Bölüm Otuz

Bölüm Otuz

Bölüm Otuz

İşin ən qəribə tərəfi yazıçı Varis Yolçuyevin məni öz komandasına dəvət etməsi deyildi. Ən qəribə tərəfi onun köməkçisinin mənim kollec illərindəki ədəbiyyat müəllimim çıxması idi. Elə bil göylər bir yerə toplaşıb haqqımda sözləşmişdilər: “Bu uşağı ədəbiyyata qaytarmaq lazımdır.”

Düzdür, komandasındakıların əksəriyyəti ədəbiyyata yeni başlayan gənclər idi, amma kollektivlə işləməyin verdiyi motivasiya çox fərqli idi. Biləndə ki, hər gün – heç olmasa qısa da olsa – nəsə yazıb göndərməlisən, bu səndə iç intizam yaradır. Yazmaq da danışmaq kimidir – nə qədər çox etsən, bir o qədər aydınlaşırsan. Sözlərin öz yolunu tapır, öz üslubun, öz dəsti-xəttin formalaşır.

Amma işin çətin tərəfi də vardı: illərlə bu sahədə olmağıma baxmayaraq davamlı gəlir əldə edə bilmirdim. Kitab satışından müəyyən məbləğ qazanırdım, bəli. Amma bu pulla ailə saxlamaq mümkün deyildi. Ən yaxşı halda o pul bir yazıçının cib xərcliyinə bəs edirdi.

Komandada yazılarımızı paylaşdığımız ədəbiyyat və incəsənət saytının da böyük bir büdcəsi yox idi. Hər hansı bir qonorar ödənilmirdi. Üstəlik, saytın oxunma statistikası da görünmürdü. Mən yalnız ayın sonunda "ən çox oxunan məqalə" siyahısına düşəndə başa düşürdüm ki, yazım maraq doğurub. Amma mənim istəyim tək-tük məqalələrin oxunması deyildi. Mən istəyirdim ki, hər yazım oxunsun. Hər yazıdan sonra bir nəfər də olsa desin: “Bu yazı mənim üçün yazılıb.”

Bu narahatlıq içində bir fikir gəldi ağlıma: Mən bütün oxucularımı bir yerdə birləşdirməliyəm. Elə bir yer olmalıydı ki, yazı paylaşan kimi hamının xəbərdar olacağı bir mərkəz olsun. Amma o yerin adı da önəmli idi. Elə bir ad olmalı idi ki, insanlar bu adda özlərini xüsusi və dəyərli hiss etsinlər. Sanki onlar nadir və dəyərli bir kolleksiyanın parçalarıdır.

Və beləliklə qərar verdim: bu qrupun adı "Oxucu Kolleksiyası" olacaq.

Şərhlər (44)

  1. Röyane

    @Röyane

    21 may 25, 22:21

    Her bölüm maraqlıdır. Yazmaqda danışmaq kimidir nə qədər çox yazsan o qeder aydınlaşırsan. 👍❤️

  2. Xanım

    @Xanım

    21 may 25, 22:20

    Nə gözəl duşunmusz. Deməli hər birimiz sizin üçün deyerliyik . Siz de bizlər uçun nadir tapintisiniz. Teşekkür edirəm 🔮 💫 🫶 

  3. Gülbanu

    @Gülbanu

    21 may 25, 22:20

    Davamını səbirsizliklə gözləyirik.

  4. Altunay Nuri

    @Altunay Nuri

    21 may 25, 22:18

    Çox gözəl bölüm idi. Uğurlar İnşallah 🫶🏽

  5. Susqun alov

    @Susqun alov

    21 may 25, 22:17

    Maraqlıdır, davamı gəlsinn🤍

  6. Fərasət

    @Fərasət

    21 may 25, 22:16

    "Bu uşağı ədəbiyyata qaytarmaq lazımdır" hissəsi insanı ruhlandırır, həvəs yaradır ki, yazı yazsın. 

  7. Nasim

    @Nasim

    21 may 25, 22:16

    Çox gözel  və maraqli bir kitabdır 

  8. Fatimə

    @Fatimə

    21 may 25, 22:15

    Mükəmməl davamlı olsun çox gözəl bölüm idi

  9. karolinamiber

    @karolinamiber

    21 may 25, 22:15

    15 dəqiqəyə bitirdim..İlahi..bu mükəməllik qarşısında mən aciz..birnəfəsə bitirdimm

  10. Fexriyye

    @Fexriyye

    21 may 25, 22:14

    Emeynize ureynze saliq super 

  11. Əminə

    @Əminə

    21 may 25, 22:13

    Salam axsaminiz xeyir. Bezen tesadufler heyatimizi dəyişər.Necə ki ədəbiyyat müəlliminin orda olmasi kimi.Bəlkədə komandaya qatilmaniz həyatinizin dönüş nöqtəsidə saymaq olar ədəbiyyata dönüş.Oxuyucu kolleksiyası doğurdanda gözəl bir qrup. Və mende 2 ilə yaxindiki bu qrupun üzvüyəm  və yaxsiki sizi tanimisiq

  12. Şəfa

    @Şəfa

    21 may 25, 22:12

    Möhtəşəm Uğurlarınız daimi olsun Uraqan bəy🤍

  13. Ləman

    @Ləman

    21 may 25, 22:11

    Qrupun necə yaranmasını bilmək çox marağlı oldu və o qurupda olmaq dahada xoşdu. Bölüm isə gözəldi. Əlinizə, əməyinizə sağlıq 🩵

  14. Nərmin

    @Nərmin

    21 may 25, 22:11

    Bilmirəm ya çoxdandır oxumuram deyə mənə elə gəldi,ya da bu yazınızda bəzi yerlər tez keçilmiş kimidir.Sanki əlaqələndirilməsi bir qədər məni cəlb etmədi.Yenə də xəyallarınızın gerçəkləşdiyini görmək bir oxucu olaraq məni çox sevindirir.Daha böyük uğurlara addım-addım🤍

  15. Həzrət

    @Həzrət

    21 may 25, 22:10

    Dəvamlı olsun🙌

  16. Ünsiyyə

    @Ünsiyyə

    21 may 25, 22:10

    Salamlar hər kəsə çox gözəl bir bölüm idi əllərinizə sağlıq hər kəs aid olduğu peşəyə qayıdır Hər işdə bir xeyir var sözünü boşuna deməyiblər Oxudum çox bəyəndim 31-ci bölümü səbirsizliklə gözləyirik🤍

  17. Qonaq Yasəmən Qasımzadə

    @Qonaq Yasəmən Qasımzadə

    21 may 25, 22:07

    Mükəmməl❤️🫠

  18. SİMURQ

    @SİMURQ

    21 may 25, 22:06

    "Bəzən bir yolçunu ədəbiyyata qaytaran, sadəcə bir müəllimin kölgəsi və bir oxucunun sükutudur."

  19. Məhərrəm

    @Məhərrəm

    21 may 25, 22:03

    Çox gözəl paylaşımlar edirsiz❤️🫶

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol