Bölüm Yeddi

Bölüm Yeddi

"Hər qəfəs, içindəki quşu azad etmək üçün bir fürsətdir."
- Rumi

Bölüm Yeddi

Əlbəttə yazacaqdım. Amma necə? Sadə bir əsgərin nə yediyi, nə geyindiyi, gündəlik nəyin dalınca qaçdığı kimə maraqlı ola bilərdi axı?

Əsgərliyimin son aylarında məni qəribə bir yerə - "zastava"ya göndərdilər. Bu, adi əsgərlərin getdiyi yer deyildi. Bura daha çox qaydalara əməl etməyən, başqalarına qarşı zor tətbiq edən, pul qoparan, adı "problemli" çıxan əsgərlərin sürgün olunduğu yer idi. Tikanlı məftillərlə əhatələnmiş, ağır fiziki işlərin görüldüyü bu ərazidə çalışmaq həm çətin, həm də müəyyən qədər təhlükəli idi. Belə yerlərə adətən diribaş, dözümlü əsgərləri yollayırdılar. Mən isə oraya tam fərqli səbəbdən düşmüşdüm - sakitliyə və yazmaq üçün bir az təkliyə ehtiyacım vardı.

Mənim ora gəldiyim günlə eyni vaxtda Zaxarov adlı bir gizir də təyin edildi. Hər şey elə ondan sonra başladı. Zaxarov tipik hərbi sistem adamı deyildi. Onun gəlişi ilə həm zastavanın ab-havası dəyişdi, həm də mənim yazı həyatımda yeni bir səhifə açıldı. Elə məhz o günlərdə dünyanın ən qəribə kitablarından biri olan *"Qəfəsdəki Məhbuslar"* yazılmağa başlandı.

"Bir hekayə, bir ordudan daha güclü ola bilər."
- Terry Pratchett

Şərhlər (4)

Fikir Bildir