Bölüm otuz bir

Bölüm otuz bir

Bölüm Otuz Bir

Qrupu kor-koranə açmaq istəmirdim. Əvvəlcə digər WhatsApp qruplarını analiz edir, hansında reklam edə biləcəyimi müəyyənləşdirməyə çalışırdım. Çünki reklam verəcəksənsə, qarşıdakı adamın qrupundakı sayı deyil, auditoriyasının sənə uyğun olub-olmamasına baxmalısan. Uyğunsuz bir kontentin qarşısına çıxmaq, həm sənin reklamının effektsiz qalmasına, həm də qarşı tərəfin aktivliyinin azalmasına səbəb ola bilər.

Reklamla bağlı bir çox əsas prinsipləri bilirdim. Onlardan biri də budur: reklamı sadəcə bir dəfə göstərmək kifayət deyil. Eyni auditoriyaya fərqli formalarda, müxtəlif vaxtlarda təkrar-təkrar çıxmaq daha effektivdir. Yəni 1000 nəfərin qarşısına bir dəfə çıxmaqdansa, 100 nəfərin qarşısına 5 dəfə çıxmaq daha güclü nəticə verir.

Kitab kanalları arasında mənim kontentimə ən uyğun olanı İlhamə Bayramova adlı bir ibtidai sinif müəlliminin qrupu idi. Başlanğıcda reklama pulum çıxsa da, sonradan bir çox məsələdə mənə dəstək oldu. Bu mənə həm texniki, həm də mənəvi motivasiya verdi.

Davamlı reklam etdikcə yazırdım ki, “300 nəfər olduqda başlamağı planlaşdırıram.” Bir çoxları şübhə ilə yanaşdı, “300 nəfəri neçə aya yığa bilərsən?” — dedilər. Amma vəziyyət elə gətirdi ki, cəmi bir həftə içində 300 nəfərlik qrup tamamlandı və yazmağa başladım.

---

Başlanğıcda bu qrupu sadəcə yazılarımın baxılması üçün yaratmışdım. Öz yazılarımı tək-tək insanlara göndərmək istəmirdim. Qrup bu baxımdan çox funksional idi — istəyən daxil olub oxuya bilərdi, heç kimə məcburiyyət yox idi. Amma yaxşı bilirdim ki, bir çox insan 50-dən çox qrupa qoşulur, amma sonradan heç birinə baxmır.

Bunu nəzərə alaraq, qrup daxilində müəyyən bir disiplin yaratmağı qərara aldım. Yazıları oxuyanlardan kiçik bir reaksiya — bir emoji, bir "oxudum" mesajı — tələb edirdim. Bu sadə metod zamanla yazılarla daha güclü bir bağ yaratdı. Oxucu ilə yazıçı arasında qarşılıqlı hörmət və etibar formalaşmağa başladı.

Bununla yanaşı, kimlərin aktiv, kimlərin passiv olduğunu ayırd etmək üçün sistem qurmağa başladım. Oxuyanların adlarını kontaktlarımda qeyd edirdim. Başlanğıcda “test-1”, “test-2” kimi qeyd edirdimsə də, sonradan bu sistemi təkmilləşdirdim. İndi qrupa qoşulan hər kəs ad-soyadını qeyd etməlidir, əks halda qəbul olunmur.

---

Bir yazıçını inkişaf etdirən əsas amillərdən biri — davamlı və həvəsli oxucu kütləsidir. Əgər sənin yeni yazılarını səbirsizliklə gözləyən insanlar varsa, onların dəyərini bilməlisən. Onlar üçün yazmağa, onlar üçün mübarizə aparmağa dəyər. Əks halda...

Şərhlər (26)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:39

    Sizin məqsədiniz sadəcə yazıya və oxucuyaq hörmət sevciylə yanaşmağımızı iatəməyiniz idi siz sadəcə onüçün çalışdız və bacardız həm oxumağı həmdə sizi çox sevirikk

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 22:55

    İlk başlarda qrupda etdiyiniz iradlara baxanda öz özümə deyirdim.Görəsən müəllim niyə belə edir.Əvvəl başa düşmürdüm bunun səbəbini.Sonradan iradınız belə üzümdə təbəssüm yaradırdı.Və niyə belə etdiyinizi indi tam olaraq bilirəm.Həqiqətən də bəzən kiçik bir dəyər insana ruh verərmiş❤️🧚❤️🧚

  3. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 12:03

    Siz bu bölümdə yazıçı və oxucu arasındakı o görünməyən bağa toxunmusunuz. Əslində yazmaq qədər, oxucunu tanımaq və onunla ünsiyyət qurmaq da bir sənətdir. “Oxucu Kolleksiyası”  təkcə paylaşım üçün deyil, həm də yazıya və oxucuya hörmətin təzahürüdür. Sizin bu sistemli yanaşmanız yazıçı məsuliyyətini necə dərk etdiyinizi göstərir. Hər cümlənizdə hiss olunur ki, siz yazını sadəcə bölüşmək üçün yox, kiməsə dəyər vermək üçün yazırsınız. Və bu, bir yazar üçün ən gözəl yoldur.

  4. Ağca Muradova

    @Ağca Muradova

    26 may 25, 00:44

    Çox gözəl yazı idi. Yaxşı ki Sizin kimi yazıçılarımız var

  5. Ünsiyyə

    @Ünsiyyə

    25 may 25, 21:29

    Salamlar bağışlayın dünən yaza bilmədim Bir yerə getməliyik gözəl bir bölüm idi Hər insan əziyyət çəkir Yazıçılarda,müəllim və müəllimələr də, aşpazlar da, rəssamlar da və.s bütün peşədələrdəki insanlar da əziyyət çəkir Yeni bölümü gözləyirəm Uğurlarını bol olsun bundan daha çox uca zirvələrə qalxasınız İnşallah 🤍

  6. Könül

    @Könül

    25 may 25, 19:00

    Elə indicə ilk bölümdən son bölümə kimi bir nəfəsə oxuyub bitirdim.Öz yolunuzu belə sadə və cəlbedici şəkildə  ifadə etməyiniz insana ilham verir. Uğursuzluqlarından,yanıldığı məqamlardan,səhvlərindən çəkinmədən  danışmaq hər kəsin cəsarət edə biləcəyi bir şey deyil.Uğurlar✨️

  7. Röya

    @Röya

    25 may 25, 02:07

    Salam hər zamanki kimi mükəmməl😊😍

  8. Anonim

    @Anonim

    25 may 25, 00:58

    İlhamə müəlliməni mən də tanıyıram.Deyəsən sizin qrupa mən də oradan gəlmişəm.Mənim fikrimcə o ibtidai sinif müəllimidi .

  9. Röyane

    @Röyane

    24 may 25, 23:49

    Maraqlıdır. Bütün fikirləriniz kimi

  10. Xanım

    @Xanım

    24 may 25, 22:49

     Axşaminiz xeyir olsun. Bəli siz oxucu kütləsi yığana qədər əminəm ki birçox çətinliklərdən keçmisiz necə dağlar aşmisiz ən çoxdan gənc yaşlarinzi feda etmisiz ki insanlar xabardar olsun oxusun anlasin . Dərk etsin yeniden hiss etsin. Sizə böyük bir teşekkür borcluyam . Həyat hekayənizdeki çətinlikləri aşmağiniz məni ruhlandırır. Teşekkür edirəm Uraqan bey. 🌟💖💎☺️

  11. Fatimə Bayramova

    @Fatimə Bayramova

    24 may 25, 22:47

    Yaxşı ki,varsınız !🙏🏻 Uğurlar 

  12. Fexriyye

    @Fexriyye

    24 may 25, 21:57

    Herzamanki kimi eladir ugurlariniz daimi olsun

  13. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    24 may 25, 21:51

    Salam..Gözəl bölüm idi.💜

    Quruplara mən də qoşuluram..Əsas Uraqan bəyin yazıların oxuyuram..Obri qruplara vaxtım olduqca oxuyuram.. Çünki, özümədə marqlıdı.Nesə öğrenirem.. Əməyinzə sağlıq bir daha..

  14. Əminə

    @Əminə

    24 may 25, 21:51

    Və bunu bacardız geniş bir oxucu kütləniz var və dahada olması diləyi ilə Ugurlar🥰

  15. ZB

    @ZB

    24 may 25, 21:46

    Hər bölüm kimi bu bölümdə çox gözəl idi. "Oxucu kolleksiyası" olaraq hər zaman yanınızdayıq.

  16. Şəfa

    @Şəfa

    24 may 25, 21:44

    Siz oxucularınıza  çox dəyər verirsiniz və sizi özəl qılanda budur✨. Sizi təsadüfən tanıdım və nə yaxşı ki tanıdım😊🤍. 

    Həyat təsadüfləri sevir🤍

  17. Ləman

    @Ləman

    24 may 25, 21:42

     Bölüm gözəl və axıcıdı amma tez bitdi. Ardını səbirsizliklə gözləyirik. Nə yaxşı ki sizin kimi yazıcını tanımışıq. Kitablarınızı , yazdığlarınızı çox maraq və həvəslə oxuyuram. Əlinizə, əməyinizə sağlıq 🩵 

  18. Fatimə

    @Fatimə

    24 may 25, 21:33

    Çox gözəl. Davamı olsun. Fikirləriniz çox gözəldi. Növbəti bölüm səbirsizliklə gözləyirəm 

  19. Mələk

    @Mələk

    24 may 25, 21:29

    Çox gözəldir həm yazılarınız, həm də nitqiniz✨

  20. SİMURQ

    @SİMURQ

    24 may 25, 21:22

    Əks halda, səsin sükutda boğular, yazdıqların heçliyə düşər.

    “Yazıçını söz yox, gözləyən baxışlar dirildir.”

  21. Nigar

    @Nigar

    24 may 25, 21:22

    Salam. Bölüm çox qeşengdi. Kitabın bölümlerini sebirsizlikle gözleyirem. 

  22. Məhərrəm

    @Məhərrəm

    24 may 25, 21:18

    Fikirləriniz çox gözəldi onu düz deyirsizki hamı çoxlu qurupa sifdə maraq gösdərir soradan heç oxumur baxmır o düşüncə mənə çatmır əgər oxumayacaqsansa nəyə görə qoşulursan bəs. Sizin hər zaman yanınızdayıq uğurlarınız bol olsun hər zaman🫶

  23. Aynur Yusifova

    @Aynur Yusifova

    24 may 25, 21:14

    Çox qəşəy bölüm olmuş.Həmişəki kimi.Əsasda bizə aid etdiyiniz üçün minnərdaram.Bəzən kiçik bir dəyər insanın üzünü gülümsədər.Hər zaman dəyərli hörmətli olasız.🌹🌹🌹🌹🌹🌹

  24. Xəyalpərəst

    @Xəyalpərəst

    24 may 25, 21:14

    Davamlı olsun 🌷 

  25. Leyla

    @Leyla

    24 may 25, 21:13

    Leyla, xoşuma*

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol