İnsan qarşısına məqsəd qoymalı hər zaman.Bir yerə çatmaq üçün💫✨

  10. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    29 may 25, 21:27

    Hə rahatlıqla deyə bilərəm ki bu bölüm çox maraglı idi. Yazarların, şairlərin həyat hekayəsinə baxanda çoxsu nəyəsə qarşı çıxıb, zid düşüb və öz fikirləri üçün mübarizə aparıb. Harda necə olduğu önəmli deyil. Səhrada, çöldə, hərbi hissədə. Siz əsildən yazırsınız. 

  11. Rzalı Sona

    @Rzalı Sona

    26 may 25, 23:59

    Əsl yazıçı olmaq üçün təkcə yazmaqıa deyil  həm də dağılmaqdan qorxmamaq, yenidən başlamaq cəsarəti olmağdı. sizin hekayələrinizdə bunu birdaha sübut edir

  12. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:46

    Sizin ogünki fikirinizə görə bütün bölümləri oxumuşam təkrar yenə oxuyuram amma şərhdə yazıramki hamısına çoxu eləbilər heç oxumuruq başqalrı üçündə bəlkə həvəs yarana yoeumları oxuyaraq təkrar oxuyarlar bölümləri🤲🤲

  13. Rəna

    @Rəna

    26 may 25, 13:53

    Əla motivasiyadır. Alqışlayıram sizi uğurlar👍🏻Maraqla oxuyuram 🤗

  14. Zeynəb

    @Zeynəb

    25 may 25, 23:46

    Yenə gözəl  bir bölüm daha . Bu bölümdəndə özümə dərs çıxardım ki qarşıma mənsəd qoyub getməliyəm ki bir iş bacarım ümidimizi üzüb gözləməklə heçnə olan deyil

  15. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 18:28

    Maraqla oxuyub 5 ci bölmə gəldim.💫💫💫✨✨🌹🌹🌹Çox qəşəy idi bu yerə kimi

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol