Bölüm Otuz

Bölüm Otuz

Bölüm Otuz

İşin ən qəribə tərəfi yazıçı Varis Yolçuyevin məni öz komandasına dəvət etməsi deyildi. Ən qəribə tərəfi onun köməkçisinin mənim kollec illərindəki ədəbiyyat müəllimim çıxması idi. Elə bil göylər bir yerə toplaşıb haqqımda sözləşmişdilər: “Bu uşağı ədəbiyyata qaytarmaq lazımdır.”

Düzdür, komandasındakıların əksəriyyəti ədəbiyyata yeni başlayan gənclər idi, amma kollektivlə işləməyin verdiyi motivasiya çox fərqli idi. Biləndə ki, hər gün – heç olmasa qısa da olsa – nəsə yazıb göndərməlisən, bu səndə iç intizam yaradır. Yazmaq da danışmaq kimidir – nə qədər çox etsən, bir o qədər aydınlaşırsan. Sözlərin öz yolunu tapır, öz üslubun, öz dəsti-xəttin formalaşır.

Amma işin çətin tərəfi də vardı: illərlə bu sahədə olmağıma baxmayaraq davamlı gəlir əldə edə bilmirdim. Kitab satışından müəyyən məbləğ qazanırdım, bəli. Amma bu pulla ailə saxlamaq mümkün deyildi. Ən yaxşı halda o pul bir yazıçının cib xərcliyinə bəs edirdi.

Komandada yazılarımızı paylaşdığımız ədəbiyyat və incəsənət saytının da böyük bir büdcəsi yox idi. Hər hansı bir qonorar ödənilmirdi. Üstəlik, saytın oxunma statistikası da görünmürdü. Mən yalnız ayın sonunda "ən çox oxunan məqalə" siyahısına düşəndə başa düşürdüm ki, yazım maraq doğurub. Amma mənim istəyim tək-tük məqalələrin oxunması deyildi. Mən istəyirdim ki, hər yazım oxunsun. Hər yazıdan sonra bir nəfər də olsa desin: “Bu yazı mənim üçün yazılıb.”

Bu narahatlıq içində bir fikir gəldi ağlıma: Mən bütün oxucularımı bir yerdə birləşdirməliyəm. Elə bir yer olmalıydı ki, yazı paylaşan kimi hamının xəbərdar olacağı bir mərkəz olsun. Amma o yerin adı da önəmli idi. Elə bir ad olmalı idi ki, insanlar bu adda özlərini xüsusi və dəyərli hiss etsinlər. Sanki onlar nadir və dəyərli bir kolleksiyanın parçalarıdır.

Və beləliklə qərar verdim: bu qrupun adı "Oxucu Kolleksiyası" olacaq.

Şərhlər (41)

  1. Anonim

    @Anonim

    22 may 25 16:22

    Əla.Çox bəyəndim.

  2. Sahib Memmedov

    @Sahib Memmedov

    21 may 25 23:19

    Bu bölümü çox sevdim 

  3. Rəna

    @Rəna

    21 may 25 22:51

    Uğurlar, davamı gəlsin ✨

  4. Arzu Ağayeva

    @Arzu Ağayeva

    21 may 25 22:41

    Qələminizə sağlıq!🍀

  5. Məryəm

    @Məryəm

    21 may 25 22:36

    Əlinizə,qələminizə sağlıq!

Fikir Bildir