Bölüm Altı

Bölüm Altı

"Həqiqət gün işığı kimidir, onu gizlətmək olmaz."
- Arthur Conan Doyle

Bölüm Altı

2016-cı il idi. Qaraqan ölkədən çıxıb getmişdi, mən isə şəhərdən uzaqlaşıb hərbi xidmətə yollanmışdım. Əsgərliyə könüllü getmiş kimi görünürdüm, amma içimdəki səbəb bir az fərqli idi. Düzünü desəm, buradan, bu mühitdən bezmişdim. Başımı götürüb harasa qaçmaq, nəfəs almaq istəyirdim. Düşünürdüm, bəlkə orada - bu xaosdan uzaqda - bir kitab yaza bilərəm. Hətta adını da düşünmüşdüm: *Həbirən Qeydlər.*

Hərbidə ikən yazmaq, mənim üçün artıq tək hobbi deyildi - bu, sağ qalmaq instinkti kimi bir şeyə çevrilmişdi. Əsgərlikdə olduğum müddətdə yazdıqlarımı təhlükəsiz saxlamaq üçün eyni mətnin bir neçə nüsxəsini hazırlayırdım. Yazdıqlarımı kağız bloknotlara qeyd edir, fürsət düşən kimi evə göndərirdim.

Günlərin birində yazılarımı tutdular. Bloknotu tapıb qarşıma qoydular. "Məşhur yazıçıyam, kitabım da var", - dedim, amma inandırıcı gəlmədi onlara. Komandir bloknotu götürüb rəfinə qoydu və dedi:
"Kitabını gətir, sübut et. Sonra qaytararıq."

"Kitab burdadır," - dedim. Əvvəlcədən evə göndərdiyim "Qaralama" adlı kitabımı gətirib göstərdim. Bu kitab kollec vaxtı yazdığım mətnlərin birləşməsindən ibarət idi. Amma bloknotu yenə də qaytarmadılar. Komandir onu öz rəfində saxladı, sanki yadigar saxlayırmış kimi. Qaytaracaqlarına inanmırdım. Məzuniyyətə çıxanda gizlincə komandirin otağına girib öz bloknotumu... "geri aldım." Kimisi buna oğurluq deyə bilər, mənə görə isə bu, haqqımı qaytarmaq idi.

Daha sonrakı prosesdə hərbi hissədən çıxartmaq üçün türkün məsəli o bloknotu soxmadığım yer qalmadı. Gah buşlatın cibinə, gah şalvarın, gah da ayaqqabımın içinə qədər gizlədirdim ki, birdən yoxlanış olsa altını vurmayım.

Kimisi başqalarının pulunu, kimisi də haqqını oğurlayır. Belə bir dünyada mən fikir oğrusuydum. Hərbi xidmətdə ikən qətiyyən başıma gələnləri yazmırdım. Düşüncələr və insan hisslərini qələmə alırdım. Məzuniyyətə gələrkən bloknotumu gizlincə götürüb gəldiyim üçün indi özümü daha rahat hiss edirdim və yazdıqlarımı bir neçə nüsxə olmaqla yazıb artırırdım. Hər yazını fərqli fərqli yerlərə gizləyirdim ki, biri tapılsa digəri xilas ola bilsin.

Bir gün yeməkxana rəisi olan gizir mənə yaxınlaşıb soruşdu:
- Məndən də yazacaqsanmı?

- Yox rəis, yazmaram, - dedim.

O isə bir az şübhə ilə baxıb, kinayə ilə güldü. Yanında dayanan çavuşa mızıldanaraq dedi:
- Qələt eləyir... Yazacaq. İndi olmasa da, 20 ildən sonra boş bekar qalanda oturub hər şeyi bir-bir yazacaq...

Şərhlər (13)

  1. Qonaq Sevda

    @Qonaq Sevda

    02 dekabr 25, 05:39

    Oxuduqlarım dan ən sevdiyim bölüm bu oldu.Mən həqiqətən əsgər həyatına o qədər maraqım var ki bir ara düşündüm ki,qız olmağima baxmayaraq bəlkə Xüsusi təyinatlı olum

  2. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 22:14

    Bu hele başlanğıcdır..

  3. Feride

    @Feride

    28 iyun 25, 20:53

    " Hərbidən Qeydlər " bu o kitabın doğuşudu diyəsən ☺️

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 01:10

    Kimisi bir birlərinin  haqqın oğurluyur bəli . Məncə sizin etdiyiniz oğurluq sayılmaz çünki nədə olsa haqqınız olanı almısız ama olsun son  cümlə gözəl idi 20 il sonra bekar olanda yazacaq .. yazmaqa söz tapmayanda duruqsunanda yəni..

  5. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:27

    “Sözlər bəzən susqun bir savaşın ən güclü silahına çevrilir.”

  6. Aytac

    @Aytac

    16 iyun 25, 21:37

    "Kimisi başqalarının pulunu, kimisi də haqqını oğurlayır. Belə bir dünyada mən fikir oğrusuydum. "

                                  Uraqan Abdullayev ✍️🏼

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:39

    Ən çox bu hərbiyə aid olan bölümünü sevdim.Çox həyəcanla oxumuşam

  8. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    29 may 25, 21:32

    Düzdür siz futbol kimi sahələrnən də maraqlanmısız amma məncə elə ən düz yolu seçmisiniz. Yazmaq sizə çox yaraşır və ən vacibi heç vaxt da bu yoldan dönməmisiniz. Buna heyran qalmamaq mümkün deyil. 

  9. Rzalı Sona

    @Rzalı Sona

    27 may 25, 00:04

    Yazmaq.. həyatınızın ən böyük gücüdü deyə düşünürəm 

    İnadınızda göz önündədir)) 

  10. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    26 may 25, 23:56

    Gozəl fikirlərnuz var.. Uğurlar hər zaman 💜

  11. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:51

    İnsan ümüdünən əl çəkməsə əlbət bir gün o ümüdə çatacaq

  12. Rəna

    @Rəna

    26 may 25, 13:58

    Bəli, 6-cı bölümün sonu🤗Amma bölümlər də davam edir, siz də yazmağa, biz oxucular da oxumağa🥳uğurlar davamlı olsun👏🏻

  13. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 19:50

    Oxumağa davam.

    Yorğunluğumu biraz sizin yazlarla çıxarım🥰

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol