Bölüm otuz iki

Bölüm otuz iki

Bölüm 32 —

Əks halda motivasiyan olmur yazmağa. Başlayırsan kefinə düşəndə yazmağa, ya da özünü çox pis hiss edəndə yazmağa. Amma yazmaq bu deyil. Yazı intizamdır. Yazı məsuliyyətdir. Yazı gündəlik bir məşqdir. Oxucu əhval-ruhiyyəyə görə yazılmış mətnləri bir-birindən ayırd edə bilir. Onlar hiss edirlər.

Əgər sənin davamlı bir oxucu kütlən varsa, dinləyicin varsa, içində bir məcburiyyət yaranır. Başa düşürsən ki, səni gözləyən insanlar var, yazmalısan. Bəzən heç yazmaq istəmirsən, mövzu tapılmır, fikirlər səpələnir, amma sonra birdən kimsə yazır, “Sizi oxumaq əsas vərdişimə çevrilib.” Bax o zaman yenidən masaya qayıdırsan. Özünü zorlayırsan ki, düşünəsən, yaza biləsən. Və bu — yazıçını inkişaf etdirən əsas səbəblərdən biridir. Artıq təbiətin gəlməsini gözləmirsən. Artıq gecənin sonunda, səhərin başlanğıcında, bir avtobus gözləyərkən belə düşünürsən ki, növbəti bölümdə nə olacaq? Sənin yazılarını gözləyən insanlar var. Sadiq oxucu kütləsi var.

Belə oxucuları tapmaq isə asan deyil. Onlar bir gündə gəlib çıxmır. Reklam verirsən, paylaşım edirsən, min adam görür, bəlkə bir nəfər gəlir, amma o bir nəfər sənin illərlə axtardığın oxucu olur. Verdiyin reklamların isə kitabla, ədəbiyyatla, düşüncə ilə bağlı sahələrdə olması vacibdir. Məhz belə axtarışlar məni gətirib mir.az adlı bir elektron kitab saytına çıxartdı.

Hamıya yazırdım. Bütün e-kitab saytlarına baxır, əlaqə saxlamağa çalışırdım. Amma mənim üçün ən çox əlçatan olanı məhz mir.az saytı oldu. Saytın qurucusu və rəhbəri olan Cəlal adlı bir oğlanla tanış oldum. Verdiyim reklamlardan effekt ala bilirdim. Bundan əlavə, vaxtında paylaşması, peşəkar yanaşması mənim də işimi rahatlaşdırırdı. Hətta lazım gələndə məqalələrimi öz saytında paylaşmağa icazə verirdi. Mən də oxucularımı yönləndirirdim ki, sayta daxil olsunlar, yazılara baxsınlar, fikir bildirsinlər.

Beləcə, aylıq 30-40 manatla mir.az-a reklamlar verməyə başladım. Elə böyük büdcə deyildi, amma məqsədli şəkildə istifadə olunurdu. Bu reklamların hər biri sanki xüsusi bir nəfəri gətirirdi. Bəzən bir ayda on nəfər, bəzən bir gündə bir nəfər. Amma əsas məsələ davamlılıq idi.

Hərdən gənc yazarlar mənə yazırlar: “Bir şey yazmışam, paylaşarsanmı?” Təbii ki, paylaşmıram. Çünki paylaşmaq məsuliyyətdir. Bu, təkcə dost münasibəti deyil. Sənin auditoriyana nəyi təqdim etdiyinlə bağlı məsələdir. Və çox vaxt paylaşmadığım üçün inciyənlər olur. Belə olduğu zaman bir çoxu inciyib çıxır. Amma başa düşməli olduqları bir məsələ var, uğur bu qədər asan qazanılmır. Özünə inanmalı və inandığın şeyə zaman və maddi resurs ayırmalısan. Əgər lazımlı bir şeydirsə, qoyduğun pullar artıqlaması ilə sənə geri dönəcək.

Mən də öz işimi şansa buraxmaq istəmirdim. Həm reklamı öyrənirdim, həm də piyarın, təqdimatın əsaslarını. Çünki bilirdim: yaxşı yazmaq — yalnız bir hissəsidir. Əgər nəşriyyat üçün yazmırsansa, bir komanda yoxdursa, demək sən həm yazıçı, həm redaktor, həm dizayner, həm də menecersən. Azad birisənsə, sən sanki bir gəminin kapitanısan. O gəmini təkbaşına idarə edirsən.

Zamanla o gəmiyə çox lazımlı insanları alırsan. Onlar güclü edir sənin gəmini. Onlar sənin əllərin, ayaqların, lazım gələndə qanadların olur. Onlar səni gücləndirir. Onlar — sənin oxucularındır. Bəzən sən yorulanda onlar səni oyadır, yazmırsansa yaz deyirlər, unutmurlar səni. Sənə güc verirlər. Və sən bilirsən ki, onların da gücü sənsən. İlham mənbələri sənsən. Onlar üçün yazırsan, onlar üçün mübarizə aparırsan.

Şərhlər (37)

  1. Sunay Məmmədova

    @Sunay Məmmədova

    26 may 25, 22:50

    Oxucularınızı hər zaman, sevib-seçib fərqləndirmək...izaholunmaz hissdir. Həmişəki həm möhtəşəm, həm də ilhamverici...🤌🏻

  2. Bəturə

    @Bəturə

    26 may 25, 22:48

    İrvinq Stounun "Yaşamaq yanğısı" əsərində belə bir epizod var: Rəssam Vinsent Van Qoq öz rəssam dostu Veysenbruxdan borc pul almağa gedir, çünki acdır və bu halda əsər yarada bilməzdi, onun isə əsərinin təcili hazırlanıb satılmağına ehtiyacı vardı. Lakin, Veysenbrux ona bir sent belə vermir və belə deyir: "Nə qədər çox əzab çəksəniz, bir o qədər taleyinizə minnətdar olmalısınız. Ancaq əzablar sınağından çıxan adam əsl rəssam olur. Kasıblıq zəifləri məhv edir, güclüləri isə heç vaxt! Siz ağrı və məhrumiyyətdən nə qədər çox əzab çəksəniz, bir o qədər də yaxşı işləyəcəksiniz. Bütün dəyərli əsərlər acqarına yaradılıb. Qarnınız tox olanda siz elə bil səmərəsiz işləyirsiniz. Bədbəxt olmayan adam heç nə yarada bilməz..."

    Uraqan müəllim, düzdür, onlar sizdən inciyir, lakin onlar bir şeyi nəzərdən qaçırırlar ki, siz onlara belə asanlıqla yol çəkərək əslində onların özləri üçün təcrübə formalaşdırmağa mane olmuş olarsınız, çünki siz də o acı sınaqlardan keçmiş və həqiqi təcrübənin yalnız ağrı və acılarla əldə edildiyinin şahidi olmuşsunuz, sizlər onların yaxşılığını istəyirsiniz, eyniylə Veysenbruxun Vinsentin yaxşılığını istədiyi kimi, o bunu nə qədər anlamasa da..

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    26 may 25, 22:45

    İnsan deyir sevildikcə gözəlləşər🥰😍dəyər gördükcə fərəh edər.Sizdə hər zaman sevilib dəyər görəsiz inşAllah.Hər bir bölüm mükəmməl olduğu kimi bu bölümdə möhtəşəm idi.❤️

  4. SİMURQ

    @SİMURQ

    26 may 25, 22:38

    Sizi yazmağa məcbur edən təkcə ilham deyil.Bu, ruhunuzun intizamla savaşması, sözlərin sükutunu qırması və hər dəfə masaya oturmağa qələbə ilə geri dönməyinizdir.Çünki sizi gözləyənlər var, onların ümidləri sizin sözlərinizdə nəfəs alır.Məndə sizi sayt və kanallardan kəşf etmiş həvəskar oxuculardan biri olaraq:Son 2 gün yeni bölüm paylaşılmadıqda çox məyus olmuşdum.Səbəbini bilirəm, sizə haqq verirəm amma yenə də bir buruqluq yaranır insanda istər-istəməz.Çünki hər gün mütləq bir bölüm oxuyub onu həyatımın bir parçasına çevirdiyim üçün qəribə bir boşluq yarandı.Sanki yarım qalmış bir şeir, cümlə kimiydi. Daha bəhs ediləcək, müzakirə ediləcək çox mövzu fikir olsa da bu bölümlə əlaqəli əsas və öz düşüncələrim bu cümlələrdən ibarətdir. Uğurlar diləyirəm. Ümid edirəm kütləniz böyüməyə dəvam edəcək və siz hər dəfə yazdığınızdan daha həvəsli, xoşbəxt şəkildə qələminizlə qəlbimizə toxunan sətirlər yaradacaqsınız. 

  5. Xəyalpərəst

    @Xəyalpərəst

    26 may 25, 22:34

    Oxucularınıza belə deyər verməyiniz və düşünməyiniz çox gözəldir💖 Uğurlarınız davamlı olsun🌸

  6. Şahanə

    @Şahanə

    26 may 25, 21:46

    Peşənizi belə sevməyiniz təqdirəlayiqdir, bu sevgi ilə əlbət ki etdiyiniz işlər və yazdığınız yazılar da gözəl alınar.👍 Oxucularınızı belə diqqətə almağınız və bölümlərinizin hər biri də gözəl.👍

  7. Nigar

    @Nigar

    26 may 25, 21:43

    Yazıçı ve oxucu arasında bele bir bap olacağına inanmırdım. Ama sizi tanıdıqdan sonra bu fikre müsbet yanaşdım artıq. 

  8. Zeynəb

    @Zeynəb

    26 may 25, 21:42

    Yenədə gözəl bir bölüm idi və həqiqətən çox gözəl fikirlər idi . Oxucularına bu qədər bağlı bir yazıçı həqiqətən çox gözəldir yaxşı ki tanımışam sizi . Bəli mənim düşüncəmdə odur ki yazıçı daimi yazır yəqin 1 gün yazıb 1 ay dayanmır. İnşallah uğurlarınız bol olar yeni bölümü səbirsizliklə gözləyirəm

  9. Ünsiyyə

    @Ünsiyyə

    26 may 25, 21:38

    Salamlar Axşamınız xeyir olsun dəyərli oxucular mükəmməl bir bölüm idi Əllərinizə sağlıq Uğurlar🤍

  10. Səma

    @Səma

    26 may 25, 21:34

    Elə ehtiyacım olduğu bir vəziyyətdə qarşıma çıxdı ki, bu yazı. Bir anda hər şeyi dəyişə bildi. Həqiqətən də uğur asanlıqla qazanılmır. Daim savaşmalı, uğruna həm mənəvi, həm fiziki, həm də maddi güc qoymalı olursan. 

  11. Oxucu Rzalı Sona

    @Oxucu Rzalı Sona

    26 may 25, 21:29

    Heç bir yazıçı ilə oxucularının arasında belə gözəl bağ görməmişdim sizi tanıyana qədər...🫠✨

  12. Qonaq Yasəmən Qasımzadə

    @Qonaq Yasəmən Qasımzadə

    26 may 25, 21:20

    Hemiseki kimi mukemmel🫠❤️😍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol