Bölüm otuz üç - Bəlkə də.

Bölüm otuz üç - Bəlkə də.

Bölüm 33 - Bəlkə də

Bəzi bölümləri yazmaq çox çətindir. Birinci bölümü yazmağa başlamaq da, son bölümü bitirmək də asan olmur. Sanki sözlər bir-birinə düyünlənir, əllərim tutulur, yazmaq üçün bir növ maneə yaranır. Sən istəmirsən ki, bitsin. Amma həyat belədir: Hekayələr bitməlidir ki, yeniləri başlaya bilsin.

Mənim hekayəm də bir növ bitmiş sayılır. Bu günə qədər yaşadıqlarımı, uğurlarımı və uğursuzluqlarımı sizinlə bölüşdüm. Bunu etdim ki, biləsiniz, bir yazıçı hansı yollardan keçə bilər, hansı çətinliklərlə qarşılaşır, necə sınaqlardan keçir.

Bu gün mənimlə əlaqədə olanlar məni uğurlu bir yazıçı kimi tanıyır. 50 mindən çox oxucu kütləm var, öz şəxsi saytıma sahibəm, yazılarımın bölümlərini səbirsizliklə gözləyən insanlar var. Amma bu yolda bu nəticələri əldə etmək heç də asan olmadı.

Son bölümə başlamazdan öncə istədim ki, sonda deyəcəyim sözləri əvvəldə deyəm. Çünki bu dəqiqə sözlərim mahiyyət daşıyırsa, illər sonra uğurlu ola bildiyim üçün sizlərə qiymətli görünür. Amma bunu əldə etmək o qədər də sadə olmayıb.

----------

Mir.az saytında mənə verilən reklam imkanları, əvvəlcə məni çox sevindirmişdi. O vaxtlar düşünürdüm ki, bir gün vaxt tapıb saytın qurucusu ilə görüşəcəm. Və sonunda bu görüş gerçəkləşdi. Sözügedən görüşdə çox maraqlı bir şey baş verdi. Görüşdük və söhbət əsnasında başa düşdük ki, fikirlərimiz bir-birinə çox yaxındır. Məsələn, mən mistika yazıram, o isə fantastika sevən bir insandır. Mənim yaradıcı təxəyyülüm var, o isə mühəndisdir, ideyaların arxasında durur. Və hər ikimiz bu cəmiyyətdə faydalı olmağa çalışırdıq.

O görüşdən sonra Cəlal mənə yazdı. Dedi, “Səni admin edirəm, bundan sonra reklamlarını pulsuz paylaşarsan.” Bu, mənim üçün çox böyük bir jest idi. Həqiqətən təşəkkür etdim və qəbul etdim. Amma mən özümü reklam etmədim. Həmişə özümə ayırdığım pulun bu dəfə mir.az-ın inkişafı üçün olmasına qərar verdim. Beləliklə, digər qruplarda reklamlar verməyə başladım, ancaq bu dəfə öz cibimdən. Özümü reklam edəndə çox az adam maraq göstərirdi, amma ümumi bir saytı reklam edəndə, hər kəsdən daha çox reaksiyalar alırdım. Bu məni daha da ruhlandırdı.

Bir müddət sonra Cəlal da reklamlara pul ayırmağa başladı. Və mir.az-ın WhatsApp kanallarını idarə etməyə başladım. Başlanğıcda bir kanalın 1000 izləyicisi vardı, amma bir neçə ay sonra həmin kanal 4000 nəfərə çatdı. Əsas gücümüzü kanalın artımına yönəltdik, çünki bilirdik ki, WhatsApp-ın kəşf bölməsi yaxın zamanda açılacaq. Açıldığı zaman isə ən çox izləyicisi olan kanallar insanlara görünəcək.

Vizyonu görə bilmək çox vacibdir. Uzaqgörənlik sənə 5 addım sonrasını göstərə bilər, sən də ona uyğun hərəkət edərsən. Və nəhayət, WhatsApp kanalları açıldığında izləyici sayı sürətlə artmağa başladı. Bir kanalda 27 min, birində 16 min, başqa birində isə 14-15 min izləyici qazandıq. Adımız ön sıralarda olduğu üçün kitab oxucuları özləri gəlirdi.

Günümüzdə, kanalda reklamlar verərək uğurlu bir yol davam etdiririk. Amma başlanğıcı düşünəndə, mən 1000 nəfərlik qrupa min manata yaxıb məbləğ xərclədim. Amma bu xərclər gələcəkdə mənə daha çox qayıdıb. Başlanğıcda etdiyin yatırımlar, uğur qazananda geri dönür.

İnsan bəzən düşünür, bəlkə də hər şey tam fərqli ola bilərdi. Bəlkə də yazıçı olmayıb, atamın yolunda futbol hakimi olaraq davam etsəydim, həyatım başqa cür olardı. Hələ də futbol hakimi kimi fəaliyyət göstərirəm, amma arzuladığım uğurları əldə edə bilməmişəm. Bəlkə də yazıçılığı dayandırıb əsas peşəmə geri dönməyin vaxtıdır. Bəlkə də bu hekayə 27 yaşlı bir gəncin öz aləmində qurduğu balaca dünyanın divarlarından kənara çıxmır. Bəlkə də elə hər şey elə bura qədər imiş. Bəlkə də kitab elə burdaca dayansa daha yaxşıdır. Bəlkə də sonda gözlədiyiniz həyat dərsini anlamaq üçün kitabın əvvəlinə qayıdıb hər şeyi bir də diqqətlə oxumağın tam vaxtıdır.


Öncəki bölüm Bütün bölümlər


Şərhlər (41)

  1. Feride

    @Feride

    29 iyun 25, 17:05

    Hər son yeni bir başlanğıcdır , əvəllərdə çox şeyə başladız , çox şeyi sona çatdırdız , uğurda qazandız tək Azərbaycanda tanınası deyilsiz ki , hələ dünya sizi tanımır ☺️

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:53

    Bəzən nəyisə sonlandırmalısan ki yeniləri başlasın. Ama sonlandımaq ço  çətindi sanki sevdiyin birindən əlvidalaşmalısan ama əlvidalaşa bilmirsən  tamda elə bir şey kimi yazıçı olmaq çətindi ama qürurludu biz sizi sevirik və sizlə qürur duyuruq

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 23:10

    İki dəfə oxumağıma baxmayaraq heç yorulmadım.🥰✨

  4. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 12:13

    Bu yazını təkrar oxuyanda ilk dəfəki kimi içimdə qarışıq hisslər oldu. Hər yaradıcı kimi mən də bəzən elə anlar yaşayıram ki, sözlər tutulur, hər şey ağırlaşır. Uraqan bəyin dediyi kimi, bəzən bitirmək çətin olur, amma bilirik ki, hər bitən yeni başlanğıcın yoludur.Onun dürüst və səmimi paylaşımı mənim üçün çox doğmadır. Yazmaq intizamdır, məsuliyyətdir.Mən də bunu hər gün hiss edirəm. Bu yazı mənə öz yolumu xatırlatdı və bir daha dedi ki, davam etmək lazımdır, çünki bizim üçün yazan, oxuyan insanlar var.

    Bəzən “bəlkə də” deyib dayanmaq istəyirik, amma əslində gücümüzü o “bəlkə də”nin içindən tapmaq lazımdır. Bu bölüm məndə böyük dəyişikliklər yaratdı.

  5. Aişə Abdullayeva

    @Aişə Abdullayeva

    13 iyun 25, 22:54

    Bu kitabi oxumaga basliyandan beri en cox tesir eden son hisse oldu. Sanki dejavu yasamis kimi oldum. Cunki bir vaxtlar mende cox dusunmusdum atamin yoluyla mi gedim oz sectiyim yol ile mi.. sonuc olaraq hec birimizin istediyi olmadi duzu ama yenede sonuc olaraq indi oldugum yerden memnunam. Kitablarda en menali olan ise nagil kimi oxumaq deyil, dusundurmesidir. Sabki bir nov cumlelerin qelbe toxunmasi kimi. İlk oxuyursan, dusunursen, sonra anliyib tetbiq edirsen. Ugurlariniz daim ve bol olsun sevilirsiniz✨

  6. İlahə

    @İlahə

    04 iyun 25, 19:14

    27 yaşıma qədər

    2 günə bütün bölümlərin bitirdim. Ancaq işdən sonra yolda vaxt edib oxuya bilirəm və indi də elə oxuyub bitirdim. Düşünürəm ki, bir çoxlarımız fərqli stiuasiyalarda eyni duyğuları, düşüncələri payalaşa və ya yaşaya bilirmişik. Bunu, Sizi oxuyakən də yenidən düşündüm. Hər birimiz fərqli həyatlara sahib olsaq da, əksərən məqsəd və hədəflərimiz, istəklərimiz eyni olur...

    Və deyə bilərəm ki, siz məqsədinizə çatmısınız. Kitab oxumağı sevən biri olaraq, uzun zaman idi bu vərdişdən uzaq qalmışdım. Zamanımı düzgün bölə bilmirdim. Demək ki, istəyəndə olurmuş. Hər bölümü oxuduqca özüm üçün dərslər çıxarır, həyəcanlanır, bəzənsə utanırdım. 

    Təbiniz rəvan, qələminiz iti olsun...🌸

  7. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    02 iyun 25, 16:48

    Kitab motivasiya janrında olsa da, digər motivasiya kitablarından fərqlənir. Çünki burada bir həyat, bir yaşanmışlıq var. Kitabı 2 saat ərzində bitirdim. Süjet xətti o qədər maraqlıdır ki, bir də baxdım, kitab artıq bitib.

    Bu kitab sizin üçün motivasiya mənbəyi olacaq. Çünki sıfırdan başlayıb bu yerə qədər yalnız öz zəhməti və mübarizəsi ilə gəlmiş, özü də xarici deyil, azərbaycanlı bir şəxsin qələmə aldığı əsərdir. Əgər kimsə bəxtindən şikayətçidirsə, bu kitabı oxuyaraq hər şeyin heç də asan olmadığını anlayacaq.

  8. Röyalə

    @Röyalə

    31 may 25, 21:46

    Vidaları hec sevmirem. Buna vida da deməzdim. Bu sadəcə 27ə yaşa qədər olan hissə idi. Ümid edirəm ki daha irəli yaşlarda bu kitabın davamı mütləq gələcək. Kitabın əvvəlindən sonuna qədər gostərdiyiniz əzm, iradə məni heyran etdi. Yorulmadan, ruhdan düşməyərək göstərdiyiniz cəhdlər öz nəticəsini bugün göstərir. Uğurlarınızın davamını diləyirəm. 

  9. Nigar

    @Nigar

    30 may 25, 21:50

    Belke de kitab bitmese yaxşı idi. Çox sevmiştim. Belke de yazıçı olaraq faaliyet gösterseniz daha yaxşı olar. Çünkü çox qeşeng kitab yazırsınız.🤍

  10. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    30 may 25, 21:29

    Salam..Gözəl bölüm idi.Çox təsirləndim..

    Məncə davam edin..

    Çün ki, fikirlerinizi çox bəyenirem..Sizden çox şey öyrənmişəm.. Uğurlarnız bol olsun hər zaman.. Dəyərli Uraqan bəy yaxşı ki,sizi tanımışam💜

  11. Röya

    @Röya

    30 may 25, 11:00

    Təsir edici bölüm idi🥹ama məncə bu hekayə burda bitməməlidir siz yazmağa davam edin, biz isə sevə-sevə oxumağa🫠Sizin yazmağa səbəbiniz var məncə çünki sizdən sonrakı gənc yazarlar sizdən ilham alırlar. Siz türklər demişkən "pes etmeyin" onlarda ruhlansın😊.Yeni yazılarınızı səbirsizliklə gözləyəcəyik😊Yolunuz açıq,uğurlarınız bol olsun inşəallah🙏❤️

  12. Rəna

    @Rəna

    30 may 25, 02:17

    Bəlkə də davam etməlidir... Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Hər son yeni bir başlanğıcıdır deyirlər. Yeni başlanğıclarınızı səbirsizliklə gözləyirik🤗 Uğurlar! 🍀✨

  13. Ramil

    @Ramil

    30 may 25, 02:02

    📌"Bəzi insanlar isdediyi həyatı deyil ,məcbur olduğu həyatı yaşayır"Bu cümləni iş həyatı ilə demek olarsa"bəziləri sevdiyi işi deyil məcbur olduğu işi yerinə yetirir "və sizdə sevdiyi işi yerinə yetirənlərdənsiniz.Bəlkədə sizin  50min+ oxucularınız ,sizin İlham verici sözlərinizlə yaşayan  gələcəyin birər yazıçilarıdır...✨

  14. Səbinə

    @Səbinə

    30 may 25, 01:49

    Həmişə kimi son bölümdə gözəl ❤️

  15. İlknur

    @İlknur

    30 may 25, 00:59

    Çox pis oldum bir yazıçının həyat hekayəsini oxuyub tez. Bir zamanda sonuna son bölümünə çatmaq həqiqətən kövrəldicidi. Bunu oxumamış sən mən elə bilirdim ki yazıçı çox asan bir iş,sənət, peşədir yəni özündən bir mənalı kitab, şeir, mənalı sözlər falan yazırsan Amma bu bölümləri oxuyandan sonra bildim ki yazıçı ən çətin sənətdir o bir inci kimi işlənib öyrənilməlidir. Bəzi yazı üslubları , təkrara yol verməmək üçün bir neçə sözlər və,s ama Çox çətin bir sənətdə siz böyük nailiyyətlər qazandınız əziyyətiniz hesabına heç bir çətinlik. Sizi yıxmadı və hər zaman ayaqda durub yazmağa davam etdirdiniz . Hərbidə olarkən belə yazdığımız kitabları yandırdıqlarında əl çəkməyib təkrara yazdığınızda bildik ki siz çox əzimkar, cəsarətli və məqsədyönlü birisiniz Amma bunu sonlandırmağınızın səbəbi whatsapp qrupunda bölümlərin az oxunmağı,şərhlərin, reaksiyaların  az olmağı sizi motivasiya dan düşürür amma əmin olun ordakı hər bir insan oxuyur sizin əziyyətiniz yerdə qalmayacaq . uğurlarınız daim olsun yazmaqdan əl çəkməyin sizin sənətinız yazmaqdır Hakimlik də digər bir məşğuliyyət kimi qalsın 

    Deyirlər ee insan özünü kəşf etməlidir siz yazıçı olaraq özünüzü kəşf ettiniz və heç bir zaman fikirinizdən dönməyin 

    Bölümü içdən yazdığımız üçün təşəkkürlər amma bu son deyil yeni başlanğıcdır 😊

  16. Rzalı Sona

    @Rzalı Sona

    30 may 25, 00:05

    Qəlbinizlə yazdığınız üçün təşəkkür edirəm ilk öncə. Bitirdiyiniz üçün yox, başladığınız üçün. Hər son yeni başlanğıcdır. Ama hər zaman beyin yarımçıq qalmış xəyallarını düşünür. Yazıçılığa davam etsəniz futbol hakimi olmağınızı düşünüb üzüləcəksiniz. Futbol hakimi olsanızda yazıçılığı... Həyat qəribədir. Hərşeyin ən gözəli sizin olsun.  

    Əgər birgün geri qayıdıb yazmaq istəsəniz, biz burada sizi oxumağa hərzaman hazırıq..✨ Öyrətdiyiniz həyat dərsləri çox dəyərli idi..

  17. Xanım

    @Xanım

    29 may 25, 23:44

    Bilirsiz yazıçı yazır her zaman dayanmır onun öz işi olmur. Vəzifəsi ancaq yazmaq olur. Ama həyat bir tek kitab yazmaqdan ibarət deyil. Bəzən özünüzə iş həyatınızda da vaxt ayırmalısiz. Ama kitabın 33 bölümde bitdiyi üçün meyus oldum biraz. Ama sizi de anlayıram. Teşekkür edirəm.

  18. Asuela

    @Asuela

    29 may 25, 23:41

    men neye heves etsem bir şey baş verir ve davamı olmur, heç teeccüblenmedim👿 

  19. ZB

    @ZB

    29 may 25, 23:21

    Salam. Bitdiyinə çox üzüldüm. Biz çox istərdik davam edəsiniz. Amma hər son yeni bir başlanğıcdır. Yeni işlərinizdə görüşmək ümidi ilə.

  20. Şəfiqə

    @Şəfiqə

    29 may 25, 23:07

    Çox səmimi və duyğusal bir bölüm olub.Həqiqətən sizin yazılarınız mənə çox dərindən təsir edirdi.Hər bir seçiminizdə uğurlar arzu edirəm!✨

  21. Nərmin

    @Nərmin

    29 may 25, 22:58

    Kiminsə,özəlliklə sevdiyin insanlar uzun zəhmətindən,əziyyətindən sonraki uğur hekayəsini oxumaq insana böyük həvəs verir.Yazınızda sanki vidalaşırmış kimi danışmısınız,ümidvaram ki bu vida uzaq gələcəkdə olacaq.Sizin kimi dəyərli yazıçıları aramızda görmək,sizləri oxumaq biz gələcək nəsil üçün vacibli məqamlardandır.Həyatınızda uğurlar.

  22. Sunay Məmmədova

    @Sunay Məmmədova

    29 may 25, 22:42

    Bəlkə də...bu iki sözün arxasında saysız-hesabsız duyğular gizlənir, keçmişdə qalan acılar, içə atılan sözlər, sevinclər, arzular və daha nələr-nələr)))

    Artıq davamını gözləyə bilməsəkdə, yenilərini gözləyəcəyik. Uğurlar olsun, yeni işlərdə görüşmək ümidi ilə ✨💙.

  23. Bəturə

    @Bəturə

    29 may 25, 22:33
    Kövrəltdiniz məni, Uraqan müəllim..əsla düşünməzdim ki, kitab elə buradaca bitərmiş. Son bölüm olduğu üçün sətirləri o qədər diqqətlə, səylə oxudum ki digər bölümlərə nisbətən. Boş komplimentləri sevmədiyinizi çox gözəl bilirəm, lakin izin verin gerçəkləri söyləyək, mənə, bizə nə qədər stimul verdiyinizin fərqindəsinizmi?) Neçə illərdir mütaliə edirəm, lakin özümü tapdığım, özümü ayna kimi əks etdirən bir kitaba hələ rastlamamışdım, bu kitabda mən özümü tapdım, bu sətirlərdə. Mən, nəhayət ki, hardasa bir yerdə mənimlə, demək olar ki, ortaq acıları yaşamış bir həmdərd tapdım. Sanki, mənə dünyaları verdilər. Siz mənə, bizə ağrı və acılara yalnız təhəmmül və təvəkkül edərək, yeri gəldikdə mübarizə apararaq, yeri gəldikdə isə sadəcə Ona sığınaraq qalib gəlməyi öyrətdiniz. Siz xalqı üçün yaşayan, xalqı üçün yazan, xalqı üçün nəfəs alan həqiqi bir yazıçı, əsl bir qələm sahibisiniz! Hər şey üçün minnətdaram, sizi belə dərindən tanımaq imkanına layiq olduğum üçün minnətdaram, minnətdarıq. Çəkdiyiniz bütün ağrı-acılar sizi formalaşdırdı, Uraqan müəllim. Bu gün bunu kağıza tökə bilirsinizsə, siz möhtəşəmsiniz, çünki çox nadir insanlar hisslərini sözlə düzgün şəkildə kütləyə çatdırmağı bacarır. Təkbaşına yaşadığınız, öhdəsindən bir şəkildə, ən yaxşı şəkildə gəldiyiniz bütün bu çətinliklərə rəğmən hələ də xalqınız, millətiniz üçün yaşayıb-yaradırsınız. Daim yaradın Uraqan müəllim. Bizimçün, özünüzçün, millətimizçün. Siz, bəli, məhz yazıçı olaraq doğulmusunuz, futbol hakimliyi peşəsini seçmək yalnızca məcburiyyətdən edilmiş bir seçim idi, əsas budur ki, içinizdəki mistik gücü vaxtında kəşf etmişsiniz, əslinə baxsaq, bunda bir xeyir var və bunu ən yaxşı siz özünüz bilirsiniz, bəzən yeri gəldikdə sizə ara verməyi, daha yaxşı mühakimə yürütməyi və yazıçılığa geri dönməyiniz üçün israr edən insanların sizə nə qədər dəyər verdiklərini öyrətdi sizə. Sevilirsiniz, Uraqan müəllim, mən sizə qibtə edirəm...
  24. Fatimə Bayramova

    @Fatimə Bayramova

    29 may 25, 22:29

    Əsərin bitməsi məni də digər dəyərli oxucular kimi üzür ,amma nədən vədalaşırmışcasına yazırsınız? Yaşadığınız müddətcə həyat hekayəmiz hələ də bitməyib. Bir əsərin bitməsi həyatın niyə bir hissəsinin tamamlanması anlamına gəlməlidir ki? Nəysə bu sualları bir kənara qoyaq, sizə inandığınız və dəyər gördüyünüz yolda ilərləməyi,yeni əsərlərinizdə də oxucularınızla birlikdə olmağı arzulayıram. Bu qısa müddətdə sizdən çox öyrəndim,öyrəndik. Sonsuz təşəkkürlər! Uğurlar! 🙏🏻💎🧿

  25. Səma

    @Səma

    29 may 25, 22:22

    Və bir bölümün də belə sonuna gəldik. Bilsəm belə bir daha anladım ki, uğur heç vaxt asanlıqla əldə olunmur. Hər zaman səbr və güclü əzm tələb edir. Düzdü bütün bölümləri oxuya bilməmişəm. Amma vaxt elədikcə geri dönüb oxuyuram. Və hər bölüm mənə bir ayrı dərs, bir ayrı ilham verir. Daha çox çalışmağa və daha çox səbr etməyə...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol