Bölüm otuz üç - Bəlkə də.

Bölüm otuz üç - Bəlkə də.

Bölüm 33 - Bəlkə də

Bəzi bölümləri yazmaq çox çətindir. Birinci bölümü yazmağa başlamaq da, son bölümü bitirmək də asan olmur. Sanki sözlər bir-birinə düyünlənir, əllərim tutulur, yazmaq üçün bir növ maneə yaranır. Sən istəmirsən ki, bitsin. Amma həyat belədir: Hekayələr bitməlidir ki, yeniləri başlaya bilsin.

Mənim hekayəm də bir növ bitmiş sayılır. Bu günə qədər yaşadıqlarımı, uğurlarımı və uğursuzluqlarımı sizinlə bölüşdüm. Bunu etdim ki, biləsiniz, bir yazıçı hansı yollardan keçə bilər, hansı çətinliklərlə qarşılaşır, necə sınaqlardan keçir.

Bu gün mənimlə əlaqədə olanlar məni uğurlu bir yazıçı kimi tanıyır. 50 mindən çox oxucu kütləm var, öz şəxsi saytıma sahibəm, yazılarımın bölümlərini səbirsizliklə gözləyən insanlar var. Amma bu yolda bu nəticələri əldə etmək heç də asan olmadı.

Son bölümə başlamazdan öncə istədim ki, sonda deyəcəyim sözləri əvvəldə deyəm. Çünki bu dəqiqə sözlərim mahiyyət daşıyırsa, illər sonra uğurlu ola bildiyim üçün sizlərə qiymətli görünür. Amma bunu əldə etmək o qədər də sadə olmayıb.

----------

Mir.az saytında mənə verilən reklam imkanları, əvvəlcə məni çox sevindirmişdi. O vaxtlar düşünürdüm ki, bir gün vaxt tapıb saytın qurucusu ilə görüşəcəm. Və sonunda bu görüş gerçəkləşdi. Sözügedən görüşdə çox maraqlı bir şey baş verdi. Görüşdük və söhbət əsnasında başa düşdük ki, fikirlərimiz bir-birinə çox yaxındır. Məsələn, mən mistika yazıram, o isə fantastika sevən bir insandır. Mənim yaradıcı təxəyyülüm var, o isə mühəndisdir, ideyaların arxasında durur. Və hər ikimiz bu cəmiyyətdə faydalı olmağa çalışırdıq.

O görüşdən sonra Cəlal mənə yazdı. Dedi, “Səni admin edirəm, bundan sonra reklamlarını pulsuz paylaşarsan.” Bu, mənim üçün çox böyük bir jest idi. Həqiqətən təşəkkür etdim və qəbul etdim. Amma mən özümü reklam etmədim. Həmişə özümə ayırdığım pulun bu dəfə mir.az-ın inkişafı üçün olmasına qərar verdim. Beləliklə, digər qruplarda reklamlar verməyə başladım, ancaq bu dəfə öz cibimdən. Özümü reklam edəndə çox az adam maraq göstərirdi, amma ümumi bir saytı reklam edəndə, hər kəsdən daha çox reaksiyalar alırdım. Bu məni daha da ruhlandırdı.

Bir müddət sonra Cəlal da reklamlara pul ayırmağa başladı. Və mir.az-ın WhatsApp kanallarını idarə etməyə başladım. Başlanğıcda bir kanalın 1000 izləyicisi vardı, amma bir neçə ay sonra həmin kanal 4000 nəfərə çatdı. Əsas gücümüzü kanalın artımına yönəltdik, çünki bilirdik ki, WhatsApp-ın kəşf bölməsi yaxın zamanda açılacaq. Açıldığı zaman isə ən çox izləyicisi olan kanallar insanlara görünəcək.

Vizyonu görə bilmək çox vacibdir. Uzaqgörənlik sənə 5 addım sonrasını göstərə bilər, sən də ona uyğun hərəkət edərsən. Və nəhayət, WhatsApp kanalları açıldığında izləyici sayı sürətlə artmağa başladı. Bir kanalda 27 min, birində 16 min, başqa birində isə 14-15 min izləyici qazandıq. Adımız ön sıralarda olduğu üçün kitab oxucuları özləri gəlirdi.

Günümüzdə, kanalda reklamlar verərək uğurlu bir yol davam etdiririk. Amma başlanğıcı düşünəndə, mən 1000 nəfərlik qrupa min manata yaxıb məbləğ xərclədim. Amma bu xərclər gələcəkdə mənə daha çox qayıdıb. Başlanğıcda etdiyin yatırımlar, uğur qazananda geri dönür.

İnsan bəzən düşünür, bəlkə də hər şey tam fərqli ola bilərdi. Bəlkə də yazıçı olmayıb, atamın yolunda futbol hakimi olaraq davam etsəydim, həyatım başqa cür olardı. Hələ də futbol hakimi kimi fəaliyyət göstərirəm, amma arzuladığım uğurları əldə edə bilməmişəm. Bəlkə də yazıçılığı dayandırıb əsas peşəmə geri dönməyin vaxtıdır. Bəlkə də bu hekayə 27 yaşlı bir gəncin öz aləmində qurduğu balaca dünyanın divarlarından kənara çıxmır. Bəlkə də elə hər şey elə bura qədər imiş. Bəlkə də kitab elə burdaca dayansa daha yaxşıdır. Bəlkə də sonda gözlədiyiniz həyat dərsini anlamaq üçün kitabın əvvəlinə qayıdıb hər şeyi bir də diqqətlə oxumağın tam vaxtıdır.


Öncəki bölüm Bütün bölümlər


Şərhlər (41)

  1. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    29 may 25, 21:56

    Bu yazdığım son şərh olması məni də üzür, açığı. Vidaları heç xoşlamıram, çox qəribə oluram, sanki sonmuş kimi hiss elətdirir. Futbol hakimliyinə dönsəniz belə, yazmağa davam edəcəyinizdən əminəm. Elə də olar, inşAllah.

    Sizdən çox şey öyrəndim. Həqiqətən, yazı bacafığımı inkişaf elətdirmək, bir yazıçı ilə tanış olmaq, yazıçının bir-birindən dəyərli olan bölümlərini oxumaq... Bunlar çox dəyərlidir. Bu yaşda sizi tanıdığım, 1 kitabınızı belə oxuduğum üçün çox şanslıyam. Bu günə qədər yaşadığlarınıza rəğmən belə güclü durmağı bvacarmısınızsa, əhsən sizə !

    Vaz keçməməyiniz ən sevdiyim özəlliyinizdir. Hər bölümü səbirsizliklə gözləyirdim, indi isə biləndəki bölüm yoxdur, məyus oluram.🥲

    Davamı gəlsin deyirdim hər dəfə...

    İndi isə deyirəm ki, artıq yeni proyektlər görək, daha gözəl, dəyərli işlərinizi.

    Hələlikk, Uraqan bəy !🤍

  2. Əminə

    @Əminə

    29 may 25, 21:49

    Bu bölüm sanki vidalaşmaq kimi oldu.Elə əsərlər vardır bitməsini istemezsen biterken isə kaş bitmeseydi dediyimiz əsərlərdən oldu.İnsan bu həyatda bir çox maneələrlə,  çətinliklərlə qarşılaşır.Ən əsası isə təslim olmamaqdır.Bəzən düşərik amma qalxmasında bilmək gərəkdirir.Əgər getdiyimiz yolda çətinlik və maneə yoxdursa o yol bizi heç bir yerə çatdırmaq.Sizdə bu 27 illik həyatınız boyunca bir çox insanlarla qarşılaşmış yeni insanlar tanımış və təcrübə əldə etmişsiz. İnsan bu həyatda hər şeyi bacarar sadəcə istəməlidir.Həyatımızı elə yaşamalıqki sonra kaş kilərə yol verməyək Hədəflərin öndədir geriyə baxmaq nə gərək əlbəttə geriyə baxacağıq amma nə qədər yol qət etdiyimiz görəcək və mən bunu bacardım deyəcəksiz.Bu dünyada uğuru yalnız özü üçün lazım olan şəraiti tapır tapmasada bu şəraiti özü yaratmalıdır.İnanıramki bu hekayə burda bitmədi 27 yaşdan sonraki həyatınızda Uğurlar arzu edirəm  O gün olsun bu hekayənin 2 hissəsi kimi nə vaxtsa 27 yaşdan sonraki həyatınızı qələmə alarsız

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    29 may 25, 21:46

    Bugün dəhşət stresli günüm olub.O qədər göz yaşım olub ki...Siz paylaşım etdiniz.Sevindim elə bildim ki bugünün az da olsa yorğunluğunu çıxararam.Düşündüyüm kimi olmadı.Siz də kövrəltdiniz.Hərdən hər şey istədiyimiz kimi olmur özümüzdən aslı olmayaraq.Bəlkə də hər şey biz deyən kimi olmuş olsaydı yaşa ağımızın mənası qalmazdı.Siz isə yazarsız.Sizi gözləyən oxucular var deyib onları intizarda saxlamamaq üçün yolunuza davam etməyiniz gözəl olardı.Bəlkə də sabah yenə Uraqan müəllim paylaşım edib deyərək sağollaşıram.Yolunuz açıq olsun.

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      18 iyun 25, 23:08

      Bugun özüm yazdığım rəyi də sizin mövzunuzu da yenidən oxuyub.Təkrar cavab vermək istəyirəm.Nə yaxşı ki bu yolda irəliləmisiz.İnsan istədiyi hər hansısa işdə peşədə fərq etməz yəni özünün sevdiyi işsə əgər gec ya tez uğur qazanacağına əminəm✨✨✨✨

  4. Fəraaər

    @Fəraaər

    29 may 25, 21:43

    Kövrəldim. Fikirmi yqza bilmirəm. Sadəcə onu deyə bilərəm ki, sizi yenə yazılarınızla gözləyən oxucularınız var. Tez bir zamanda yeni kitabınızla görüşərik.🥺

  5. Zeynəb

    @Zeynəb

    29 may 25, 21:33

    Çox kövrəlirim həqiqətən . İlk dəfə idi ki yubana yubana oxudum ki gec bitirim ama olmadı.. bu günə kimi bizə verdiyiniz tövsiyələrə görə çox sağ olun.. sizi hər zaman sevəcəm . Sizin kimi bir insanla bir yazıçıyla qarşılaşdığım üçün çox xoşbəxtəm. Sizdə inşallah arzularınıza çatarsız istədiyiniz məsləyi davam edərsiz. Hər zaman sizi gözliyəcəm.  .

  6. Принцесса

    @Принцесса

    29 may 25, 21:20

    Çox heyif ki, davamı olmadı amma bu bölüm də yazdığınız digər bölümlər kimi gözəl idi 🥲

  7. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    29 may 25, 21:20

    Əsildən bir daha başa düşdüm ki uğura gedən yol heç də asand deyil. Əksinə ən gözəl uğurlar ən maniyəli yollardan keçib. Biz bunu 33 bölümdə oxuduq ama siz bunu yaşamısınız. Yaxşısıyla, pisiylə. Amma sonda bu sizin uğurunuzdur. İstəyən yox çalışan hammıya qismət olmasını arzulayıram❤️

  8. Ləman

    @Ləman

    29 may 25, 21:08

    İnsan istəmsizcə bölümün bitməsini istəmir. Hələ də istəmsizcə bir hiss, düşüncə gəlir ki, yenə yeni bölüm gələcək — lakin burda bitir. Hekayə ilə vidalaşırıq.

    Çox nəticələr çıxartdım, çox dərslər verdi. Ən əsası isə, bu hekayə sayəsində sizi bir yazıçı olaraq daha yaxından tanıdım.

    “Mənim hekayəm də bir növ bitmiş sayılır,” — dediniz. Mən isə bunu qəbullanmaq istəmədim. Lakin dediyiniz kimi, “Hekayələr bitməlidir ki, yeniləri başlasın.”

    Bu son bölümdü deyə qəribə hisslər yaranır və bəzən bu hissləri sözlərə tökmək çətin olur. Bəzən vidalaşmaqda çətin gəlir 

    Çox sağ olun, dəyərli yazıçı 🩵 

  9. Eltac

    @Eltac

    29 may 25, 21:07

    Buraya kimi verdiyiniz tövsiyələr üçün təşəkkürlər!Düşünürəm ki,futbol hakimi kimi davam etmək istəyirsinizsə edib,əlavə olaraq yazılarınıza da davam edə bilərsiniz.Uğurlar!

  10. Fatimə

    @Fatimə

    29 may 25, 21:06

    Hekayənizi oxuyarkən həm kövrəldim, həm də ilhamlandım. Bu qədər səmimi və içdən yazmağınız çox dəyərlidir. Yazmaqdan vaz keçməyin, çünki sizin sözləriniz biz oxucular üçün çox şey ifadə edir. Sizin yolunuzda olmaq sevindirici bir təcrübədir.Sizin yazdıqlarınız mənə güc verdi. Bəzən insanın sadəcə oxuduğu bir cümlə belə, davam etmək üçün səbəb olur. Bu qədər çətinliklərə baxmayaraq bu yola davam etməyiniz əsl iradə nümunəsidir. Çox sağ olun, paylaşdığınız üçün!Hekayəniz bir insanın daxili savaşlarını və seçiminin məsuliyyətini çox gözəl əks etdirir.Bu çətinlikləri bu qədər aydın və səmimi şəkildə paylaşmağınız böyük cəsarət tələb edir. Məncə, siz artıq bir çox insanın ilham mənbəyisiniz. Hər sətrinizi böyük maraqla oxudum. Hekayəniz çox təsirli və real idi. Qəlbinizin səsini bu qədər aydın çatdırmağınıza görə təşəkkür edirəm. Yazmağa davam edin – biz buradayıq və sizi oxuyuruq.

  11. Mələk

    @Mələk

    29 may 25, 21:06

    Güclü insanalar hekayələrini yarımçıq qoymaz. Məncə, sizdə onlardan olacaqsınız. Tutduğunuz yolda sizə uğurlar

  12. SİMURQ

    @SİMURQ

    29 may 25, 21:03

    İlk dəfə bir bölümü gec bitirmək üçün çox çabaladım.Oysa bölümləri oxuyub bitirərkəm tək nəfəsdə sonuna çatardım. Bu çox çətin və təsirli oldu. Çünki vidaları özümü bildim biləli sevmirəm. Hələki bu hər gün yeni bölüm yazmasını gözlədiyim, sözə, qələmə, oxucusuna hərtərəfli dəyər əmək verən bir yazıçıdırsa.Bir kitabda oxumuşdum "hər əlvida bir xoşgəldin deməkdir" deyirdi. Həyatdakı hadisələrdə belədir.Bəzi gözəl yaşanmışlıqlara vida etmədən yenilərinə yer aça bilmirik. Bu bölüm əslində yalnızca bir hadisə yaşanmayıb ,bir çox yaşanmışlıq tək bölümdə toplaşıb.Siz hər yazdığınız cümləni suyun üzərindəki yaşıl yosunlar kimi bizə təqdim edirsiniz. Sadəcə dərindən ,diqqətlə ,dəfələrlə oxuyanlar görünüşə aldanmayıb suda boğulmaqdan xilas ola bilir. Sizin bu qədər oxucuyu bir araya gətirməniz çox əmək verməniz çabalayıb həvəslə, ümidlə irəliləməyə dəvam etməniz səhrada su axtarmaq qədər çətin olub. Böyük  uğur əldə etdiyiniz halda hər şeyin bu qədər olduğunu düşünməniz məncə yalnızca istədiyiniz qarşılığı almadığınız üçün yaranmış buruqluqdan qaynaqlanır. Çünki biz oxucular hər daim çətinliklərə inad irəliləyən yazıçı ruhunuzla ayaqda durmanıza alışmışıq. Məncə bu sadəcə qısa bir aradan ibarətdir. Siz yenidən küllərinizdən doğub yeni şah əsərlərlə qarşımızda olacaqsınız. Buna səmimi qəlbdən inanıram və bunu vida olaraq qəbul etmirəm. Siz son vidalarla deyil yeni başlanğıclarla qarşımızda olacaqsınız. 

  13. Şəfa

    @Şəfa

    29 may 25, 21:00

    Siz yolunuzu davam etdirməlisiniz, bu hekayə burda bitməməlidir. Mən əminəm ki, siz layiq olduğunuz dəyəri görəcəksiniz çünki siz buna layiqsiniz. ✨Uraqan ✨ 21 əsrin əvəzedilməz yazıçısı sizə inanıram və güvənirəm. Davam edin..... ✨🤍✨ 

  14. Minay

    @Minay

    29 may 25, 20:57
    Çox gözəl idi
  15. Röyane

    @Röyane

    29 may 25, 20:56

    Kövrəldim.Sanki vidalaşıb gedirsiz. Yolunuz açıq, uğurlarınız bol olsun!Yenede yazmağa davam edin,men sizin yazılarınızdan ilham, güc enerji alıram. ❤️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol