Bölüm On iki

Bölüm On iki

Uğur qapıdan qovursa pəncərədən girməlisən.

Henry Ford

Bölüm On iki

Aralarında ən birinci işə qəbul olan mən idim. Şəmil Sadiq məni daha yaxından tanımaq üçün digər filiallara deyil, öz yanına işə götürdü. Biləndə ki, Hədəf liseyinin 5-ci mərtəbəsində interaktiv elm muzeyi yerləşir, Şəmil Sadiqə yaxınlaşaraq xahiş etmişdim ki, mənim muzeylərə qarşı çox böyük marağım var, boş zamanlarımda bura gələ bilərəmmi? Bu istəyimin qarşılığında mənə o muzeyin baş laborantı təyin etmişdi. Beləliklə, liseyə gələn şəxsləri ilk öncə 5-ci mərtəbəyə qaldırırdıq. Orada onları mən qarşılayırdım və eksponatları mən təqdim edirdim. Lakin elm adamları və ya alimlər gələndə, işi həqiqətən öz mütəxəssislərinə buraxaraq arxa planda qalırdım. Ona görə ki, hansısa sözü səhv desəm, onların yanında biyabr ola bilərdim. Təbii ki, gələn qonaqların içərisində ən çox uşaqların diqqətini çəkə bilirdim. Bununla yanaşı Hədəf kurslarının futbol çempionatı da mənə tapşırılmışdı ki, həm təşkilatçılıq, həm də hakimlik edim. Özüm də başa düşürdüm ki, bu qədər zəhmətin qarşılığında bir şeylər istəməliyəm. Amma nə, pul? - xeyr, pul deyildi ağlımda olan, amma pulsuzluq da qabağımı çox kəsirdi. Hədəf nəşriyyatı sayəsində öz kitabımı çap etdirmək istəyirdim.
Günlərdən bir gün Şəmil Sadiqin otağına qalxdım və içəri keçmək üçün icazə aldım. Məni görüb çox təəccübləndi. Dedim ki, əsgərlik vaxtı bir kitab yazmışdım, istərdim ki, onu çap edim. Əgər sizin də dəstəyiniz olarsa çox istərdim bu kitab çap olunsun.

Həvəsimi qırmamaq üçün dedi ki, hələ gəncsən, inşallah bir gün çap etdirərsən deyib məni qapıya kimi yola saldı.
Özüm də yaxşı bilirdim ki, uğur səni qapıdan qovursa, pəncərədən girməlisən.

Mən də belə etdim. "Hərbidən qeydlər" kitabındakı ən gözəl yazılarımı toplayıb bir neçə gün sonra təkrar yanına çıxdım. Dedim ki, "gəlin bu kitabı çap edək, satılmasa sizin yanınızda qalıb 3 ay pulsuz işləyəcəyəm". Özüm də bilirdim ki, satılacaq.

Güldü və dedi ki: "Ə Emin, sənin pulun mənim nəyimə lazımdır, onsuz da maaşını mən verirəm. Bunun əvəzində dedi ki, mən nəşriyyata zəng vuracam, sadəcə kitabın səhifə qiymətinə çap etdirərik. Pulu da hissə-hissə ödəyərsən."

Beləcə, kitabı çap etdirmək üçün razılığını almışdım. İndi isə sırada mənidaha çətin bir mərhələ gözləyirdi...

Şərhlər (6)

  1. Qonaq Xədicə

    @Qonaq Xədicə

    01 dekabr 25, 12:12

    Hərrrrrr bölümüüü daha bir həyəcan gətirirr ohaaaaaaaaaa çoxxxxxx gözəldiiiiiiiii😃😍💖

  2. Qonaq Meryem

    @Qonaq Meryem

    05 sentyabr 25, 19:57

    Bir gün yazdığım kitapları, şeirleri yığıb çap eletdire bilsem önsözde mene biraz da olsa ümid veren bu kitapdan danışaram. Sonuçta gedecek bir esgerliyim yoxdu.-_-

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    26 iyun 25, 01:52

    Hər zaman inadla irəliləmək lazımdı əgər sən illk çətinlikdə əl çəksən uğuru necə qazana bilərsən axı?

  4. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:37

    “Uğur bəzən qapını bağlayar, amma hər zaman başqa bir yol tapmaq fürsətini də gətirər. Əsas odur ki, inadla, ürəkdən arzulayıb, əlindən gələni əsirgəməyəsən.”

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 15:24

    Əslində hər bir bölmü oxumuşam.Sadəcə olaraq yenidən baxırdım.30 baxış olmuş amma kimsə rəy bildirməmiş😔

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    22 may 25, 10:04

    İnamla irəli Uraqan müəllim🌹🌹🌹❤️❤️❤️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol