Bölüm səkkiz

Bölüm səkkiz

"Bir hekayə, bir ordudan daha güclü ola bilər."

- Terry Pratchett

Bölüm səkkiz

Qəfəsdəki Məhbuslar kitabında isə dünyanın ən təhlükəli qatillərinin saxlanıldığı, dənizin tən ortasında, xəritələrdə belə göstərilməyən, interpolun gizli həbsxanasından bəhs edirdim. Qaranlıq, soyuq və ümidin belə qorxub gizləndiyi bir məkan. Əsəri distopiya janrında yazırdım - hər cümlə bir qapını açır, hər səhnə bir labirintə aparırdı.

Bu kitabı yazdıqca, bir qəribə hal aldı məni. Sözlərim silaha çevrildi. Hekayəmdəki qatillərin hər biri, elə bil, bu dünyadan bir parçaydı. Özümüzdən, əsgərlərdən.

Beləcə, başladım yanımdakı əsgərlərimizin hərəsini bir qatilə bənzətməyə. Hərə bir az psixopat, bir az qəhrəman, bir az da itirilmiş uşaq idi.

Amma birinə xüsusi yer ayırdım. Vəziyyətə baxan əsgərə. Onun davranışları, baxışları, hətta susqunluğundakı səs belə məni yazmağa məcbur edirdi. Bütün xasiyyətləri o qədər bənzəyirdi ki, artıq vəziyyətə baxan adamı öz yazdığım kitabımla idarə etməyə başladım.

№027 - bu kod adı verdim baş obrazıma. Nə ad, nə keçmiş, yalnız çiyinlərində qan ləkəsi kimi ağır bir keçmiş və gələcək üçün naməlum bir cəza. Onun diliylə danışırdım, içimdəki fikirləri onun sözlərinə çevirirdim.

Kitab ona sirli bir dad verdi. O bu dadı hiss etdikcə dəyişdi. Elə dəyişdi ki, bir gün digər əsgərlərin hamısını, istəsələr də, istəməsələr də, zorla işin sonuna çatdırmağa vadar etdi.

Çünki o artıq bir oxucu deyildi. O, hekayənin özü olmuşdu. Eynilə gələcəkdə bu kitabı oxuyacaq bütün oxucular kimi...

Şərhlər (10)

  1. Qonaq Sevda

    @Qonaq Sevda

    02 dekabr 25, 05:46

    Hekayəniz insanda başqa bir hiss yaradır.

    Və mən bu hissə heyran olmuşam.

  2. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 22:23

    Hekayeniz insanı həm heyrətə qoyur həmdə insanın içində qəribə bir hiss yaradır maraqlıdır bunun axırı hara gedecekk 

  3. Feride

    @Feride

    28 iyun 25, 20:59

    Bu kitabı hardan tapa bilərəm ? Online platformlarda satışda var görəsən 🤔

  4. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 01:13

    Ürpədici bir hekayəyə bənzədi ... ama xəyal gücü çox gözəldi qəfəsdəki məhbusları oxumaq diləyiylə

  5. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:30

    “Hekayə təkcə sözlərin yığımı deyil, onun içində yaşamaq, nəfəs almaqdır." Yazdığınız hər cümlə, qarşınızdakı insanı dəyişdirə biləcək gücə sahibdir. Əsl azadlıq isə o an başlayır ki,  öz fikirlərini başqa düşüncələrin üzərində inşa edə biləsən.

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:44

    Qəfəsdəki Məhbuslar kitabını da oxumaq ümidilə...

  7. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    29 may 25, 21:37

    Xəyal gücünüz çox çox gözəldir. Düşüncə tərziniz də çox sərbəst və axıcıdır. İnsanı oxumaqa daha da sürütləyir. 

  8. Rzalı Sona

    @Rzalı Sona

    27 may 25, 00:11

    Yazdıqlarınız yaşadığlarınızın izidi..

  9. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:58

    İşdən yorqun gəlib yazarlarınızı oxuduqca insanda yorqunculuq hissi yoxa çıxır

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 19:54

    Maraqlı bir bölümün sonu 🥹 9 cu bölmə doğru✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol