Bölüm iyirmi səkkiz

Bölüm iyirmi səkkiz

Bölüm İyirmi Səkkiz

Sual verə bilərsiniz: bu qədər müxtəlif sahədə çalışdın, bəs futbol hakimliyi necə oldu? Hara itdi o yol? Əslində futbola uzun müddət ara vermişdim. Hərbi xidmətdən qayıtdıqdan sonra özümü bu sahədə uğursuz hiss edirdim. Eyni anda həm yazıçılıq, həm də idmanla davam etmək mənə çox çətin gəlirdi. Hər oyunda sanki həm tribunadan, həm daxilimdən səs gəlirdi: “Bəlkə bu yol sənin üçün deyil?”

Beləcə bir müddət sonra öz-özümə dedim: *Bəlkə başqa peşələrdə özümü sınamaq daha yaxşıdır...*

Sözün düzü, mənim üçün futbolun kitabı bağlanmışdı. Kənardan baxan biri üçün bu qapı çoxdan örtülmüş görünürdü. Ta ki, bir gün telefonuma gələn bir mesaj hər şeyi dəyişənə qədər...

İki seçim qarşısında qalmışdım: ya yazacaqdım ki, “Mən artıq hakimliyi buraxmışam”, ya da ayağa qalxıb formamı geyinəcəkdim. Və mən ikinci yolu seçdim.

Yenidən başlamaq — bu dəfə daha sakit, daha diqqətli. Bilirdim ki, yazıçılıqla idman tamamilə fərqli dünyalardır. Biri daxilə, digəri isə çölə yönəlmiş iki qütb kimidir. Amma mənə elə gəlirdi ki, əgər idmanda uğurlu olsam, bu uğur yazıçı kimliyimi də gücləndirəcək. Uğurlu bir hakim kimi tanınsam, insanlar daha çox maraqlanacaq, daha çox oxuyacaqlar. Beləcə, bir müddətlik yazıçılığı təxirə salmağa qərar verdim.

Bir plan qurmuşdum: Futbolda uğur qazanana qədər heç nə yazmayacağam. Hətta bu niyyətimə bir il sadiq qala bildim. Qələmi kənara qoymuşdum. Fikirlər gəlsə də, kağıza tökmürdüm. Yazmaq üçün özümə icazə vermirdim.

Amma bir ilin tamamında başa düşdüm: bəzi yollar səni tərk etmir. Sən onlardan qaçsan da, onlar səni tapır. Və məni bu yolların birinə – yazıçılığa geri qaytaran bir insan oldu. Hələ kim olduğunu deməyəcəyəm. Amma həmin insanı gördüyüm an anladım: mən bu yola qayıdacağam. Çünki bəzi səs-səssiz işarələr var – sənə hər şeyi unudub yenidən başlamağı pıçıldayır...


Şərhlər (13)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:24

    Bəli bur zamanlar yazıçılıqı buraxıb getçək istəyirdiz.. ama sonra qərar dəyişdiz hər insan bacarmaz onu xəyalların qoyub işinə qayıtmağı bəs sizi kim döndərdi geri kim yenidən yazmaqınızı istədi o maraqlıdı kimdi bilmirəm ama çox sağolsunki bizi tək qoymadız yenidən gəldiz

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 22:39

    Yaxşı ki dünyada yaxşı insanlar varmış.Sizi sevdiyiniz bir yolda irəliləməyə sövq etmiş🥰😍

  3. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 11:44

    Həyat yolunda fərqli istiqamətlərə üz tutmaq və sonra içdən gələn səsləri dinləmək hər kəsin bacardığı iş deyil. Siz bunu etdiniz və bu, sizi daha güclü etdi. Yazı ilə idmanı arasında gedib-gəlmək, fərqli dünyaları yaşamaq sizi daha zəngin bir insan etdi. Hər kəsin öz yolunu tapmaq üçün belə anlara ehtiyacı olur, sizinki isə ilham vericidir. 

  4. Ünsiyyə

    @Ünsiyyə

    18 may 25, 09:07

    Salamlar hər kəsə dünən rəy yaza bilmədim bu gün yazıram çox gözəl bölüm idi Bəzi şeylər insanı rahat buraxmır Keçmişdəki məşğuliyyətlır sizi yenə də tapır və sizi o yoldan dönməyə qoymur yaxşı ki fikir dəyişdirmisiniz Yaxşı ki Yazıçılığa qayıtmısınız Yaxşı ki yazıçı olmaqdan vaz keçməmisiniz Yaxşı ki varsınız🤍🤍

  5. SİMURQ

    @SİMURQ

    17 may 25, 22:51

    Əksəriyyət oxucu həmin şəxsin Qaraqan olduğunu düşünürdü, siz yalnış olduğunu dedikdən sonra isə çoxunluq sorğuda Elxan Elatlını seçib fikir dəyişdirdilər. Amma mən elə düşünmürəm. Təxminimdə yanılıb yanılmadığımı isə sizin açıqlamanızla aydınlığa çıxardacam. Düzü bölümdə "Hələ deməyəcəm" yazdıqdan sonra belə sorğu təşkil etməkdən çox növbəti bölümdə açıqlayacaqsınız deyə düşünmüşdüm. Amma bu seçiminizin daha çox həyəcan və maraq yaratdığını görüb səbəbini anladım. 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    17 may 25, 21:42

    Salam Axşamınız xeyr.Maraqlı bölüm idi.Əməyinizə əllərərinizə qələminizə sağlıq.✨🌹Sorğuda iştirak etmədim.Çunki tam olaraq bilmədim və o adları da ilk dəfədi görürəm.İlk bölümləri oxumamışam.Düşünürəm ki həmin mövzularda səsləndirmisiz onları.Bəlkə də səhf bilirəm.İnşallah ki ya siz açıqlama verırsiz ya da rəylərdən oxuyub qaranlıq qalan sualıma cavab taparam.🧚🧚

  7. Ləman

    @Ləman

    17 may 25, 21:27

      bu şəxs isə sizin yazıçılığa qayıtmanızı tezləşdirib. Hərşeyin bir səbəbi olduğu kimi bundada bir səbəb var deyə düşünürəm. Çox marağlıdı bu insanın kim olduğu. 

  8. Dərya

    @Dərya

    17 may 25, 21:22

    Sizi, yazıçılığa kim həvəsləndirdi yenidən qaytardı mənə çox maraqlı gəlir düzünə qalsa.🥹 Tək bildiyim odur ki, yaxşı ki qayıtmısınız. Əminəm ki, siz futbol sahəsində də uğurlu olardınız, amma yazıçılıq da sizə çox gözəl yaraşır 🤍

  9. Uraqan

    @Uraqan

    17 may 25, 21:14

    Ləman, çətin sualdır. Qayıdardım yəqin ki, amma bu qədər tez yox. 

  10. Fəxriyyə

    @Fəxriyyə

    17 may 25, 21:12

    Salam Gözəl bölüm idi..Esas odu yazdız və biz sizi tanıdıq.. Uğurlar hər zaman.. Siz buna layiqsiz.Çün ki,çox çalışırsız💜

  11. Nigar

    @Nigar

    17 may 25, 21:06

    Bölüm çoxxxx qeşengdi. Bir sualım var idi. Yazıçı olmasa idiniz yenede futbol hakimliyini seçerdiniz.? 

  12. SİMURQ

    @SİMURQ

    17 may 25, 21:05

    "Bəzən qələmi yerə qoyursan ki, özünü tapa biləsən… Amma qələm səni tapanda anlayırsan, bəzi yolların sonu yox, səninlə nəfəs alan başlanğıcı var.Qaçdığın yol səni tapırsa, demək, o sənin taleyindir.”

    ~𝑺𝑰𝑴𝑼𝑹𝑸

  13. Ləman

    @Ləman

    17 may 25, 21:04

    Salam, necəsiz? Həmişəki kimi gözəl bir bölüm 🫠Əlinizə sağlıq. Əgər bu dediyiniz insan olmasa idi siz yenidən dönərdiz yazıçılığa ya yox? 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol