Bölüm iyirmi doqquz

Bölüm iyirmi doqquz

Bölüm İyirmi Doqquz

Hər şeyin bitdiyini düşündüyüm anda onu tanıdım.

Həyatımın o dövründə bir çox şeydən imtina etmişdim. Amma kitablar aləmindən tam qopa bilmirdim. İçimdəki o kiçik qığılcım hələ də yaşayırdı. Hər dəfə dostum Tural İlyas kitab sərgiləri olanda məni dəvət edir, “təslim olma, gəl” deyirdi. Mən isə ciddi yanaşmırdım. Xırda uğurlarım olmuşdu, amma yazıçı olaraq özümü hələ də təsdiq edə bilməmişdim.

Anladım ki, təkcə istedad kifayət etmir. Bu iş də hər sahə kimi nizam, disiplin və davamlılıq tələb edir. Bir çox yazarın peşəkar ola bilməməsinin səbəbi budur: yalnız ilham gələndə, kefinə düşəndə yazmaq. Deyəsən, mən də o vaxtlar bu səhvə yol vermişdim.

---

Günlərin bir günü yazımı dostum Tural İlyas elmlər akademiyası parkında böyük bir kitab sərgisi olduğunu dedi. Bir gün vaxt edib gələrəm dedim. Gedib sərgiyə çatanda səhnədə bir bəyin çıxış etdiyini. Bir yazıçı kimi dünyaya necə çıxdığından danışırdı. Maraqlı gəldi və səs gələn tərəfə getdim. Yalnız səhnəyə çatdığım zaman bu yazıçının Varis Yolçuyev olduğunu anladım.

Oturdum. Diqqətlə dinlədim. Danışdıqları məndə uzun zamandır cavabını axtardığım sualları yerinə oturtdu. Öz-özümə dedim: “Sən bu dünyaya boşuna gəlməmisən.”

Çıxışının sonunda bildirdi ki, oxucular üçün kitablarını imzalayacaq. Tənbəllik etmədim. Gözləmədim ki, o mənə kitab hədiyyə etsin. Özüm getdim, yaxınlıqdakı bir dükanın vitrinindən onun ən çox sevdiyim "uzaqdan gələn yağış" kitabını aldım.

Yaxınlaşıb kitabı ona uzatdım. Gülümsəyib götürdü, imzalamağa başladı. Və həmin an – ən çılğın gedişimi oynadım. Öz “Allahsızlar Şəhəri” kitabımı çıxarıb mən də onun adına imzaladım.

İmza atmağı dayandırıb bir anlıq mənim əlimdəki kitaba baxdı. Və gülümsəyərək dedi:

— Ooo, Uraqan! Məm səni tanıyıram!

Təccüb dolu baxışlarla ona baxdım:

— Necə? Haradan tanıyırsınız?

İnamlı və arxayın bir səslə cavab verdi:

— Bir sorğu keçirmişdik. Gənclər arasında ən çox sənin "Allahsızlar Şəhəri" kitabının adı seçilmişdi. O vaxtdan adın yadımda qalıb.

O an... elə bil içimdə bu vaxta qədər itirdiyim bütün özgüvən qayıtdı. Sanki uzun müddət susmuş bir inam yenidən içimdə baş qaldırdı. Özümə inandım. Bir nəfərin səni tanıması bəzən bir kitab qədər dəyərli olur.

Varis Yolçuyev köməkçisinə baxdı və sözünə davam etdi:

— Uraqanın nömrəsini götür. Öz komandamıza əlavə edək...


Şərhlər (17)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:27

    Bəzən nə olsada ümidimizi üzmək istəmirik bir işıq qalsın gözlüyürük . Sən dünyaya boşuna gəlməmisən sən yazmağa yaratmaqa və ya xəyallarının arxasıyca getməyə gəlmisən. İnşallah Allahsızlar şəhərin də oxumaq qismət olar

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 22:45

    Sən bu dünyaya boşuna gəlməmisən...

    Sonu olan bu dünyada varıqsa əgər yaşayır nəfəs alırıqsa nələrsə etmək üçün mücadilə etmək lazım.

    İlk başlarda mövzulara yarımçıq başlamışdım kor kornə oxuyurdum.İndi isə istədiyim vaxt yenidən oxuyur bir müddət bundan öncə keçirdiyiniz sorğunun cavabı Tural İlyasov olduğunu bilirəm.

    İnşallah ki düzgün müşahidə etmiş və cavabı doğru düşünmüşəm😊

  3. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 11:49

    Həyatın ən çətin anlarında belə, içimizdə kiçik bir işıq qalır. Bəzən bu işıq uzaqda, görünməz olur, amma doğru vaxt gəldikdə, bir tanışlıq və ya sadə bir hadisə həmin işığı yenidən alovlandırır. Siz də bölümdə elə bir anı təsvir etmisiniz  . Uzun müddət itirdiyiniz özgüvənin və inamın yenidən dirçəlməsini. Bu bölüm göstərir ki, istedad təkcə başlanğıc deyil, davamlı çalışma, səbir və özünə inamla birləşdikdə nəticə verir. Hər uğurun arxasında isə gizli qalmaqla yanaşı, sadiqlik və əzmkarlıq dayanır.Mənim üçün bu yalnız sizin hekayəniz deyil, eyni zamanda hər kəsin yaşaya biləcəyi, öz yolunu tapmaq üçün lazım olan bir mesajdır.. 

  4. Fəxriyyə

    @Fəxriyyə

    21 may 25, 22:50

    Salam..Bu bölüm məni kövrəltdi yaxşı mənada.

    Sizini adınıza mən də çox sevindim.💜

  5. Susqun alov

    @Susqun alov

    21 may 25, 22:15

    Mənimdə Varisin ən sevdiyim kitablarından biri uzaqdan gələn yağışdı. Həqiqətən o kitab məndə ayrı duyğular yaratmışdı. Onun sizin qarşınıza çıxması da təsadüfi olmayıb. Əla bölüm idi👍💙

  6. Xəyalpərəst

    @Xəyalpərəst

    20 may 25, 18:17

    Çox gözəl bölüm idi.  Xoş bir təsadüf nəticəsi. 30-cu bölümü səbirsizliklə gözləyirəm. Uğurlarınız daimi olsun💖

  7. Tərlan

    @Tərlan

    20 may 25, 18:16

    Çox yaxşı bölümdü bəyəndim

  8. Xanım

    @Xanım

    19 may 25, 23:19

    Nə gözəl həyat bəzən insanın qarşinsina gözləmədiyi anda möcüzələr yaradır. Tam bir təsadüf deyildi belkede ama böyük bir uğur oldu. 😉🙏

  9. Ləman

    @Ləman

    19 may 25, 22:50

    Bir təsadüf bəzən xoş hadisələrə yol açır 😍

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    19 may 25, 22:46

    Yeni dünyaya göz açmış körpə ilk anasının qoxusunu hiss etdiyi kimi 

    Məndə göz əməliyyatımdan sonra gözümü sizi  tanımaq və sizin mövzularınızı oxumaqla açmışam.Gözləriniz hər zaman işiqlı nurlu olsun ki daha çox uğurlarınız olsun.Bizlərdə oxuyub gözlərimizin içi gülsün gülümsəsin.

  11. Əminə

    @Əminə

    19 may 25, 21:57

    Hər zaman belə olur sanki hər şeydən vazkeçmişkən biri girər həyatınıza və hər şey dəyişər 🥰

  12. Ləman

    @Ləman

    19 may 25, 21:45

    Düzünü desəm bölüm məni şaşırtdı çünkü ağlımda başqa cür bir şey təsəvvür etmişdim. Amma çox gözəldi  əlinizə, əməyinizə sağlıq 🩵

  13. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    19 may 25, 21:37

    Həqiqətən, insana dəstək olduqda, özünün uğurlu insan olduğunu hiss etdikdə daxildə özgüvən partlaması, sevinc hissi yaşayırsan.

    Sizin çılğın gedişi oynamağınız mənə qarşımıza gələn fürsətləri dəyərləndirməliyik fikrini xatırladır. Məncə, siz fürsətlərinizi dəyərləndirən birisiniz, vaxtında hərəkətə keçə bilirsiniz. Mən də bəzən, addım atanda fikirləşirəm ki, bunu etməyim mənim üçün başqa şeylərin başlanğıcı ola bilər. Adi söz, cümlə, tanışlıq, video insana böyük uğurlar gətirə bilər, ya da vasitəçi olar. Bu fikri bir neçə gün əvvəl fərq etmişəm...

    "Bir nəfərin səni tanıması bəzən bir kitab qədər dəyərli olur". Bu cümlə... Bu cümləni oxuduqda ağlıma siz - Uraqan Abdullayev gəldi. Mən sizi tanımasaydım, nə qədər şey itirmiş olardım. Etiraf edim ki, sizi tanımağım, "Allahsızlar şəhəri" kitabınızı oxumağım yaşıdlarımdan məni bir pillə yuxarıda tutur sanki. Hər şeyə görə çox sağ olun ! Yazın, yaradın, bizlər də oxuyaq ! 🤍✨️

  14. Nigar

    @Nigar

    19 may 25, 21:36

    Çox qeşeng bölümdü. Her şeyden vazgeçmişken bele bir şeyin seni hemin o meslekle yada başqa bir isteyinle qarşılaşdırması çox eladı.

  15. SİMURQ

    @SİMURQ

    19 may 25, 21:18

    "İçimizdə sönən işıq, küldən doğan alov qədər güclüdür."

    Əslində bu bölüm yazdıqlarınızı, həmin gün hiss etdiklərinizi məndə mənim yazılarımı ilk dəfə kanalınızda paylaşdığınızda hiss etmişdim. İnsan dəstək  və uğurlu olduğunu gördükcə,siz və sizin kimi yazıçılardan ilham aldıqca daxilindəki gücü hər keçən gün daha asand kəşf etməyi bacarır. Eyniylə mənə bu gücü bağışlayıb kitab yazmağa başlamağımda fərqində olmadan cəsarət aşıladığınız kimi. Bu cümlələri bir tərif deyil uğurlarınıza qarşı təqdirə layiq bir rəy kimi qəbul etsəniz sevinərəm. Uğurlarınız bol olsun ✨

  16. Ünsiyyə

    @Ünsiyyə

    19 may 25, 21:17

    Salamlar hər kəsə Axşamınız xeyir olsun dəyərli oxucular yenə çox möhtəşəm bir bölüm idi Hər şeydən vazkeçmişkən belə bir insanın sizin qarşınıza çıxması yaxşı haldır mən də yazıçıların qarşısına çıxmaq istəyirəm imza günü gedib ən sevdiyim kitabı alıb mən də kitab imzalatmaq istəyirəm mən də sizin kimi etmək istəyirəm Ən çox sevdiyim yazıçı "Maral Atmaca" dır.Çix gözəl bir bölüm oldu 

  17. Mələk Ələkbərli .

    @Mələk Ələkbərli .

    19 may 25, 21:08

    Əla,çox gözəl bölümdür.Dəvamı gəlsin.Uğurlarınızın devamı gəlsin amin.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol