Bölüm Otuz

Bölüm Otuz

Bölüm Otuz

İşin ən qəribə tərəfi yazıçı Varis Yolçuyevin məni öz komandasına dəvət etməsi deyildi. Ən qəribə tərəfi onun köməkçisinin mənim kollec illərindəki ədəbiyyat müəllimim çıxması idi. Elə bil göylər bir yerə toplaşıb haqqımda sözləşmişdilər: “Bu uşağı ədəbiyyata qaytarmaq lazımdır.”

Düzdür, komandasındakıların əksəriyyəti ədəbiyyata yeni başlayan gənclər idi, amma kollektivlə işləməyin verdiyi motivasiya çox fərqli idi. Biləndə ki, hər gün – heç olmasa qısa da olsa – nəsə yazıb göndərməlisən, bu səndə iç intizam yaradır. Yazmaq da danışmaq kimidir – nə qədər çox etsən, bir o qədər aydınlaşırsan. Sözlərin öz yolunu tapır, öz üslubun, öz dəsti-xəttin formalaşır.

Amma işin çətin tərəfi də vardı: illərlə bu sahədə olmağıma baxmayaraq davamlı gəlir əldə edə bilmirdim. Kitab satışından müəyyən məbləğ qazanırdım, bəli. Amma bu pulla ailə saxlamaq mümkün deyildi. Ən yaxşı halda o pul bir yazıçının cib xərcliyinə bəs edirdi.

Komandada yazılarımızı paylaşdığımız ədəbiyyat və incəsənət saytının da böyük bir büdcəsi yox idi. Hər hansı bir qonorar ödənilmirdi. Üstəlik, saytın oxunma statistikası da görünmürdü. Mən yalnız ayın sonunda "ən çox oxunan məqalə" siyahısına düşəndə başa düşürdüm ki, yazım maraq doğurub. Amma mənim istəyim tək-tük məqalələrin oxunması deyildi. Mən istəyirdim ki, hər yazım oxunsun. Hər yazıdan sonra bir nəfər də olsa desin: “Bu yazı mənim üçün yazılıb.”

Bu narahatlıq içində bir fikir gəldi ağlıma: Mən bütün oxucularımı bir yerdə birləşdirməliyəm. Elə bir yer olmalıydı ki, yazı paylaşan kimi hamının xəbərdar olacağı bir mərkəz olsun. Amma o yerin adı da önəmli idi. Elə bir ad olmalı idi ki, insanlar bu adda özlərini xüsusi və dəyərli hiss etsinlər. Sanki onlar nadir və dəyərli bir kolleksiyanın parçalarıdır.

Və beləliklə qərar verdim: bu qrupun adı "Oxucu Kolleksiyası" olacaq.

Şərhlər (44)

  1. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    28 iyun 25, 01:32

    Mən çox şadam ki Oxuvu Kolleksiyası qrupuna qoşulmuşam. Bu qrupdakılarla mehriban olmağı dərdimizi bölüşməyi öyrəndik biz sizin sayənizdə əl çəkməməyi çabalamağı öyrəndik biz

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    18 iyun 25, 22:50

    Oxucu kolleksiyası qrupunda olduğum üçün çox şadam.Bəzən gözlənilməz təsadüflər həqiqətən möhtəşəm olur.

  3. SİMURQ

    @SİMURQ

    17 iyun 25, 11:54

    Mən onsuz da bilirdim ki, yazıçılıq yalnız ilhamla olmaz. Hər gün yazmaq, sözlərə vaxt ayırmaq lazımdı. Amma bunu yaşamaq, təkrar-təkrar sınamaq başqa cür olur. “Oxucu Kolleksiyası” mənim üçün sadəcə ad deyil  bu, oxucularla bir yerdə olmaq, sözlərimizi bir-birimizə yaxın hiss etməkdir.İlk qoşulduğum an heç kimi tanımasam da doğma bir abu havayı hiss etmişdim. 

  4. Nuranə

    @Nuranə

    25 may 25, 15:24

    Əlləriniz dərd görməsin. Qələminizə qüvvət❤️

  5. Aytən

    @Aytən

    24 may 25, 21:59

    Maşallah, hər zamankı kimi çox gözəl bir bölüm. Lakin bu son bölümlər mənə daha doğma gəlir. Yəqin, parçası olduğumuz üçündür 😊

  6. Anonim

    @Anonim

    22 may 25, 16:22

    Əla.Çox bəyəndim.

  7. Səma İsmayılzadə

    @Səma İsmayılzadə

    22 may 25, 13:21

    Çox motivasiya edici yazılarınız var. Sevərək oxuyuram👍🏻.

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    22 may 25, 12:52

    Salam dəyərli Uraqan müəllim.Dünən ya qrupa qoşula bildim ya bölümüzü oxuya bilmişdim🥲Bugun hər ikisini etdim.Uğurlarınız bol olsun.Oxucularınızda çoxluca❤️🥰 Mükəmməl idi.Oxumadığım bölümləri də vaxt olduqca oxuyacam.Həmdə sevərək🧚🌹🥹

    Otuz bölmun hər birini sevərək oxudum.Əvvəl vatsap üzərindən oxuduqlarım da olmuşdu.Amma təkrar birdı oxudum.Və bu zaman diqqətimi bir şey çəkdi.Əvvəlki bölumləri oxumayanlar çoxdu.Məncə çox şeyləri qaçırmısız.😊 Zəhmət olmasa oxuyun.Peşman olmazsız.Həm də ortaya qoyulan zəhmətə sizlər də dəyər verməyinizi hər birinizə tövsiyyə edirəm.💫🌟✨

  9. Bahar

    @Bahar

    22 may 25, 08:17

    Yazılarınızı bəyənir və gələcəkdə daha böyük nəaliyyətlərdə imzanızın olmağını arzu edirəm.👏

  10. Asuela

    @Asuela

    21 may 25, 23:45

    ve  başqa bir xoşbextlik "Oxucu Kolleksiyası" qrupunda senin de olmağın..🤭🩷

  11. Fatimə Bayramova

    @Fatimə Bayramova

    21 may 25, 23:31

    Bu bölümü də bizimlə paylaşdığınız üçün dərin minnətdarlığımı bildirmək istəyirəm 🙏🏻 Yazıçılıq həyatınızda qarşınıza çıxan şəxslərin necə təsir etdiyini və s.  mütaliə eləmək ,bu özü çox başqa hissdir. Hər şey üçün təşəkkürlər!

  12. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    21 may 25, 23:24

    O qrupun bir parçası olmaq məni sevindirdi, adını eşidən kimi doğma gəlir mənə...🫠

    "Yazmaq da danışmaq kimidir – nə qədər çox etsən, bir o qədər aydınlaşırsan. Sözlərin öz yolunu tapır, öz üslubun, öz dəsti-xəttin formalaşır."

    Bu, həqiqətən də, belədir. Hislərini, duyğularını, düşüncələrini yazıya tökmək qədər gözəl bir şey yoxdur da, yəniii. Öz tərzimdə yazıram, çünki yazanda insanın fikirləri aydınlaşır, nitq qabiliyyəti inkişaf edir, fikrini asan çatdırmasına yardımçı olur.

    Davamınıı gözləyirikkk, Uraqan bəy !

  13. Sahib Memmedov

    @Sahib Memmedov

    21 may 25, 23:19

    Bu bölümü çox sevdim 

  14. Mələk

    @Mələk

    21 may 25, 23:13

    Salam, uğurlar arzulayıram. Düşüncələriniz çox mənalıdır

  15. Əlizadə Fəxriyye

    @Əlizadə Fəxriyye

    21 may 25, 22:59

    Salam.. Gôzel bölüm idi..

    Uğurlarınız bol olsun İNŞƏAllAh..Sizin yazılarnızı beyenirem..💜

  16. Rəna

    @Rəna

    21 may 25, 22:51

    Uğurlar, davamı gəlsin ✨

  17. Nigar

    @Nigar

    21 may 25, 22:50

    Salam. Çox qeşeng bölümü. Ellerinize sağlıq 🤍

  18. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    21 may 25, 22:44

    Çox gözəl və axıcı bölüm idi. Uğurlarınız davamlı olsun. 

  19. Kamran

    @Kamran

    21 may 25, 22:43

    Qrupa nəyə görə "Oxucu Kolleksiyası" adı verildiyini bəzən düşünürdüm, lakin düzgün bir nəticəyə gələ bilmirdim. Bu bölüm sayəsində öyrənmiş olduq, əlləriniz dərd görməsin, qələminizə sağlıq 

  20. Arzu Ağayeva

    @Arzu Ağayeva

    21 may 25, 22:41

    Qələminizə sağlıq!🍀

  21. Məryəm

    @Məryəm

    21 may 25, 22:36

    Əlinizə,qələminizə sağlıq!

  22. Mehdiye

    @Mehdiye

    21 may 25, 22:34

    Men sadece bir kitab oxuyacagimi dusunurdum,amma heqiqeten de oxudugum kitablarinizdan birinde “sanki menden yazilib”dedim.Ugurlariniz davamli olsun !

  23. Aynurə

    @Aynurə

    21 may 25, 22:26

    Belə cümlələr insanı hər mənada həyata qaytarır💫

  24. Xəyalpərəst

    @Xəyalpərəst

    21 may 25, 22:25

    Bu bölüm çox maraqlı və axıcı idi. Qrupun necə yarandığını öyrəndik bu bölüm sayəsində. Davamlı olsun 🌷 

  25. Ləman Əhədova

    @Ləman Əhədova

    21 may 25, 22:22

    Gözəl qrupdu. Adını qrupun oxucu  kolleksiyası etmək əla ideyaydı .Hərkəsin toplaşdıği yer kitablardan , sitatlar dan olsun

    Mənasız yazıları görməkdənsə gözəl kitab,müzakirələri etmək gözəldi .Hər yazarın öz janrı var sizin janrinız fərqlidi insanlar a kitablarınızı çox sadə dildə yazmısız .Elə yazarlar var kitabına başlayırsan oxuyusan o qədər qəliz yazırki oxumaq olmur.Sizin fərqliliyiniz hərşeyi sadə dildə izah etməyinizdi

    Ona görə də sizin kitablar çox sevilir Uğurlarınız bol olsun inşallah hərzaman

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol