Bölüm Üç

Bölüm Üç

*İlham pərilərim gəlməyəndə özüm onların yanına gedirəm.*
- Ziqmund Freyd

Bölüm Üç:

Əgər Allah səndən hansısa bir şeyi alırsa, əvəzinə sənə başqa bir gözəllik bəxş etmək üçün bunu edir. Misal üçün sənin sağ əlin yoxdursa, sol əlin çox güclü olacaq. Ünsiyyət bacarığın yaxşı deyilsə, susub dinləmək bacarığın formalaşacaq. Və kütlə qarşısında danışmaq bacarığın yoxdursa, əlbət ki, yazmaq bacarığın çox güclü olacaq.
Kütlə qarşısında çıxış edə bilməmək məndə uzun illər davam etdi. Bu mənim dərslərimə də təsir etdiyi üçün 9-cu sinifə qədər güc bəla ilə gəlib çatdım. 9-cu sinifdən sonra məktəbdən çıxıb kollecə imtahan verdim və Bakı Neft Energetika Kollecinə qəbul oldum. Eyni ildə(2012) atamın getdiyi yol ilə gedib futbol hakimlik kursuna yazıldım. Lakin bizə başa salmışdılar ki, hakim dediyin şəxs ictimai şəxs ola bilməz, orda burda ağzına gələni yazıb istədiyi şəkili paylaşa bilməz. Mən ağzıma gələni yox, ağlıma gələnləri yazmalıydım. Lakin bunun üçün uzun illər lazım olduğunun fərqindəydim. Başa düşdüm ki, başlanğıcda uğursuz olsam qınanılacağam və bu mənim işimə də mənfi təsir edə bilər. Beləcə, gizli bir ad seçib bu təxəllüs ilə çıxış etməliyəm. Eyni zamanda diqqət edirdim ki, içi mən qarışıq xalqımız Azərbaycan müəlliflərini oxumaq istəmir. Elə bir ad seçməli idim ki, mənim azərbaycanlı olduğumu düşünməsinlər. Xarici yazardır deyib əllərinə alıb oxusunlar. Həmin ərəfələrdə Qaraqanın kitabları məndə böyük maraq oyadırdı. Yəqin ki, qəsdən olmasa da, ad seçimi zamanı Uraqanın onun adına bu qədər yaxın olması şüuraltı təsirin nəticəsində seçilmişdir.

Ad seçiminə görə gələcəkdə insanların məni Qaraqana bənzətməsi məni qorxutmurdu. Çünki Nəsiminin də müəlliminin adı Nəimi idi, lakin hər kəs Nəimini Nəsimiyə görə yadda saxladı.

Bülbül gülə, Qarğa zibilliyə aparar...
- Mövlanə


Şərhlər (15)

  1. Fatimə.

    @Fatimə.

    09 yanvar 26, 09:45

    Sonda açiğlamanız çoox gözəldir : "Bülbül gülə ,qarğa zibilliyə aparar " .. .digər bölümləri oxumağa marağ yaratır insan duşuncəsində ama bir şeye toxumaq isdəyirem ki, bu kitab məzmunu əsası daha tez əks olunsaydı daha gözəl olardı. Digər bölumlər oxumamişam yarğilamaq isdəmirəm ama burda bildiym qədəriylə yazarın hayatından , çətinliklərlə üzləşməsindan danişilacağ 

  2. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 21:45

    Qaraqanı məndə sevirəmmm

  3. Emil

    @Emil

    16 iyul 25, 12:04

    Oxucular azərbaycanlı müəllifi oxumurlar...ağır cümlədir...

  4. NazQanbarzade

    @NazQanbarzade

    16 iyul 25, 10:58

    Qaraqanın kitablarını oxumuşam və mənə çox mənasız gəlir ama adını bəyənirəm sizin isə yazı tərziniz və adınız yaxşıdır

  5. Feride

    @Feride

    28 iyun 25, 20:41

    İnsanların qabağında mən də danışa bilmirəm yaxşı ama bu mənim iç dünyamı genişlətdi ☺️

  6. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    24 iyun 25, 22:37

    Qaraqanın kitablarından oxumuşam bəli adlarınız da oxşuyur ama dediyiniz kimi Nəsimiylə Nəimidədə elə olmuşdu yəniki əsas ad deyildə əsas gpstərdiyin işdi

  7. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:22

    Oxuduqlarım məni öz düşüncələrimə qaytardı. Bəzən mən də hiss edirəm ki, danışa bilmədiklərimi yalnız yazı xilas edir. Təxəllüs seçimindəki səbəbləriniz və səssizliyin arxasında yığılan güc, mənə tanış gəlir. Hər kəs səsini ucalda bilmir, amma bəziləri susaraq daha çox danışır.

    “Bəzən görünməmək, ən güclü görünüşə çevrilir.”

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:35

    Mövzunu yenidən oxudum.Qaraqan kimdi onu bilmirəm.Marağımı çəkdi.

  9. Sevda🤍

    @Sevda🤍

    03 iyun 25, 00:45

    Uraqan ləqəbi sizə hər zaman uğur gətirsin🤍

  10. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    29 may 25, 21:23

    Məndə elə düşünürdüm ki uraqan adı haradan gəlib. Soruşmağa da doğrusu çəkinirdim. Çox gözəl. Uğurlarınız daimi olsun. 

  11. Rzalı Sona

    @Rzalı Sona

    26 may 25, 23:53

    "Ağlıma gələnləri yazmalıydım" bu cümləni çox sevdim

    Uraqan kimi illərdir içinizə yığılan sözləri bir anda havaya qalxması nəticəsində ərsəyə gələn o təsirli cümlələr.. 

  12. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:35

    Uğurunuz bol olsun həmişə

  13. Rəna

    @Rəna

    26 may 25, 13:42

    Maraqlı addır. Uğurlar ✨✨

  14. Susqun alov

    @Susqun alov

    21 may 25, 22:24

    Qaraqan... demək olar 1-2 kitabı istisna olmaqla bütün kitablarını oxumuşam. Ona bu qədər heyranamsa düşünürəm sizə qarşıda elə olacaq. Uğurlarınız bol olsun!

  15. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 18:15

    Məndə deyirəm bu Uraqan hardan qaynaqlanıb😊🥲Aaa nə yaxşı oxudum.Soruşmağa da çəkinirdim ki bu ad hardan gəlir deyə🥹

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol