Bölüm otuz iki

Bölüm otuz iki

Bölüm 32 —

Əks halda motivasiyan olmur yazmağa. Başlayırsan kefinə düşəndə yazmağa, ya da özünü çox pis hiss edəndə yazmağa. Amma yazmaq bu deyil. Yazı intizamdır. Yazı məsuliyyətdir. Yazı gündəlik bir məşqdir. Oxucu əhval-ruhiyyəyə görə yazılmış mətnləri bir-birindən ayırd edə bilir. Onlar hiss edirlər.

Əgər sənin davamlı bir oxucu kütlən varsa, dinləyicin varsa, içində bir məcburiyyət yaranır. Başa düşürsən ki, səni gözləyən insanlar var, yazmalısan. Bəzən heç yazmaq istəmirsən, mövzu tapılmır, fikirlər səpələnir, amma sonra birdən kimsə yazır, “Sizi oxumaq əsas vərdişimə çevrilib.” Bax o zaman yenidən masaya qayıdırsan. Özünü zorlayırsan ki, düşünəsən, yaza biləsən. Və bu — yazıçını inkişaf etdirən əsas səbəblərdən biridir. Artıq təbiətin gəlməsini gözləmirsən. Artıq gecənin sonunda, səhərin başlanğıcında, bir avtobus gözləyərkən belə düşünürsən ki, növbəti bölümdə nə olacaq? Sənin yazılarını gözləyən insanlar var. Sadiq oxucu kütləsi var.

Belə oxucuları tapmaq isə asan deyil. Onlar bir gündə gəlib çıxmır. Reklam verirsən, paylaşım edirsən, min adam görür, bəlkə bir nəfər gəlir, amma o bir nəfər sənin illərlə axtardığın oxucu olur. Verdiyin reklamların isə kitabla, ədəbiyyatla, düşüncə ilə bağlı sahələrdə olması vacibdir. Məhz belə axtarışlar məni gətirib mir.az adlı bir elektron kitab saytına çıxartdı.

Hamıya yazırdım. Bütün e-kitab saytlarına baxır, əlaqə saxlamağa çalışırdım. Amma mənim üçün ən çox əlçatan olanı məhz mir.az saytı oldu. Saytın qurucusu və rəhbəri olan Cəlal adlı bir oğlanla tanış oldum. Verdiyim reklamlardan effekt ala bilirdim. Bundan əlavə, vaxtında paylaşması, peşəkar yanaşması mənim də işimi rahatlaşdırırdı. Hətta lazım gələndə məqalələrimi öz saytında paylaşmağa icazə verirdi. Mən də oxucularımı yönləndirirdim ki, sayta daxil olsunlar, yazılara baxsınlar, fikir bildirsinlər.

Beləcə, aylıq 30-40 manatla mir.az-a reklamlar verməyə başladım. Elə böyük büdcə deyildi, amma məqsədli şəkildə istifadə olunurdu. Bu reklamların hər biri sanki xüsusi bir nəfəri gətirirdi. Bəzən bir ayda on nəfər, bəzən bir gündə bir nəfər. Amma əsas məsələ davamlılıq idi.

Hərdən gənc yazarlar mənə yazırlar: “Bir şey yazmışam, paylaşarsanmı?” Təbii ki, paylaşmıram. Çünki paylaşmaq məsuliyyətdir. Bu, təkcə dost münasibəti deyil. Sənin auditoriyana nəyi təqdim etdiyinlə bağlı məsələdir. Və çox vaxt paylaşmadığım üçün inciyənlər olur. Belə olduğu zaman bir çoxu inciyib çıxır. Amma başa düşməli olduqları bir məsələ var, uğur bu qədər asan qazanılmır. Özünə inanmalı və inandığın şeyə zaman və maddi resurs ayırmalısan. Əgər lazımlı bir şeydirsə, qoyduğun pullar artıqlaması ilə sənə geri dönəcək.

Mən də öz işimi şansa buraxmaq istəmirdim. Həm reklamı öyrənirdim, həm də piyarın, təqdimatın əsaslarını. Çünki bilirdim: yaxşı yazmaq — yalnız bir hissəsidir. Əgər nəşriyyat üçün yazmırsansa, bir komanda yoxdursa, demək sən həm yazıçı, həm redaktor, həm dizayner, həm də menecersən. Azad birisənsə, sən sanki bir gəminin kapitanısan. O gəmini təkbaşına idarə edirsən.

Zamanla o gəmiyə çox lazımlı insanları alırsan. Onlar güclü edir sənin gəmini. Onlar sənin əllərin, ayaqların, lazım gələndə qanadların olur. Onlar səni gücləndirir. Onlar — sənin oxucularındır. Bəzən sən yorulanda onlar səni oyadır, yazmırsansa yaz deyirlər, unutmurlar səni. Sənə güc verirlər. Və sən bilirsən ki, onların da gücü sənsən. İlham mənbələri sənsən. Onlar üçün yazırsan, onlar üçün mübarizə aparırsan.

Şərhlər (37)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:48

    Bəzən 1 nəfər belə olsa ona görə yazırsan çünki aəni səbirsizliklə gözlüyən var bizsə hamımız sizi gözlüyürük siz yazın bizdə oxuyaq siz var olunki bizdə olaq

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 23:00

    Siz var olun ki biz oxucular da var olaq.Siz yaxın ki bizdə oxuyaq.Siz yazın ki bizdə oxuyub valeh olaq.Siz yazın ki bizdə siz olmasaq da sizi yaşadaq🥰

  3. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 12:08

    Yazmaq  yalnız cümlələr qurmaq deyil, həyatınıza sadiq qalmaqdır. Hər yazıda sizin zəhmətiniz, düşüncəniz, yaşantınız olur. Əgər sizi oxuyan bir nəfər belə varsa, artıq tək deyilsiniz. Və o bir nəfər üçün belə yazmağa dəyər. Çünki bəzən bir oxucu bir dünya qədər dəyər daşıyır.

  4. Lale Məmmədli

    @Lale Məmmədli

    27 may 25, 22:57

    Salam axşamınız xeyir çox gözəl bölüm idi mən çox bəyəndim 

    Davamı gelsin 🙃🫠

  5. Fatimə

    @Fatimə

    27 may 25, 10:36

    Yazını böyük maraqla oxudum. Səmimi və içdən bir dillə yazılıb. Yazıçının motivasiya və məsuliyyət arasında necə balans qurmağa çalışdığı çox aydın ifadə olunub. Xüsusilə “yazı intizamdır” fikri məni dərin düşündürdü. Bu, bir çox gənc yazara yol göstərə biləcək bir yanaşmadır.Oxucu ilə münasibət, reklam və paylaşım məsələlərinə toxunmağın isə real yazıçı təcrübəsini çox yaxşı əks etdirir.Bu yazıya görə təşəkkür edirəm. Davamını səbirsizliklə gözləyirəm!

  6. Xanım

    @Xanım

    27 may 25, 10:11

    Nə gözəl əyər bir şeyi tam urekden istəmisənsə sonra vazgeçsende o gelir seni tapır. Bolum əladir. Yaziçini yaziçi edən də məhz onun oxucularidir. Bəli çox gözəl vurğuladiniz. Teşekkür edirəm uğurlarınız bol olsun inşallah.

  7. SİMURQ

    @SİMURQ

    27 may 25, 10:11

    Röya, xanım əslində  bu mövzu barədə açıqlama verildi. Uraqan bəy gənc yazarlara qarşı dəstəyini, biliklərini əsirgəmir. Özüm dəfələrlə şahid olmuşam.Sadəcə sırf paylaşılmaq, adı görünsün deyə yazan insanlara ciddi yanaşmır. Çünki belə insanların məqsədi yazarlıq və ya özünü inkişaf etdirmək deyil. 

  8. Röya

    @Röya

    27 may 25, 09:00

    Yenə çox gözəl alınıb. Ama məncə gənc yazarların yazısını paylaşmaqda pis olmazdı. Ən azından gənc yazarlara da ilham vermiş olardınız. Onların yazıları haqqında fikirləri görüb öyrənər,səhvlərini düzlərini bəlli edərdilər. Sizin oxucularınız sizi siz olduğunuz üçün sevir və yazılarınızı sevərək oxuyur. Məncə o yazılarıda paylaşsanız oxucu kütləniz düşməz və bəlkədə artar)😇

  9. Fərasət

    @Fərasət

    27 may 25, 00:04

    Əvvəl düşünürdüm ki, əsas mənim yazımdı, əsas mən nəyi necə ifadə etməyim yaxşı olamlıdı ama kitabınızın bölümlərini oxuduqca anlayıram ki, yazıçını dəyərli edəndə yazını dəyərli edəndə onu oxuyub, anlayan və bəhrələnən oxucu imiş. Anlamadığım bir məqam var. Gənc yazarlar sizə müraciət edəndə onları niyə geri çevirirdiniz? Siz ona yol göstərə bilərdiz. Küsüb getməsindən, yazıçılığa olan həvəsinin ölməsinə səbəb olmaq əvəzinə onu ruhlandırıb, ona yol göstərib, səhvlərini deyirb irəli çəkmək lazımdır deyə düşünürəm. Hal hazırda elə bu kitabınızın bölümlərindən də bizə məlum olur ki, sizdə oturub əlinizə qələm alıb, kitab yazıb yazıçı olmamısınız. Sizdə insanlar tanımısınız, onlara nələrsə öyrənmisiniz, hətta bu insanların arasında sizə dəstək olanlar çox olub. 

  10. Ləman Əhədova

    @Ləman Əhədova

    27 may 25, 00:01

    Oxucularınız sizə güc verir deyirsiz .Yazarı yazar edən oxularıdır düzdü .Sizə düşən həvəsdən,ilhamdan düşməməyinizdi.Sizin yazmaq tərzinizi sevirəm.Sərbəst,sadə dildə izah edirsiniz fikirlərinizi.Hansısa yazara oxşamağa çalışmirsız,kiminsə üslubunda yazmırsız .Öz fərqli,sadə ,rahat fikirlərinizi izah edirsiz. Gözəl, maraqlı,mənalı yazılarınızın davamı gəlsin məncə . Hərzaman pozitiv qalınkı yaza biləsiniz davam edə bilməsəniz.😌

  11. Könel

    @Könel

    26 may 25, 23:54

      Bölümlərin hamısı maraqlı və cəlbedicidir.Ancaq  araya biraz  mizah,biraz da ironiya qatsaz çox yaxşı olardı(çəyitkə yazısında olduğu  kimi).Sizin qələminizə ən çox yaraşan üslub budur fikrimcə.Qısa olsa belə çəriytkə yazısının dadı damağımda qalıb hələ də.Uğurlar

  12. Fatimə Bayramova

    @Fatimə Bayramova

    26 may 25, 23:50

    Kiçik bir məlumat bura qeyd etmək istərdim. Kiçik yaşlarımdan bir yazıçı kimi fəaliyyət göstərmək istəmişəm. Müxtəlif şeirlər, kiçikhəcmli hekayələr yazar,o qədər də çox kitab oxumama rəğmən,sanki özüm -özümə təkan verməyə çalışardım. Lakin müəyyən vaxtdan sonra yaşın artışı və mühit basqısı ilə yollar ayrılır. Həyat nə qəribədir elə deyil mi? Bir gün yazıçılığa qarşı o həvəsi itirdiyim ,o istedadı özümdən atdığım zaman Uraqan bəyin yazıları ilə qarşılaşdım. Onun əzmi , öz işi ilə bağlı tutqusu bu gün də gənc yazarlar üçün məncə bir limandır. Bir ifadə də vurğulamalıyam. Öz şəxsi fikrimdir. 

    Şair ,yazıçı yaza ki,

    Unutmasın imzasını gərək

    Bəlkə uzun zamandır ağlıma gələn bəndlərlə əsər yazaram. Sizə buna görə də minnətdaram. Burada bu qədər çox yazacağım və bu özgüvəni tapacağım ağlıma gəlməzdi. Uğurlar!

    Hörmətlə 

    Fatimə Bayramova 

    Kiçik bir məlumat bura qeyd etmək istərdim. Kiçik yaşlarımdan bir yazıçı kimi fəaliyyət göstərmək istəmişəm. Müxtəlif şeirlər, kiçikhəcmli hekayələr yazar,o qədər də çox kitab oxumama rəğmən,sanki özüm -özümə təkan verməyə çalışardım. Lakin müəyyən vaxtdan sonra yaşın artışı və mühit basqısı ilə yollar ayrılır. Həyat nə qəribədir elə deyil mi? Bir gün yazıçılığa qarşı o həvəsi itirdiyim ,o istedadı özümdən atdığım zaman Uraqan bəyin yazıları ilə qarşılaşdım. Onun əzmi , öz işi ilə bağlı tutqusu bu gün də gənc yazarlar üçün məncə bir limandır. Bir ifadə də vurğulamalıyam. Öz şəxsi fikrimdir. 

    Şair ,yazıçı yaza ki,

    Unutmasın imzasını gərək

    Bəlkə uzun zamandır ağlıma gələn bəndlərlə əsər yazaram. Sizə buna görə də minnətdaram. Burada bu qədər çox yazacağım və bu özgüvəni tapacağım ağlıma gəlməzdi. Uğurlar

  13. ZB

    @ZB

    26 may 25, 23:46

    Salam. Sizin yazılarınızı oxuduqca insan sanki başqa dünyada olur, xəyallara dalır. Yazılarınızın özünəməxsus xüsusi bir dərinliyi var. İnsanı özünə cəlb edir. Azərbaycanın sizin kimi yazıçılara ehtiyacı var. Növbəti bölümlərdə görüşənədək 

  14. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    26 may 25, 23:43

    Oxucularınıza verdiyiniz dəyər böyükdür və çox gözəldir axı...🫠

    Siz uğur qazanmaq üçün çalışır, çabalayı, onun üçün nəsə edir. Amma digərləri isə heç bir yatırım etmədən, pul xərcləmədən, asan yolla tanınmaa istəyirlər. 

    Əlaa, Uraqan bəy !

    Davamıı gəlsinn. 😍😍

  15. Ləman

    @Ləman

    26 may 25, 23:43

    Oxucuları düşünməyiniz və onlara dəyər verməyiniz çox gözəldir. Ən önəmlisi isə odur ki, bu yolda əziyyət çəkərək özünüzə həqiqi bir oxucu kütləsi toplamısınız. Əməyinizə sağlıq. Bölümü maraqla oxudum. Yaxşı ki, sizin kimi bir yazıçıya rast gəlmişəm və yazdığlarınızı oxumağ mənim üçün çox  xoşdu. 🩵

  16. Röyane

    @Röyane

    26 may 25, 23:41

    Sizin yazılarınızı oxuyanda elime kağız, karandaş götürüb, her fikrinizi özüme qeyd edib saxlamaq keçir içimdən ki, bu mənə lazım olacaq. 

  17. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    26 may 25, 23:39

    Axşamınız xeyir olsun..

    Sizi oxumaq esas verdişimə çevrilib 100%💜

  18. Röyane

    @Röyane

    26 may 25, 23:39

    Bütün güclərini arzularının həyata keçməsinə sərf edənlər, məqsədlərinə çatır, deyirler. Sizin kimi. 

  19. Dr.TENGRI

    @Dr.TENGRI

    26 may 25, 23:35

    Aslinda biografik yazilar en az ilgi duydugum tur olsada sizin yazi tarziniz 32 bolumu tek nefeste okumama neden oldu. Kaleminizin daim kuvvetli olmasi dilegiyle. Ardini gercekten merak ediyorum simdi...

  20. Gül

    @Gül

    26 may 25, 23:31

    Başa düşürsən ki, səni gözləyən insanlar var, yazmalısan.

    😍😊👏🏻👏🏻👏🏻👏🏻

  21. İlknur

    @İlknur

    26 may 25, 23:29

    Yazıçı nə qədər həvəslə yazırsa onun əsərlərinin oxumasına onu həvəsləndirir və yazıçı ilə oxucu arasındaki bağ əvəzolunmazdır necə ki bizə görə zəhmət çəkir yazırsa qarşılıq görməyəndə reaksiya,şərh və s. Biraz həvəsdən düşür ona görə bu bağı qoruyub saxlamalıyıq 

    Mənim başım imtahanlara qarışıb deyə gex  yazdım üzürlü sayın 

  22. Fexriyye

    @Fexriyye

    26 may 25, 23:27

    Zamanla o gəmiyə çox lazımlı insanları alırsan. Onlar güclü edir sənin gəmini. Onlar sənin əllərin, ayaqların, lazım gələndə qanadların olur. Onlar səni gücləndirir.  Cox dogru ve mukemmel cumledi  inseallah ugurlariniz daimi olsun 

  23. 🤍

    @🤍

    26 may 25, 23:27

    Çox maraqlı və gözəl alınıb digər bölümlər kimi 

  24. Fatimə

    @Fatimə

    26 may 25, 23:26

    Həmişəki kimi möhtəşəm. Əllərinizə sağlıq.

  25. Aytac

    @Aytac

    26 may 25, 23:24

    Mükəmməl, uğurlarınız davamlı olsun ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol