Bölüm Yeddi

Bölüm Yeddi

"Hər qəfəs, içindəki quşu azad etmək üçün bir fürsətdir."
- Rumi

Bölüm Yeddi

Əlbəttə yazacaqdım. Amma necə? Sadə bir əsgərin nə yediyi, nə geyindiyi, gündəlik nəyin dalınca qaçdığı kimə maraqlı ola bilərdi axı?

Əsgərliyimin son aylarında məni qəribə bir yerə - "zastava"ya göndərdilər. Bu, adi əsgərlərin getdiyi yer deyildi. Bura daha çox qaydalara əməl etməyən, başqalarına qarşı zor tətbiq edən, pul qoparan, adı "problemli" çıxan əsgərlərin sürgün olunduğu yer idi. Tikanlı məftillərlə əhatələnmiş, ağır fiziki işlərin görüldüyü bu ərazidə çalışmaq həm çətin, həm də müəyyən qədər təhlükəli idi. Belə yerlərə adətən diribaş, dözümlü əsgərləri yollayırdılar. Mən isə oraya tam fərqli səbəbdən düşmüşdüm - sakitliyə və yazmaq üçün bir az təkliyə ehtiyacım vardı.

Mənim ora gəldiyim günlə eyni vaxtda Zaxarov adlı bir gizir də təyin edildi. Hər şey elə ondan sonra başladı. Zaxarov tipik hərbi sistem adamı deyildi. Onun gəlişi ilə həm zastavanın ab-havası dəyişdi, həm də mənim yazı həyatımda yeni bir səhifə açıldı. Elə məhz o günlərdə dünyanın ən qəribə kitablarından biri olan *"Qəfəsdəki Məhbuslar"* yazılmağa başlandı.

"Bir hekayə, bir ordudan daha güclü ola bilər."
- Terry Pratchett

Şərhlər (10)

  1. Qonaq Sevda

    @Qonaq Sevda

    02 dekabr 25, 05:42

    Bir hekayə,bir ordudan güclü ola bilər!

  2. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 22:18

    Heeeee

  3. Feride

    @Feride

    28 iyun 25, 20:56

    Şairin qələmi , qılıncdan kəsgin olar ✒️

  4. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:28

    “Bəzən azadlıq sükutda başlayar, yazıda bitər. Qəfəs görünən divarlardan deyil, susqunluqdan yaranar. Hər söz bir qapını açar, hər cümlə yeni dünyaya aparar. Yazmaq, ruhun gizli azadlığıdır.”

  5. Aytac

    @Aytac

    16 iyun 25, 21:39

    "Bir hekayə, bir ordudan daha güclü ola bilər."

    - Terry Pratchett

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:41

    Hər qəfəs içindəki quşu azad etmək üçün bir fürsətdi...

  7. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    29 may 25, 21:34

    İlham aldığınız yerlər çox maraqlıdır. Bunu oxumaq da insana ayrı zövq verir. 

  8. Rzalı Sona

    @Rzalı Sona

    27 may 25, 00:06

    Düşünürəmki insanın tək qalmağı onun yaradıcılığını dahada gücləndirir

  9. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:54

    Bir qapı baqlananda heyiflənirik amma soradan görükü o qabı gələcəkdə bizi çoxlu qapılar açmaq üçün baqlanıb

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 19:51

    Çox qəşəy👏👏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol